Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6474/2025 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsyeviç mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: etibarsız əqdə əsaslanan iddia tələbinin hüquqi əsasının olmaması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsyeviç mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Cavabdeh qarşı “borcun qaytarılması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı “xxxx” (Azərbaycan) ASC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsyeviç arasında bağlanmış ##.##.2013-cü il tarixli ******-*-**** saylı avtomobil krediti müqaviləsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs illik 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 28.813 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” (Azərbaycan) ASC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsyeviç arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın borcverən qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətində olan “Kia Optima” minik markalı, qara rəngli, mühərrik G4NADH705346, ban KNAGN419BD5416588 olan **-FM-*** dövlət nömrə nişanlı avtomobili ##.##.2013-cü il tarixli ******-**-***** saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh “xxxx” (Azərbaycan) ASC-yə ünvanladığı ##.##.2015-ci il tarixli ərizəsində aşağıda qeyd olunanlar yazılmışdır: «Yazıb Sizə bildirmək istəyirəm ki, Sizin bankla ##.##.2013cü il tarixində 117 ***-*-**** saylı kredit müqaviləsi bağlanmışdır. Kia Optima avtomobili girov qismində çıxış etmişdir. Sizdən xahiş edirəm bugünki günə borcu və ipoteka predmeti olan Kia Optima avtomobilini mənim adıma keçirəsiniz. İmza Cavabdeh #.##.2015-ci il» Avtomobil kreditinin alınması üçün ##.##.2015-ci il tarixli ərizə-anketdən görünür ki, Cavabdeh “Kia Optima” minik markalı, qara rəngli, mühərrik G4NADH705346, ban KNAGN419BD5416588 olan **-FM-*** dövlət nömrə nişanlı avtomobilin alınması üçün kreditin ayrılmasına dair ərizə ilə “xxxx” (Azərbaycan) ASC-yə müraciət etmişdir. Bank “xxxx” (Azərbaycan) ASC, kredit alan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsyeviç və yeni kredit alan Cavabdeh arasında bağlanmış ##.##.2013cü il tarixli ******-*-**** saylı avtomobil krediti müqaviləsinə dəyişikliklər edilməsi barədə ** saylı ##.##.2015-ci il tarixli əlavə razılaşmaya əsasən ##.##.2013-cü il ******-*-**** saylı avtomobil krediti müqaviləsi üzrə kredit alan qismində çıxış edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müraciəti və bankın kredit komitəsinin 1#.##.2015-ci il tarixli ** nömrəli protokoluna əsasən; 1.##.##.2013-cü il tarixli ******-*-**** saylı avtomobil krediti müqaviləsi üzrə ##.##.2015-ci il tarixli ******-*-***** saylı razılaşmaya əsasən yeni kredit alan qismində Cavabdeh müəyyən edilir. 2.##.##.2013-cü il tarixli ******-*-**** saylı avtomobil krediti müqaviləsi üzrə ##.##.2015-ci il tarixli ******-*-***** saylı razılaşmaya əsasən əvvəlki kredit alanın hüquq və öhdəlikləri yeni kredit alan Cavabdeh ötürülür. 3.Müqavilənin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bank “xxxx” (Azərbaycan) ASC, ipoteka qoyan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsyeviç və yeni ipoteka qoyan Cavabdeh arasında bağlanmış ##.##.2013-cü il tarixli ******-**-***** saylı ipoteka müqaviləsinə (avtomobil) dəyişikliklər edilməsi barədə ** saylı ##.##.2015-ci il tarixli əlavə razılaşmaya əsasən ##.##.2013-cü il tarixli ******- **-***** saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyan qismində çıxış edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müraciəti və bankın 1#.##.2015-ci il tarixli ** nömrəli protokoluna əsasən; 1.##.##.2013-cü il tarixli ******-**-***** saylı ipoteka müqaviləsi üzrə yeni ipoteka qoyan qismində Cavabdeh müəyyən edilir. 2.##.##.2013-cü il tarixli ******-**-***** saylı ipoteka müqaviləsi üzrə yeni ipoteka qoyanın hüquq və öhdəlikləri yeni ipoteka qoyan Cavabdeh ötürülür. 3.Müqavilənin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bank “xxxx” (Azərbaycan) ASC ilə kredit alan Cavabdeh arasında imzalanmış ödəniş cədvəlindən görünür ki, ##.##.2015-ci il tarixıi 153315-1-17977 N-li kredit müqaviləsi üzrə kredit alan ##.##.2015-ci il tarixdən ##.##.2018-ci il tarixədək əsas borca görə 21.721,14, faiz borcuna görə 10.283,01 olmaqla cəmi 32.004,15 ödəməlidir. Ödəniş cəvəlində pul vahidi qeyd olunmamışdır. Sığortaçı “xxxx” ASC, sığortalı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsyeviç, yeni sığortalı Cavabdeh arasında imzalanan ##.##.2013-cü il tarixli MB********** saylı sığorta şəhadətnaməsinin * saylı ##.##.2015-ci il tarixli əlavəsinin surətindən müəyyən olunur ki, tərəflər aşağıdakı dəyişikliklər haqqında əlavəni imzalamışlar: 1.##.##.2015-ci il tarixdən sığortalı Cavabdeh hesab olunur. 2.Bənd 1-də qeyd olunanlar bu əlavənin buraxılış tarixinədək sığorta obyekti üzrə məlum və bildirilən itkilərin olmaması şərti ilə qüvvədədir. AC N ****** saylı ##.##.2025-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2013-cü il buraxılışlı “Kia Optima” minik markalı **-FM-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA № ****** ##.##.2015-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan “Kia Optima” minik markalı **-FM-*** dövlət nömrə nişanlı avtomobilin ******-**-***** saylı ##.##.2015-ci tarixli ipoteka müqaviləsinə əsasən ##.##.2015-ci il tarixdən ##.##.2018-ci il tarixədək “xxxx” (Azərbaycan) ASC qarşısında ipoteka ilə yüklülüyü ipoteka müqaviləsinin dövlət qeydiyyatını aparan AR DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsində qeydə alınmışdır. “xxxx” (Azərbaycan) ASC-in ##.##.2018-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ##.##.2018-ci il tarixinə 20.190,85 ABŞ dolları məbləğində əsas borc, 2.445,58 ABŞ dolları məbləğində faiz borcu, 123,40 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 22.759,83 ABŞ dolları borcu mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */*** nömrəli ekspert rəyindən görünür ki, ##.##.2015-ci il tarixli avtomobil krediti müqaviləsinə dəyişikliklər edilməsi barədə ** saylı əlavə razılaşmada Cavabdeh qrafasındakı imza, ##.##.2015-ci il tarixli ipoteka müqaviləsi dəyişikliklər edilməsi barədə ** saylı əlavə razılaşmada Cavabdeh qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil edir. Tələbkar “xxxx” (Azərbaycan) ASC ilə yeni tələbkar iddiaçı1 ASC arasında ##.##.2024-cü il tarixdə bağlanmış tələb hüququnun güzəşti haqqında 01/24 VTB/A saylı müqavilədən və tərəflər arasında tərtib olunan təhvil-təslim aktından müəyyən olunur ki, “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış ******-*-***** saylı müqavilə üzrə 38.691,72 (pul vahidi qeyd olunmayıb) sistem üzrə borc tələbi tələbkar tərəfindən yeni tələbkara güzəşt edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */*** nömrəli rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, mülki işin 02-ci cildinin 67-ci vərəqində olan #.##.2015-ci il tarixli ərizənin əlyazma mətni və “İmza:” qrafasındakı imza; ##.##.2013-cü il tarixli MB********** saylı sığorta şəhadətnaməsinə ##.##.2015-ci il tarixli * saylı əlavədə “Yeni Sığortalı: Cavabdeh” qrafasındakı imza - Cavabdeh tərəfindən icra edilmişdir. 2.Ekspertizaya təqdim edilmiş, mülki işin 01-ci cildinin 29-cu vərəqində olan ##.##.2015-ci il tarixli ******-*-***** nömrəli kredit müqaviləsinə əlavə № *-də “Kredit alan” qrafasındakı imza; 100-cü vərəqində olan ##.##.2013-cü il tarixli ******-*-**** nömrəli avtomobil kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə ##.##.2015-ci il tarixli ** №-li əlavə razılaşmada “Yeni Kredit alan” qrafasındakı imza; 101-ci vərəqində olan ##.##.2013-cü il tarixli 117233-16-***** №-li ipoteka müqaviləsi (avtomobil) dəyişikliklər edilməsi barədə ##.##.2015-ci il tarixli ** saylı əlavə razılaşmada “Yeni İpoteka qoyan” qrafasındakı imza (02 nüsxə) Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddiaçı2 ASC cavabdeh Cavabdeh qarşı ##.##.2015-ci il tarixli ******-*-***** saylı kredit müqaviləsinə əsasən ##.##.2018-ci il tarixə cavabdehin banka borclu olduğu 20.190,85 ABŞ dolları məbləğində əsas borc, 2.445,58 ABŞ dolları məbləğində faiz borcu, 123,40 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 22.759,83 ABŞ dolları məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsinə, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Optima” minik markalı, qara rəngli, mühərrik G4NADH705346, ban KNAGN419BD5416588 olan **-FM-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsatin iddiaçı2 ASC-ə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsyeviç arasında bağlanmış ##.##.2013-cü il tarixli ******-*-**** saylı avtomobil krediti müqaviləsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 28.813 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh T.K. Mahmudov mülkiyyətində olan “Kia Optima” minik markalı, qara rəngli, mühərrik G4NADH705346, ban KNAGN419BD5416588 olan **-FM-*** dövlət nömrə nişanlı avtomobili ##.##.2013-cü il tarixli ******-**-***** saylı ipoteka müqavilə əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2013-cü il tarixli ******-*-**** saylı avtomobil krediti müqaviləsinə dəyişikliklər edilməsi barədə ** saylı ##.##.2015ci il tarixli əlavə razılaşmaya əsasən ##.##.2013-cü il ******-*-**** saylı avtomobil krediti müqaviləsi üzrə kredit alan qismində çıxış edən T.K. Mahmudovun müraciəti və bankın kredit komitəsinin 1#.##.2015-ci il tarixli ** nömrəli protokoluna əsasən; 1.##.##.2013-cü il tarixli ******-*-**** saylı avtomobil krediti müqaviləsi üzrə ##.##.2015-ci il tarixli ******-*-***** saylı razılaşmaya əsasən yeni kredit alan qismində Cavabdeh müəyyən edilmişdir. 2. ##.##.2013-cü il tarixli ******-*-**** saylı avtomobil krediti müqaviləsi üzrə ##.##.2015-ci il tarixli ******-*-***** saylı razılaşmaya əsasən əvvəlki kredit alanın hüquq və öhdəlikləri yeni kredit alan Cavabdeh ötürülmüşdür. 3.Müqavilənin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında ##.##.2013-cü il tarixli ******-**-***** saylı ipoteka müqaviləsinə dəyişikliklər edilməsi barədə ** saylı ##.##.2015-ci il tarixli əlavə razılaşma bağlanmışdır və ##.##.2013-cü il tarixli ******-**-***** saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyan qismində çıxış edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müraciəti və bankın 1#.##.2015-ci il tarixli ** nömrəli protokoluna əsasən; 1.##.##.2013-cü il tarixli ******-**-***** saylı ipoteka müqaviləsi üzrə yeni ipoteka qoyan qismində Cavabdeh müəyyən edilmişdir. 2.##.##.2013-cü il tarixli ******-**-***** saylı ipoteka müqaviləsi üzrə yeni ipoteka qoyanın hüquq və öhdəlikləri yeni ipoteka qoyan Cavabdeh ötürülmüşdür. 3.Müqavilənin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini ##.##.2016-cı il tarixdən icra etməmiş və nəticəsində cavabdehin banka 20.190,85 ABŞ dolları məbləğində əsas borc, 2.445,58 ABŞ dolları məbləğində faiz borcu, 123,40 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 22.759,83 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etmədiklərini, imzanın cavabdehə məxsus olmadığını bildirmişdir. İddiaçı “xxxx” (Azərbaycan) ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinə əsasən, “xxxx” (Azərbaycan) ASC-nin cavabdeh Cavabdeh qarşı “borcun qaytarılması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmamışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsyeviç arasında bağlanmış ##.##.2013-cü il tarixli ******-*-**** saylı avtomobil krediti müqaviləsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 28.813 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətində olan “Kia Optima” minik markalı, qara rəngli, mühərrik G4NADH705346, ban KNAGN419BD5416588 olan **-FM-*** dövlət nömrə nişanlı avtomobili ##.##.2013-cü il tarixli ******-**-***** saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2013-cü il tarixli ******-*-**** saylı avtomobil krediti müqaviləsinə dəyişikliklər edilməsi barədə ** saylı ##.##.2015-ci il tarixli əlavə razılaşmaya əsasən ##.##.2013-cü il ******-*-**** saylı avtomobil krediti müqaviləsi üzrə kredit alan qismində çıxış edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müraciəti və bankın kredit komitəsinin 1#.##.2015-ci il tarixli ** nömrəli protokoluna əsasən bütün öhdəliklər Cavabdeh ötürülmüşdür. Məhkəmə tərəfindən cavabdeh Cavabdeh tərəfindən müqaviləninin imza edilməməsi ilə bağlı dəlilləri yoxlamaq üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */*** nömrəli rəyinə əsasən ##.##.2015-ci il tarixli avtomobil krediti müqaviləsinə dəyişikliklər edilməsi barədə ** saylı əlavə razılaşmada Cavabdeh qrafasındakı imza, ##.##.2015-ci il tarixli ipoteka müqaviləsi dəyişikliklər edilməsi barədə ** saylı əlavə razılaşmada Cavabdeh qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə mübahisələndirilən müqavilənin cavabdeh tərəfindən imza edilməsinə dair sübutlar təqdim edilməmişdır. Məhkəmə hesab etmişdir ki, xxxx ASC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2013-cü il tarixli ******-*-**** saylı avtomobil krediti müqaviləsinə dəyişikliklər edilməsi barədə ** saylı ##.##.2015-ci il tarixli əlavə razılaşma cavabdeh tərəfindən imzalanmadığından, yəni, qanunvericiliyin tələblərini pozduğuna görə Mülki Məcəllənin 337.1 və 337.3-337.4-cü maddələrinə əsasən özlüyündə bağlanan adan etibarsız müqavilədir və bu, hər hansı hüquqi nəticəyə səbəb olmamışdır. Bu səbəbdən iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin cavabdeh Cavabdeh qarşı “borcun qaytarılması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia tələbi təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 329.1, 329.2, 331.1, 337.1, 337.2, 337.3, 337.4, 354.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli qərarına, B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### və N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarlarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs iddiaçı1 Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı2 ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2015-ci il tarixli ******-*-***** saylı kredit müqaviləsinə əsasən ##.##.2018-ci il tarixə banka borclu olduğu 20.190,85 ABŞ dolları məbləğində əsas borc, 2.445,58 ABŞ dolları məbləğində faiz borcu, 123,40 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə isə 22.759,83 ABŞ dolları məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Optima” minik markalı, qara rəngli, mühərrik G4NADH705346, ban KNAGN419BD54165 olan **-FM-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsatin iddiaçı2 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmamışdır. Həmin qətnaməni aşağıda qeyd edilənlərə əsasən düzgün hesab etmir. Qeyd edir ki, iddianın aid olduğu ******-*-***** nömrəli avtokredit müqaviləsi üzrə tələb hüquqları ##.##.2024-cü il tarixli, **/**VTB/A nömrəli müqavilə əsasında “xxxx” (Azərbaycan) ASC-dən iddiaçı1xxxx“xxxx ASC-yə yönəldilir. Müqavilənin surətini və qoşmadan çıxarışı qoşmada təqdim edir. Qətnamə ##.##.2025-ci il tarixli */*** nömrəli ekspert rəyinə əsaslanmaqla, ##.##.2015-ci il tarixli avtomobil krediti müqaviləsinə dəyişikliklər edilməsi barədə ** saylı əlavə razılaşmada Cavabdeh qrafasındakı imza, ##.##.2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişikliklər edilməsi barədə ** saylı əlavə razılaşmada Cavabdeh qrafasındakı imzanın Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu əsası ilə təmin edilməmişdir. Halbuki tədqiqat bazası dar və qeyri-mötəbər olmuş, bu səbəbdən də ekspertiza tam və düzgün şəkildə aparılmamışdır. Belə ki, imza nümunələrindəki imzaların ##.##.2021-ci il tarixində alınması qeyd edilmişdir, lakin ekspertiza Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə təyin edilmiş və ekspert rəyində də həmin qərardada istinad olunmuşdur. İmzalar ##.##.2024-cü il tarixli qərardaddan sonra götürülə bilərdi. Həmçinin, imza nümunələrində “xxxx” ASC-nin nümayəndəsi Qaracayev Vüqar, imza nümunələri iştirakımla oldu” yazılmış, Qaracayev Vüqarın imzası yoxdur. Odur ki, bu qeyd də qeyri-mötəbərdir. Götürülmüş imza nümunələri heç cavabdehin köhnə və yeni şəxsiyyət vəsiqələri və sürücülük vəsiqəsindəki imzalar ilə üst-üstə düşmür. Bununla yanaşı, mübahisələndirilən kredit müqaviləsinin ##.##.2015-ci ilə aid olmasına baxmayaraq, ekspert Cavabdeh iş materiallarında olan həmin tarixə aid, ##.##.2014-cü ildə alınmış şəxsiyyət vəsiqəsini deyil, həmin tarixdən 10 il sonra, ##.##.2024-cü ildə alınmış yeni şəxsiyyət vəsiqəsini tədqiqat obyekti kimi istifadə etmişdir. Rəyin giriş hissəsində istifadə edilən nümunələr kimi şəxsiyyət vəsiqəsi imza nümunələri göstərilsə də, rəyin müqayisə hissəsində “tədqiq olunan imza”ların yanında yalnız bir nümunə qoyulmuşdur (rəyin portaldan götürülmüş nüsxəsində şəkil çox qara olduğundan, bu “nümunə”də hansı imzadan istifadə edildiyi görünmür). İş materiallarında Cavabdeh imzası olan poçt qəbzi, öz xətti ilə yazılmış və imzalanmış ipoteka predmetinin onun adına keçirilməsi ilə bağlı ərizə, kredit müqaviləsi üzrə ödəniş cədvəli, avtomobil kreditinin alınması üçün Cavabdeh aid ərizə-anket, sürücülük vəsiqəsi olmasına baxmayaraq, ekspertiza keçirilərkən bu sənədlər tədqiqat obyekti kimi istifadə edilməmişdir. Həmçinin ekspertiza ancaq cavabdehin imzası üzərində deyil, xətti üzərində də aparılmalı və imzadakı yazı quruluşu ilə müqayisə olunmalı idi. Hesab edilir ki, yenidən, daha mötəbər tədqiqat materiallarına istinad edən ekspertiza keçirilməli, bu zaman imzaları ilə birlikdə borclunun xətti də tədqiqat obyekti olmalıdır. Bunlardan əlavə, xüsusilə qeyd edir ki, borclu mübahisələndirilən müqaviləni imzalamadığını bildirsə də, müqavilə ilə eyni tarixdə, ##.##.2015-ci il tarixində ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Cavabdeh adına AA133546 nömrə çıxarış təqdim edilmişdir. Habelə borclu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsyeviç və Cavabdeh aid nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrindən də görünür ki, ##.##.2013-cü il tarixində “Kia Optima” minik markalı, **- FM-*** dövlət nömrə nişanlı avtomobil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2015-ci il tarixində isə Cavabdeh adına qeydiyyata salınmış və hər iki borcluya aid şəhadətnamələrin xüsusi qeyd hissəsində “İpoteka müqaviləsinə əsasən özgələşməsin, xxxx ASC” yazılmışdır. Bütün bunlardan aydın olur ki, cavabdeh ipoteka və kredit razılaşmalarındakı imzasını inkar etsə də, onlarla eyni tarixdə kreditin və ipotekanın aid olduğu avtomobili öz adına keçirmiş, onu girov qoymuş və kredit predmeti olan avtomobil hələ də Cavabdeh mülkiyyətindədir. Qeyd edir ki, sözügedən sənədlər iş materiallarında mövcuddur (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əlavə edilib). Qoşmada təqdim edilən, X4 və Cavabdeh aid hesabdan çıxarışlara əsasən, kredit məbləğinin verilməsi, habelə hər iki borclu tərəfindən banka edilən ödənişlər əksini tapmışdır. Yəni cavabdeh maşını adına keçirib, ipotekaya qoyub və banka ödənişlər edib. Həmçinin cavabdeh əvvəlki borclunun bağladığı sığorta müqaviləsinə də əlavə imzalamış, sığorta münasibətlərinə də qoşulmuşdur. Bu da kredit müqaviləsinin mövcudluğunun və Cavabdeh adına keçməsinin daha bir təsdiqidir. Qeyd edir ki, kredit müqaviləsi üzrə borc hələ də açıqdır və bugünkü tarixə borcun qalıq məbləği kifayət qədər böyükdür və 22.759,84 ABŞ dolları təşkil edir (hesabdan çıxarışlar qoşmada təqdim edilir). Beləliklə, ekspertiza düzgün olmayan şəkildə aparıldığından, ekspert rəyindəki nəticə işin digər hallarına zidd olsa da, qəbul edildiyindən, beləliklə də mübahisələndirilən məsələlər tam şəkildə araşdırılmadığından qəbul edilmiş qətnamə əsassız və qanunsuzdur. Əvvəlki borclunun adında olmuş, kreditin və ipotekanın predmetini təşkil etmiş avtomobilin eyni tarixlərdə cavabdehə keçməsi və onun tərəfindən eyni bankda ipotekaya qoyulması, bundan sonra cavabdehin adına həmin bankda açılmış ssuda hesabına mədaxillər edildiyi məhkəmə araşdırması zamanı nəzərə alınmamışdır. Ekspertiza keçirilərkən istifadə edilən materiallar qeyri-dürüst olmuşdur. İmzanın cavabdehə məxsus olmadığı, kredit müqaviləsinin etibarsız olduğu barədə nəticələr mötəbər sübutlarla təsdiq edilməmişdir. iddiaçı1 ASC maddi hüquq münasibətində hüquqi varis olsa da, işə cəlb edilmədiyindən, sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də işin obyektiv araşdırılması üçün bəzi sübutlar indi təqdim edilir. Ona görə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Cavabdeh apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı2 ASC tərəfindən adına rəsmiləşdirilmiş avtomobil krediti müqaviləsi ilə bağlı məhkəmə prosesi uzun illərdir ki, davam edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə həqiqət üzə çıxmış, kredit müqaviləsində olan imzaların ona məxsus olmadığı və həmin imzaların saxtalaşdırıldığı müəyyən edilmişdir. Məhkəmə bu ekspertiza rəyini nəzərə alaraq müvafiq qərar qəbul etmişdir. Bank tərəfindən verilmiş apellyasiya şikayətindən sonra məhkəmə tərəfindən təyin olunmuş təkrar məhkəməxətşünaslıq ekspertizası da əvvəlki ekspertiza rəyini təsdiq etmiş və müqavilədəki imzaların ona məxsus olmadığını bir daha müəyyən etmişdir. Buna baxmayaraq, məhkəmə prosesi davam etdiyi müddətdə bank tərəfindən ona qarşı davamli psixoloji təzyiqlər göstərilmişdir. Bank və ya kollektor şirkəti əməkdaşları mütəmadi olaraq ona zəng edərək özləri yaratdığı kredit borcunun ödənilməsini ondan tələb edirlər. Onlara dəfələrlə işin məhkəmə icraatinda olduğunu bildirsə də, həmin zənglər davam etməkdədir . Bundan əlavə, bankın nümayəndəsi valideynlərinin yaşadığı ünvana gələrək evdə olan məişət texnikasının və mebellərin müsadirə olunacağını bildirmişdir. Bir daha həmin şəxsə işin məhkəmədə baxıldığını, onun nə sözügedən kreditdən, nə avtomobildən xəbəri olmadığı izah edildikdən sonra onun bu barədə məlumatlı olmadığı məlum olmuşdur. Yalnız məhkəmə icraatının davam etdiyini təsdiq edən rəsmi sənəd təqdim edildikdən sonra bu təzyiqlər qismən dayandırılmışdır. Bu fakt bankın qanunsuz və qeyripeşəkar davranışının bariz nümunəsidir. Növbəti məhkəmə iclası cari ilin 13 iyul tarixinə təyin edilmişdir. Uzun illər davam edən bu məhkəmə prosesi əli körpəli ana olaraq onun və ailəsinin psixoloji vəziyyətinə, eləcə də maddi durumuna ciddi mənfi təsir göstərmişdir. Hazırda çox həssas bir dövrdədir. 15 aylıq azyaşlı övladı var, eyni zamanda 3 aylıq hamilədir. Belə bir vəziyyətdə davam edən məhkəmə prosesi həm onun, həm də bətnindəki körpənin sağlamlığına mənfi təsir göstərir və ailəsi üçün ciddi gərginlik yaradır. Bu prosesi artıq davam etdirmək onun üçün olduqca ağırdır. İş üzrə aparılmış hər iki məhkəmə-xətşünaslıq ekspertizasının rəyləri həqiqətin artıq tam şəkildə müəyyən edildiyini təsdiq edir. Bu səbəbdən məhkəmədən xahiş edir ki, ekspertiza rəylərini və iş üzrə mövcud olan bütün sübutları nəzərə alaraq, ona qarşı qaldırılmış əsassız iddiaya hüquqi qiymət verilsin və qanunun tələblərinə uyğun, ədalətli qərar qəbul edilsin. Məhkəmənin ədalətinə, obyektivliyinə və humanist yanaşmasına inanaraq, Azərbaycan Respublikasının qanunlarının onun hüquqlarını qoruyacağına ümid edərək məhkəmə iclasını iştirakı olmadan keçirrilməsini və qarşı tərəfin əsassız apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tələbkar “xxxx” (Azərbaycan) ASC ilə yeni tələbkar iddiaçı1 ASC arasında ##.##.2024-cü il tarixdə bağlanmış tələb hüququnun güzəşti haqqında 01/24 VTB/A saylı müqavilədən və həmin müqavilə üzrə tərəflər arasında tərtib olunan təhvil-təslim aktından “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış ******-*-***** saylı müqavilə üzrə borc tələbinin “xxxx” (Azərbaycan) ASC tərəfindən iddiaçı1 ASC-yə güzəşt edilməsi müəyyən olunduğundan Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” (Azərbaycan) ASC iddiaçı iddiaçı1 ASC ilə əvəz edilmişdir. Belə ki, MPM-in 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, ekspert rəyinə əsasən, imzalar borcluya aid deyildir. Necə olur kredit müqaviləsində onun imzası olmadığı halda borclu özünü kredit münasibətlərinin tərəfi kimi aparır. Cavabdehin özünün bildirdiyinə görə avtomobil onda olmuşdur. Sənədlərdən də görünür ki, avtomobil Baş Dövlət Yol Polisi İdarəsində cavabdehin adına qeydiyyata alınmışdır. Texniki pasportda aparılan qeydə görə avtomobil cavabdehin xeyrinə bankda ipotekadadır. Cavabdehin nümayəndəsi məhkəmədə bildirib ki, bank maşını götürüb, qiymətləndirmə aparacağını bildirmiş, lakin maşın geri qaytarılmamışdır. Yəni maşın cavabdehdə olmuşdur. Baş Dövlət Yol Polisi İdarəsində alqı-satqı müqaviləsi bağlanmışdır. Banka maşının verildiyi və geri qaytarılmadığı qeyd olunur, ancaq bu hadisə 2017-2018-ci illərdə olmuşdur. Ondan sonra banka bir dəfə də olsun müraciət etməmişdir ki, maşın niyə qaytarılmır. Maşına pul verməyibsə adına maşının rəsmiləşdirilməsinə niyə etiraz etmir. Cavabdeh maşının əlindən alınması, aldadılması barəsində polisə bir dəfə də olsun müraciət etməmişdir. Baş Dövlət Yol Polisi İdarəsindən alınmış arayışdan görünür ki, avtomobilə görə yeddi dəfə sürməklə bağlı etibarnamə verilmişdir. Bu etibarnaməni də şəxsən cavabdeh özü vermişdir. Sığorta müqaviləsindəki imza cavabdehə aiddir. Cavabdeh özünü maşının sahibi kimi aparmışdır. Maşının sahibi olduğu halda maşın alınmasına pul xərcləməyibsə çox güman ki, bu vəsait cəlb olunmuş vəsaitdir. Ola bilər ki, bu hansısa sövdələşmənin tərkib hissəsi olsun. Ekspertin qeyd etdiyi kimi əgər cavabdeh kredit müqaviləsinə qol çəkməyibsə bu demək deyildir ki, cavabdehin bankla razılaşması, bankdan pul götürməsi halı olmamışdır. Cavabdeh bir dəfə də olsun məhkəmə iclaslarında iştirak etməmişdir. Burada böyük bir vəsaitdən söhbət gedir, cavabdehin iştirakı olaraq və ya olmadan burada cinayətdən söhbət gedə bilər. Hər bir halda cavabdeh bu işin içərisində olub, maşınla bağlı əməliyyatlarda iştirak edib. Hesab edir ki, cavabdehin məhkəmə iclasında iştirakı çox vacib haldır. O, Tahiri də tapmağa cəhd edəcəkdir. Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində qeyd etmişdir ki, bəzi sənədlərə qol çəkib, maşını ondan alıblar, bank maşını ondan götürüb ki, qiymətləndirəcəklər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərmişdir ki, hazırkı mülki iş 2018-ci ildən davam edir. Bu kredit müqaviləsi 2015-ci ilə aiddir, 3 ildən sonra məhkəməyə müraciət ediblər. Bu üç il ərzində cavabdehə bir dəfə də olsun müraciət etməyiblər ki, sənin kredit borcun var, gəl kreditini ödə. O, əslində iddiaçını qınamır, kredit ayırılıb, maşın alınıb. Düşünüblər ki, kreditin verilməsi ehtimalı var. Ancaq bilmirlər ki, bank burada nə işləri görüb. Cavabdeh bu məsələ ilə əlaqədar banka müraciət edib, deyiblər ki, sən indi get, biz müraciətinizə cavab verərik. Cavabdeh nə kredit görüb, nə də maşın görüb. Xətşünaslıq ekspertizasının rəyi hər şeyi ortaya qoyur. Əgər məhkəmə münasib bilirsə, xüsusi qərardad çıxarsın. 2018-ci ildə o, ərizə vermişdir ki, xətşünaslıq ekspertizası keçirilsin. Həmin vaxt məhkəmə iclasında iştirak edən bankın nümayəndəsi cavabdeh haqqında onda əlavə məlumatların olmasını demişdir. O, kreditin cavabdeh tərəfindən alınmasına dair məlumatlar varsa, təqdim olunmasını demişdir. Bankın təqdim etdiyi məlumatlara görə güya cavabdehin 1.000 manatdan əlavə gəliri var, əri var. Hətta cavabdehin ərinin adını, soyadını, telefon nömrəsini də qeyd etmişdilər. Cavabdehin statusunu da evli kimi qeyd etmişdilər. Halbuki cavabdeh ilk dəfə 2023-cü ildə ailə həyatı qurub. Hüquqlarını müdafiə etdiyi şəxs nə avtomobil, nə də kredit görməmişdir. Apellyasiya şikayəti əsassızdır. Cavabdeh banka müraciət etmiş, maşın almaq istəyini bildirib, onun şəxsiyyət vəsiqəsinin surətini alıblar. Sonradan itiriblər, çünki şəxsiyyət vəsiqəsində cavabdeh barəsində kifayət qədər məlumat olacaqdı. Cavabdeh deyir ki, ona bir ərizəyə imza etdiriblər, bir də hansısa sənədə imza çəkdiriblər. Sonra da deyiblər ki, get gələrsən, biz həll edəcəyik. Cavabdeh maşına dair etibarnamə verməyib. Ola bilməz ki, cavabdeh kredit götürsün, bank 3 il ərzində ondan borcu tələb etməsin. Cavabdeh ərizəni imzalamasına etiraz etmir, cavabdeh özü də ərizə yazaraq bildirdi ki, birinci ərizədəki yazı və imza ona məxsusdur. Sadəcə ondan sonra baş verənlərdən onun xəbəri olmayıb. Cavabdehə bildiriblər ki, kreditin ayrılmasının mümkün olub-olmayacağı barəsində ona əlavə məlumat verəcəklər. Cavabdeh avtomobilin qiymətləndirmə üçün banka təhvil verməsi barədə ərizə yazmayıb. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsyeviçə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarı .... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edilmədiyindən, iddiaçı apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il ## ##### tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Apellyasiya şikayətinin dəlillərinə əsasən, iddiaçı cavabdehlə kredit və ipoteka müqavilələri bağlanmasını, iddiaçının bu müqavilər üzrə icra edilməyən öhdəliyinin olmasını bildirsə də, iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinin yoxlanması məqsədi keçirilən ekspertiza tədqiqatları ilə bağlı məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */*** nömrəli və ##.##.2026-cı il tarixli, */*** nömrəli rəyləri ilə ekspertiza tədqiqatına təqdim edilmiş, mülki işin 01-ci cildinin 29-cu vərəqində olan ##.##.2015-ci il tarixli ******-*-***** nömrəli kredit müqaviləsinə əlavə № *-də “Kredit alan” qrafasındakı imzanın; 100-cü vərəqində olan ##.##.2013-cü il tarixli ******-*-**** nömrəli avtomobil kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə ##.##.2015-ci il tarixli ** №li əlavə razılaşmada “Yeni Kredit alan” qrafasındakı imzanın; 101-ci vərəqində olan ##.##.2013cü il tarixli 117233-16-***** №-li ipoteka müqaviləsi (avtomobil) dəyişikliklər edilməsi barədə ##.##.2015-ci il tarixli ** saylı əlavə razılaşmada “Yeni İpoteka qoyan” qrafasındakı imzanın (02 nüsxə) Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilməsi müəyyən olunmuşdur. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Demək ki, cavabdeh ilə kredit və ipoteka müqaviləsi bağlamasını, bağladığı əqdlərin etibarlı olmasını, iddiaçının onun qarşısında icra edilməyən öhdəliyinin olmasını iddiaçı sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.). İş üzrə keçirilən ekspertiza tədqiqatları ilə iddiaçının qeyd etdiyi müqavilələrin cavabdeh tərəfindən imzalanması öz təsdiqini tapmadığından, iddiaçı ekspert rəylərinin mötəbər sübut növü olaraq qəbul edilməsini təkzib edəcək hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən, nəqliyyat vasitəsinin cavabdehin adına qeydə alınması, sığorta müqaviləsinin cavabdeh tərəfindən imzalanması cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması qənaətinə gəlmək üçün əsas olmadığından kollegiya belə nəticəyə gəlir ki, MPM-in 80-ci maddəsinin tələbləri baxımından iddiaçının məhkəməyə təqdim etdiyi müqavilələr onun iddia ərizəsində istinad etdiyi halı təsdiq edən sübut kimi qəbul oluna bilməz. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı tələb üzrə məhkəmə icraatının ilk vəzifəsi isə həmin əqdin etibarlı olub-olmadığını təsbit etmək olduğundan, iddiaçı təqdim etdiyi əqdlərin bağlanmasında cavabdehin iradə ifadəsinin mövcud olmasını sübuta yetirə bilmədiyindən, araşdırma zamanı isə həmin əqdlərin həqiqi və etibarlı əqd olması öz təsdiqini tapmadığından Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı iddiaçı1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. İddiaçı iddiaçı1 ASC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 317 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6474/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6474/2025
13.07.2026 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver