Məhkəmə qərarları › İş №2(102)-1000/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1000/2025

11.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1000/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsinin zəbtdən azad olunması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2024-cü il tarixli, 2(107)1289/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 27 yanvar 2004-cü il tarixli, 177498 saylı müqavilə ilə İddiaçı Oğuz rayonu Filfilli kəndində 829 kv.m torpaq sahəsində yerləşən 1960-cı ildə tikilən 80,8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini 13.500.000 manata (köhnə Azərbaycan manatına) Cavabdeh satmışdır.

2. Oğuz rayonu Filfilli kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi İddiaçı anası X2 məxsus olmuş, Şəki İnzibati Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli qərarı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz rayon Filfilli kəndində yerləşən 0,1466 ha torpaq sahəsinin mərhum X2 məxsusluğu haqqında elektron arayışın verilməsi öhdəliyi qoyulmuş və “Qanun üzrə vərəsəlik hüququ haqqında” 12 dekabr 2023-cü il tarixli şəhadətnaməyə əsasən 0,16 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu Filfilli kəndində yerləşən, xx.xx.2024-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,16 ha torpaq sahəsindən cavabd ehin çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının anasına məxsus olmuş, daha sonra öz adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi aldığı torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindədir və sonuncu həmin torpaqdan çıxmaq istəmir.

5. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24000 manat pulun, 164 manat dövlət rüsumunun və hüquqi xidmət haqqı kimi vəkilə ödənilmiş 500 manat məbləğin həmin tələb üzrə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, həmin tələb üzrə cavabdeh rəsmi şəkildə satılan evin və kənardakı torpağın pulunu almışdır. Yəni, qarşılıqlı iddia üzrə cavabdeh hazırda mübahisə predmeti olan torpağı da satın almış və pulunu ödəmişdir. Onun həmin torpaq sahəsindən istifadəsinə etiraz edən olmamışdır. Qiymətləndiricinin torpaq sahəsinin qiyməti ilə bağlı rəyinə əsaslanaraq, qarşılıqlı iddia ərizəsi üzrə 24000 manat pulu qarşılıqlı iddia üzrə cavabdehdən tələb olunur.

7. Oğuz Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(054)-333/2024 nömrəli qətnaməsi ilə (hakim S.Zeynalova) ilkin iddia tələbi təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və B 194498 saylı t orpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçı uzun illər ərzində mübahisəli torpaq sahəsini adına sənədləşdirməsi üçün səy göstərməmiş, deməli torpaq sahəsinin onun mülkiyyətində olmadığını bilərək həmin torpaq sahəsindən istifadə edilməsini davam etdirmişdir. Bundan əlavə həm İddiaçı verdiyi qəbz, həm də 2004-cü ildə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi məhkəməyə Cavabdeh tərəfindən təqdim edilmişdir.

9. Həmin sənədlərdən göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh satılmış əmlak 829 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. Qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin ziddiyyətli izahatları ilə isə onların 0,16 ha torpaq sahəsinin satılması və pulun verilməsi ilə bağlı məlumatı Cavabdeh aldıqları müəyyən edilmişdir.

10. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının torpaq sahəsindən çıxmaq üçün 24000 manat pulun ona verilməsi barədə tələbinə münasibətdə isə bildirmişdir ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, habelə ilk iddiaçının onun mülkiyyətində olan torpaq sahəsinə görə qarşılıqlı iddiaçıya hər hansı məbləğ ödəmək öhdəliyi yaranmadığından qarşılıqlı iddia rədd edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası nın Mülki Məcəlləsinin 21, 152, 157, 1096, 1097-ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçən 26 il ərzində hər il qeyd edilən 0,16 hektar torpaq sahəsinin kənarlarını bağlamış, torpaq sahəsində müxtəlif ağaclar əkmiş, həmin torpaq sahəsini münbitləşdirmiş, istifadə üçün daha yaxşı vəziyyətə gətirmişdir. Bu işlərə xeyli əmək və vəsait sərf etmişd ir. O, hazırda qeyd edilən məsələlərlə bağlı hələlik İddiaçı hər hansı bir məbləğ tələb etməmişdir. İddiaçı qeyd edilən hərəkətləri nəticəsində ona maddi mənafeyinə cəmi 24000 manat maddi zərər dəymişdir. İş materiallarından da göründüyü kimi, İddiaçı torpaq sahəsinin pulunu ona qaytarmaqla, həmin torpaq sahəsindən çıxara bilər. Kəndin bütün camaatı həmin torpaq sahəsinin ona satılmasından xəbərdar olmuş və bu halı təsdiq etmişdir. İddiaçı isə bunu müxtəlif bəhanələrlə inkar etmişdir. Hazırda iddiaçı torpaq sahəsinin indiki dəyərini ona qaytarmaqdan yayınmışdır.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2024-cü il tarixli, 2(107)-1289/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Hüseynov və Z.Sadiqov) apellyasiya şikayəti təmin e dilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh mülkiyyətində olan Oğuz rayonu, Filfilli kəndində yerləşən 0,16 ha torpaq sahəsindən çıxarılmasını tələb edir. Cavabdeh isə İddiaçı torpağın hazırkı dəyəri olan 24000 manat pulun alınaraq ona verilməsini tələb edir. Göründüyü kimi, Cavabdeh Oğuz rayonu, Filfilli kəndində yerləşən 0,16 ha mübahisəli torpaq sahəsinin onda olduğunu, hazırda istifadə etdiyini, lakin torpaq sahəsini İddiaçı alğı-satqı əsasında aldığını bildirmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-c u maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı əmlakın, o cümlədən torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən alınması tələblərinə baxılarkən aşağıdakı halların mövcudluğu araşdırmalıdır: a) əmlakın iddiaçıya mülki yyət və ya başqa əşya hüququ ilə məxsus olması; b) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması; c) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması. Hazırkı iş üzrə isə hər üç hal tamamilə araşdırılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Oğuz rayonu, Filfilli kəndində yerləşən şəxsi evini və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsini kənd sakini Cavabdeh 13.500.000 manata satmış, həmin alğı-satqı əməliyyatı 30 mart 1998-ci ildə öz aralarında olmuş, satıcı evlərin dəyərindən 16 noyabr 1999-cu il tarixədək 2 baş mal (iki milyon iki yüz min manat), 4 ədəd çek (bir milyon bir yüz iyirmi min manat), 1.000.000 manat yeməkxanada Tarıverdidən, 450.000 manat Fətullahdan, 320.000 manat 160 kq qoz, 110.000 manat 220 ədəd pres, 1.000. 000 manat Bəhramın toyunda, 1.000.000 manat evdə, 1.000.000 manat (Füzuli gətirib) olmaqla, cəmi 8.200.000 manat almışdır.

19. Daha sonra, tərəflər aralarında bağlanmış müqaviləni rəsmiləşdirərək 27 yanvar 2004-cü il tarixli, 177498 saylı müqaviləsi ilə, İddiaçı Oğuz rayonu Filfilli kəndində 829 kv.metr torpaq sahəsində yerləşən 1960-cı ildə tikilən 80,8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini 13.500.000 manata Cavabdeh satmışdır.

20. Beləliklə, həm 08 noyabr 1999-cu il tarixli “Qəbzdə”, həm də 27 yanvar 2004-cü il tarixli, 177498 saylı alğı-satqı müqaviləsinin predmeti İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Filfilli kəndində yerləşən 829 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində olan 80,8 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi olmuşdur.

21. Cavabdeh isə iddiasına görə, alğı -satqı zamanı ona 829 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində olan 80,8 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi ilə yanaşı, ona iddiaçının anası mərhum X1 mülkiyyətində olmuş Oğuz rayonu, Filfilli kəndində yerləşən 0,16 ha torpaq sahəsi də satılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh həmin dövrdə iddiaçıya verilmiş 13.500.000 manat pulun iddiaçının mülkiyyətində olan ev, həyətyanı torpaq sahəsi və iddiaçının anasına məxsus olan mübahisəli 0,16 ha torpaq sahənə görə verildiyini bildirsə də, verilmiş pulun məhz 0,16 ha torpaq sahəsinə görə verilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

23. Bundan başqa, iş materiallarından və qarşılıqlı iddia ərizəsindən də müəyyən edilir ki, Cavabdeh mübahisəli 0,16 ha torpaq sahəsinin o nun mülkiyyətində olmadığını anlayır və qaytarmağa etiraz etmir. Eyni zamanda, Cavabdeh mübahisəli 0,16 ha torpaq sahəsi ilə bağlı 1999-cu ildəki müqavilənin bağlanmış hesab edilməsi və ya başqa bir tələblə məhkəmədə iddia da qaldırmamışdır.

24. Apellyasiya instansiyası məhkəməsi belə olan halda hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin edərək mübahisəli torpaq sahəsini Cavabdeh alaraq iddiaçıya qaytarmaqda haqlı olmuşdur.

25. Apellyasiya məhkəməsinin iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 bildirmişlər ki, mübahisəli 0,16 ha torpaq satılmamışdır. Mübahisəli torpaq sahəsi iddiaçının anasına məxsus olmuşdur. Bu səbəbdən də torpağı satmamışdır. Mübahisəli torpağa baxmaq və əvəzsiz istifadə etmək üçün kənd sakinlərindən birinə vermək fikri o lmuşdur. Həmin vaxt cavabdehin qardaşı mübahisəli torpağı istifadə üçün cavabdehə verməsini xahiş etmişdir. O da razılaşaraq, torpağa baxılması məqsədilə əvəzsiz istifadə etmək üçün cavabdehə vermişdir.

26. Apellyasiya kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi cavabdehə hətta iddiaçı və ya hansısa ailə üzvü tərəfindən verilmiş olsa belə (əvəzsiz istifadə üçün) Cavabdeh mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ yaranmamışdır.

27. Belə ki, 08 noyabr 1999-cu il tarixli “Qəbzdə” mübahisəli 0,16 ha torpaq sahə ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, 27 yanvar 2004-cü il tarixli, 177498 saylı alğı-satqı müqaviləsi ilə ev və həyətyanı torpaq sahəsi hazırkı iş üzrə cavabdehin adına rəsmiləşdirilən zaman və h əmin vaxtdan keçən 20 illik dövr ərzində cavabdehin mübahisəli 0,16 ha torpaq sahəsi ilə bağlı hər hansı tələbi olmamışdır (etiraz verməmiş və məhkəmədə iddia qaldırmamışdır). Həmin məqamla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh uzun illər ərzində mübahisəli torpaq sahəsini adına sənədləşdirməsi üçün səy göstərməmiş, deməli torpaq sahəsinin onun mülkiyyətində olmadığını bilərək həmin torpaq sahəsindən istifadə edilməsini davam etdirmişdir. Bundan başqa, Cavabdeh həmin dövrdə verilmiş 13.500.000 manat pulun həmçinin mübahisəli 0,16 ha torpaq sahəsi ilə bağlı verilməsindən müəyyən şəxslərin məlumatlı olduğunu bildirmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi həmin halla bağlı qeyd etmişdir ki, iş materiallarının 41-ci vərəqində olan “Qəbz” yalnız İddi açı tərəfindən imzalanmışdır və həmin qəbzin tərtib edilməsində hansısa kənd sakininin və ya icra nümayəndəsinin iştirakı müəyyən edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrindən də müəyyən edilmişdir ki, həmin şahidlər cavabdehin qohumu və yaxını olmuşlar. Eyni zamanda, şahidlər pulun və digər əmlakların verilməsini eşitdiklərini bildirmişlər. Xüsusən də, işdən alğı-satqıya görə pulun və digər əmlakların cavabdeh tərəfindən iddiaçıya müəyyən vaxtlarda verilməsi müəyyən olunmuşdur. Belə olan halda, həmin dövrdə verilmiş 13.500.000 manat pulun, eyni zamanda məhz mübahisəli 0,16 ha torpaq sahəsi ilə bağlı verilməsindən kimlərinsə məlumatlı olması da sübuta yetirilməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qarşılıql ı iddia tələbi ilə bağlı digər dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək iddiaçıdan torpağın indiki dəyərini tələb etmişdir. Yəni, cavabdeh torpağa çəkilmiş hansısa xərci deyil, mübahisəli 0,16 ha torpaq sahəsinin məhz hazırkı dəyəri olan 24000 manat pulu tələb etmişdir.

31. Apellyasiya kollegiyası bununla bağlı ilkin olaraq qeyd etmişdir ki, Cavabdeh mübahisəli 0,16 ha torpaq sahəsinin hazırkı dəyərini tələb edirsə onda sübut etməlidir ki, o, həmin torpağa (0,16 ha) görə iddiaçıya hər hansı pul ödəmişdir. 08 noyabr 1999-cu il tarixli “Qəbzdən” isə görünür ki, 13.500.000 manat pul Oğuz rayonu, Filfilli kəndində yerləşən 829 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində olan 80,8 kv.me tr ümumi sahəsi olan fərdi yaşayış evinə görə verilmişdir.

32. Bundan başqa, 27 yanvar 2004-cü il tarixli alğı-satqı müqaviləsindən müəyyən edilmişdir ki, 13.500.000 manat pul iddiaçıya məxsus fərdi yaşayış evi və 829 kv.metr torpaq sahəsinə görə verilmişdir. Göründüyü kimi, Cavabdeh 13.500.000 manat pulun digərləri ilə yanaşı məhz 0,16 ha torpaq sahəsi ilə bağlı verilməsini sübuta yetirə bilməmişdir.

33. Məhkəmə kollegiyası belə olan halda isə hesab etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini də təmin etməməkdə haqlı olmuşdur.

34. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ola bilsin ki, 08 noyabr 1999-cu il tarixli “Qəbz” tərtib edilən zaman cavabdeh tərəfindən mübahisəli 0,16 ha torpaq sahəsinin pulu tam olaraq ödənilmədiyindən, iddiaçı “Qəbzdə ” həmin torpaqla bağlı heç bir qeyd aparmamışdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, əmlakın pulu hissə-hissə və müəyyən vaxtlarda ödənmişdir.

35. Lakin, iş üzrə tərəflər 2004-cü ildə notariat orqanında rəsmi alğı-satqı müqaviləsi bağlamışlar və cavabdeh tərəf əgər doğrudan da digərləri ilə yanaşı 0,16 ha torpaq sahəsinin də pulunu ödəmişdirsə, onda həmin anda mübahisəli torpağında rəsmiləşdirilməsini tələb edə bilərdi.

36. Bundan başqa, əgər nəzərə alınsa ki, 1998-1999-cu illərdə mübahisəli torpaq sahəsinin hüquqmüəyyəneddici sənədləri olmamışdır, onda cavabdeh 1999-cu ildə tərtib edilmiş “Qəbzdə” heç olmasa mübahisəli torpağı adını qeyd edilməsini tələb edə bilərdi. Belə ki, həmin “Qəbz” tərəflər arasında əllə tərtib edilmiş və tərəflər istədikləri torpağın adını (hətta torpağın hüquqmüəyyəneddici sənədləri olmasa belə) qəbzə əlavə edə bilərdilər. Lakin göründüyü kimi, tərəflər arasında mübahisəli torpaqla bağlı hər hansı razılaşma olmadığandan həmin torpağın adı “Qəbzə” əlavə edilməmişdir.

37. Bu kontekstdə, apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab etmişdir ki, ümumiyyətlə mübahisəli 0,16 ha torpağın alğı-satqının predmeti olması və həmin torpağın qarşılığı olaraq da pulun iddiaçıya ödənilməsi iş materialları ilə müəyyən edilmir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli 0,16 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışı hazırda qüvvədədir və cavabdehin torpaq sahəsi üzərində heç bir hüququ yoxdur. Bundan başqa, Şəki İnz ibati Məhkəməsinin müvafiq qətnaməsi də cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən hesab etmişdir ki, yalnız cavabdeh tərəfin şifahi qaydada bildirdikləri əsasında onun hazırkı iş üzrə qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitus iyasının 13, 29-cu, Mülki Məcəllənin 21, 139.1, 144.1, 152.1, 157, 238.1, 239.2, 242.2, 324.1, 324.2, 324.4, 389.1, 389.2, 390.1, 394, 399.12, 404.1, 404.2, 405.1, 560.1, 560.2, 732, 736, 1096.1, 1097.1-ci, Torpaq Məcəlləsinin 49, 55, 66, 82, 84.1, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119, 217.2, 217.3, 372, 384.0.1, 385.2 və 402.1-ci maddələrinə, “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə Plenumunun 3 iyul 2015-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

41. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələblərini pozmuşdur.

43. Belə ki, İddiaçı 25 il bundan əvvəl hazırkı iddia predmeti olan torpaq sahəsini şifahi razılığa əsasən kassatora satmasına və həmin tar ixdə torpaq sahəsinin dəyəri olan pul məbləğini almasına baxmayaraq, həmin torpaq sahəsinin mülkiyyət sənədləri olmamasından istifadə edərək torpaq sahəsinin satılmasından öncəki dövrə aid arxiv arayışı əsas götürülərək qərar qəbul edilmişdir. Mülki prosessual qanunvericilik mülki prosesdə sübut etmə vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Cavabdeh tərəf qarışlıqlı iddianın əsaslı olduğunu təsdiq edən bütün mötəbər sübutları məhkəməyə təqdim etmişdir.

44. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

45. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

46. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmələr işi tam və hərtərəfli araşdırmış, qanuni və əsaslı qətnamələr qəbul etmişlər. Kassator işi uzatmaq, məhkəmə qətnaməsinin icrasını ləngitmək məqsədi ilə kassasiya şikayəti vermişdir. Kassasiya baxışının hədləri:

47. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

48. Hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

49. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiy yət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və mad di sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı kassasiya şikayətinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

54. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması və cavabdeh tə rəfindən boşaldılmalı olması mübahisə predmetini təşkil etmir.

55. Mübahisəli məsələ torpaq sahəsinin dəyəri ilə bağlıdır. Belə ki, kassator torpaq sahəsini iddiaçıdan əvəzli olaraq aldığını göstərməklə, onun dəyərinin qaytarılmasını tələb etmişdir.

56. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən təqdim olunan sübutlara, o cümlədən cavabdeh tərəfin birinci instansiya məhkəməsinə verdiyi 08 noyabr 1999-cu il tarixli Qəbzə və tərəflər arasında 27 yanvar 2004-cü il tarixdə notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinin məzmununa səlahiyyətləri çərçivəsində hüquqi qiymət verilmiş və mübahisəli torpaq sahəsinin həmin razılşamaların predmeti olmaması, ona görə ödənişin aparılmasının sübut edilməməsi nəticəsinə gəlinmişdir.

57. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipin ə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

58. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Ş əki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2024-cü il tarixli, 2(107)-1289/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar