Məhkəmə qərarları › İş №2(102)-1005/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1005/2022

28.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1005/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2021-ci il i tarixli, 2(103)8776/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Resp ublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı Cavabdehndə işlədiyi dövrdə vəzifəsini icra edən zaman, yəni 2018-ci ilin iyun ayının 25-dən 26-na keçən gecə, Birliyin abonenti olan şəxsin mənzildə qaz sızmasını aradan qaldıran zaman hündürlükdən yıxılaraq xəsarət almış, bu barədə “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt” tərtib olunmuş və 5 il müddətinə İİ qrup əlil hesab olunmuşdur. 07 may 2019-cu il tarixdən xxx X5 Metrologiya Departamentinin X1 nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə keçirilmişdir. Cavabdeh 02 noyabr 2020-ci il tarixli əmri ilə iddiaçı ilə 07 may 2019-cu il tarixdə bağlanmış 169 nömrəli “Əmək müqaviləsi” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun o laraq, əmək funksiyasını yerinə yetirməməsi ilə əlaqədar 02 noyabr 2020ci il tarixdən ləğv edilmişdir. X6 Xidməti Bakı Şəhər İdarəsinin 28 aprel 2021-ci il tarixli məktubuna əsasən Birlik tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. Bununla bağlı Birliyində vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə müvafiq olaraq 26 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçının cavabdeh Birliyə işə bərpa edilməsi ilə bağlı Əmək Məcəlləsinin 300-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməs ində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının onun əvvəlki işinə - Birliyin Metrologiya Departamentinin X2 Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əməkhaqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildən cavabdeh Birlikdə müxtəlif vəzifələrdə işləmiş, vəzifəsini icra edən zaman, 2018-ci ilin iyun ayının 25-dən 26-na keçən gecə xəsarət almış, hadisə nəticəsində çoxsaylı xəsarətlər almış, İİ qrup əlil olmuş, əmək qabiliyyətinin 70 faizini itirdiyinə görə ona 30 faizə görə işləməyə icazə verilmişdir. İddiaçı 07 may 2019-cu il tarixdən Birliyin Metrologiya Departamentinin X1 nəzarət-ölçü cih azları və avtomatika üzrə çilingər peşəsinə işə qəbul edilmiş, səhhəti ilə əlaqədar mütəmadi olaraq müalicədə olmuşdur. Sonradan iddiaçıya iş yerindən bildirmişlər ki, o, işdən azad edilmişdir. İddiaçı, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət aldığı üçün mütəmadi olaraq müalicə aldığına görə cavabdeh Birliyin rəhbərliyi qarşı qərəzli olaraq onu işdən çıxarmışdır. Bunun nəticəsi olaraq, himayəsində 3 azyaşlı uşağı olan İİ qrup əlil olan iddiaçının maddi vəziyyətini daha da dözülməz həddə çatmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi X7 ərizə verərək, iddiaçı tərəfindən iddia müddəti buraxıldığı üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(011)-3670/2021 nömrəli qətnaməsi ilə (hak im Ə.R.Abbasova) iddia təmin olunmuş, İddiaçı işdən azad olunmağı barədə Cavabdeh 02 noyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh X3 Departamentinin X2 nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə belə qənaətə gəlmişdir ki, hazırkı iddia ilə bağlı iddia müddəti tətbiq edilməməlidir. Həmin mövqe onunla əsa slandırılmışdır ki, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı Cavabdeh İB-nin 02 noyabr 2020-ci il tarixli əmrinin surətini iddiaçı həmin tarixdə qəbul etməkdən imtina etmiş, bununla belə barəsində verilmiş əmrlə bağlı 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdir. Müraciətə X6 Xidmətinin Bakı Şəhər İdarəsinə baxılmış və aparılan araşdırmanın nəticəsi barədə iddiaçı tərəfə 28 aprel 2021-ci il tarixdə məlumat verilmişdir. İddiaçı məhkəməyə 05 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə istinadən hesab etmişdir ki, iddiaçının hazırki mübahisənin həlli məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinə müraciət etməsi nəzərə alınaraq, iddiaçının iddia tələbi üzrə iddia müddətini ötürməsi üzrlü hesab edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(011)-3670/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2021-ci il i tarixli, 2(103)-8776/2021 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.İbayevdan və R.M.Həsənovdan ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin etməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci i l tarixli, 2(011)-3670/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı göstərmişdir ki, həqiqətən də iddia ərizəsi 05 aprel 2021-ci il tarixdə rayon məhkəməsinə daxil olmuş və işin baxılması zamanı cavabdehin nümayəndəsi tərəfindən “iddia müddətinin tətbiqi barədə ərizəsi” verilmişdir. İş materiallarından görünür ki, iddiaçı, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı 02 noyabr 2020-ci il tarixli əmrinin surətini həmin tarixdə qəbul etməkdən imtina etmiş, bununla belə o, həmin əmrlə bağlı 2020-ci ilin noyabr ayında X6 Xidməti Bakı Şəhər İdarəsinə müraciət etmişdir. Müraciətə X6 Xidmətinin Bakı Şəhər İdarəsinə baxılmış və aparıla n araşdırmanın nəticəsi barədə iddiaçıya 28 aprel 2021-ci il tarixdə məlumat verilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə rayon məhkəməsinə 05 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırki mübahisənin həlli məqsədilə ilk öncə X6 Xidmətinə müraciət etməsi iddia müddətinin üzrlü səbəbdən ötürülməsi kimi nəzərə alınmalıdır. Çünki iddiaçı həmin Xidmətə müraciət etdiyi andan Birliyin əmri ilə razı olmadığını nümayiş etmiş və onun həmin Xidmətə müraciət etməsi pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2021-ci il i tarixli, 2(103)-8776/2021 nömrəli qətnaməsinin ləğv edilərək, işin yenidən b axılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncunun müntəzəm olaraq əmək vəzifələrini kobud şəkildə pozulması səbəbindən xitam verilməsini, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş iddia müddətinin keçməsini, müddətin bərpası üçün həmin maddənin 6-cü hissəsində müəyyən edilmiş üzrlü səbəblərin mövcud olmamasını nəzərə almamışlar. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. İddiaçı ka ssasiya şikayətinə qarşı yazılı etiraz verərək, həmin şikayətin dəlillərinin əsassız olmasını göstərmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti açıq-aşkar əsassızdır, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamə qanuni və əsaslı olmuşdur. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublik asının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə b ilər. 79-cu maddəsinin 3-cü hissəsinə əsasən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X4 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa ş əxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadının ləğv edilməsi üçün əsasdır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktla r əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Az ərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edil ən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iddiaya hüquqi qiymət verən məhkəmələr işəgötürən olan cavabdeh tərəfindən mübahisələndirilən əmr qəbul edilərkən Əmək Məcəlləsinin 79-cü maddəsinin 3-cü hissəsinin pozulmasını müəyyən etmişlər. Bu zaman cavabdeh iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsini əsas götürərək, iddianın rədd olunmasını xahiş etmişdir. Bununla bağlı məhkəmələr hesab etmişlər ki, iddiaçı işəgötürənin 02 noyabr 2020ci il tarixli əmrini qəbul etməkdən imtina etmiş, bununla belə 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətlə müraciət etmiş, Nazirlik yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 28 aprel 2021-ci il tarixli cavabı verilənədək, iddiaçı 05 aprel 2021-ci il tarixdə hazırki iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Məhkəmələr müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair iddiaçının ərizəsini nəzərə alaraq, buraxılmış müddəti bərpa etmişlər. Lakin bu zaman apellyasiya instansiyası məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarda irəli sürülmüş hüquqi mövqe nəzərə alınmamışdır. Belə ki, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumumu qeyd etmişdir ki, X6 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında” Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində iddia müddətlərinin ötürülməsinin üzrlü olan səbəblərin siyahısı qeyd olunmuşdur: iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, qohumunun ölməsi və digər obyektiv hallar. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin göstərilən müddəası genişləndirici şərhə yol versə də, orad a nəzərdə tutulan digər hallar – obyektiv olmalıdır. Obyektiv hallar isə şəxsdən asılı olmayan, başqa şəxslərin, ətraf mühitin və şəraitin təsiri altında yaranan hallar başa düşülməlidir. Lakin, apellyasiya instansiyası məhkəməsi göstərilən maddədə nəzərdə tutulmayan halı – inzibati orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətini iddia müddətinin ötürülməsinin üzrlü səbəbi kimi nəzərə almış, bu zaman fərdi əmək mübahisəsinə baxan orqan olmayan həmin dövlət təşkilatına müraciətin qanunda nəzərdə tutulan “digər obyektiv hal” olmasını əsaslandırmamışdır. Digər tərəfdən, cavabdehin apellyasiya şikayətində də göstərildiyi kimi, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı qeyd olunan orqana müraciət etsə də, nəticəni gözləməmiş, əmr qəbul edilən tarixdən təxminən 5 a y sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda istinad olunan 30 iyul 2021-ci il tarixli qərarda Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını m üdafiə edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsi qənaətinə gələrkən maddi hüquq normalarını pozulmasına yol verdiyindən və həmin məsələ ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərini tam araşdırmadığından qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçının iddia müddətinin ötürülməsinn bərpa olması ilə bağlı müraciətinin olması nəzərə alınmaqla, bunun qanunla nəzərdə tutulmuş obyektiv hallardan baş verməsi araşdırılmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2021-ci il i tarixli, 2(103)-8776/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar