Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1002/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi) 18.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(103)-6033/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh 2008-ci ilin dekab r ayının əvvəlindən 2015-ci ilin əvvəlinə kimi İddiaçı hissə-hissə 30.000 manat və 30.000 ABŞ dolları borc pul götürmüşdür.
2. Pulun qaytarılması ilə bağlı tərəflərin arasında mübahisə yaranmış və Cavabdeh Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, İddiaçı onu daim incidərək hədələdiyini bildirmiş və onun barəsində tədbir görülməsini xahiş etmişdir. Cavabdeh Yasamal rayon Polis İdarəsində verdiyi izahatında bildirmişdir ki, İddiaçılə 2008-ci ildə tanış olmuş və 01.12.2008-ci ildən 2015-ci ilin sonunadək İddiaçı ümumilikdə 30.000 manat və 30.000 ABŞ dolları məbləğdə pul almışdır. 2015-ci ilin sonunadək İddiaçı aldığı 30.000 manata görə 41.800 manat, 30.000 ABŞ dollarına görə isə 29.075 ABŞ dolları qaytarmışdır. 2016-cı ildən başlayaraq İddiaçı onu mütəmadi olaraq təhqir edib h ədələməklə əlavə pul tələb etdiyinə görə müxtəlif banklardan götürdüyü kredit və satdığı əşyaların pulundan hissə-hissə ona 23.800 ABŞ dolları məbləğdə pulu ödəmişdir. Buna baxmayaraq, İddiaçı yenə də ondan pul tələb edir, onu təhqir edir, onu hədələyir. 3.Yasamal rayon Polis İdarəsi tərəfindən Cavabdeh ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işi başlanmasının rədd olunması haqqında 15.01.2019-cu il tarixli qərar çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 36.200 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2008-c i ildə tanış olmuş, qısa müddət ərzində aralarında dostluq münasibətləri yaranmış və 2008-ci ilin sonunda cavabdeh iddiaçıdan qısa müddətə qaytaracağını vəd edib 10.000 manat borc pul almışdır. Daha sonra Cavabdeh valyuta dəyişmə məntəqəsinin dövriyyəsini artırmaq üçün əlavə pul lazım olduğunu bildirərək birlikdə iş qurmağı təklif etmiş, 2009-cu ilin əvvəlində iddiaçıdan 5.000 ABŞ dolları məbləğində borc pul almışdır. Bundan sonra, aralarında olan şifahi razılaşmaya əsasən 2008-ci ildən 2015-ci ilin sonuna kimi cavabdeh iddiaçıdan müxtəlif məbləğlərdə əvvəl aldığı borcla birlikdə, cəmi 30.000 manat və 30.000 ABŞ dolları məbləğində borc almışdır. Cavabdeh 2018-ci ilin sentyabr ayında iddiaçıya olan borcundan 23.800 ABŞ dolları məbləğində pulu qaytarmışdır. Yerdə qalan 30.000 manat və 6.200 ABŞ dolları isə borc olaraq qalmışdır. Əlavə olaraq cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən cavabdehin iddiaçıya 1.500 ABŞ dolları da borclu qalmışdır. Cavabdeh qalıq borcun qaytarılmasını gecikdirdiyinə görə aralarında olan razılaşmaya əsasən 30.000 manat məbləğində borc 1.05 kursla dollar valyutasına çevrilmiş (30.000 azn x 1.05 = 28.500 dollar) və cavabdehin əvvəl qalan 1.500 ABŞ dollar borcu ilə birlikdə ona 30.000 ABŞ dolları (28.500+1.500) və 6.200 ABŞ dolları borcu qalmışdır. Beləliklə, cavabdehin ona 36.200 ABŞ dolları məbləğində borcu qalmış və həmin borc məbləğini 2019-cu ilin sonuna kimi ödəyəcəyinə söz vermişdir. Lakin heç bir ödəniş etmədiyinə görə 10.03.2020-ci il tarixdə cavabdehə xəbərdarlıq göndərilmiş, buna baxmayaraq cavabdeh borcu ödəməmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 həmçinin bildirmişdir ki, hazırki mübahisədə iddiaçının cavabdehdən öhdəliyin icrasını tələb edə bilməsi üçün ilk öncə iddiaçı öhdəliyin olmasını sübut etməlidir. İddiaçı tələb etdiyi pul öhdəliyinin yaranmasına dair sübut ortaya qoymamışdır. İddiaçı yazılı olaraq məhkəməyə borc müqaviləsini təqdim edə bilməmişdir. İddiaçının 30.000 manat və 30.000 ABŞ dolları məbləğində borcun verilməsinə istinad etdiyi müqavilələr üzrə məbləğlər hər iki müqavilə üzrə 3.000 manatdan yuxarı olduğundan yazılı borc müqaviləsinin olmasını sübut edə bilməmişdir. İddiaçı Yasamal RPİ-nin 28-ci PB-nə 12.01.2019-cu il tarixdə əl yazma ilə yazdığı izahatda etiraf etmişdir ki, 2009-cu ildən 2015-ci ilin sonuna kimi cavabdeh ona 23.800 ABŞ dolları və 5-6 min manat pul ödəmişdir. İddiaçının Yasamal RPİ-nin 28-ci PB-nə 12.01.2019-cu il tarixdə əl yazma ilə yazdığı izahatla da təsdiq edilir ki, iddiaçıya qaytarılan pul məbləğlərinin ən son tarixi 2015-ci ilin sonudur. Əgər iddiaçının tələb etdiyi öhdəlik üzrə borc müqaviləsi mövcud olsa idi belə, iddiaçının manatla tələb etdiyi 30.000 manat borcdan ona cəmi 15.000 manat qaytarılmasını etiraf etməsi ilə yanaşı, qalan 15.000 manatın tələbinə dair müqavilə tələbləri üzrə tələbetmə müddəti olaraq 3 ildən olduqca çox müddət keçmişdir. Bu səbəbdən də, manat ilə ifadə edilən borcun ən son 2009 və ya 2015-ci ildə qaytarılmasından asılı olmayaraq 3 illik iddia müddəti ötürülmüşdür. Əgər məhkəmə tərəfindən öhdəlik münasibətləri müqavilədə n irəli gələn öhdəlik kimi qiymətləndirilsə, bu halda Mülki Məcəllənin 373 və 375-ci maddələrinə əsasən iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın rədd edilməsini xahiş edir. Bundan başqa, nə manat ilə, nə də ABŞ dolları ilə verilən valyuta ilə tərəflər arasında öhdəliyin yaranma vaxtı, şərti, icra qaydası müəyyən edilən, qanunuvericiliyin şərtlərinə uyğun hər hansı yazılı formada müqavilə bağlanmamışdır. İddiaçının da verdiyi izahatda cavabdehə pul verməkdə məqsədinin xeyir götürülməsi olması qeyd edilmişdir. Bu aspektdən pul tələbi ilə bağlı tərəflər arasındakı həqiqi münasibətlər borc müqaviləsi münasibətləri deyildir. Cavabdeh tərəfindən iddiaçıdan götürülmüş pul məbləğləri ona geri qaytarılmışdır, iddiaçının istinad etdiyi pul məbləğləri böyük məbləğlərdir və iddiaçının pul məbləğləri ona geri qaytarılmasa idi 2008-ci ildən 2020-ci ilə qədər tələbetmə ilə bağlı 12 il müddətində hərəkətsizliyi olmazdı. Hətta iddiaçının tələbinə bu hüquqi aspektdən yanaşılsa, hüquqi olaraq bu borc müqaviləsi üzrə öhdəlik deyil, əsassız varlanma kimi yanaşılsa belə, bu halda da 2 il tələbetmə hüququ müddəti bitmişdir. 7.Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-228/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) iddia qismən təmin edilərək, Cavabdeh 6.200 ABŞ dolları məbləğdə borcun (ödəniləcək gün ABŞ dollarının manata məzənnəsi ilə manatla) İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. 8.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər yaxın dostluq münasibətlərində olmuş və iddiaçı cavabdehə 2008-ci ildən 2015-ci ilə qədər müxtəlif vaxtlarda hissə-hissə 30.000 manat və 30.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh təhqiqatda aparılan araşdırma zamanı həmin məbləğdə pulu İddiaçı aldığını etiraf etmiş, lakin həmin pulu artıqlaması ilə, yəni 52.875 ABŞ dolları məbləğində qaytardığını, son olaraq 2018-ci ilin sonunadək 23.800 ABŞ dolları qaytardığını bildirmişdir. 30.000 manat və 30.000 ABŞ dolları məbləğində pulun iddiaçıya qaytarılmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. İddiaçı isə ona cəmi 23.800 ABŞ dolları qaytarıldığını bildirmişdir. Həmin məbləğdə pul 2018-ci ilin sentyabr ayında qaytarılmışdır. Beləliklə 30.000 manatın və 6.200 dolların qaytarılmaması öz təsdiqini tapır. 9.Məhkəmə ABŞ dolları borcunda son ödənişin 2018-ci ilin sentyabr ayında olduğunu hesab edərək bildirmişdir ki, həmin borc üzrə iddia müddəti ötürülməmişdir və 6.200 dollar hissəsində əsaslı olduğundan təmin olunmalıdır. 10.Məhkəmə işin faktiki hallarını, eləcə də cavabdehin mübahisəyə iddia müddətinin tətbiqinə dair ərizə verməsini nəzərə alaraq hesab etmişdir ki,30.000 manat pulun qaytarılması hissəsində mübahisəyə iddia müddəti şamil olunmalı və iddiaçının 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı 30.000 manat pulun son hissəsini 2015-ci ildə verdiyini etiraf etmişdir. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373.2, 372.3, 448.1, 739 və 740-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(103)-6033/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsi iddia tələbinin rədd edilən - Cavabdeh 30.000 ABŞ dolları borcun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək, Cavabdeh 25.000 manat borcun tutularaq İddiaçı ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 14.Apellyasiya instans iyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmayan hissəsində iddia müddətini tətbiq etməklə səhvə yol vermişdir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı cavabdehə müxtəlif vaxtlarda hissə-hissə 30.000 manat və 30.000 ABŞ dolları məbləğində borc pul vermişdir. İddiaçı eləcə də cavabdeh qeyd olunan borcun dəqiq olaraq hansı tarixdə verilməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir, eləcə də tərəflər arasında olan münasibətlər şifahi olaraq baş tutmuş, borca dair hər hansı müqavilə bağlanmamışdır. Göründüyü kimi, tərəflər arasında borca dair müqavilə olmamış, borc müxtəlif vaxtlarda hissə-hissə verilmiş, eləcə də müqavilə olmadığından həmin borcun konkret olaraq nə vaxt verilməsi və nə vaxt qaytarılması barədə konkret vaxt müəyyən edilməmişdir. 15.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında ayrı-ayrı manat və ABŞ dolları borcu deyil, vahid borc münasibətləri olduğundan hazırki iddia tələbinin 30.000 manatın qaytarılması hissəsinə iddia müddətinin tətbiqi düzgün deyil. İddia tələbinin qeyd olunan hissəsinə dair birinci instansiya məhkəməsi səhvə yol verərək, iddia müddətini tətbiq etdiyindən, qətnamə həmin hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 28-ci PB-nin təhqiqatçısının 15 yanvar 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, iddiaçı izahatında göstərmişdir ki, cavab deh 2015-ci ilin sonuna qədər ona ümumilikdə 23.800 ABŞ dolları və 5.000 manat məbləğində pulu geri qaytarmışdır. Hal-hazırda Cavabdeh ona 25.000 manat və 6.200 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmçinin apellyasiya baxışı zamanı iddiaçı izahatında qeyd olunanları yenidən təkrarlayaraq cavabdehin ona 23.800 ABŞ dolları və 5.000 manat məbləğində pulu geri qaytardığını bildirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 17.Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 18.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Qətnamə qəbul edilə rkən ilkin araşdırmalara və sübutlara düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuş, təqdim edilmiş sübutlara düzgün qiymət verilməmişdir. Tərəflərin arasında olan həqiqi münasibətlər borc münasibətləri deyidir. İddiaçı polis idarəsində verdiyi izahatında cavabdeh tərəfindən pulun qaytarıldığını dolayısı ilə qeyd etmişdir. Cavabdeh tərəfindən borcun qaytarılmaması barədə iddianı təsdiq edəcək heç bir sübut yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 19.İddiaçı kassasiya şikayətinə qarşı etirazda iddia ərizəsində qeyd olunan işin faktiki hallarını təkrarlayaraq kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 21.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun təl əbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 23.Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğv olunması və iddianın təmin olunmaması tələb edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi «Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin rədd edilən - Cavabdeh 30.000 ABŞ dolları borcun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilərək, Cavabdeh 25.000 manat borcun tutularaq İddiaçı ödənilməsi»nə aid hissədə yoxlanılır. Çünki cavabdeh birinci instansiya məhkəməsinin ondan 6.200 ABŞ dolları məbləğdə borcun (ödəniləcək gün ABŞ dollarının manata məzənnəsi ilə manatla) İddiaçı xeyrinə tutulması barədə qətnaməsini mübahisələndirməmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bo rcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqavil əsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına görə iddiaçı cavabdehə 2 008-ci ildən 2015-ci ilə qədər müxtəlif vaxtlarda hissə-hissə 30.000 manat və 30.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh təhqiqatda aparılan araşdırma zamanı həmin məbləğdə pulu iddiaçıdan aldığını etiraf etmiş, lakin həmin pulu artıqlaması ilə qaytardığını bildirmişdir. İddiaçı isə cavabdeh tərəfindən 2015-ci ilin sonuna qədər ona ümumilikdə 23.800 ABŞ dolları və 5.000 manat məbləğində pulunu geri qaytarıldığını bildirir.
28. Apellyasiya baxışının predmetini iddia tələbinin təmin edilməyən – 30.000 ABŞ dolları vəsaitin cavabdehdən tutulmasına dair hissəsi təşkil etmişdir.
29. İşin bu vəziyyətində iddiaçının tələb etdiyi 25.000 manat pulun qaytarıldığını sübut etmə yükü cavabdehin üzərinə düşür. Çünki Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu i cranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
30. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (Mülki Məcəllənin 529.1-ci maddəsi).
31. Cavabdeh tərəfindən bu cür sübut təqdim olunmamışdır.
32. Cavabdehin borcun qaytarılması barədə izahatı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv süb utlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Məhkəmə kollegiyası xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
34. Cavabdehin borcun qaytarılması barədə izahatı, Mülki Məcəllənin 433.3 və 529.1-ci maddələrinə uyğun təsdiqlənməd iyinə görə apellyasiya instansiyası məhkəməsi 25.000 manat borcun qaytarılmadığı barədə düzgün nəticəyə gəlmişdir.
35. İddia müddətləri ilə bağlı kassatorun dəlilləri də qətnamənin ləğvinə əsas vermir. Ona görə ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi zəruridir. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axı mının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.
36. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
37. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MMin 368 və 377.2-ci maddələri).
38. Tərəflərin arasında yaranmış borc münasibətləri də müqavilə münasibətləridir. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, cavabdeh borcun nə vaxt qaytarılması barədə razılığa gəlmələri barədə ağlabatan sübut təqdim etməmişdir.
39. Kassato r Ali Məhkəməyə göndərdiyi 04.02.2022-ci il tarixli yazılı izahatına iddiaçının səs yazısının qeydə alındığı diski əlavə etmiş və həmin sübutun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası xatırladır ki, MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. 40.Tərəflərin arasında olan münasibətlərin borc deyil, başqa münasibətlər o lduğu barədə cavabdeh tərəfindən irəli sürülən dəlil də sübut olunmalıdır. Lakin onun tərəfindən bununla bağlı mötəbər sübut təqdim olunmamışdır. 41.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. 42.Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2(103)-6033/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.