Məhkəmə qərarları › İş №2(102)-1001/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1001/2019

12.03.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1001/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 mart 2019-cu il İŞ № 2(102)-1001/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, vəkili Vəkil, nümayəndəsi X6, Cavabdeh2 xxx oğlunun nümayəndəsi X7, üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 və onların vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2018-ci il tarixli, 2(103)-5551/2018 saylı qətnaməsindən İdd iaçı və vəkili xxxkassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(004)-1199/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.S.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 xxx oğlu və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kirayə müqavilələri üzrə bütün sərf olunan məsrəflərin ödənilməsi, yaşayış sahəsi ilə yenidən təmin olunma hüququnun bərpa edilməsi, ərizədə göstərdiyi təhdid nəticəsində hazırki günədək ev növbəsinə alınmamağı nəticəsində dövlət tərəfindən təmin edilən aidiyyəti kirayə evi haqlarından bu günə kimi məhrum olmağı faktı və yaşamış olduğu Naxçıvan Muxtar Respublikasındakı evinin yenidən ona əvəzləşdirilərək qaytarılması faktını məhkəmə qaydasında hazırki ərizəylə tələb etm əklə, təyin olunmuş hüquq məsləhətçisi xxx sərf olunması gərəkən hər iki fakt üzrə ümumilikdə 5.000 manat pul vəsaitinin Cavabdeh2 tərəfindən ödənilməsinin təmin edilməsi” barədə iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2018-ci il tarixli, 2(103)-5551/2018 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, İ.Ş.Vəliyev və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanlımışdır. İddiaçı və vəkili xxxqətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə və üçüncü şəxsə qarşı iddia qaldıraraq “kirayə müqavilələri üzrə bütün sərf olunan məsrəflərin ödənilməsi, yaşayış sahəsi ilə yenidən təmin olunma hüququnun bərpa edilməsi, ərizədə göstərdiyi təhdid nəticəsində hazırki günədək ev növbəsinə alınmamağı nəticəsində dövlət tərəfindən təmin edilən aidiyyəti kirayə evi haqlarından bu günə kimi məhrum olmağı faktı və yaşamış olduğu Naxçıvan Muxtar Respublikasındakı evinin yenidən ona əvəzləşdirilərək qaytarılması faktını məhkəmə qaydasında hazırki ərizəylə tələb etməklə, təyin olunmuş hüquq məsləhətçisi xxx sərf olunması gərəkən hər iki fakt üzrə ümumilikdə 5.000 manat pul vəsaitinin Cavabdeh2 tərəfindən ödənilməsinin təmin edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırıl mışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, vəkili xxxvə nümayəndəsi xxx məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh2 nümayəndəsi xxx, üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi xxx və onların vəkili xxx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblə rini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia tələblərinin əsassız olmasına, iddia tələblərini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı 20 sentyabr 2017-ci il tarixdə ərizə ilə Cavabdeh1nə müraciət edərək, onu ailə üzvləri ilə birlikdə ehtiyatda olan zabit kimi ev növbəsinə götürülməsini xahiş et mişdir. Yasamal rayon İHB-nın 04 oktyabr 2017-ci il tarixli sərəncamı ilə iddiaçı 3 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Yasamal rayon İHB-nın 01 dekabr 2017-ci il tarixli, 350 saylı sərəncamı ilə iddiaçının mənzil növbəsinə qızı xxx da daxil edilmiş və o, növbədə 4 nəfərlə hesab olunmuşdur. İddiaçı məlumatsızlıq və vaxtında ev növbəsinə alınmaq üçün müraciət imkanının olmamasını əsas gətirərək, 2011-ci ildən etibarən kirayə müqavilələri üzrə ödədiyi pul məbləğinin kompensasiyasının Cavabdeh2 tutulmasını xahiş etsə də, tələbini əsaslandıra biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Habelə, iddiaçıya verilən 07 iyul 1992-ci il tarixli, 678 saylı order, 2011 -ci ildə onun tərəfindən 1 nömrəli hərbi şəhərcikdəki bina 36, mənzil 27 ünvanında yerləşən mənzil könüllü olaraq boşaldılıb təhvil verildiyinə görə ləğv edilmişdir. 25 yanvar 2012-ci il tarixdən bu günədək həmin mənzildə hal-hazırda xidmətdə olan Səyyaf Səfərov ailə üzvləri ilə birlikdə yaşayır. Naxçıvan Qarnizonunda yerləşən hərbi şəhərcikdə halhazırda boş mənzil yoxdur. Birinci instansiya məhkəməsi iddanı rədd edərkən, belə nəticəyə gəlmişdir ki, iddiaçı order əsasında ona verilən mənzili könüllü olaraq boşaltmış olduğundan, eləcə də hazırda qarnizonda yerləşən hərbi şəhərcikdə boş mənzil olmadığından, eyni zamanda İddiaçı Cavabdeh1nə müraciət edərək, 04 oktyabr 2017-ci il tarixli, 283 saylı sərəncamla o, ehtiyatda olan zabit kimi mənzil uçotuna götürülmüşdür. Daha sonra iddiaçı 01 deka br 2017-ci il tarixdə Cavabdeh1nə yenidən müraciət edərək, kompensasiya məsələsinə görə qızı xxxnın da ailə üzvləri sırasına daxil edilməsini xahiş etmiş və Cavabdeh1 tərəfindən iddiaçının müraciəti nəzərə alınmış və buna görə yeni sərəncam verilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbi əsassız olduğundan rədd edilmişdir. İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində sözügedən mənzilin könüllü boşaldılmasına dair ərizəsini bır anlıq çaşqınlıq (həyəcan, şəkər və s.) və digər hallar nəticəsində yazdığını, eləcə də təhdid, hədə-qorxu, şantaj faktları ilə bağlı onun 2011-ci ildən əsas müəyyən hüquqlarının qeyri-qanuni yollarla tapdalanaraq əlindən alınması nəticəsində kirayə evi məsrəflərinə sərf etdiyi vəsaitin kompensasiya kimi Cavabdeh2 tutulub ona ödənməsi tə ləbinin əsassız olaraq rədd edilməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə tam, hərətəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verildiyindən, həmin dəlillərin yenidən müzakirə olunmasına lüzum görmür. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM- nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və vəkili xxxkassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2018-ci il tarixli, 2(103)-5551/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar