Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1004/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 Cavabdeh Mənzil Tikinti Kooperativinə (maraqlarına toxunan şəxslər X13, X2, X5, X10, Maraqlı şəxs1, X8 və Maraqlı şəxs2) qarşı iddiaları ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: müqavilədən irəli gələn öhdəliyin icrası, mənzillərin təhvil verilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İd diaçı7 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə üzrə öhdəliyin icrası” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5605/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı6, İddiaçı3 və İddiaçı1 (Vəkil6) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 01 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh MTK ilə iddiaçılar arasında bağlanmış müqavilələr:
2. Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2 saylı müqaviləyə əsasən, Cavabdeh MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində 1, 2, 1, 1, 3, 3, 2 otaqdan ibarət (ümumi 7 mənzil), ümumi sahəsi 716 kv.m. olan mənzilləri İddiaçı1 verməyi, sonuncu isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş 608.600 manat məbləğində pul vəsaitini vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
3. Tərəflər arasında bağlanmış eyni tarixli 3 saylı müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət mənzilləri ümumi sahəsi 92,9 kv.m. olan mənzili İddiaçı1 verməyi, sonuncu isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş 78.965 manat məbləğində pul vəsaitini vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
4. Cavabdeh MTK ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 5 saylı müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 -ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 145 kv.m. olan mənzili İddiaçı2 verməyi, sonuncu isə bu sahəni qəbul etməyi və 145.000 manat məbləğində pul vəsaitini vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
5. Tərəflər arasında bağlanmış həmin tarixli 5 saylı müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3cü mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 145 kv.m. olan mənzili İddiaçı2 verməyi, sonuncu 174.000 manat məbləğində pul vəsaitini vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
6. Cavabdeh MTK ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4 saylı müqaviləyə əsasən "xxxx" MTK ünvan 2 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 1, 2 və 3 otaqdan ibarət (ümumi 3 m ənzil), ümumi sahəsi 340 kv.m. olan mənzilləri İddiaçı3 verməyi, sonuncu isə bu sahəni qəbul etməyi və 306.000 manat məbləğində pul vəsaitini vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
7. Cavabdeh MTK ilə İddiaçı5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 7 saylı müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqdan ibarət, ümumi sahəsi 110 kv.m. olan mənzili İddiaçı5 verməyi sonuncu isə bu sahəni qəbul etməyi və 132.000 manat məbləğində pul vəsaitini vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
8. Cavabdeh MTK ilə İddiaçı4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 10 saylı müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqdan ibarət, ümumi sahəsi 65 kv.m. olan, mənzili İddiaçı4 verməyi, sonuncu isə bu sahəni qəbul etməyi və 78.000 manat məbləğində pul vəsaitini vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
9. Cavabdeh MTK ilə İddiaçı6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 8 saylı müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 145 kv.m. olan mənzili İddiaçı6 verməyi, sonuncu isə bu sahəni qəbul etməyi və 159.500 manat məbləğində pul vəsaitini tam məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
10. Cavabdeh MTK ilə İddiaçı7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 11 saylı müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsin də 1 otaqdan ibarət, ümumi sahəsi 74 kv.m. olan mənzili İddiaçı7 verməyi, sonuncu isə bu sahəni qəbul etməyi və 88.800 manat məbləğində pul vəsaitini vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
11. Təbriz MTK ilə üçüncü şəxslər arasında bağlanmış müqavilələr:
12. Könül Əzəmi və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrə və maliyyə arayışlarına əsasən, ünvan 3 ünvanında yerləşən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 110 kv.m. olan, 01 saylı mənzili 143.000,0 manata, həmin MTK-nın 1-ci blok, 12-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 145 kv.m. olan 72 saylı mənzili 174.000,0 manata alınmışdır.
13. Zeynəb Məmmədova ilə Cavabdeh MTK arasında bağlanmış 2 avqust 2018-ci il tarixli 31 saylı müq aviləyə və maliyyə arayışına əsasən, Zeynəb Məmmədova ünvan 3 ünvanında yerləşən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3 otaqdan ibarət, sahəsi 145 kv.m. olan 2 saylı mənzili 188.500 manata almışdır.
14. Ceyhun Vəliyev ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən, Ceyhin Vəliyev ünvan 3 ünvanında yerləşən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 27 saylı mənzili 188.500,0 manata almışdır.
15. Fariz Rəsulov ilə Cavabdeh MTK MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən, Fariz Rəsulov həmin ünvan 3 ünvanında yerləşən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 109 kv.m. olan, 7 8 saylı mənzili 130.800,0 manata və xx.xx.2018-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən həmin binanın 1-ci blok, 12-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 145 kv.m. olan 76 saylı mənzili 174.000,0 manata alınmışdır.
16. Maraqlı şəxs1 ilə Cavabdeh MTK arasında bağlanmış 07 avqust 2018-ci il tarixli 64 nömrəli müqaviləyə və maliyyə arayışına əsasən, Maraqlı şəxs1 ünvan 3 ünvanında yerləşən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m. olan 1 saylı mənzili 143.000 manata almışdır.
17. Turan İslamov ilə Cavabdeh MTK arasında bağlanmış 08 avqust 2018-ci il tarixli 12 nömrəli müqaviləyə və maliyyə arayışına əsasən, Turan İslamov ünvan 3 ünvanında yerləşən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sa həsi 145 kv.m. olan 2 saylı mənzili 174.000 manata almışdır.
18. Maraqlı şəxs2 ilə Cavabdeh MTK arasında bağlanmış 07 avqust 2018-ci il tarixli 38 nömrəli müqaviləyə və maliyyə arayışına əsasən, Maraqlı şəxs2 ünvan 3 ünvanında yerləşən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 9 saylı mənzili 188.500 manata almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində ilk icraat:
19. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 (bundan sonra iddiaçılar, yaxud ad və soyadları) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (bundan sonra cavabdeh və ya MTK) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə m üraciət edərək, İddiaçı1 tərəfindən alınmış, ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində 1, 2, 1, 1, 3, 3, 2 otaqdan ibarət (ümumi 7 mənzil) ümumi sahəsi 716 kv.m. olan 71, 72, 73, 74, 75, 76 və 77 saylı mənzillərin; İddiaçı1 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 92,9 kv.m. olan 40 saylı mənzilin; - İddiaçı2 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m. olan 2 saylı mənzilin; - iddiaçı İlqar İddiaçı2 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m. olan 9 saylı mənzilin; - İddiaçı7 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 74 kv.m. olan 63 saylı mənzilin; İddiaçı6 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m. olan 27 saylı mənzilin; - İddiaçı3 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 1, 2 və 3 otaqdan ibarət (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m. olan 78 saylı mənzilin; - İddiaçı5 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaq dan ibarət ümumi sahəsi 110 kv.m. olan 1 saylı mənzilin; İddiaçı4 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 65 kv.m. olan 24 saylı mənzillərin boşaldılaraq təhvil verilməsi vəzifəsinin cavabdeh MTK-ya həvalə ediməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 işin yuxarıda sadalanan hallarına istinad etməklə iddia tələbini onunla əsaslandırmışdır ki, müqavilədə göstərilən mənzillərin məbləğləri iddiaçılar tərəfindən ödənilmiş, iddiaçılar öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmişlər. İşə əlavə edilmiş müqavilələr, iclas protokolları və maliyyə arayışları MTK tərəfindən imzalanmış, MTK-nın möhürü ilə təsdiq olunmuşdur. Buna görə də MTK ilə iddiaçıların arasında bağlanmış müqavilələrdə göstərilən mənzillərin onlara təhvil verilməsi vəzifəsi cavabdeh MTK-ya həvalə edilməlidir.
21. İşə əlavə edilmiş maliyyə arayışlarına əsasən, iddiaçılar MTK-ya müqavilələrdə göstərilən mənzillərin dəyərini ödəmişlər və MTK-ya borcları yoxdur.
22. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin olunmuş, cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində 1, 2, 1, 1, 3, 3, 2 otaqdan ibarət (ümumi 7 mənzil) ümumi sahəsi 716 kv.m. olan 71, 72, 73, 74, 75, 76 və 77 saylı mənzillərin; ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 92,9 kv.m. olan 40 saylı mənzilin boşaldılması və İddiaçı1 təhvil verilməsi; cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m olan 2 saylı mənzil, ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m. olan 9 saylı mənzilin boşaldılması və İddiaçı2 təhvil verilməsi; cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 74 kv.m. olan 63 saylı mənzilin boşaldılması və İddiaçı7 təhvil verilməsi; cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m. olan 27 saylı mənzil boşaldılması və İddiaçı6 təhvil verilməsi; cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 1, 2 və 3 otaqdan ibarət (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m. olan 78 saylı mənzil boşaldılması və İddiaçı3 təhvil verilməsi; cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 110 kv.m. olan 1 saylı mənzil boşaldılması və İddiaçı5 təhvil verilməsi; cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1ci blok, 5-ci mərtəbəsində 1 o taqdan ibarət ümumi sahəsi 65 kv.m olan 24 saylı mənzil boşaldılması və İddiaçı4 təhvil verilməsi qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor - borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
24. Məhkəmə hesab etmişdir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odu r ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçılar tərəfindən müqavilə üzrə öz üzərlərinə düşən öhdəlik yerinə yetirilmiş mənzillərin dəyəri olan pul məbləğləri ödəmişdir. Müqavilələrin 13-cü bəndində qeyd edilir ki, bina tikilib başa çatdıqdan və alıcı order aldıqdan sonra müqavilə öz qüvvəsini itirmiş hesab olunur və satıcıya geri qaytarılır.
26. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 müqavilə üzrə öhdəliklərini tam icra edərək, mənzillərin dəyərini tam şəkildə ödəmiş, cavabdeh MTK həmçinin müqavilə üzrə öhdəliklərini icra etməli və mənzilləri iddiaçıya təhvil verməlidir.
27. Birinci instansiya məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 385.1, 448.1, 427.1, 427.2, 427.3, 428.2, 430.1, 430.2, 445.2, 445.2.1, və 445.2.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
28. Qətnamədən işdə iştirak etməyə cəlb olunmayan X7 nümayəndəsi və vəkili Vəkil3, X1 nümayəndəsi və vəkili Vəkil9, X3 nümayəndəsi və vəkili Vəkil3, X6 nümayəndəsi və vəkili Vəkil8 ayrı-ayrılıqda, Maraqlı şəxs1, X8 və Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil4 birgə apellyasiya şikayətləri vermişlər.
29. Apellyasiya icraatı zamanı Könül Əzəmi, Zeynəb Məmmədova, Ce yhun Vəliyev, Fariz Rəsulov, Maraqlı şəxs1, Turan İslamov və Maraqlı şəxs2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.
30. Apellyasiya şikayətində Könül Əcəminin nümayəndəsi və vəkili Vəkil3 birinci instansiya məhkəməsinin qətnaməsinin Könül Əcəmiyə aid olan hissədə, yəni ünvan 4 ünvanında 6 bloklu coxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 110 kv.m. olan, 01 saylı mənzil və 12-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 145 kv.m. olan 72 saylı mənzilə aid hissədə qismən ləğv edilməsini, 01 və 72 saylı mənzillərə dair Könül Əzəminin sahiblik və istifadə hüququnun tanınması, həmin mənzillərin onun faktiki sahibliyinə verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Qeyd olunan apellyasiya şi kayəti onunla əsaslandırılmışdır ki, MTK-nın faktiki rəhbəri olan X11 Azərbaycan Respublikası Baş Prokurorluğunda Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə təqsirləndirilərək, onun barəsində istintaq aparılır. Məlum olmuşdur ki, Nofəl Hacıyev həmin ünvanda bina tikintisi üçün süni bürokratik əngəlləri aradan qaldırmaq, habelə müxtəlif şəxslərdən aldığı investisiya məbləğləri üçün həmin borc verən şəxslərdə təminat görüntüsü yaratmaq məqsədilə faktiki olaraq vətəndaşlara satılmış mənzilləri, guya onlara satması barədə müqavilələr bağlamış, maliyyə arayışları vermişdir. Məhkəmə eyni şəxsə bağlı olan saxta alıcıların iddiasını həll edərkən bir adamın adına 8-10 mənzil yazılması xüsusatını araşdırmamış, bunun müqavilə bağlayan tərəflə rin həqiqi niyyətindən irəli gələn əqd olmasına qiymət verməmişdir. Məhkəmə tərəfindən qətnamə ilə həmin binada 75 nömrəli mənzilin Mübariz Quliyevin sahiblik və istifadəsinə verilməsinə baxmayaraq, 1 ay sonra hazırda mübahisə edilən qətnamə ilə 75 nömrəli mənzil üçün İddiaçı1 hüquq sahibi kimi tanımşdır. Belə çıxır ki, barəsində cinayət təqibi aparılan MTK-nın rəhbəri bir mənzilə bir neçə müqavilə bağlamaqla, hakim isə bir mənzilə dair 2 nəfərin hüququnu qətnamə ilə tanımaqla eyni qanunsuzluğu təkrar etmişdir. MTK və Könül Əzəmi arasında bağlanmış müqavilələrə əsasən ünvan 5 ünvanında yerləşən yaşayış sahələri MTK tərəfindən Könül Əzəmiyə satılmışdır. Həmçinin maliyyə arayışına əsasən Könül Əzəmi mənzilin pay dəyərini MTK-ya ödəmişdir. Beləliklə, Könül Əzəminin qeyd olunan mənzilə sahib lik və istifadə hüququ yaranmışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi mübahisə edilən 72 saylı mənzilin İddiaçı1 və 01 saylı mənzilin İddiaçı5 təhvil verilməsi Könül Əzəminin mülkiyyət hüquqlarını həyata keçirilməsinə maneə olur.
32. Apellyasiya şikayətində Zeynəb Məmmədovanın nümayəndəsi və vəkili Vəkil9 birinci instansiya məhkəməsinin qətnaməsinin MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3 otaqdan ibarət, ümumi sahəsi 145 kv.m. olan 2 saylı mənzilin boşaldılaraq İddiaçı2 verilməsi hissəsində ləğv edilərək, İddiaçı2 ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3 otaqdan ibarət, ümumi sahəsi 145 kv.m. olan 2 saylı mənzilin boşaldılaraq təhvil verilməsi vəzifəsinin MTK-ya həvalə edilməsi ba rədə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
33. Qeyd olunan apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zeynəb Məmmədova ilə MTK arasında bağlanmış 02 avqust 2018-ci il tarixli 31 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3 otaqdan ibarət, ümumi sahəsi 145 kv.m. olan 2 saylı mənzil İddiaçı2 əvvəl Zeynəb Məmmədovaya satılmışdır. Ondan sonra bağlanan müqavilə səlahiyyətsiz şəxs tərəfindən bağlanmış müqavilədir.
34. Apellyasiya şikayətində Ceyhun Vəliyevin nümayəndəsi və vəkili Vəkil3 birinci instansiya məhkəməsinin qətnaməsinin Ceyhun Vəliyevə aid olan hissədə, yəni ünvan 4 ünvanında 6 bloklu coxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 145 kv.m. ol an 27 saylı mənzilə aid hissədə qismən ləğv edilməsini, 27 saylı mənzilə dair Ceyhun Vəliyevin sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin onun faktiki sahibliyinə verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
35. Qeyd olunan apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ceyhun Vəliyevin MTK ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən 188.500,0 manat tam ödənilməklə sözügedən mənzili almışdır. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi ilə tamamilə əsassız olaraq göstərilən ünvanda olan həmin mənzil İddiaçı6 sahiblik və istifadəsinə verilmişdir. Məhkəmə baxışı zamanı prosesə cəlb edilməyən Ceyhun Vəliyevin maraqlarına toxunulmuş, yaxın günlərdə həmin əmlaklarına baş çəkmək istəyərkən kənar şəxslər tərəfindən həmin qətnamə ə sasında mənzilin ələ keçirilməsini müəyyən etmişdir.
36. Apellyasiya şikayətində Fariz Rəsulovun nümayəndəsi və vəkili Vəkil8 birinci instansiya məhkəməsinin qətnaməsinin Fariz Rəsulova aid olan hissədə, yəni ünvan 4 ünvanında 6 bloklu coxmərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 109 kv.m. olan, 78 saylı mənzil və 12-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 145 kv.m. olan 76 saylı mənzilə aid hissədə qismən ləğv edilməsini, 78 və 76 saylı mənzillərə dair Fariz Rəsulovun sahiblik və istifadə hüququnun tanınması, həmin mənzillərin onun faktiki sahibliyinə verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
37. Qeyd olunan apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fariz Rəsulov MTK ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə və maliyyə ar ayışına əsasən 130.800,0 manat tam ödənilməklə həmin MTK-nın ünvan 4 ünvanında 6 bloklu coxmərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 109 kv.m. olan, 78 saylı mənzili, habelə xx.xx.2018-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən 174.000,0 manat tam ödənilməklə həmin MTK-nın ünvan 4 ünvanında 6 bloklu coxmərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 145 kv.m. olan 76 saylı mənzili alınmışdır. Lakin birinci instansiya məhgkəməsinin qətnaməsi ilə tamamilə əsassız olaraq göstərilən ünvanda olan çoxmənzilli binanın 1-ci blok, 13-cü mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 109 kv.m. olan, 78 saylı mənzil İddiaçı3un, 1-ci blok, 12-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 145 kv.m. olan 76 saylı mənzil isə İddiaçı1 sahiblk v ə istifadəsinə verilmişdir. Məhkəmə baxışı zamanı prosesə cəlb edilməyən Fariz Rəsulovun maraqlarına toxunulmuş, yaxın günlərdə həmin əmlaklarına baş çəkmək istəyərkən kənar şəxslər tərəfindən həmin qətnamə əsasında mənzillərin ələ keçirilməsini müəyyən etmişdir.
38. Apellyasiya şikayətində Maraqlı şəxs1, Turan İslamov və Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil4 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və Maraqlı şəxs1, Turan İslamov və Maraqlı şəxs2 şikayətlərinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
39. Qeyd olunan apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 ilə MTK arasında bağlanılmış 07 avqust 2018-ciiltarixli 64 nömrəli müqaviləyə əsasən MTKnın Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa etdiyi 6 blok lu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 110 kv.m. sahəsi olan 1 nömrəli mənzili 143.000 manata almış və müvafiq müqaviləilə yanaşımaliyyəarayışı verilmişdir. Lakin MTK müvafiq mənzili Maraqlı şəxs1 təhvil verilməsini öhdəsinə götürsə də öhdəliyini yerinə yetirməyərək mənzili təhvil verməmişdir. Sonradan məlum olmuşdur ki, digər şəxslər də həmin mənzilə sahib çıxmaq üçün MTK ilə müqavilə bağlamış və bu barədə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə qətnaməsi Maraqlı şəxs1 maraqlarına toxunduğu üçün, yəni həmin mənzilin qətnamə əsasında İddiaçı5 təhvil verilməsi barədə iddianı təmin etməklə düzgün olmayan və digər şəxsin maraqlarına toxunan qətnamə qəbul etmişdir. Belə ki, həmin mənzil İddiaçı5 25 avqust 2018-ci il tarixdə yəni Ma raqlı şəxs1 07 avqust 2018-ci il tarxində satıldıqdan sonra qanunsuz və əsassız şəkildə yenidən satılmışdır. Bu bir daha göstərir ki, həmin qətnamə Vidadi İsmaovun maraqlarına toxunmaqla qanunsuz və əsassız olaraq çıxarılmışdır. Bundan başqa Turan İslamov ilə MTK arasında bağlanmış 08 avqust 2018ciil tarixli 12 nömrəli müqaviləyə əsasən MTK-nın Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa etdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən 3 otaqlı, 145 kv.m. sahəsi olan mənzili 174.000 manata almış və müvafiq müqavilə ilə yanaşı maliyyə arayışı verilmişdir. Lakin MTK müvafiq mənzili Turan İslamova təhvil verilməsini öhdəsinə götürsə də öhdəliyini yerinə yetirməyərək mənzili təhvil verməmişdir. Sonradan məlum olmuşdur ki, digər şəxslər də həm in mənzilə sahib çıxmaq üçün MTK ilə müqavilə bağlamış və bu barədə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə qətnaməsi Turan İslamovun maraqlarına toxunduğu üçün, yəni həmin mənzilin qətnamə əsasında İddiaçı2 təhvil verilməsi barədə iddianı təmin etməklə düzgün olmayan və digər şəxsin maraqlarına toxunan qətnamə qəbul etmişdir. Belə ki, həmin mənzil İddiaçı2 25 avqust 2018-ci il tarixdə yəni Turan İslamova 08 avqust 2018-ci il tarxində satıldıqdan sonra qanunsuz və əsassız şəkildə yenidən satılmışdır. Bu bir daha göstərir ki, həmin qətnamə Turan İslamovun maraqlarına toxunmaqla qanunsuz və əsassız olaraq çıxarılmışdır. Bundan başqa Maraqlı şəxs2 ilə MTK arasında bağlanılmış 07 avqust 2018-ci il tarixli 38 nömrəli müqaviləyə əsasən MTK-nın Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa etdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, 145 kv.m. sahəsi olan 9 nömrəli mənzili 188.500 manata almış və müvafiq müqavilə ilə yanaşı maliyyə arayışı verilmişdir. Lakin MTK müvafiq mənzilin Maraqlı şəxs2 təhvil verilməsini öhdəsinə götürsə də öhdəliyini yerinə yetirməyərək mənzili təhvil verməmişdir. Sonradan məlum olmuşdur ki, digər şəxslər də həmin mənzilə sahib çıxmaq üçün MTK ilə müqavilə bağlamış və bu barədə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə qətnaməsi Maraqlı şəxs2 maraqlarına toxunduğu üçün, yəni həmin mənzilin qətnamə əsasında İddiaçı2 təhvil verilməsi barədə iddianı təmin etməklə düzgün olmayan və digər şəxsin maraqlarına toxunan qətnamə qəbul etmişdir. Belə ki, həmin mənzil İddiaçı 2 25 avqust 2018-ci il tarixdə, yəni Maraqlı şəxs2 07 avqust 2018-ci il tarxində satıldıqdan sonra qanunsuz və əsassız şəkildə yenidən satılmışdır. Bu bir daha göstərir ki, həmin qətnamə Maraqlı şəxs2 maraqlarına toxunmaqla qanunsuz və əsassız olaraq çıxarılmışdır. Apellyasiya şikayəti verən şəxslər bir ailənin üzvləridir. Birinci instansiya məhkəməsinin çıxarmış olduğu qətnamə apellyasiya şikayəti verən şəxslərin maraqarına toxunmaqla onların mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur.
40. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı7 nümayəndəsi və vəkili Vəkil6, Könül Əzəmi, Zeynəb Məmmədova, Ceyhun Vəliyev tərəfindən verilmiş apelyasiya şikayətlərinə qarşı məhkəməyə yazılı etiraz ünvanlayaraq qeyd etmişdir ki, hüquqlarını təmsil etdiyi iddiaçılar MTK ilə 2018-ci il də müqavilə imzalamışlar. Müqavilə bağlandığı ərəfələrdə binada tikinti işləri aparılırdı və hazır deyildi. Təxminən 2020-ci ildə müqavilə bağlanmış mənzillər iddiaçılara təhvil verilmişdir. Mənzillər təhvil verildikdən sonra iddiaçılar mənzillərə giriş qapısı quraşdırmış və faktiki olaraq sahiblənmişlər. Həmin dövrdə mənzillərlə əlaqədar hər hansı bir problem olmamışdır. Əgər mənzillər hüquqlarını təmsil etdiyi şəxslərə təhvil verilməsəydi, o zaman giriş qapısının quraşdırılmasına da cavabdeh MTK icazə verməzdi. Həmçinin MTK-nın razılığı olmasaydı mübahisəli mənzillərə də giriş qapısı quraşdırılmazdı. Lakin mənzillərin hüquqlarını təmsil etdiyim şəxslərə verilməsinə dair hər hansı təhvil-təslim aktı tərtib olunmamışdır. Buna həmin dövrdə ehtiyac da olmamışdır. Çünki iddiaçılara öz mənzill ərinə daxil olmağa və qapı quraşdırılmasına icazə verilmişdi. Bundan başqa, cavabdeh MTK ilə digər alıcılar, hətta hazırki iş üzrə işdə iştirak etməyə cəlb edilməyən şəxslər - Könül Əzəmi, Fariz Rəsulov və Ceyhun Vəliyev arasında da təhvil-təslim aktı tərtib edilməmişdir. Ümumiyyətlə, MTK-nın təcrübəsində belə bir rəsmi aktın olması mövcud deyil. Ona görə də mübahisəli mənzillər hüquqlarını təmsil etdiyim şəxslərə faktiki olaraq 2020-ci ildə, yəni bina tikilib hazır olduqdan sonra təhvil verilmiş, onlar həmin mənzillərə daxil olaraq giriş qapısı quraşdırmış və mənzillərə sahib çıxmışlar. İş üzrə işdə iştirak etməyə cəlb edilməyən şəxslər – Könül Əzəmi, Fariz Rəsulov və Ceyhun Vəliyev isə, nə həmin vaxtı, nə də ondan sonra mübahisəli mənzillərə gəlib baş çəkməmişlər. Əgər baş çəksə idilər, o zaman qapının üstündə iddiaçıların telefon nömrələrini görər və əlaqə saxlayıb mənzili mübahisələndirərdilər. Bütün bunlar mübahisəli mənzillərin faktiki olaraq iddiaçılara təhvil verildiyini bir daha təsdiq edir. Hətta təxminən 2021-ci ildə MTK-nın rəhbərliyinin adı bir mənzilin bir neçə nəfərə satılmasında hallandıqdan sonra, iddiaçılardan İddiaçı6 və İddiaçı7 qohumu X14 da həftədə 3-4 dəfə mübahisəli əraziyə gedərək mənzillərə qarovul çəkmişdir. Nasir İbadovun ora gedib-gəlməsi mənzillərə ehtimal edilən başqa şəxslərin girməsinin qarşısının alınması olmuşdur. Nasir İbadov mübahisəli mənzillərə hər hansı başqa şəxslərin gəlib-getməsini müşahidə etməmişdir. Həmçinin MTK ilə bağlanmış müqavilələrin nömrəsinə diqqət yetirdikdə ardıcıllığın olmamasının şahidi olmaq olar. Məsələn, İddiaçı1 ilə MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə 02 nömrə ilə qeyd edilmişdir. Həmin müqavilə ilə üst-üstə düşdüyü ehtimal edilən Könül Əzəmi ilə MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə isə 11 nömrə ilə qeyd edilmişdir. Halbuki, may ayında bağlanmış müqavilənin nömrəsi avqust ayında bağlanmış müqavilədən əvvəl olmalı idi. Başqa misal, İddiaçı6 ilə MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə 08 nömrə ilə qeyd edilmişdir. Həmin müqavilə ilə üst-üstə düşdüyü ehtimal edilən Ceyhun Vəliyev ilə MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə isə 38 nömrə ilə qeyd edilmişdir. Halbuki, aprel ayında bağlanmış müqavilənin nömrəsi avqust ayında bağlanmış müqavilədən əvvəl olmalı idi. Növbəti misalda isə Fariz Rəsulov ilə MTK ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə 1/56 nömrə ilə, xx.xx.2018-ci il tarixli müqavilə isə 1/58 nömrə ilə qeyd edilmişdir. Halbuki iş materiallarında olan digər müqavilələr nəzər yetirdikdə nömrələnmənin drob ilə aparılması müşahidə olunmur. Belə olan halda əsas fikir verilməli məqam mübahisəli mənzillərin faktiki olaraq kimlərə təhvil verilməsi olmasıdır. Mübahisəli mənzillər iddiaçılara faktiki olaraq təhvil verilmiş, orada qapı quraşdırılmışdır.
41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5605/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) Könül Əzəminın apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m olan 1 №-li mənzilə aid hissədə ləğv edilmiş və İddiaçı5 bu mənzil barədə iddiası rədd olunmuş; birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 72 №-li mənzilə aid hissədə ləğv edilmiş və İddiaçı1 bu mənzil barədə iddiası rədd olunmuş; Zeynəb Məmmədovanın apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 2 №-li mənzilə aid hissədə ləğv edilmiş, İddiaçı2 bu mənzi l barədə iddiası rədd olunmuş; Ceyhun Vəliyevin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 27 №-li mənzilə aid hissədə ləğv edilmiş və İddiaçı6 bu mənzil barədə iddiası rədd olunmuş; Fariz Rəsulovun apellyasiya şikayəti təmin edilmiş,. birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, sahəsi 109 kv.m. olan 78 №-li mənzilə aid hissədə ləğv edilmiş və İddiaçı3 bu mənzil barədə iddiası rədd olunmuş; birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binası nın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 76 №-li mənzilə aid hissədə ləğv edilmiş və İddiaçı1 bu mənzil barədə iddiası rədd olunmuş; Maraqlı şəxs1 apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun tərəfindən mübahisələndirilən hissəsində, yəni Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m. olan 1 №-li mənzilə aid hissəsi Könül Əzəminin apellyasiya şikayəti əsasında ləğv edilmiş və İddiaçı5 bu mənzil barədə iddiası rədd olunmuş; Turan İslamovun apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun tərəfindən mübahisələndirilən hissəsində, yəni Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasın ın 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 2 №-li mənzilə aid hissəsi Zeynəb Məmmədovanın apellyasiya şikayəti əsasında ləğv edilmiş və İddiaçı2 bu mənzil barədə iddiası rədd olunmuş; Maraqlı şəxs2 apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun tərəfindən mübahisələndirilən hissəsində, yəni Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 9 №-li mənzilə aid hissədə ləğv edilmiş və İddiaçı2 bu mənzil barədə iddiası rədd olunmuşdur.
42. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Nərimanov rayonu, İ.Dadaşov küçəsində yerləşən 57 №-li çoxmənzilli yaşayış binası cavabdeh MTK-ya aiddir. MTK binadakı mənzillərə dair müxtəlif şəxslərlə müqaviləl ər bağlayıb. Bir sıra mənzillərə dair 2 ayrı-ayrı şəxslərlə, bir sıra mənzillərə dair isə 3 ayrı-ayrı şəxslərlə müxtəlif tarixlərdə müqavilələr bağlanıb. Həmin müqavilələrin hər birində MTK üzərinə öhdəlik götürüb ki, müqavilədə göstərilən mənzili müqavilə tərəfinə verəcək. Binadakı mənzillərin müqavilə tərəfinə təhvil verilməsi barədə akt yoxdur. O cümlədən iddia ərizəsində mənzillərin təhvil verilməsi barədə tələbin irəli sürülməsi də onu təsdiq edir ki, mənzillər təhvil verilməyib. İşdə iştirak edən şəxslərin məhkəməyə verdiyi məlumata görə, binada yaşayış yoxdur, mənzillərin heç biri təmir olunmayıb. Hazırkı mübahisə həll edilərkən Mülki Məcəllənin 452.1-ci maddəsinin göstərişi tətbiq edilməlidir. Həmin maddədə qeyd olunub: “Fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli isti fadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir”. Göründüyü kimi, bu maddədə “Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur”. Müqavilələrdə göstərilən mənzillər MTK tərəfindən müqavilə tərəflərinə təhvil verilmədiyinə görə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir.
43. Qətnamənin müba hisələndirilən hissəsi ilə bağlı məhkəmə kollegiyası həmçinin aşağıdakiləri qeyd etmişdir: Birinci: Üçüncü şəxs Könül Əzəminın apellyasiya şikayətində qətnamə 2 mənzilə aid hissədə mübahisələndirilib. Apellyasiya şikayəti həmin binanın 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m. olan 1 №-li mənzilə aid hissədə təmin edilməli, qətnamə həmin mənzilə aid hissədə ləğv edilməli və İddiaçı5 bu mənzil barədə iddiası rədd olunmalıdır. Belə ki, bu mənzilə dair 3 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs Könül Əzəmi və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə üçüncü şəxs Maraqlı şəxs1 və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 3) xx.xx.2018-ci ildə iddaçı İddiaçı5 və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs Kö nül Əzəminin müqaviləsi daha əvvəl bağlanıb. Apellyasiya şikayəti həmin binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 72 №-li mənzilə aid hissədə təmin edilməli, qətnamə həmin mənzilə aid hissədə ləğv edilməli və İddiaçı1 bu mənzil barədə iddiası rədd olunmalıdır. Belə ki, bu mənzilə dair 2 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs Könül Əzəmi və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə iddaçı İddiaçı1 və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs Könül Əzəminın müqaviləsi daha əvvəl bağlanıb.
44. İkinci: Üçüncü şəxs Zeynəb Məmmədovanın apellyasiya şikayətində qətnamə 1 mənzilə aid hissədə mübahisələndirilib. Apellyasiya şikayəti təmin edilməli, qətnamə həmin binanın 1-ci blok, 2-ci mərtəbəsində ye rləşən, sahəsi 145 kv.m. olan 2 №-li mənzilə aid hissədə ləğv edilməli və İddiaçı2 bu mənzil barədə iddiası rədd olunmalıdır. Belə ki, bu mənzilə dair 3 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs Zeynəb Məmmədova və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə üçüncü şəxs Turan İslamov və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 3) xx.xx.2018-ci ildə iddaçı İddiaçı2 və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs Zeynəb Məmmədovanın müqaviləsi daha əvvəl bağlanıb.
45. Üçüncü: Üçüncü şəxs Ceyhun Vəliyevin apellyasiya şikayətində qətnamə 1 mənzilə aid hissədə mübahisələndirilib. Apellyasiya şikayəti təmin edilməli, qətnamə həmin binanın 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 27 №-li mənzilə aid hissədə l əğv edilməli və İddiaçı6 bu mənzil barədə iddiası rədd olunmalıdır. Belə ki, bu mənzilə dair 2 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs Ceyhun Vəliyev və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə iddaçı İddiaçı6 və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs Ceyhun Vəliyevin müqaviləsi daha əvvəl bağlanıb.
46. Dördüncü: Üçüncü şəxs Fariz Rəsulovun apellyasiya şikayətində qətnamə 2 mənzilə aid hissədə mübahisələndirilib. Apellyasiya şikayəti həmin binanın 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, sahəsi 109 kv.m. olan 78 №-li mənzilə aid hissədə təmin edilməli, qətnamə həmin mənzilə aid hissədə ləğv edilməli və İddiaçı3un bu mənzil barədə iddiası rədd olunmalıdır. Belə ki, bu mənzilə dair 2 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs Fariz Rəsulov və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə İddiaçı3 və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs Fariz Rəsulovin müqaviləsi daha əvvəl bağlanıb. Apellyasiya şikayəti həmin binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 76 №-li mənzilə aid hissədə təmin edilməli, qətnamə həmin mənzilə aid hissədə ləğv edilməli və İddiaçı1ın iddiası həmin mənzilə aid hissədə rədd olunmalıdır. Belə ki, bu mənzilə dair 2 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs Fariz Rəsulov və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə iddaçı İddiaçı1 və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs Fariz Rəsulovun müqaviləsi daha əvvəl bağlanıb.
47. Beşinci: Üçüncü şəxs Maraqlı şəxs1 apellyasiya şikayətində qətnamə 1 mənzilə aid hissədə mübahisələndirilib. Apellyasiya şikayəti təmin edilə bilməz. Belə ki, bu mənzil həmin binanın 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m. olan 1 №-li mənzildir. Mənzilə dair 3 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs Könül Əzəmi və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə üçüncü şəxs Maraqlı şəxs1 və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 3) xx.xx.2018-ci ildə iddaçı İddiaçı5 və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs Könül Əzəminin müqaviləsi daha əvvəl bağlanıb. Odur ki, qətnamənin həmin mənzilə aid hissəsi üçüncü şəxs Könül Əzəminin apellyasiya şikayəti əsasında ləğv edilib və İddiaçı5 iddiası bu mənzilə aid hissədə rədd olunub. Qətnamənin ləğv edilmiş hissəsi üçüncü şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti əsasında yenidən ləğv edilə bilməz.
48. Altıncı: Üçüncü şəxs Turan İslamovun apellyasiya şikayətində qətnamə 1 mənzilə aid hissədə mübahisələndirilib. Apellyasiya şikayəti təmin edilə bilməz. Belə ki, bu mənzil həmin binanın 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 2 №-li mənzildir. Mənzilə dair 3 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs Zeynəb Məmmədova və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə üçüncü şəxs Turan İslamov və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 3) xx.xx.2018-ci ildə iddaçı İddiaçı2 və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs Zeynəb Məmmədovanın müqaviləsi daha əvvəl bağla nıb. Odur ki, qətnamənin həmin mənzilə aid hissəsi üçüncü şəxs Zeynəb Məmmədovanın apellyasiya şikayəti əsasında ləğv edilib və İddiaçı2 iddiası bu mənzilə aid hissədə rədd olunub. Qətnamənin ləğv edilmiş hissəsi üçüncü şəxs Turan İslamovun apellyasiya şikayəti əsasında yenidən ləğv edilə bilməz.
49. Yeddinci: Üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayətində qətnamə 1 mənzilə aid hissədə mübahisələndirilib. Apellyasiya şikayəti təmin edilməli, qətnamə həmin binanın 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 9 №-li mənzilə aid hissədə ləğv edilməli və İddiaçı2 bu mənzil barədə iddiası rədd olunmalıdır. Belə ki, bu mənzilə dair 2 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs Maraqlı şəxs2 və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə iddaçı İ ddiaçı2 və cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs Maraqlı şəxs2 müqaviləsi daha əvvəl bağlanıb.
50. Apellyasiya instansiya məhkəməsi mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə istinadla əsaslandırmaqla, ümumi olaraq qeyd etmişdir ki, müqavilələrdə göstərilən mənzillər MTK tərəfindən müqavilə tərəflərinə təhvil verilmədiyinə görə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
51. Qətnamədən iddiaçılar İddiaçı6, İddiaçı3 və İddiaçı1 (Vəkil6) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin onlara aid hissədə təmin olunm asını xahiş etmişlər.
52. Kassasiya şikayətləri eyni məzmunda olmaqla, həmçinin apellyasya şikayətinə qarçı etirazla eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası qətnaməsində qeyd edilir ki, hazırkı mübahisə həll edilərkən Mülki Məcəllənin 452.1-ci maddəsinin göstərişi tətbiq edilməlidir. Həmin maddədə qeyd olunub: “Fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşd irmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir”. Göründüyü kimi, bu maddədə “Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur”. Müqavilələrdə göstərilən mənzillər MTK tərəfindən müqavilə tərəflərinə təhvil verilmədiyinə görə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir (səhifə 4, abzas 1). Məhkəmə kollegiyası Mülki Məcəllənin 452.1-ci maddəsini səhv şərh edərək İddiaçı6 ziyanına qətnamə çıxarmışdır. Hazırki mülki işdə əsas əsas diqqət yönəldilməli məqam mübahisəli mənzillərin faktiki olaraq kimlərə təhvil verilməsinin araşdırılması olmalı idi. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan halı araşdırmamış və Mülki Məcəllənin 452.1-ci maddəsini səhv tövsif edərə k əsassız nəticəyə gəlmişdir.
53. Bu işdə əsas diqqət yönəldilməli məqam mübahisəli mənzillərin faktiki olaraq kimlərə təhvil verilməsinin araşdırılması olmalı idi. Məhkəmə kollegiyası qeyd olunan halı araşdırmamış və Mülki Məcəllənin 452.1-ci maddəsini səhv tövsif edərək əsassız nəticəyə gəlmişdir. MTK İddiaçı6, İddiaçı3 və İddiaçı1 arasında müqavilə bağlandığı ərəfələrdə binada tikinti işləri aparılırdı və hazır deyildi. Təxminən 2020-ci ildə müqavilə bağlanmış mənzillər İddiaçı6, İddiaçı3 və İddiaçı1 təhvil verilmişdir. Mənzillər təhvil verildikdən sonra iddiaçılar mənzillərə giriş qapısı quraşdırmış və faktiki olaraq sahiblənmişlər. Həmin dövrdə mənzillərlə əlaqədar hər hansı bir problem olmamışdır. Əgər mənzillər iddiaçılara təhvil verilməsəydi, o zaman giriş qapısının quraşdırılmas ına da cavabdeh MTK icazə verməzdi.
54. Yekane Askyarovla MTK arasında bağlanmış 08 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 7 ünvanda çoxmərətəbəli yaşayış binasının 1-ci blok 5-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 145 kv. metrdən ibarət 27 nömrəli mənzil ona satılmışdır. Doğrudur, Ceyhun Vəliyevlə MTK arasında bağlanmış müqavilə İddiaçı6 ilə MTK arasında bağlanmış müqavilədən əvvəlki tarixə təsadüf edir. Ancaq nəzərə alınmalıdır ki, yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzil İddiaçı6 faktiki olaraq təxminən 2020-ci ildə təhvil verilmiş, mənzilə giriş qapısı da quraşdırılmışır.
55. İddiaçı3lə MTK arasında bağlanmış 04 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 7 ünvanda çoxmərətəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 1, 2, 3 otaqlı ümumi sahə si 340 kv. metrdən ibarət 78 nömrəli mənzil ona satılmışdır. Doğrudur, Fariz Rəsulovla MTK arasında bağlanmış müqavilə İddiaçı3lə MTK arasında bağlanmış müqavilədən əvvəlki tarixə təsadüf edir. Ancaq nəzərə alınmalıdır ki, yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzil İddiaçı3 faktiki olaraq təxminən 2020-ci ildə təhvil verilmiş, mənzilə giriş qapısı da quraşdırılmışır.
56. İddiaçı1la MTK arasında bağlanmış 02 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 7 ünvanda çoxmərətəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində 1, 1, 1, 2, 2, 3, 3 otaqlı ümumi sahəsi 716 kv. metrdən ibarət 71 (110 kv. metr), 72 (167 kv metr), 73 (65 kv. metr), 74 (61 kv. metr), 75 (92,9 kv. metr), 76 (145 kv. metr) və 77 (74 kv. metr) nömrəli mənzillər ona satılmışdır. Doğrudur, Fariz Rəsulovla MTK arasında bağlanmış müqavilə İddiaçı1la MTK arasında bağlanmış müqavilədən əvvəlki tarixə təsadüf edir. Ancaq nəzərə alınmalıdır ki, yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzil İddiaçı1 faktiki olaraq təxminən 2020-ci ildə təhvil verilmiş, mənzilə giriş qapısı da quraşdırılmışır.
57. Göründüyü kimi apelyasiya instansiya məhkəməsinin qətnaməsində maddi hüquq normaları pozulmaqla qanunlar düzgün tətbiq edilməmişdir. Mübahisəli mənzillər hüquqlarını təmsil etdiyim şəxslərə faktiki olaraq təhvil verilsə də, məhkəmə buna diqqət yetirməmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri:
58. Üçüncü şəxs Könül Əcəminin nümayəndəsi və vəkili Vəkil3 və üçüncü şəxs Ceyhun Vəliyevin nümayəndəsi və vəkili Vəkil7 Dünyamalı oğlu kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək, etirazı apellyas iya şikayətlərinin dəlillərinə uyğun əsaslandırmaqla, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
59. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
60. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.
61. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
62. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
63. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ, 158.1.2. əmlakdan istifadə hüququ, 158.1.3. servitutlar.
64. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
65. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
66. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918- VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).
67. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
68. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
69. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
70. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
71. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
72. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
73. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
74. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
75. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlm işsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.
78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
80. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
82. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
83. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
84. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hall arda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.
85. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
86. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
87. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
88. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
89. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
90. Kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
91. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən iddianın təmin edilməsi hissəsində onlara aid hissədə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qeyd olunan hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, kassasiya şikayətlərində mübahisələndirilən hissədə iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin qeyd olunan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
93. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
94. İddia tələbindən görünür ki, iddiaçıların nümayəndəsi və vəkili yeddi iddiaçının adından cavabdeh MTK-ya qarşı bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ayrıayrı vaxtlarda dəyərini tam ödəməklə cavabdehdən aldıqları mənzillərin boşaldılaraq iddiaçılara təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə ediməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
95. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, ayrı-ayrı iddiaçılar tərəfindən müxtəlif vaxtlarda bağlanmış müqavilələrə əsasən yaranmış mübahisələ rə dair bu xarakterli iddialara ayrı-ayrılıqda baxılaraq tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması məqsədəuyğun olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən, müxtəlif iddiaçıların eyni cavabdehə qarşı iddialarına bir icraatda baxmasının məqsədəuyğun olması məsələsi düzgün əsaslandırılmamış, həmin hal üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərində qeyd olunsa da, apellyasiya instansiya məhkəməsi tərəfindən göstərilən dəlilə hər hansı hüquqi qiymət verilməmişdir.
96. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətlərində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi - üçüncü şəxs Könül Əzəminın apellyasiya şikayətini təmin edərək, birinci instansiya məhkəməsinin qətnaməsi nin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 72 saylı mənzilə aid hissədə ləğv edilməsi və İddiaçı1 həmin mənzil barədə iddiasının rədd olunması; üçüncü şəxs Ceyhun Vəliyevin apellyasiya şikayətini təmin edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 27 saylı mənzilə aid hissədə ləğv edilməsi və İddiaçı6 həmin mənzil barədə iddiasının rədd olunması; üçüncü şəxs Fariz Rəsulovun apellyasiya şikayətini təmin edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci bl ok, 13-cü mərtəbəsində yerləşən, sahəsi 109 kv.m. olan 78 nömrəli mənzilə aid hissədə ləğv edilməsi və İddiaçı3 həmin mənzil barədə iddiasının rədd olunması; birinci instansiya məhkəməsinin qətnaməsinin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli, çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 76 saylı mənzilə aid hissədə ləğv edilməsi və İddiaçı1 həmin mənzil barədə iddiasının rədd olunması barədə nəticəyə gələrkən, qeyd olunan mənzillərin cavabdeh MTK tərəfindən iddiaçılardan daha əvvəl üçüncü şəxslərə satılmasına əsaslanmış, gəldiyi həmin nəticənin maddi əsası kimi Mülki Məcəllənin 452.1ci maddəsinə istinad etməklə, müqavilələrdə göstərilən mənzillərin MTK tərəfindən müqavilə tərəflərinə təhvil verilmədiyinə görə, öhdəliyin hansı kredi torun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlüyün həmin kreditora verilməli olması qənaətinə gəlmişdir.
97. Apellyasiya məhkəməsi müqavilələrdə göstərilən mənzillərin MTK tərəfindən müqavilə tərəflərinə təhvil verilmədiyi nəticəsinə gələrkən həmçinin qeyd etmişdir ki, iddia ərizəsində mənzillərin təhvil verilməsi barədə tələbin irəli sürülməsi də onu təsdiq edir ki, mənzillər təhvil verilməyib.
98. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mübahisələndirilən hissə üzrə işin faktiki hallarına əsasən həqiqətən də iddaçılar İddiaçı1, İddiaçı6 və İddiaçı3lə MTK-nın arasında müqavillər xx.xx.2018-ci il tarixdə bağlansa da, üçüncü şəxslərlə MTK arasında müqavilələr daha əvvəl, yəni Könül Əzəmi ilə xx.xx.2018-ci ildə, Ceyhun Vəliyev ilə xx.xx.20 18-ci ildə, Fariz Rəsulov ilə isə müvafiq olaraq xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə bağlanmışdır. Bununla belə apellyasiya məhkəməsi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etsə də, mənzillərin kimlərə daha əvvəl təhvil verilməsi, faktiki sahibliyində və istifadəsində olmasının müəyyən etməsi ilə bağlı hər hansı araşdırma aparmamış, qeyd olunan normanın tələbi baxımından yalnız mənzillərin real olaraq təhvil verilməsini müəyyən etdiyi halda xeyrinə qərar qəbul edəcəyi tərəfə münasibətdə adı çəkilən maddəyə istinad etməli olduğu halda, həmin maddəni hazırki hala düzgün tətbiq etməməmiş və səhv təfsir etmişdir. Eyni zamanda apellyasiya məhkəməsi iddiaçıların bununla bağlı apellyasiya şikayətinə qarşı verdikləri etirazlarında göstərdikləri dəlillərə əsaslı hüquqi qiymət verməmişdir.
99. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmununa görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
100. Qeyd olunan normadan göründüyü kimi fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqav ilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir.
101. Həmçinin nəzərə alınmalıdır ki, eyni fərdi müəyyən əşyanın verilməsinə dair digər etibarlı müqavilələr də hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin öhdəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcəllə, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır.
102. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiya məhkəməsinin hazırki tələb üzrə Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etməsi və həmin maddə üzrə təfsiri əsassızdır. Belə ki, “M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Konstitusiya baxışının predmeti o lmuş həmin mülki işdə də, hazırkı işdə olduğu kimi, söhbət MTK tərəfindən mənzilin bir şəxsə satıldıqdan sonra başqa şəxsə də satılmasından getmiş və Konstitusiya Məhkəməsi məhkəmələr tərəfindən Mülki Məcəllənin 452.1-ci maddəsinin bu hala tətbiqini qanuni hesab etməmişdir.
103. Qeyd olunmalıdır ki, apellyasiya instansiya məhkəməsi müqavilələrdə göstərilən mənzillərin MTK tərəfindən müqavilə tərəflərinə təhvil verilmədiyini müəyyən etdiyi halda, öhdəliyin hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlməsinə üstünlük verərkən iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 15 dekabr 2017-ci il tarixə kimi qüvvədə olmuş 178.8-ci maddəsinə, mənzillərin real olaraq təhvil verilməsini müəyyən etdiyi halda isə xeyrinə qərar qəbul edəcəyi tərəfə münasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsinə i stinad etməli idi.
104. Bundan başqa məhkəmə kollegiyası qedy edir ki, həm iddiaçılarla və həm də üçüncü şəxslərlə MTK arasında alğı-satqı müqavilələri bağlanan zaman MTK-nın sədri eyni şəxs, X9 olduğu halda, iddiaçılarla MTK arasında bağlanmış müqavilələrin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bağlanması barədə üçüncü şəxslərin apellyasiya şikayətlərinin dəlilləri apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılaraq göstərilən dəlillərə, habelə şikayətlərində əmlaklarına baş çəkmək istəyərkən kənar şəxslər tərəfindən həmin qətnamə əsasında mənzillərin ələ keçirilməsini müəyyən etmələrini qeyd etmələrinə baxmayaraq, iddiaçılarla bağlanmış müqavilələrin üçüncü şəxslər tərəfindən mübahisələndirilməməsinə hüquqi qiymət verilməmişdir.
105. Məhkəmə kollegiyası həmçinin qeyd etm əyi zəruri hesab edir ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi işə baxarkən yuxarıda qeyd olunan halların aydınlaşdırılması məqsədi ilə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmək, habelə cavabdeh MTK-nın iddia tələbinə və üçüncü şəxslərin apellyasiya şikayətlərinə münasibətlərini öyrənmək məqsədilə, həmçinin mənzillərə yerində müayinə keçirməklə bağlı mülki prosessual qanunun tələblərinə əməl etməmişlər.
106. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad edərək - birinci instansiya məhkəməsinin qətnaməsini Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 72 saylı mənzilə aid hissədə ləğv edərək, İddiaçı1 həmin mənzil barədə iddiasını rədd etməsi; birinci instansiya məhkəməsinin qətnaməsini Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 27 saylı mənzilə aid hissədə ləğv edərək, İddiaçı6 həmin mənzil barədə iddiasını rədd etməsi; birinci instansiya məhkəməsinin qətnaməsini Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, sahəsi 109 kv.m. olan 78 nömrəli mənzilə aid hissədə ləğv edərək, İddiaçı3 həmin mənzil barədə iddiasını rədd etməsi; birinci instansiya məhkəməsinin qətnaməsini Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli, çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 76 saylı mənzilə aid hissədə ləğv edərək, İddiaçı1 həmin mənzil barədə iddiasını rədd etməsi barədə gəldiyi nəticə tam və əsaslı deyildir.
107. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
108. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdır an sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
109. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən hissədə işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə qeyd olunan hissədə düzgün həllni tapmamışdır.
110. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apelyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndiril ən hissədə qismən ləğv edilərək, iş yenidən həmin hissələrdə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
111. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, mübahisələndirilən hissədə işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
112. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı6 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5605/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi, - “X7 apellyasiya şikayətinin təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsinin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 72 saylı mənzilə aid hissədə ləğv edilməsi və İddiaçı1 bu mənzil barədə iddiasının r ədd olunması”, -“X3 apellyasiya şikayətinin təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsinin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 27 saylı mənzilə aid hissədə ləğv edilməsi və İddiaçı6 bu mənzil barədə iddiasının rədd olunması”, -“X6 apellyasiya şikayətinin təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsinin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, sahəsi 109 kv.m. olan 78 saylı mənzilə aid hissədə ləğv edilməsi və İddiaçı3 bu mənzil barədə iddiasının rədd olunması”, -“Nərimanov Rayon Məhkəm əsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsinin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 76 saylı mənzilə aid hissədə ləğv edilməsi və İddiaçı1 bu mənzil barədə iddiasının rədd olunması” hissələrində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.