Məhkəmə qərarları › İş №2(102)-1003/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1003/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1003/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliklərin icra edilməməsi, zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı “X6 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7060/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən cavab deh tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 31 iyul 2013-cü il tarixli 42720 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 11 % dərəcəsi ilə 950.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Cavabdeh ünvan 1 ünvanında, ümumi sahəsi 248.6 kv.m., yaşayış sahəsi 131.7 kv.m., yardımçı sahəsi 116.9 kv.m.-dən ibarət 5 otaqlı mənzili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir 3. “X6 Azərbaycan” QSC-nin Cavabdeh xx.xx.2013-cü il tarixli, 42720 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan hissəsinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş zərərin hesablanmasına dair 11 iyul 2023-cü il tarixli arayışına əsasən Cavabde h xx.xx.2013-cü il tarixli, 42720 saylı kredit müqaviləsi üzrə əsas borcdan qalan 368.253.73 ABŞ dollarının ödənilməsinin 833 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 42604.91 ABŞ dolları təşkil edir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-93/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı «X6 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracda satılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 368.253,73 (üç yüz altmış səkkiz min iki yüz əlli üç dollar yetmiş üç sent) ABŞ dolları əsas kredit borcu, 2.665,78 (iki min altı yüz altmış beş dollar yetmiş səkkiz sent) ABŞ dolları faiz borcu, 5000 (beş min) ABŞ dolları cərimə borcu, ümumilikdə 375.919,51 (üç yüz yetmiş beş min doqquz yüz on doquz dollar, əlli bir sent) ABŞ dollar (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 4180 (dörd min yüz səksən) manat sığorta haqqı, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu «X6 Azərbaycan» QSC-nin xeyrinə tutulması, tutma Cavabdeh mülkiyyətinə olan, ilkin satış qiyməti 2.480.000 (iki milyon dörd yüz səksən min) manat məbləğində müəyyən edilməklə ünvan 1 ünvanında, ümumi sahəsi 248.6 kv.m, yaşayış sahəsi 131.7 kv.m., yardımçı sahəsi 116.9 kv.m.-dən ibarət 5 otaqlı mənzilə yönəldilməsi, borcun ipoteka predmetinin açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilm iş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsi Cavabdeh tutulması, hərracda mənzil «X6 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 10 gün müddətində boşaldılaraq «X6 Azərbaycan» QSC-nə təhvil verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi, iş üzrə aparılmış qiymətləndirmə tədqiqatlarının dəyəri 500 ( beş yez) manatın Cavabdeh tutularaq "xxxx" MMC, VÖEN **********, AZ65UBAZ**********0 060AZN001, "UNİBANK" KB-nin 11 saylı Dərnəgül filialı, KOD502058 VÖEN **********, Müxbir hesab AZ46NABZ******************** SWİFT NABZAZ2C hesabına köçürülməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli 2(103)5763/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etmədən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-93/2021 saylı qətnaməsini dəyişdirmədən saxlamışdır.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1302/2022 saylı qərarı ilə kasassiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)5763/2021 saylı qətnaməsi qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yeni apellasiya baxışına qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılaraq Bankın kassasiya şikayti qismən təmin edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)3878/2022 saylı qətnaməsi ilə Bankın Apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, e-2(006)-93/2021 saylı qətnaməsi mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı “X6 Azərbaycan” QSC Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, Cavabdeh 368,253.73 ABŞ dollarının ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 42,604.91 (qırx iki min altı yüz dörd ABŞ dolları 91 sent) ABŞ dollarının və 307.30 manat dövlət rüsumunun tutularaq iddiaçı “X6 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı “X6 Azərbaycan” QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinə 1 saylı əlavə razılaşmaya əsasən kredit müqaviləsinin 1.3 maddəsinin 1-ci cümləsi redaksiya olunanda kreditə hesablanmış illik faiz dərəcəsi 10% müəyyən edilmişdir. Kredit müqaviləsinə 2 saylı əlavə razılaşmaya görə kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə dəyişikliyin edilməsi müəyyən edilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxt ında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar bank məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdehin xx.xx.2021-ci il tarixə əsas borc üzrə 375 919.51 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 3 mart 2021-ci ildən sonra bu günə kimi hər hansı bir ödəniş etməmişdir və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 36 8,253.73 ABŞ dolları hissəsi ödənilməmiş qalmaqdadır. 3 mart 2021-ci ildən 23 iyun 2023-cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla, 42,604.91 (qırx iki min altı yüz dörd ABŞ dolları 91 sent) ABŞ dolları təşkil etmişdir.

10. Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 2(006)-3412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 368.253,73 ABŞ dollarının ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 42.604,91 (qırx iki min altı yüz dörd ABŞ dolları 91 sent) ABŞ dolları pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 307,30 (üç yüz yeddi ) manat 30 qəpik dövlət rüsumunun iddiaçı «X6 Azərbaycan” QSC-nin xeyrinə tutulması qərara alınmışdır.

11. Məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması ilə bağlı iddiaçının nümayəndəsinin izahatından bəlli olduğu kimi, məhkəmə qətnaməsi mövcud olduğundan, kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən və borc məbləği ödənilmədiyindən, iddiaçının gecikdirilmiş faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də iddia əsaslıdır və təmin olunmalıdır. Xəbərdarlıq məktubundan (bildirişdən) görünür ki, «X6 Azərbaycan” QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh yuxarıda qeyd edilən pul vəsaitini ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir.

12. Məhkəmə öz mövqeyini əsaslandıra rkən Mülki Məcəllənin 427.3, 442.1, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, məhkəmə bankın hüquqlarının təmin olunmasına can atdığı zaman, vətəndaşın hüquqlarının pozulmasına göz yummuşdur. Çünki, məhkəmə təcrübəsində fikir ayrılığı yaradan iddialardan bir qismi də ondan ibarətdir ki, müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə pulun tutulmasına dair məhkəmə qətnaməsi «İcra haqqında» Qanunda müəyyən edilmiş müddətdə icra edilərkən tələbkar müqaviləyə əsasən pulun vaxtında ödənilməməsinə əsaslanaraq, MM-nin 445.7-ci maddəsinə istinadla, qətnaməyə əsasən ödənilmiş məbləğin 5% miqdarında zərərin ödənilməsini xahiş edir. Lakin, müqavilə öhdəliklərinin pozulub pozulmamasına və həmin öhdəliyə əsasən pulun tutulmasına artıq bir dəfə qiymət verilmiş, bu zaman iddiaçı əlavə olaraq MM-nin 445.7-ci maddəsinə əsasən 5% miqdarında zərərin ödənilməsini tələb etməmiş, qətnamə ilə müqaviləyə əsasən əsas borcdan əlavə faiz borcu və cərimə borcu da tutulmuşdur. Həmin qətnamə hal-hazırda icra haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq icra mərhələsindədir. Tərəflərin mübahisəli hüquq münasibətlərinə qüvvədə olan qətnamə ilə artıq qiymət verildiyindən, həmin qətnam ənin icrası aparılan zaman qaldırılan zərərin tutulması tələbinin təmin edilməsi üçün MM-nin 445.7-ci maddəsinin dispozisiya şərtlər mövcud deyildir. Həmin iddialar üzrə başqa mövqe ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə borclunun müqavilə öhdəliklərinin icrasını təqsirli şəkildə gecikdirdiyi müəyyən edilməmişdir. Digər mövqe isə ondan ibarətdir ki, kredit müqaviləsinə əsasən borclu pulu qaytarmaq öhdəliyi daşıdığı üçün ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamənin qəbul olunmasından, ondan apellyasiya və kassasiya şikayətlərinin verilməsindən asılı olaraq borclu tərəfindən öhdəliyin gecikdirilməsi ondan asılı olmayan hallardan irəli gəlir və o, pul məbləğinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7- ci maddəsinə əsasən məsuliyyət daşımır. Çünki, qaldırılan zərərin tutulm ası tələbinin təmin edilməsi üçün MM-nin 445.7-ci maddəsinin dispozisiya şərtləri mövcud deyildir. Hesab etmişdir ki, hazırkı iddia tələbində qeyd olunan qeyrimüəyyənliklər son nəticədə mülki qanunvericiliyin ayrı-ayrı məhkəmələr tərəfindən fərqli qaydada tətbiq edilməsinə, tərəflərin müxtəlif mülki işlərdə fərqli hüquq və vəzifələrə malik olmasına və onlar üçün qeyri-bərabər şəraitin yaradılmasına səbəb ola bilər. Bu hal isə eyni xarakterli mübahisələr üzrə fərqli məhkəmə aktlarının qəbul edilməsi, hüquqi müəyyənlik prinsipi, fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik və 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Bu səbəbdən, qətnamə maddi və proses sual hüquq normaları pozulmaqla qəbul edildiyindən qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, ev hərraca çıxaraq borc ödəniləcək, bütün bunlar isə müəyyən vaxt tələb edir, hazırkı iddia tələbi əsassızdır.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirmişdir ki, bank cavabdehə təklif etmişdir ki, ipoteka predmetini özü satıb borcu ödəsin, lakin borc hələ də ödənməyibdir, banka isə bundan zərər dəyir, odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X2) 2(103)-7060/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması ilə bağlı məhkəmə qətnaməsi mövcud olduğundan, kred it müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən apellyasiya şikayətinin öhdəliyin borcludan asılı olmayan hallardan gecikdirilməsi barədə dəlili də əsassızdır.

19. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442.1, 445.7, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a)Kassasiya şikayətinin dəlilləri

20. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə təcrübəsində fikir ayrılığı yaradan iddialardan bir qismi ondan ibarətdir ki, müqavilə öhdəliklərinin yerinə yeti rilməməsinə görə pulun tutulmasına dair məhkəmə qətnaməsi «İcra haqqında» Qanunda müəyyən edilmiş müddətdə icra edilərkən tələbkar müqaviləyə əsasən pulun vaxtında ödənilməməsinə əsaslanaraq, MM-nin 445.7-ci maddəsinə istinadla, qətnaməyə əsasən ödənilmiş məbləğin 5% miqdarında zərərin ödənilməsini xahiş edir. Lakin, müqavilə öhdəliklərinin pozulub-pozulmamasına və həmin öhdəliyə əsasən pulun tutulmasına artıq bir dəfə qiymət verilmiş, bu zaman iddiaçı əlavə olaraq MM-nin 445.7-ci maddəsinə əsasən 5% miqdarında zərərin ödənilməsini tələb etməmiş, qətnamə ilə müqaviləyə əsasən əsas borcdan əlavə faiz borcu və cərimə borcu da tutulmuşdur. Həmin qətnamə hal-hazırda icra haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq icra mərhələsindədir. Tərəflərin mübahisəli hüquq münasibətlərinə qüvvədə olan qətnamə ilə artıq qiymət verildiyindən, həmin qətnamənin icrası aparılan zaman qaldırılan zərərin tutulması tələbinin təmin edilməsi üçün MM-nin 445.7-ci maddəsinin dispozisiya şərtləri mövcud deyildir. Həmin iddialar üzrə başqa mövqe ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə borclunun müqavilə öhdəliklərinin icrasını təqsirli şəkildə gecikdirdiyi müəyyən edilməmişdir. Digər mövqe isə ondan ibarətdir ki, kredit müqaviləsinə əsasən borclu pulu qaytarmaq öhdəliyi daşıdığı üçün ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamənin qəbul olunmasından, ondan apellyasiya və kassasiya şikayətlərinin verilməsindən asılı olaraq borclu tərəfindən öhdəliyin gecikdirilməsi ondan asılı olmayan hallardan irəli gəlir və o, pul məbləğinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə ə sasən məsuliyyət daşımır. Çünki, qaldırılan zərərin tutulması tələbinin təmin edilməsi üçün MM-nin 445.7-ci maddəsinin dispozisiya şərtləri mövcud deyildir. Hesab etmişdir ki, hazırkı iddia tələbində qeyd olunan qeyri-müəyyənliklər son nəticədə mülki qanunvericiliyin ayrı-ayrı məhkəmələr tərəfindən fərqli qaydada tətbiq edilməsinə, tərəflərin müxtəlif mülki işlərdə fərqli hüquq və vəzifələrə malik olmasına və onlar üçün qeyri-bərabər şəraitin yaradılmasına səbəb ola bilər. Bu hal isə eyni xarakterli mübahisələr üzrə fərqli məhkəmə aktlarının qəbul edilməsi, hüquqi müəyyənlik prinsipi, fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik və 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Bu səbəbdən, iddia rədd olunmalıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün ca vabdehdir.

28. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

29. Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki,... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləş dirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

34. Madd ə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin y axud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən ape llyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlilləri baxımından qeyd edilməldir ki, kredit borcunu vaxtında ödəməyərək, icranı gecikdirməklə cavabdeh banka faktiki olaraq zərər vurmuş olur. Ona görə ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizl ər əldə etməklə fəaliyyət göstərilir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı isə Mülki Məcəllənin 445.7-ci maddəsində göstərilmişdir.

42. İşə baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin hüquq normalarının tələblərinə cavab verdiyindən qanuni və əsaslı olduğu, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşdığını və birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəldiyini hesab etdiyini bildirərək yuxarıda qeyd edilmiş əsaslandırmanı aparmaqla müvafiq nəticəyə gəlmişdir.

43. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin yuxarıda isti nad olunan 24 dekabr 2014-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmə yə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir.

44. Kassasiya kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

45. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir.

46. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. 47. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab ol unur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar).

48. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən cavabdehin ipoteka predmetini könüllü təhvil verməsi halı müəyyən edilməmişdir.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Eləcə də işə yenidən baxmış apelyasiya instansiyası məhkəməsi işə ə vvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərini yerinə yetirmişdir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası: Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7060/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar