Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1004/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(105)-1835/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 28 fevral 2013-cü il tarixli, 17L000001567 saylı kredit xətti müqaviləsi ilə İddiaçı QSC tərəfindən Cavabdeh3 120 ay müddətinə, yəni 28 fevral 2023-cü il tarixədək 30000 ABŞ dolları kredit xətti açılmışdır. 30 iyun 2014-cü il tarixli sazişlə, kredit xəttinin müddəti kredit xəttinin məbləği 50000 ABŞ dolları müəyyən edilmişdir.
2. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün 28 fevral 2013-cü il tarixli zaminlik müqavilələri ilə Cavabdeh1 və Cavabdeh2 borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cava bdehlik daşımağı öhdəsinə götürmüşlər. 30 iyun 2014-cü il tarixli sazişlərlə zaminlik müqavilələrinə kredit xətti müqaviləsinə uyğun dəyişiklik edilmişdir.
3. Həmçinin kreditin təminatı olaraq 18 iyun 2014-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri 21176,10 manat müəyyən edilmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Kredit xətti müqaviləsi çərçivəsində İddiaçı QSC tərəfindən Cavabdeh3 30 iyun 2018-ci il tarixli, 17R000007035 saylı kredit razılaşması ilə 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833 % olmaqla 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. 5. 17 mart 2015-ci il tarixli 17R00 0007035S saylı, 22 fevral 2016-cı il tarixli 17R000007035SA saylı, 21 oktyabr 2016-cı il tarixli 17R000007035SB saylı, 17 aprel 2017-ci il tarixli 17R000007035SC saylı və 16 oktyabr 2017-cı il tarixli 17R000007035SD nömrəli sazişlərlə İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, son nəticədə kreditin son qaytarma tarixi 22 sentyabr 2020-ci il müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 17R000007035 saylı kredit razılaşması üzrə 15597,16 ABŞ dolları kredit borcu, 11823,71 A BŞ dolları faiz borcu və 8028,40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 35449,27 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, 35449,27 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 ümumi qaydada tutulması, fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilərək fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, borcalan kredit razılaşmasının tələbini pozaraq, ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır.
8. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 21 yanvar 2021-ci il tarixli rəyinə əsasən, iş materialla rında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və iddiaçı AccessBank QSC ilə Cavabdeh3 arasında bağlanılmış 16 oktyabr 2017-ci il tarixli, 17R000007035SD saylı sazişin şərtləri əsas götürülməklə Cavabdeh3 İddiaçı QSC-yə iddia tələbinin tarixinə, yəni 19 dekabr 2019-cu il tarixə olan borcu 11248,04 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 11248,04 ABŞ dolları; faiz borcu üzrə 00,00 ABŞ dolları. Qeyd edilir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış 16 oktyabr 2017-ci il tarixli, 17R000007035SD saylı, kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də, hazırki tədqiqatla Cavabdeh3 cərimə hesablanmır.
9. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizası üzrə "xxxx" MMC-nin verdiyi 25 fevral 2021-ci il tarixli hesabata əsasən, ünvan 1-də, istifadədə olan 0.00664 ha torpaq sahəsi üzərində yerləşən, Cavabdeh3 mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 53,9 kv.m ümumi, 37,2 kv.m yaşayış, 16,7 kv.m yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 33000 manat; likvid qiyməti 28000 manat təşkil edir.
10. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 26 may 2021-ci il tarixli rəyinə əsasən hesabdan çıxarış məlumatları və 28 fevral 2013-cü il tarixli, 17L000001567 saylı kredit xətti müqaviləsinə əsasən 30 iyun 2014-cü il tarixli 1567 saylı sazişlə, kredit xətti müqaviləsinə əsasən aşağıdakı sazişlər əlavə və dəyişikliklər olunmuşdu r; 17 mart 2015-ci il tarixli, 17R000007035S saylı saziş razılaşması, 22 fevral 2016-cı il tarixli, 17R000007035SA saylı saziş razılaşması, 21 oktyabr 2016-cı il tarixli, 17R000007035SB saylı saziş razılaşması, 17 aprel 2017-ci il tarixli, 17R000007035SC saylı saziş razılaşması, 16 oktyabr 2017-ci il tarixli, 17R000007035SD saylı saziş razılaşmasının qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 İddiaçı QSC-yə iddia tələbinin tarixinə yəni 19 dekabr 2019-cu il tarixə, borcu 36494,91 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 16808,71 ABŞ dolları; faiz borcu üzrə 11657,8 ABŞ dolları; cərimə borcu üzrə 8028,40 ABŞ dolları. Qeyd edilir ki, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış yuxarıda göstərilən sazişlərə əsasən 20 fevral 2017-ci il tarixdə, 20 fevral 2018-ci il tarixdə və 20 fevral 2019-cu il tarixlərdə illik faiz dərəcələri dəyişdirilərək faiz dərəcələri azaldılmışdır. Həmin faiz dərəcələri tərtib olunmuş cədvəl məlumatında göstərilmişdir.
11. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-180/2021 nömrəli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30 iyun 2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşması üzrə əsas borca görə 15597,16 ABŞ dolları, faiz borcuna görə 11657,80 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları olmaqla, ümumilikdə 27754,96 ABŞ dolları borcun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manatın İddi açı QSC-nin xeyrinə tutulması, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin fərdi yaşayış evinin likvid satış qiymətinin 28000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən cəmi 27754,96 ABŞ dolları borcun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manatın İddiaçı QSC-nin hesabına, 200 manat ekspertiza xərcinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, İddiaçı QSC-yə tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması, ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda Cavabdeh4 fərdi yaşayış evini bo şaldaraq ən geci bir ay ərzində həmin fərdi yaşayış evindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi həmin nəticəni iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1, 317, 319.1, 319.6, 385.1, 425.1, 439.1, 442, 443.1, 448.1, 448.2, 445, 467, 472.1, 472.2, 472.3, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88, 101.3, 102.1, 103.1, 106.1, 107, 119.1, 218.3, 220.5-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33, 39.3.3, 47.4, 59.3, 59.4-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh3 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-180/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(105)-1835/2022 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadənin və L.M.Məmmədovanın iştirakı ilə) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)180/2021 nömrəli qətnaməsi Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi hesa b etmişdir ki, apellyant kredit müqaviləsi üzrə mövcud borcun və ipoteka predmetinin qiymətinin qəbul edilməməsi barədə apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi və "xxxx" MMC tərəfindən tərtib edilmiş 25 fevral 2021-ci il tarixli hesabat ilə inkar olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. Cavabdeh Cəfərov Mətanət Bilal qızı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)-1835/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 448-ci, Mülki Prosessual Məcəllənin 9 və 14-cü maddələri pozulmuşdur. Belə ki, kredit məbləğinin vaxtında ödənilməməsi cavabdehin təqsiri ilə bağlı deyil, oğlunun şəhid olması və həyat yoldaşının işini itirməsi ilə əlaqəli olmuşdur. Həmçinin ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən olunmamışdır. Belə ki, fərdi yaşayış evinin bazar qiyməti 45000-50000 ma nat, likvid qiyməti isə 40000 manat təşkil edir. Bundan əlavə, cavabdehin həm əsas borcu, həm də faiz borcu ekspert rəyi ilə şişirdilmişdir.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Birinci instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi qətnaməni cavabdehin apellyasiya şikayətinə əsasən yoxlamışdır. Hazırda cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apelly asiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqd a isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc al an) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas ö hdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa h alların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən e kspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə ə sasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hes ab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüqu q münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlar da verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qanuni və əsaslı olsa da, borcun müəyyən edilməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur.
27. İlk olaraq, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində kassasiya şikayətinin dəlilləri üzrə qeyd olunmalıdır ki, iş materiallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən müstəqil qiymətləndirmə həyata keçirilmişdir. Müəyyən olunan qiymət cavabdeh tərəfindən mübahisələndirilsə də, onun düzgün olmamasını təsdiq edən sübut işin faktiki hallarını araş dıran apellyasiya məhkəməsinə təqdim olunmamışdır.
28. Odur ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini alınmış rəy əsasında əmlakın likvid dəyəri ilə müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
29. Kredit müqaviləsi üzrə borcun məbləğinin hesablanması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə isə məhkəmə kollegiyası qismən razılaşır.
30. Belə ki, yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tələb olunan borcun məbləğinin müəyyən edilməsi üçün ilkin və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin etmiş və alınan sonuncu rəyi əsas götürərək, borc məbləğini cavabdehlərdən tutulmasını qət etmişdir. Cavabdeh apellyasiya şikayətində ekspert rəyini mübahisələndirsə də, apellyasiya məhkəməsi şikayətin bu dəlillərini rədd etmişdir.
31. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir. Ekspertin rəyi məhkəmədə tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir.
32. Lakin, məhkəmə kollegiyasının qənaətinə görə, hazırki halda işin faktiki hallarını araşdıran məhkəmələr iş üzrə verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26 may 2021-ci il tarixli rəyini təhlil etməmiş və həmin rəyin verilməsi üçün aparılan tədqiqatı işdə olan sübutlarla birlikdə qiymətləndirməmişdir.
33. Qeyd olunduğu kimi, cavabdehə kredit 30 iyun 2018-ci il tarixdə verilsə də, sonradan əlavə sazişlərlə kreditin qaytarılması şərtlərində dəyişikliklər edilmiş və sonuncu belə saziş 16 oktyabr 2017-ci il tarixdə razılaşdırılmışdır. Qeyd olunan sazişə əlavə olunmuş ödəniş planından isə müəyyən olunur ki, tərəflər həmin tarixə restrukturizasiya məbləğinin 180236,22 ABŞ dolları olmasına razılaşmışlar.
34. Lakin, məhkəmə-mühasibatlıq ekspertizasının 26 may 2021-ci il tarixli rəyinin tədqiqi hissəsində olan cədvəldən müəyyən olunur ki, ekspert kreditin verildiyi tarixdən hesablamaqla və 20 oktyabr 2017-ci il tarixdə 202 ABŞ dolları ödəniş nəzərə alınmaqla, həmin tarixə qalan əsas borcun 19032,67 ABŞ olmasını müəyyən etmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında olan razılaşma ilə 16 oktyabr 2017-ci il tarixə olan əsas borcun məbləği müəyyən edildiyindən, ekspert sonrakı borcu hesablayarkən məhz həmin məbləği əsas götürməli idi. İşin bu hallarının nəzə rə alınmaması ekspert tərəfindən kredit müqaviləsi üzrə həm əsas, həm də faiz borcunun düzgün hesablanmamasına səbəb ola bilər.
36. Cavabdeh apellyasiya şikayətində hesablanan əsas və faiz borcunun şişirdilməsini göstərsə də, apellyasiya məhkəməsi tərəfindən işin bu hallarına hüquqi qiymət verilməmiş və bununla da, kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi zamanı ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı Mülki Prosessual Məcəllənin 88, 101.7, 103.1-ci maddələrinin tələbləri pozulmuşdur.
37. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəmə sinə göndərilməlidir.
38. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cəfərov Mətanət Bilal qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(105)-1835/2022 nömr əli qətnaməsi qismən, yəni kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(105)-1835/2022 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.