Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1002/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı “zəmanət məktubunun, zaminlik müqaviləsinin və təsisçilərin ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili X1, Cavabde hin vəkili Vəkil xxxqızının iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)5160/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)4592/2018 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, “xxxx” MMC-nin təsisçilərinin ümumi yığıncağının xx xxxx 2016-cı il tarixli protokolunun, QSC “xxx” KB-yə ünvanlanmış xx xxxx 2016-cı il tarixli bəyanat və zəmanət məktubunun və QSC “xxx” KB ilə İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 1xx/xx/3502/14 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi qət edil mişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-5160/19 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ləğv prosesində olan QSC “xxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-5160/19 nömrəli qərardadı ilə verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-1852/2020 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-5160/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ləğv prosesində olan QSC “xxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx xxxxxx 2020-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-5160/2019 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-5160/2019 nömrəli qərardadı ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və Ş.A.Məmmədovdan ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-5160/19 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh ləğv prosesində olan QSC “xxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil xxxqızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-5160/2019 nömrəli qərardadının ləğv edilməsini, müddətin bərpasına dair ərizənin təmin edilməsi və ya, ərizəyə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti Əmanətlərin Sığortalanması Fondunun faktiki ünvanı xxx ünvana təqdim edilməmiş və yalnız ərizə ilə müraciət etdikdən sonra qətnamə xx xxxxxxx 2019-cu ildə Fonda təqdim edilmiş, xx xxxxxx 2019-cu il tarixdə isə kassasiya şikayəti verilmişdir. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil xxxqızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İddiaçı və vəkili X3 məhkəmə iclasındakı çıxışlarda, habelə məhkəməyə ünvanlandıqları kassasiya şikayətinə yazılı etirazda kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. HÜ QUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-5160/19 nömrəli qətnamənin surəti cavabdehin hüquqi ünvanına xəbərnaməli poçt vasitəsi ilə göndərilmiş və xx xxxx 2019-cu il tarixdə rəsmi qaydada həmin ünvanda qəbul edilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, cavabdehin kassasiya şikayəti xx xxxxxx 2019-cu il tarixdə apellyasiya instansiyası məhkəməsinə poçt vasitəsi ilə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhk əmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətl əri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkün lüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək h üququ keçmiş olur. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Hazırki iş üzrə müəyyən olunur ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini xx xxxx 2019-cu il tarixdə almış və kassasiya şikayətini qanunvericiliklə müəyyən olunmuş 2 aylıq müddət buraxılmaqla, 4 ay 20 gündən sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə vermişdir. Cavabdeh məhkəmədən buraxılmış müddətin bərpasını xahiş etsə də, bunun üzrlü səbəblərdən baş verməsini əsaslandırmamış və bununla bağlı hər hans ı sübutu təqdim etməmişdir. Hazırki kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin gec təqdim edilməsi iş materialları təkzib olunur. Həmçinin cavabdeh eyni dəlilə əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermiş və Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə qeyd olunan dəlil əsassız hesab olunmuşdur. Odur ki, kassasiya şikayətinin dəlili buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apell yasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil xxxqızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-5160/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1002/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1002/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver