Məhkəmə qərarları › İş №2(102)-1006/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1006/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1006/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Qədirov İlqar Hümmət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Əzizli Nəvazi Vidadi oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(008)5173/2019 nömrəli qətnaməsi ilə Cavabdeh 7506,90 manat əsas borc, 2411,46 manat faiz borcu, 106,51 manat cərimə olmaqla cəmi 10024,87 manat borc və 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydə alınması üçün ödənilmiş 30 manat rüsum tutularaq Ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, X qəsəbəsi, Ünvanndə yerləşən 1 otaqlı, 17,92 m2 yaşayış, 20,32 m2 yardımçı sahədən ibarət 39 nömrəli evin 10 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 47.000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh banka olan borcu nun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 noyabr 2019-cu il tarixli, 2(103)-13598/2019 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən və məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2019cu il tarixli, 2(008)-5173/2019 nömrəli qətnaməsinin iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı borc tələbinə və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan “xxxx" ASC-nin xeyrinə 2014-cü il 19 iyun tarixli kredit müqaviləsi üzrə 7506,90 manat əsas borc, 2411,46 manat faiz borcu, 106,51 manat cərimə borcu olmaqla ümumilikdə 10024,87 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, X qəsəbəsi, Ünvan, ev 39-da yerləşən, 1 otaqlı, 17,92 kv.m yaşayış, 20,32 kv.m yardımçı sahədən ibarət 39 nömrəli evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan “xxxx” ASC-yə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümum i qaydada icra edilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, X qəsəbəsi, Ünvan, ev 39-da yerləşən, 1 otaqlı, 17,92 kv.m yaşayış, 20,32 kv.m yardımçı sahədən ibarət 39 nömrəli evin 10 nömrəli mənzilinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, boşaldılması, çıxarılma, eləcə də ipoteka predmeti olan mənzil in satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan pulun cavabdehlərdən ümumi qaydada tutulması hissəsində iddianın təmin edilməməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Qədirov İlqar Hümmət oğlu Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən s axlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, iddiaçı tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13598/2019 saylı 08 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəla lət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh arasında 19 iyun 2014-cü il tarixli, 24124 saylı kredit müqaviləsinə əsasən kredit alana illik faiz dərəcəsi 16 faiz olmaqla, 36 ay müddətinə 21000 manat kredit verilmişdir. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtı-vaxtında icra etməmiş və onun 03 iyun 2019-cu il tarixinə banka 7506,90 manat əsas, 2411,46 manat faiz, 106,51 manat cərimə borcu olmaqla, ümumilikdə 10024,87 manat borcu yaranmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən 17,92 m2 yaşayış, 20,32 m2 köməkçi sahədən ibarət 1 otaqlı mənzil bank qarşıs ında ipoteka ilə yüklü etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər iddianın təmin edilməyən hissəsində əsassız olduğundan qətnamənin həmin hissədə ləğv edilməsi və iddianın o hissədə təmin olunması üçün əsas ola bilməz. Belə ki, iddiaçı tərəfindən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılma tələbi irəli sürülməmişdir və buna görə də apellyasiya şikayətinin bu hissədə dəlilləri əsaslı hesab edilə bilməz. Çünki, məhkəmə qanunda nəzərdə tutulan müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxa bilməz. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka predmeti olan mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan pulun cavabdehdən ü mumi qaydada tutulması hissəsində iddianın təmin edilməməsi də qanunsuz və əsassız hesab edilə bilməz. Əksinə, belə bir tələbin təmin edilməsi özü qanunsuz və əsassız olardı. Çünki, hazırkı qətnamədə onsuzda cavabdehdən tutulmalı olan pulun alınması qət edilmişdir. İpoteka predmeti olan mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan pulun cavabdehdən ümumi qaydada tutulmasının bu qətnamədə təkrarən göstərilib-göstərilməməsindən asılı olmayaraq qət olunan həmin məbləğin hər bir halda cavabdehdən alınmalı olduğunu özündə ehtiva edir. Apellyasiya kollegiyası həmçinin, qeyd etmişdir ki, “mənzilin boşaldılması və banka təhvil verilməsi” tələbi özü də ziddiyyətli bir tələbdir. Çünki, mənzilə tutma yönəldikdə və satıldıqdan sonra ağlabatan mühakiməyə əsasən də, yəqin ki, mənzil banka deyil, yeni mülkiyyətçiyə təhvil verilməlidir. Bankın isə hərrac nəticəsində həmin mənzili əldə edəcəyi hələlək yalnız ehtimal olaraq qalır. Çünki, hərrac nəticəsində ipoteka predmeti olan mənzili ipoteka qoyan, eləcə də başqa şəxslər də ala bilər. Bu cür halda qeyd olunan hissədə iddia təmin edilərsə qətnamənin icrası zamanı ziddiyyətli vəziyyət yarana bilər. Ona görə bu hissədə də iddia tələbi əsaslı hesab edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə ə saslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, boşaldılması, çıxarılma, eləcə də ipoteka predmeti olan mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan pulun cavabdehlərdən ümumi qaydada tutulması hissəsində iddianın təmin edilməməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərlə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərin təkrar qiymətləndirilməsinə zəmin görmür. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları ta m, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiy a şikayətində göstərilən dəlillər əsassız olduğundan və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İdiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının həmin iş üzrə 08 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar