Məhkəmə qərarları › İş №2(102)-1006/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1006/2024

07.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1006/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5002/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyət i üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzil Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı satılmışdır və onun adına maliyyə arayışı verilmişdir.

3. Daha sonra mübahisəli mənzilin alğı-satqısına dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci tarixdə müqavilə imzalanmış və Cavabdeh1 Cavabdeh2 MMC-yə borcu olmamasını təsdiq edən eyni tarixli maliyyə arayışı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qlobal-SF MMC tərəfindən İddiaçı satılmış, dəyəri onun tərəfindən tam ödənilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında inşa edilən bina 1, ”D” bloku, 5-ci mərtəbə, sahəsi 140 m2 olan, 30 saylı mənzillin yenidən satılması ilə bağlı cavabdehlər “QlobalSF“ MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan binadan cavabdeh təşkilata müraciət edərək mənzil almışdır. Lakin, mənzil 6 ay sonra cavabdeh tərəfindən başqa şəxsə də satılmışdır. Belə ki, Cavabdeh2 (direkt or Eldar Yusifov) ilə “Payçı" kimi İddiaçı arasında 06 mart 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə Cəmiyyət “Qlobal-SF" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzili “Payçıya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödənilməsini öhdəsinə götürür. İddiaçı üzərinə düşən öhdəliyi icra edərək mənzilin müəyyənləşdirilmiş haqqını tam olaraq ödəmişdir. Bu hal Cavabdeh2 MMC-nin 06 mart 2021-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur. Həmin arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanı nda tikilməkdə olan Cavabdeh2 MMC-nə məxsus bina 1, "D” bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilin tikinti dəyərini tam ödəmişdir və Cavabdeh2 MMC-yə borcu yoxdur. Lakin, Cavabdeh2 MMC İddiaçı satdığı mənzili cinayət xarakterli qanunsuz hərəkətlər edərək 6 ay sonra başqa şəxsə də satmışdır. Belə ki, İddiaçı satılmış mənzillə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (direktor Nəriman İbrahimov) ilə “Payçı” kimi Cavabdeh1 arasında 21 sentybar 2021-ci il tarixdə kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanaraq ona da satılmışdır. Eyni maliyyə arayışını Cəmiyyət Cavabdeh1 də vermişdir. Beləliklə, cavabdeh təşkilat Cavabdeh2 MMC bir mənzili iki nəfərə satmaqla cinayət tərkibli, qanunsuz hərəkətlər etmişdir. Belə olan halda, ikinci müqavilə cavabdehlər Cavabdeh2 MM C ilə Cavabdeh1 arasında bağlanmış müqavilə etibarsız sayılmalı və direktor Nəriman İbrahimovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün barəsində xüsusi qərar çıxarılmalıdır.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-545/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında inşa edilən bina 1, ”D” bloku, 5-ci mərtəbə, sahəsi 140 m2 olan, 30 saylı mənzillin yenidən satılması ilə bağlı cavabdehlər “Qlobal-SF“ MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsin in mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzilin İddiaçı satılması barədə müqavilə qüvvədə olduğu halda həmin mənzil Cavabdeh2 MMC tərəfindən yenidən Cavabdeh1 satılmış, bununla da İddiaçı hüquqları pozulmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqavilədən də əvvəlki tarixdə bağlandığından Cavabdeh2 MMC tərəfindən İddiaçı ilə bağlanmış müqavilə üzrə öhdəliklər icra olunmalı, Cavabdeh1 ilə bağlanmış müqavilə isə həmin müqavilə üzrə Cavabdeh2 MMC-nin hüquqi nəticə yaratmaq niyyəti olmadığından etibarsız hesab edilməlidir. Məhkəmə cavabdehin etirazları ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 ilə bağlanmış müqavilənin əsaslı və qanuni olduğunu, mənzilin əslində iddiaçıya deyil, Cavabdeh1 satıldığını bildirsə də, bu hallara dəlalət edə biləcək sübutları məhkəməyə təqdim edə bilməm işdir. İddiaçı ilə bağlanmış müqavilə və ona verilmiş maliyyə arayışı MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanıb hüquqi şəxsin möhürü ilə təsdiq edildiyinə, cavabdehin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olmasını təsdiq edən hər hansı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığına görə, yəni, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə ilə bağlı hər hansı bir dələduzluq faktı öz təsdiqini tapmadığından, cavadeh tərəfin etirazları əsassızdır. Sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 MMC və Cavabdeh1 arasında İddiaçı mülkiyyəti sayılan əmlakın alğı-satqısına dair müqavilə bağlamaqla İddiaçı hüquqları pozulduğundan, İddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

8. Birinci in stansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 399.1, 337, 452.2-ci maddələrinə istinad edərək əısaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

10. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri barəsində Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 178.3.2, 309 və 313-cü maddələri ilə ********* saylı cinayət işi istintaqı olmuş və Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən 20 oktyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Cinayət işinin istintaqı zamanı Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayo nu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilin ilkin olaraq X1 məlum olmuşdur. Daha sonralar qeyd olunan mənzil X5, ən sonda isə Cavabdeh1 satılmışdır. Mənzilin bir şəxsdən digər şəxsə satılması zamanı mütləq qaydada əvvəlki şəxsin mənzildən imtinasına dair ərizə olmalıdır. Şahid qismində dindirilmiş X17 mənzilin İddiaçı satıldığı zaman X3 imtina ərizəsinin olmadığını, Emilin imtina ərizəsini sentyabr ayında verdiyini etiraf etmişdir. İmtina ərizəsinin sentyabr ayında verildiyini İsgəndərov Emil də öz izahatında bildirmiş və mənzili Cavabdeh1 satdığını qeyd etmişdir. Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku, 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilin İddiaçı satılması zamanı imtina ərizəsinin olmaması və mülkiyyətçinin hələ də İsgəndərov Emil olması faktı cinayət işi materiallarında olan sübutlar və şahid ifadələri ilə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə qətnaməsində İddiaçı ilə bağlanan müqavilənin daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış etdiyini qeyd etmişdir. Həmin müqavilə bağlanarkən əmlakın hələ də başqa şəxsin mülkiyyətində olması və mənzildən imtina ərizəsinin verilməməsi faktı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu da məhkəmələr tərəfindən başqa şəxslərin mülkiyyət hüquqlarının pozulması faktına göz yumaraq digər şəxsin mülkiyyət hüquqlarını üstün sayması deməkdir.

11. Cavabdeh “Qlobal-SF“ MMC tərəfindən verilmiş apellyasiya şikayətinin əsasları ondan ibarət olmuşdur ki, Cavabdeh2 MMC-nə əvvəllər məlum olmayan, yəni, cəmiyyətin inşa etdiyi məzillərin elektron siyahısında olmayan, əlavə müqavilə olduğu məlum omuşdur. Bununla bağlı daha əvvəllər bir başa cəmiyyətə qarşı hər hansı iddia və ya başqa şikayətlər olmamış, mənzilin verilən dövrü cəmiyyətin direktoru olan X17 ilə mübahisələr olmuş, ilk öncə Nərimanov Rayon Polis idarəsində araşdırma aparılaraq qərar qəbul edilmiş, daha sonra Yasamal Rayon Prokurorluğunda araşdırılma aparılaraq daha əvvəl Nərimanov Rayon Polis İdarəsində işə baxıldığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Bütün bu zaman kəsiyində, yəni bir ilə yaxın müddətdə Yusifov Eldarla iddiaçının oğlu arasında danışıqlar aparıld ığı və məsələnin həli üçün Yusifov Eldarın özü tərəfindən həll edəcəyini, razılığa gəldiklərini cəmiyyətin yeni rəhbərliyinə bildirmişdir. Daha sonra isə yuxarıda göstərilən X12 və onun arvadı X8 həmin mənzil üçün notarial qaydada verilmiş ərizələrin tarixi daha əvvəlki vaxta təsadüf etdiyini və iddiaçının adına olan mənzilin həmin tarix kəsiyində daha əvvələ təsadüf etdiyi üçün iddia irəli sürülmüşdür. Cəmiyyətdə mənzil rəsmiləşdirilməsi zamanı, razılıq ərizələri ilə bərabər hər iki tərəf iştirak etməsə, sənədləşmə işləri aparılmır. Ərizələrin daha köhnə tarixə verilmiş olması deyil, qüvvədə olması və hər iki tərəfin canlı iştirakı ilə təsdiq etməsi əsas götürülür və sənədləşdirilir. Onu da qeyd etmək lazımdır ki, Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri barəsində Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 178.3.2, 309 və 313-cü maddələri ilə ********* saylı cinayət işi istintaq olunur. Cinayət işi üzrə şahid qismində dindirilmiş X17 öz ifadəsində bildirmişdir ki, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzil ona satılmış, daha sonra mənzil X9, X2 isə qeyd olunan mənzil Cavabdeh1 satılmışdır. Bu fakt X12 tərəfindən də bir daha təsdiq edilmişdir. Məhkəmə prosesi zamanı şifahi vəsatətlərə baxmayaraq X10 məhkəməyə cəlb edilməsi təmin edilməmişdir. Bu da məsələnin tam və qərəzsiz həll olunması və şikayətdə bildirildiyi kimi iddiaçı ilə hansı şəraitdə və harda, mənzil haqqında sənədləşmələrin aparılması, mənzil üçün pulun kim tərəfindən alınması faktının aydınlaşdırılması üçün ən vacib haldır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5002/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhramzadə) cavabdehlərin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə üzrə qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilə dair xx.xx.2020-ci il tarixdə X17 tərəfindən Cavabdeh2 MMC-yə imtina etməyə dair ərizə təqdim edilmiş, eyni gündə də mənzilə dair MMC tərəfindən X12 ilə müqavilə bağlanmış, sonuncu mənzilin dəyərini ödəmiş və adına maliyyə arayışı verilmişdir.

14. Bundan sonra, xx.xx.2020-ci il tarixdə X12 və arvadı həmin mənzilə olan hüquqlarından imtina etmələri və mənzilin başqa şəxslərin adına özgəninkiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər.

15. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh2 MMC tərəfindən mənzil xx.xx.2021-ci il tarixdə İddiaçı satılmışdır və onun adına maliyyə arayışı verilmişdir. Daha sonra mübahisəlii mənzilin alğı-satqısına dair Cavabdeh2 MMC və Cavabdeh1 arasında xx.xx.2021-ci tarixdə müqavilə imzalanmış və Cavabdeh1 Cavabdeh2 MMC-yə borcu olmamasın təsdiq edən eyni tarixli maliyyə arayışı verilmişdir.

16. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş müqavilələrdə göstəril ən 30 nömrəli mənzil X17 ilə X6 adına rəsmiləşdirilmiş müqavilələrlə göstərilən 502 №li mənzillə eyni mənzil olması işin mübahisəsiz halıdır.

17. Göründüyü kimi, mübahisəli mənzil Eldar Yusifov tərəfindən Emil İbrahimova satıldıqdan sonra sonuncunun faktiki sahibliyində olmamışdır. Dolayı yolla da həmin mənzilə dair iddiaçı ilə, sonra isə cavabdehlə Cavabdeh2 MMC arasında müqavilələr bağlandıqdan sonra da mənzil heç kimin faktiki sahibliyinə keçməmişdir.

18. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında (Cavabdeh2 MMC tərəfindən mənzil xx.xx.2020-ci il tarixdə X9, xx.xx.2021-ci il tarixdə İddiaçı, xx.xx.2021-ci tarixdə isə Cavabdeh1n satılması zamanı) podrat münasibətləri olmuşdur və onların adına maliyyə arayışı verilən zaman həmin mənzilin dəyərinin tam ödənilmə si göstərilmişdir.

19. Belə ki, tərəflər arasında bağlanmış müqavilə hər nə qədər “yaşayış binasının yaşayış sahəsinin alğı-satqısına dair” müqavilə adlandırılsa da, iş üzrə tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Çünki müqavilədən görünür ki, müqavilə üzrə “İcraçı” müqavilə üzrə Sifarişçi”yə hələ tikintisi başa çatmamış mənzili satmağı” öhdəsinə götürmüşdür.

20. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin alğı-satqısına dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci tarixli müqavilənin etibarsızlığı üçün isə əsaslar olmamasına birinci instansiya məhkəməsi düzgün qiymət verməmişdir.

21. Belə ki, əvvəla müəyyən edilmişdir ki, Cavabdeh2 MMC və “Payçı” X12 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kooperativ binada mənzil t ikintisi haqqında müqavilədən müəyyən olunur ki, “Qlobal SF" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onu direktor-səlahiyyətli şəxs X18 imzalamışdır.

22. Həmçinin müəyyən edilmişdir ki, X12 və onun arvadı X14 tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış, notarial qaydada təsdiqlənmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 502 saylı mənzilə olan hüquqlarından imtina etmişlər və həmin mənzilin başqa şəxsin adına özgəninkiləşdirilməsinə etiraz etməmələrinə dair xx.xx.2020-ci il tarixli ərizələri Cavabdeh2 MMC-yə təqdim edilməmiş, X6 özündə qalmışdır.

23. İşin bu halı apellyasiya instansiyası məhkəməsinin iclasında ifadə vermiş X6 izahatı ilə müəyyən edilmişdir.

24. Belə ki, o, izahatında “ Payçı” Cavabdeh1 əvvələr tanıdığını və aralarında müəyyən məsələlərlə bağlı iş birliyi olmasını, mübahisəli mənzili də hələ 2020- ci ildə ona sataraq özünün və arvadının xx.xx.2020-ci il tarixli ərizələrini də aralarında olan razılaşmaya əsasən 4-5 aydan sonra ona təqdim etməsini, lakin hansı səbəblərdən Cavabdeh2 MMC və “Payçı” Cavabdeh1 arasında müqavilənin məhz xx.xx.2021-ci il tarixdə bağlanmasını bilmir.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, mübahisəli mənzillə bağlı Cavabdeh2 MMC və “Payçı” Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləni X17 deyil, artıq MMC-nin yeni direktoru X15 imzalamışdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 MMC-nin nümayəndəsinin Cava bdeh1 ilə bağlanmış müqavilənin əsaslı və qanuni olduğunu, mənzilin əslində iddiaçıya deyil, Cavabdeh1 satıldığını bildirsə də, bu hallara dəlalət edə biləcək sübutları məhkəməyə təqdim etməməsinə diqqət yetirməmişdir.

27. Belə ki, İddiaçı ilə bağlanmış müqavilə və ona verilmiş maliyyə arayışı MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanıb hüquqi şəxsin möhürü ilə təsdiq edildiyinə, cavabehin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olmasını təsdiq edən hər hansı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığına görə, yəni, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə ilə bağlı hər hansı bir dələduzluq faktı öz təsdiqini tapmadığından, cavadeh tərəfin etirazları əsassız saysa da, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, eyni hallar Cavabdeh1 ilə bağlanmış müqav iləyə və maliyyə arayışına da aiddir.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 MMC və Cavabdeh1 arasında, eləcə də İddiaçı arasında qeyd edilən mənzilin alğı-satqısına dair müqavilə bağlamaqla İddiaçı hüquqları pozulması faktı öz təsdiqini tapmamış, əksinə işin araşdırılmış halları ilə onunla alğı-satqı müqaviləsi bağlanmasından əvvəl mənzilin faktiki olaraq əvvəlki alıcısı X12 tərəfindən ona satılması və məhz bu niyyətlə də özünün və arvadının həmin mənzilə olan hüquqlarından imtina etmələri, eləcə də mənzilin başqa şəxslərin adına özgəninkiləşdirilməsinə etiraz etməmələrinə dair 2020-ci ildə notarial qaydada ərizələrini təsdiq etdirmişlər.

29. Məhkəmə kollegiyası hesab etmişdirdir ki, işin araşdırılmış halları əsasında (cinayət işinin materialları) bu qənaətə gəlməyə əsas v erir ki, Eldar Yusifov izahatlarında X12 və arvadı tərəfindən mənzildən imtina barədə ərizə vermələrindən birmənalı olaraq məlumatı olmamışdır. Olsa idi, həmin ərizələri özünün bildirdiyi kimi direktor kimi səlahiyyətli olduğu dönəmdə bu ərizələri müqavilə imzaladığı İddiaçı (oğlu Zülfüqarov Kamrana) təqdim edərdi. Sonuncunun prokurorluğa verdiyi ərizədən də görünür ki, belə imtina ərizələri olsa idi, Eldar Yusifov ona təqdim edərdi.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8, 324.1, 324.4, 331.1, 337.1, 337.2, 337.4, 752.1, 762.1, MPM-nin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kass asiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentybar 2021-ci il tarixli müqavilə bağlandığı andan etibarsızdır. Onlar əqd tərtib edərkən qanunvericiliyin tələblərini pozublar. Ona görə ki, Cavabdeh1 və Cavabdeh2 MMC müqaviləni aralarında özləri bildirdiyi kimi formal olaraq tərtib ediblər, Cavabdeh1 Cavabdeh2 MMC ilə müqavilədə göstərilən məzmunda razılaşma əldə etməyib, mənzilin dəyərini Cavabdeh2 MMC-yə ödəməyib. O, 2021-ci ilin sentybar ayında Emil İbrahimovla razılaşdığını, mənzili ondan aldığını, mənzilin dəyərini Emil İbrahimova ödədiyini bildirmişdir. Bununla d a, Cavabdeh2 MMC, Cavabdeh1 və Emil İbrahimov qanunvericiliyin tələblərini pozan qeyri-hüquqi hərəkətlər ediblər. Cavabdeh1 mənzili Emil İbrahimovdan almışdırsa, mənzil onun adında idisə, razılaşma X24 Paşayev arasında idisə, onlar mənzilə dair ilkin alqı-satqı müqaviləsi bağlamalı idilər. Cavabdeh1lə Cavabdeh2 MMC-nin formal müqavilə bağlamağa ehtiyacı yox idi. Beləliklə, məhkəmə MM-nin 337.1, 337.3, 337.4-cü maddəsinin tələbini pozub, həmin normaları düzgün tətbiq etməyib. Məhkəmə Cavabdeh1lə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış özlərinin formal müqavilə adlandırdığı müqavilənin etibarsızlığı ilə bağlı birinci insatnsiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamalı idi.

33. Məhkəmə qətnamə çıxararkən nəzərə almamışdır ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilədə tərəflərin müqavilədə göstərilən razılaşmaya uyğun iradə ifadələri yoxdur. Bu halı onların özləri məhkəmələrə bildirib. Cavabdeh2 MMC-nin nümayəndəsi izahat verib bildirir ki, Cavabdeh1 MMC-nin hesabına mənzilin dəyərini ödəməyib, o, mənzili X4 alıb, Cavabdeh2 MMC formal sənədləşmə aparıb. Cavabdeh1 də eyni izahat verir, bildirir ki, o, mənzili Cavabdeh2 MMC-dən deyil, üçüncü şəxs Emil İbrahimovdan alıb. Hər iki cavabdeh "xxxx" MMC ilə Cavabdeh1 arasında mübahisəli mənzili almaq, onun payçısı olmaqla bağlı əqd bağlamaq üçün iradə ifadəsinin olmadığını, həmin müqavilənin formal bağlandığını bildirmişlər. Belə olan halda Məhkəmə MM-nin 324.1-ci maddəsini iş üzrə düzgün tətbiq etməyib.

34. Məhkəmə MM-nin 178.8-ci maddəsinə də isdinad edir, lakin, həmin normanı da düzgün tətbiq etmi r. Hazırki işdə Cavabdeh2 MMC podratçı (satıcı) olsa da, Cavabdeh1 sifarişçi hesab edilə bilməz. Çünki, onların hər ikisi Cavabdeh1 faktiki olaraq Cavabdeh2 MMC-yə mənzilin dəyərini ödəməklə mənzili Cavabdeh2 MMC-dən aldığını demir. Hər iki şəxs, mənzilin X26 İbrahimovun 2021-ci ilin sentyabr ayında satdığını bildirir. Halbuki, 1 (bir) il əvvəl Emil İbrahimov həyat yoldaşı ilə birgə notarial qaydada ərizə verərək 2020-ci ilin sentyabr ayında mənzildən və mənzilə olan paylarından imtina etmişlər. Mənzil 2020ci ilin sentyabr ayında Cavabdeh2 MMC-nin balansına qayıtmış, 2021-ci ilin mart ayında mənzili İddiaçı satılmışdır. Yəni, qarşılqılı münasibətlərdə sifarişçi qismində İddiaçı, podratçı (satıcı) qismində Cavabdeh2 MMC qəbul edilməlidir.

35. Apellyasiya instansiyası məhkəməsi hər iki müq aviləni (həm İddiaçı, həm də Cavabdeh1 müqaviləsini) etibarlı saymaqla səhvə yol verib. Məhkəmə qeyd edir ki, tərəflər (iddiaçı və Cavabdeh2 MMC) arasında podrat münasibətləri olmuş və iddiaçı Cavabdeh2 MMC-dən müqavilədə göstərilən müddətdə mənzilin verilməsini tələb etmək hüququnu özündə saxlayır. Həmin mənzil verilmədiyi halda isə iddiaçı müvafiq tələblə (mənzilin təhvil verilməsi, ödənilmiş pulun qaytarılması və sair) məhkəməyə müraciət edə bilərdi. Hazırkı işdə mənzil hələ kreditorlara verilməyib, öhdəlik daha əvvəl İddiaçı ilə bağlı əmələ gəlib, həmçinin, daha öncə İddiaçı iddia irəli sürüb. Məhkəmə qətnamə qəbul edərkən MM-nin 452.1-ci maddəsinin tələbini pozub. Hətta Cavabdeh1 müqaviləsi qanuna uyğun bağlanmış olsa idi belə o, Cavabdeh2 MMC-dən ona vurulmuş ziyanı, yaxud Emil İbrah imovdan pulunu tələb edə bilərdi. Cavabdeh1 Cavabdeh2 MMC-yə pul ödəmədiyi, onunla mənzillə bağlı müqaviləyə uyğun həqiqi iradə ifadəsində olmadığı üçün mənzili Emil İbrahimovdan aldığı üçün pulunu ondan tələb etmək hüququna malikdir.

36. Sübutlarla işin faktiki, həqiqi halları kimi Cavabdeh1 Cavabdeh2 MMC-dən mənzil almaması, MMC ilə formal müqavilə bağlaması, Cavabdeh1 mənzili 2021-ci ilin sentyabr ayında 1 il əvvəl 2020-ci ilin sentyabr ayında həmin mənzilə dair paydan və mənzildən imtina etmiş, mənzili satmaq hüququ olmayan Emil İbrahimovdan alması, Cavabdeh1 və E.İbrahimov arasında mənzilə dair qeyri-rəsmi alqı-satqı olması, E.İbrahimovun mənzili 2020-ci ilin sentybar ayında Cavabdeh1 satması və pulunu alması, Cavabdeh1 isə həmin mənzili E.İbrahimovdan 1 il sonra 2021-ci ilin sentyabr ayında alması kimi ziddiyyətli izahatlar vermələri kimi halların müəyyən edilməsinə baxmayarq Məhkəmə MPM-nin 217-ci maddəsinin tələbini pozaraq əsası olmayan nəticəyə gələrək Ramin Pşayevin də müqaviləsini etibarlı saymışdır.

37. Məhkəmə işə baxarkən Cavabdeh1 mübahisəli mənzilin sifarişçisi olmamasının, mənzilin dəyərini Cavabdeh2 MMC-yə ödəməməsinin, Cavabdeh2 MMC-dən almamasının, onunla Cavabdeh2 MMC arasında bağlanmış müqavilənin formal olmasının sübut olunmasına düzgün hüquqi qiymət verməmişdir. Mənzillə bağlı Cavabdeh1 mənzilə münasibətdə hüquqlarını itirmiş Emil İbrahimovla qeyri-rəsmi alqısatqı münasibətinin olmasına, Cavabdeh1 mənzilin dəyərini Emil İbrahimova ödəməsinə dair izahatlarını da Məhkəmə düzgün qiymətləndirməmişdir. Əksinə, reallıqda mənzili həqiqətən alan, həqiqətən mənzilə görə Cavabdeh2 MMC-yə pul vəsaiti ödəyən, həm pulundan, həm də mənzilindən məhrum olan İddiaçı dəlillərinə düzgün yanaşmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, onun rədd edilməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

41. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X16 X13:

42. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

43. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

44. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir.

45. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

46. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikl əri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

47. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

48. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

49. Maddə 452.1.Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

50. Maddə 452.2.Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

51. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

52. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

60. Tərəflər arasındakı mübahisə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında Cavabdeh2 MMC tərəfindən tikilməkdə olan bina 1, "D” bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan, 30 saylı mənzillə bağlıdır.

61. İddiaçı həmin mənzilə dair cavabdeh MMC ilə 06 mart 2021-ci il tarixdə müqavilə bağlamasına və dəyərini tam ödəməsinə dair ona eyni tarixli maliyyə arayışı verilməsinə istinad edərək bildirir ki, MMC-nin bundan sonra 21 sentybar 2021-ci ildə həmin mənzilə dair Cavabdeh1 adına “kooperativ binada mənzil tikintisi haqqında müqavilə” bağlaması qanunsuz olmuşdur. İddiaçı mənzilə dair özünün daha əvvəlki tarixdə müqavilə bağladığına istinad edərək, “Qloba l-SF“ MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-cu il tarixli müqavilənin etibarsız sayılmasını tələb edir.

62. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, sözügedən mənzilin ilkin olaraq X11, daha sonra X5, ən sonda isə Cavabdeh1 satıldığına istinadən bildirir ki, mənzilin bir şəxsdən digər şəxsə satılması zamanı mütləq qaydada əvvəlki şəxsin mənzildən imtinasına dair ərizəsi olmalıdır, lakin mübahisəli mənzil İddiaçı satıldığı zaman Emil İsgəndərovun imtina ərizəsi olmamış, sonuncu da izahatında mənzili Cavabdeh1 satdığını qeyd etmişdir.

63. Göründüyü kimi, mübahisəli mənzilə dair müqavilə bağlamış hər bir tərəf özünün üstün hüquqa malik olmasına istinad etməklə mövqelərini müdafiə edirlər.

64. Apellyasiya məhkəməsi isə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, xx.xx.2 020-ci il tarixdə Eldar Yusifov tərəfindən mənzildən imtina etməyə dair ərizə Cavabdeh2 MMC-yə təqdim edilmiş, eyni gündə mənzilə dair MMC ilə Emil İbrahimov müqavilə bağlamış, xx.xx.2020-ci il tarixdə isə sonuncu və arvadı həmin mənzilə olan hüquqlarından imtina etsələr də, ərizələri Cavabdeh2 MMC-yə təqdim edilməmiş, Emil İbrahimovun özündə qalmışdır. Emil İbrahimov isə izahatında Cavabdeh1 əvvələr tanıdığını və aralarında müəyyən məsələlərlə bağlı iş birliyi olmasını, mübahisəli mənzili də hələ 2020-ci ildə ona sataraq özünün və arvadının xx.xx.2020-ci il tarixli ərizələrini də aralarında olan razılaşmaya əsasən 4-5 aydan sonra ona təqdim etməsini, lakin hansı səbəblərdən Cavabdeh2 MMC və “Payçı” Cavabdeh1 arasında müqavilənin məhz xx.xx.2021-ci il tarixdə bağlanmasını bilmədiyini gös tərmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı hüquqları pozulması faktı öz təsdiqini tapmamış, əksinə işin araşdırılmış halları ilə onunla alğı-satqı müqaviləsi bağlanmasından əvvəl mənzilin faktiki olaraq əvvəlki alıcısı Emil İbrahimov tərəfindən ona satılması və məhz bu niyyətlə də özünün və arvadının həmin mənzilə olan hüquqlarından imtina etmələri, eləcə də mənzilin başqa şəxslərin adına özgəninkiləşdirilməsinə etiraz etməmələrinə dair 2020-ci ildə notarial qaydada ərizələrini təsdiq etdirmişlər.

65. Məhkəmənin bu mövqeyi ilə razılaşmayan kassator bildirmişdir ki, Cavabdeh1 Cavabdeh2 MMC-dən mənzil almaması, MMC ilə formal müqavilə bağlaması, Cavabdeh1 mənzili 2021-ci ilin sentyabr ayında 1 il əvvəl 2020-ci ilin sentyabr ayında həmin mənzilə dair paydan və mənzildən imtin a etməsi, mənzili satmaq hüququ olmayan Emil İbrahimovdan alması, Cavabdeh1 və E.İbrahimov arasında mənzilə dair qeyri-rəsmi alqı-satqı olması, E.İbrahimovun mənzili 2020-ci ilin sentybar ayında Cavabdeh1 satması və pulunu alması, Cavabdeh1 isə həmin mənzili E.İbrahimovdan 1 il sonra 2021-ci ilin sentyabr ayında alması kimi ziddiyyətli izahatlar vermələri kimi halların müəyyən edilməsinə baxmayarq, məhkəmə MPM-nin 217-ci maddəsinin tələbini pozmaqla əsası olmayan nəticəyə gələrək Ramin Pşayevin də müqaviləsini etibarlı saymışdır.

66. Kassator onu da qeyd edir ki, mənzil hələ kreditorlara verilməyib, öhdəlik daha əvvəl onunla bağlı əmələ gəlib, həmçinin, daha öncə o, iddia irəli sürüb. Məhkəmə qətnamə qəbul edərkən MM-nin 452.1-ci maddəsinin tələbini pozub.

67. Mülki Məcəllənin 452-ci maddə sinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

68. Kassasiya məhkəməsi hesab edir ki, hazırkı işin düzgün həlli üçün iddiaçının irəli sürdüyü tələbin mahiyyətini və məqsədini aydınlaşdırmaq, iddia tələbində göstərilən müqavilənin etibarlı olub-olmadığını yoxlamaq və nəticəsinə görə mübahisəni həll etmək işə mahiyyəti üzrə baxan məhkəmələrin vəzifəsi olmuşdur. Belə yoxlama isə iddia tələbinə və ona qarşı etiraza uyğun gələn maddi hüquq normaları əsasında aparılmalıdır.

69. Məlum olduğu kimi, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən iddiaya uyğun gələn qanuni əsası tapmalı, ona bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olub-olmadığını yoxlamalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

70. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bu məsələlərlə bağlı formalaşdırdığı hüquqi mövqelərə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisəl ərə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərar).

71. Baxılan işdə isə apellyasiya instansiyası məhkəməsi irəli sürülmüş iddia tələbini yuxarıda göstərilən qaydada araşdırmamış, onların söykəndiyi faktiki halların hansı maddi hüquq normasına uyğun gəldiyini, bu normanın dispozisiya şərtləri ilə uyğunluğunu və ya uyğunsuzluğunu əsaslandırmamış, mübahisəyə bu konteksdə hüquqi qiymət verməmişdir. Başqa sözlə, məhkəmə, istinad etdiyi mübahisəli faktiki halları konkret maddi hüquq normasının şərtləri baxımından təhlil edərək iddianın məhz hansı norma əsasında həll etidiyini aydın şəkildə göstərməmişdir. Belə olan halda, mübahisəyə hansı hüququn tətbiq edildiyi, hazırkı qətnamənin tərəflər arasındakı hansı mübahisəli hüquq münasibətlərini yekun olaraq həll etdiyi məlum olmur.

72. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

73. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi mübahisəli faktiki halları və qanunvericilik normalarını sadalayaraq iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

74. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X16 X7 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 41-42).

75. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaət ə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

76. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

77. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5002/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar