Məhkəmə qərarları › İş №2(102)-1006/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1006/2025

24.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1006/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi (əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsaslarla), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, mediasiya xərci tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1598/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2024-cü il tarixli əmri ilə Qızılca kənd R.Rzayev adına tam orta məktəbin texnologiya müəllimi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 2. xx.xx.2023-cü il tarixdə müəllimlərin iştirakı ilə tərtib olunmuş aktda məktəbin müəllimi İddia çı 4-cü və 6-cı siniflərin şagirdlərini dərs zamanı rəhbərliyə xəbər vermədən icazəsiz olaraq evə göndərdiyi, məktəb direktoru dəhlizdə uşaqları görüb sinfə geri qaytarıb müəllimdən dərs keçməsini tələb etdikdə müəllimə İddiaçı etik-davranış qaydalarını pozaraq məktəbdə səs-küyü ilə bütün dərs sistemini pozduğu göstərilmişdir. 3. xx.xx.2023-cü il tarixli 29 nömrəli əmrdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2023-cü il tarixli 29 nömrəli əmri ilə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə məktəbin texnologiya müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət v erilmişdir. 4. xx.xx.2023-cü il tarixdə müəllimlərin iştirakı ilə tərtib olunmuş aktda məktəbin müəllimi İddiaçı xx.xx.2023-cü il tarixdə işə gəlmədiyi nəticədə 2-ci və 4-cü siniflərdə 5-ci saatı, 1-ci sinifdə 4-cü saatı tədris etmədiyi, həmin dərsləri 2-ci və 4-cü siniflərdə 5-ci saatı X4 və 1-ci sinifdə 4-cü saatı X5 tədris etdikləri göstərilmişdir.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2023-cü il tarixli 42 nömrəli əmrində İddiaçı xx.xx.2023-cü il tarixdə üzürlü səbəb olmadan Qızılca kənd orta məktəbinə işə gəlmədiyi, nəticədə xx.xx.2023-cü il tarixdə 2-ci və 4-cü siniflərdə 5-ci saatı, 1-ci sinifdə 4-cü saatı tədris etməli olduğu təqdirdə tədris etmədiyindən ödənilməsi nəzərdə tutulan əmək haqqısının ödənməməsi göstərilmişdir. 6. xx.xx.2023-cü il tarixli Şahid3 tərəfindən tərtib olunmuş arayışda xx.xx.2023-cü il tarixdə cədvəl üzrə 7-ci sinifdə texnologiya dərsində dərsdinləmədə iştirak etdiyi, müəllimin dərsin heç bir mərhələsinə əməl etmədiyi, yeni dərsin izahını vermədən şagirdlərə tapşırıq verdiyi, şagirdlərin yanında təlimdən kənar mövzulara toxunduğu, həmin sinifdə təlim prosesinin baş tutmadığı göstərilmişdir. 7. xx.xx.2023-cü il tarixdə Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin müəllimləri tərəfindən tərtib olunmuş aktda xx.xx.2023-cü il tarixdə məktəbin texnologiya müəllimi İddiaçı saat 15:55 radələrində məktəbdə nizam intizam qaydalarını pozaraq müəllimlərin etik-davranış qaydalarına uyğun olmayan hərəkətlər edərək səs küy salmış, cəd vəl üzrə 5-ci saatda 3-cü sinifdə dərsdə olduğu halda şagirdləri nəzarətsiz qoyaraq, yenidən dəhlizdə səs küy saldığı, heç bir qayda pozuntusu olmadığı halda məktəbə polis dəvət etmək istədiyi, qalmaqal yaratdığı, bu cür halların dəfələrlə təkrar olunduğu, Azərbaycan müəlliminin şərəf və ləyaqətinə toxunacaq ifadələr işlətdiyi, İddiaçı tərəfindən demək olar ki, məktəbin əksər müəllimlərinə qarşı bulinq (şifahi bulinq) etdiyi, bunun da istənilən halda keçirilən dərslərin keyfiyyətinə təsir etdiyi göstərilmişdir. 8. xx.xx.2023-cu il tarixli aktda Qızılca kənd R.Rzayev adına tam orta məktəbin TTİÜDM Şahid3 xx.xx.2023-cü il tarixdə məktəbin direktoru Mehparə Qasımovanın 42 №li əmrini İddiaçı elan edən zaman İddiaçı həmin əmri Şahid3 əlindən alıb direktor Mehparə Qasımovanın ünvanına və GDRTİ -nin rəisi Anar Qədiməliyevin ünvanına təhqiramiz ifadələr işlətdiyi, həmin əmri cırdığı və Şahid3 iş stolunun üzərinə atıb küçə söyüşləri söyərək 42№-li əmri elan cədvəlindən qopararaq büküb yerə atdığı və Mehparə Qasımovanın ünvanına söyüşləri davam etdirdiyi göstərilmişdir. 9. xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbi həmkarlar təşkilatının sədri Şahid2 müraciət edərək İddiaçı iş vaxtı qanuna zidd hərəkətləri barədə həmkarların qərarının və rəyinin bildirilməsini xahiş etmişdir.

10. İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 001 №-li həmkarlar təşkilatının iclası barədə bildirişdən görünür ki, Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbinin texnologiya müəllimi İddiaçı barəsində verilmiş təqdimata xx.xx.2023 -cü il tarixdə saat 14:00-da “Məktəbin Həmkarlar Təşkilatında” Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbinin inzibati binasının müəllimlər otağında baxılacağı göstərilmiş və İddiaçı həmin iclasda iştirak etməsi xahiş olunmuşdur.

11. Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbinin müəllimləri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktından görünür ki, həmkarlar təşkilatının katibi X1 Tacirə Qiyas qızına xx.xx.2023-cü ildə məktəbin həmkarlar təşkilatının keçirəcəyi iclasa dəvət olunması barədə bildiriş təqdim etdikdə müəllimlər otağında təlimatla tanış olmadan səs küy salaraq qışqırıb onun övladlarına qarğış etmiş “sən kimsən mənə kağız gətirirsən?! Çıx otaqdan deyərək müəllimlər otağından qovmuş” Lamiyə müəllimə isə demişdir ki, “mən öz vəzifəmi yerin ə yetirirəm və bura müəllimlər otağı olduğu üçün çıxmıram”. Bundan sonra TTİÜDM-i Şahid3 onu sakitləşdirməyə çalışsa da İddiaçı direktora, direktor müavininə və Lamiyə müəllimə nalayiq ifadələr işlədərək onları Göygöl rayon polis şöbəsinin rəisi ilə hədələmişdir.

12. Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 20 dekabr 2023-cü il tarixli 1 saylı protokolundan görünür ki, Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı məktəbdən kənarlaşdırılmasının məqsədə müvafiq olması qərara alınmışdır. 13. xx.xx.2024-cü il tarixli 56 nömrəli əmrdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2024-cü il tarixli 56 nömrəli əmrlə İddiaçı müəllimlərə qarşı nalayiq sözlər işlətməsinə görə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. 14. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2024- cü il tarixli 56 nömrəli şiddətli töhmət verilməsi haqqında əmrin surətini almışdır. 15. xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatının sədri Şahid2 müraciət edərək, İddiaçı Qızılca kənd R.Rzayev adına tam orta məktəbində iş vaxtı qanuna zidd hərəkətləri barədə həmkarların qərarının və rəyinin bildirilməsini xahiş etmişdir. 16. xx.xx.2024-cü il tarixdə Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatının sədri və üzvləri tərəfindən tərtib olunmuş aktda İddiaçı həmkarların iclasında iştirak edib izahat verməsi tələb olunsa da onun izahat verməkdən imtina etdiyi göstərilmişdir.

17. İşə davamiyyət cədvəlinə əsasən, İddiaçı 2024-cü ilin yanvar ayının 29, 30, 31 günlərində cədvəli imzalamamışdır. 18. 02.02.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı həmkarlar təşkilatının xx.xx.2024-cü il tarixə saat 14:00-a təyin edilmiş iclası haqqında bildirişi alması barədə qəbzi imzalamışdır.

19. Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 08 fevral 2024-cü il tarixli 3 saylı protokolundan görünür ki, Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı məktəbdən kənarlaşdırılmasın ın məqsədə müvafiq olması qərara alınmışdır.

20. Qızılca kənd həkim məntəqəsinin Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xəstə İddiaçı klimaks keçirmiş, qanaxma diaqnozu ilə həkim məntəqəsinə müraciət etmişdir. xx.xx.2023, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində xəstəyə tibbi yardım göstərilmişdir. 21. 01 ədəd “CD” diskə əlavə edilmiş video görüntüyə əsasən, İddiaçı məktəbin müəllimlər otağında məktəb direktorunun ünvanına nalayiq ifadələr işlətmişdir.

22. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 181-37/2-1108/2024 nömrəli məktubundan görünür ki, “Klimakterik sindrom” xə stəliyi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinin mümkünlüyü barədə məktuba cavab olaraq, həmin diaqnozla hər bir konkret şəxs üzrə xəstəliyin əlamətləri, yanaşı gedən xəstəlikləri, yerinə yetirdiyi peşəyə uyğun tələblər, sosial şərtlər və s. nəzərə alınmaqla orqanizmin pozulmuş funksiyalarının müəyyənləşdirilməsi üçün müayinə, müalicə və reabilitasiya məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi istisna olunmur.

23. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 181-73/2-863/2024 nömrəli məktubundan görünür ki, “fizioloji klimaks” zamanı əmək qabiliyyətinin itirilməsi mümkün deyildir.

24. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Göygöl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 181-42/2-761/2024 nömrəli məktubuna əsasən, İddiaçı Göygöl Rayon Mərkəzi Xəstəxanasının Qızılca həkim tibb məntəqəsinə 29 və 30 yanvar 2024-cü il tarixlərdə müraciət edərək klimaks olduğunu bildirmiş və ona iynə vurulmasını xahiş etmişdir. Qızılca həkim tibb məntəqəsində məntəqə müdiri vəzifəsi (həkim vəzifəsi) vakant olduğu üçün adı qeyd olunan məntəqədə şəxslərin müayinə və müalicəsi həkim olmadığı üçün mümkün olmamışdır. İddiaçı məntəqənin orta tibb işçisi tərəfindən müalicə məqsədli olmayan ilkin tibbi yardım məqsədilə 29 yanvar 2024-cü il tarixdə 2 qr vikaasol, 30 yanvar 2024-cü il tarixdə isə 2 qr vikasol və 10 qr kalsium qlükonat iynəsi vurulmuşdur. Göygöl Rayon Mərkəzi Xəsdəxanasını n Qızılca həkim tibb məntəqəsində həkim vəzifəsi vakant olduğu üçün hər hansı şəxsə müalicə və müayinə edilmir. Ona görə də İddiaçı Qızılca həkim tibb məntəqəsində muayinə və müalicə olmamışdır. Əlavə olaraq bildirilir ki, X9 31 yanvar 2024-cü il tarixdə Qızılca həkim tibb məntəqəsinə tibb yardım üçün müraciət etməmişdir.

25. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Göygöl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 181-42/2-739/2024 nömrəli məktubuna əsasən, Göygöl RMX PHŞ-nin nəzdində fəaliyyət göstərən şöbə, bölüm və tibb məntəqələrində göstərilmiş tibbi xidmətlə bağlı hər hansı qurum, təşkilat və şəxslərdən (hüquqi və ya fiziki şəxs) daxil olan sorğuların cavablandırılması mərkəzləşmiş qaydada Azərbaycan Respub likasının Kargüzarlıq haqqında qanunun, Elektron imza və elektron sənəd haqqında qanunun və digər mövcud qanunvericiliyin tələblərinə uyğun xəstəxananın Ümumi şöbəsində müvafiq qeydiyyat prosedurları aparılmaqla icra edilir. Müəssisənin nəzdində fəaliyyət göstərən hər hansı tibb məntəqəsinin aparılmış tibbi xidmətlə bağlı vəkil sorğusunun, yaxud digər idarə və təşkilatlardan daxil olan sorğuların cavablandırılması səlahiyyəti yoxdur. Bundan başqa Qızılca kənd həkim məntəqəsi və digər məntəqələr əhaliyə ilkin səhiyyə xidməti göstərir. Əgər axşam və ya gecə vaxtı Poliklinikada və ya ambulatoriyada qəbul olmadıqda hər hansı vətəndaş tibb məntəqəsinə müraciət edərsə, məntəqənin tibb bacısı və ya feldşeri ona müraciət etmiş şəxsə ilkin tibbi yardım göstərib növbəti gün Poliklinikaya və ya ambul atoriyaya getməyi, lazım gəldiyi halda isə evə həkim çağırmalarını təklif edirlər. Xəstəxananın Poliklinika şöbəsində əgər şəxsin əmək qabiliyyəti müvəqqəti itibsə, müalicə həkimi tərəfindən əmək qabiliyyətinin olmaması vərəqəsi ilə təmin edilir. Sorğu ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı qeyd olunan tarixlərdə Qızılca kənd həkim məntəqəsinin tibb işçisi Şahid1 müraciət edərək onda “klimakterik sindromla” əlaqədar vaginal qanaxmanın olduğunu bildirmişdir. Tibb işçisi tərəfindən ilkin yardım məqsədilə əzələ daxilinə dərman vasitəsi inyeksiya edilərək, rayon mərkəzi xəstəxanasında ixtisaslı həkimə müraciət etməsi vətəndaşa məsləhət edilmiş, o isə xəstəxanaya müraciət etməmişdir. Vətəndaş İddiaçı xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024cü il tarixlərdə Qızılca kənd həkim məntəqəsində müalicə alması və əmək qabiliyyətinin olmaması vərəqi ilə təmin edilməsi barədə xəstəxananın Poliklinika şöbəsinə müraciət daxil olmamışdır. Əlavə olaraq qeyd olunur ki, İddiaçı başqa-başqa vaxtlarda dəfələrlə xəstəxana rəhbərliyinə və digər tibb məntəqələrinə müraciət edərək iş fəaliyyətindən yayınmaq məqsədilə əsassız olaraq ona xəstəlik vərəqəsi verilməsini tələb etmiş, ancaq tələbi icra edilməmişdir.

26. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-29-31/2-998/2024 nömrəli məktubuna əsasən görünür ki, Göygöl rayonu üzrə təhsil sektoru tərəfindən İddiaçı vəkilinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-29-31 /2640/2024 nömrəli məktub Göygöl rayonu Qızılca kənd tam orta məktəbinin direktorunun 12 fevral 2024-cü il tarixli, 59 nömrəli İddiaçı işdən çıxarılma barədə əmri əsasında yazılmışdır. Belə ki, Göygöl rayonu Qızılca kənd tam orta məktəbinin direktorunun 12 fevral 2024-cü il tarixli, 59 saylı əmrinin 2-ci hissəsində “İddiaçı son haqq-hesabı (istifadə edilməmiş məzuniyyətinə görə təqvim günü üçün pul əvəzi, işciyə ödənilməli əmək haqqı və digər ödəmələr Əmək qanunvericiliyinə uyğun olaraq) hesablanıb ona ödənilməsi Göygöl rayonu Qızılca kənd tam orta məktəbin direktorunun 12 fevral 2024-cü il tarixli, 59 nömrəli əmrində İddiaçı 29, 30 və 31 yanvar 2024-cü il tarixində üzrlü səbəb olmadan bütün gün işə gəlməməsi səbəbi ilə əmək haqqından tutulması qeyd olunmasa da, adı çəkilən əmrdə onun işdə olmaması barədə müvafiq qeydlərin olması nəzərə alınaraq, Göygöl rayonu üzrə təhsil sektorunun mühasibatlığının m ühasibi tərəfindən əmək haqqı tutulmuşdur. Ona görə də ünvan 2 ünvanlamış xx.xx.2024-cü il tarixli, 3-29-31 /2-640/2024 saylı məktub Göygöl rayonu Qızılca kənd tam orta məktəbinin direktorunun 12 fevral 2024-cü il tarixli, 59 nömrəli İddiaçı işdən çıxarılması haqqında əmrinin 2-ci hissəsinə uyğun tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

27. İddiaçı cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbin 12 fevral 2024-cü il tarixli 59 saylı əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi, mediasiya xərci 50 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildən Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbində texnologiya müəlliməsi kimi fəaliyyət göstərir, xx.xx.2024-cü il tarixdə əsassız olaraq tutduğu vəzifədən azad edilmişdir. İşdən azad edilməyi onunla bağlı olmuşdur ki, 28 yanvar 2024-cü il tarixdə səhhətində problem yaranmış və məktəbin direktoruna məlumat verərək dərsə gələ bilməyəcəyini bildirmişdir. Həmin vaxt həqiqətən də səhhətində yaranmış problemlə bağlı kənddə tibb bacısı işləyən bacısı Şahid1 çağırmış, qanaxması olduğundan Hökümə ona qankəsici iynə vurmuşdur. Bundan sonra qan itirdiyinə görə halsız olduğundan və özünü pis hiss etdiyindən 29, 30, 31 yanvar 2024-cü il tarixlərində üzrlü səbəbdən səhhəti ilə bağlı olaraq məktəbə gedə bilməmişdir. Həmin vaxt birinci rübün sonu olduğu üçün uşaqlar tətildə olmuşlar. Barəsində işdən çıxarılma ilə bağlı xx.xx.2024-cü il tarixli əmrin verilməsinə səbəb olmuş əsaslar özlüyündə tam əsassızdır. İşdən azad olunmasının əsasında dayanan faktlardan biri onun məktəbə gəlməməsi ilə bağlı olmuşdur. O, səhhətində problem yaranması ilə bağlı dərsə gələ bilməməsi barədə məktəb direktoruna məlumat vermişdir. Bununla bağlı telefon danışıqlarının çıxarılması və həmin vaxt ona tibbi yardım göstərən tibb bacısının məhkmədə dindirilməsini vacib hesab edir. Əmrdən görünür ki, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə guya o, dərsə gəlməmişdir. Həmin vaxtlarda icazə verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş və xx.xx.2 023-cü il tarixdə xəstəliyi ilə bağlı tibbi arayışı direktora təqdim etmişdir. Həmin arayışı ərizəsinə də əlavə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Lakin verilmiş əmrdə və onun əsaslandırma hissəsində konkret olaraq məktəbə getməməsi nəticəsində məktəbin normal iş şəraitinin pozulması və yaxud əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsi müəyyən edilməmişdir. Həmin vaxt uşaqlar tətilə buraxılmışdır. Belə olan halda onun işdən azad olunması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Cavabdeh özü Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərini kobud şəkildə pozaraq onun barəsində başqa inti zam tənbehi tətbiq etmədən onu işdən çıxartmışdır. Həmin maddəyə əsasən intizam tənbehi kimi işdən azad edilmə 5-ci sırada dayanır. Qanunvericilikdə işçinin işdən azad edilməsinin yalnız əhəmiyyətli pozuntu baş verdikdə işdən azad edilməsi səbəbindən işdən çıxarılması sonuncu intizam tənbehlərindən biri kimi göstərilmişdir.

29. Məhkəmə iclasında cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbin direktoru X3 və və nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, dekabr ayında həmkarlar iclasında Tacirəni işdən çıxarmaq istəmişlər. Məktəb rəhbərliyindən Tacirənin işdən çıxarılmamasını xahiş etmiş, həmin vaxt ona 2019-cu ildə də eynən bu hərəkətlərinə görə rəhbərliyə iltizam xarakterli izahat verdiyi, lakin sonra yenə öz hərəkətlərini da vam etdirdiyi bildirilmişdir. Buna baxmayaraq onun xahişi ilə həmin vaxt Tacirə işdən azad edilməmişdir. Tacirə Prokurorluğa və təhlükəsizlik xidmətinə şikayət etdiyindən məktəbi yoxlamışlar. Həmçinin, həmkarlar haqqında qanuna görə həmkarların hər bir üzvünün iclasda iştirak etməsi məcburi deyildir. Həmkarlar sərbəst qaydada öz fikirlərini bildirə bilərlər. Həmkarlar İddiaçı barəsində rəy verərkən onlara heç bir təzyiq edilməmişdir. Həmkarların 20 dekabr 2023-cü il tarixdə keçirilən iclasından sonra İddiaçı onlara qarşı təzyiqlər etmişdir. İddiaçı işdən çıxarılması barədə əmrin verilməsinə yetərincə əsaslar vardır. Odur ki iddianın təmin edilməməsini xahiş etmişdir.

30. Məhkəmədə iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Göygöl rayonu Qı zılca kəndinin həkim məntəqəsində feldşer işləyir. İddiaçı uşaqlığından tanımışdır. Tacirə dəfələrlə xəstələnəndə ona müraciət edib o, isə ilk yardım göstərib. 29 yanvar 2024-cü il tarixdə Tacirə ona müraciət etmiş, o Tacirənin evinə getmiş və qanaxması olduğu üçün ona iynə vurmuşdur. 30 və 31 yanvar 2024-cü il tarixlərində Tacirə iynə vurdurmaq üçün məntəqəyə gəlmişdir. Tacirə halsız olduğu üçün onu gətirmək üçün məntəqədə işləyən xadiməni göndərmişdir ki, ona kömək etsin. O, Tacirəyə ancaq ilkin tibbi yardım göstərmişdir. Həmin vaxt Tacirə arayış tələb etmədiyindən ona xəstəliyi ilə bağlı arayış verməmişdir. Sonradan vəkilin sorğusuna əsasən arayış vermişdir. Bundan əvvəl bəzi vaxtlar Tacirə iş vaxtları xəstələnəndə ona ilkin yardım göstərmiş və iş vaxtı olduqda ona arayış vermiş və həmi n arayışı məktəbin direktoru qəbul etmişdir.

31. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 6 ildir Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbində informatika ixtisası üzrə müəllim və 2020-ci ildən həmkarların sədri işləyir. Məktəbin texnologiya müəlliməsi vəzifəsində çalışan İddiaçı ilə heç bir ədavəti olmamışdır. Məktəb tərəfindən xx.xx.2023-cü il tarixdə təqdimatla həmkarlar təşkilatına müraciət edilərək məktəbin müəllimi İddiaçı Qızılca kənd R.Rzayev adına tam orta məktəbində iş vaxtı qanuna zidd hərəkətləri barədə həmkarların qərarının və rəyinin bildirilməsi xahiş edilmiş, həmkarlar təşkilatının iclası xx.xx.2023-cü il tarixə saat 14:00-a təyin edilmiş və həmin iclas İddiaçı iştirakı ilə keçirilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli təq dimatla həmkarlar təşkilatına müraciət edilərək məktəbin müəllimi İddiaçı Qızılca kənd R.Rzayev adına tam orta məktəbində iş gəlməməsi barədə həmkarların qərarının və rəyinin bildirilməsi xahiş edilmiş, həmkarlar təşkilatının iclası xx.xx.2024-cü il tarixə saat 14:00-a təyin edilmiş, iclas haqqında İddiaçı bildirişi almasına və həmin vaxt məktəbdə olmasına baxmayaraq həmkarların iclasında iştirak etməmişdir. İclas onun iştirakı olmadan keçirilmiş və onun məktəbdən kənarlaşdırılması məqsədə müvafiq hesab edilmişdir. Həmkarların 15 üzvü var lakin həmin gün prezident seçkiləri ilə əlaqədar olaraq iclasda 7 üzv iştirak etmişdir. Həmin 7 üzv Tacirənin işdən çıxarılması ilə bağlı fikir bildirmişlər. xx.xx.2024-cü il tarixdə keçirilən iclasda kənar adam iştirak etməmişdir.

32. Məhkəmədə şahid q ismində dindirilmiş Şahid3, Şahid7, Şahid5, Şahid4 və Şahid6 digər şahid Gülnarə Tanrıverdiyeva ilə oxşar məzmunda izahat vermişlər.

33. Göygöl Rayon Məhkəməsinin (hakim Rəşad Mustafayev) xx.xx.2024-cü il tarixli, 2(066)-486/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

34. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, işəgötürən qismində çıxış edən Göygöl rayonu Qızılca kənd R.Rzayev adına tam orta məktəbin direktoru tərəfindən iddiaçının işdən azad edilməsinə, yəni əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə istinad etdiyi əsas Əmək Məcəlləsinin 72–ci maddəsinin “a” və “ə” bəndlərində nəzərdə tutulmuşdur.

35. İddiaçı Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə və xx.xx.2023-c ü ildə rəsmi icazə almadan və heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmiş və nəticədə tədris etməli olduğu dərs fənlərini sinif şagirdlərinə tədris etməmiş ona görə də onun əmək haqqısı həmin günlər üçün müvafiq əmrlərlə tutulmuş, həmçinin Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 20 dekabr 2023-cü il tarixli iclasının qərarına əsasən onun məktəbdən kənarlaşdırılmasının məqsədə müvafiq olması qərara alınmışdır. İddiaçı bununla kifayətlənməyərək, müxtəlif vaxtlarda məktəbin müxtəlif müəllimlərinə qarşı nalayiq ifadələr işlədərək, müəllim etikasına zidd olan hərəkətlər etmişdir. (Bu hallar məhkəmə iclası zamanı dindirilmiş şahidlərin ifadələrində və SD diskdə olan görüntülərdə öz əksini tapmışdır.) Buna görə də, Göygöl rayonu Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2024-cü il tarixli 56 nömrəli əmri ilə İddiaçı müəllimlərə qarşı nalayiq sözlər işlətməsinə görə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət ” verilmişdir. İddiaçı həmin tarixdə ona şiddətli töhmət verilməsi haqqında əmrin surətini almasına baxmayaraq, yenidən əmək intizamını pozaraq, 29, 30, 31 yanvar 2024-cü il tarixlərində işə gəlməli olduğu halda üzürlü səbəb olmadan, heç bir rəsmi icazə almadan bütün iş günü işə gəlməmiş, öz əmək funksiyalarını yerinə yetirməmişdir. Ona görə də işəgötürən Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin direktoru tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, işəgötürən tərəfində n iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmişdir.

36. Bununla yanaşı məhkəmə iddiaçının xəstəliyi ilə bağlı iddia ərizəsində, həm də məhkəmə iclası zamanı iddiaçının 29, 30, 31 yanvar 2024-cü il tarixlərdə səhhətində narahatçılıq olduğuna görə işə çıxa bilmədiyini, bununla bağlı 28 yanvar 2024-cü il tarixdə məktəbin direktoruna icazə alması üçün zəng etməsi, məktəbin fəaliyyətinə hər haslı bir zərərin dəyməməsi ilə bağlı qeyd etdiklərinə qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 29 yanvar 2024-cü il tarixdə İddiaçı ona müraciət etdiyini, ona evində iynə vurduğunu, 30 və 31 yanvar 2024-cü il tarixlərində Tacirənin iy nə vurdurmaq üçün məntəqəyə gəldiyini, Tacirəyə ancaq ilkin tibbi yardım göstərdiyini və İddiaçı arayış tələb etmədiyindən ona xəstəliyi ilə bağlı arayış vermədiyini göstərmiş olsa da, İddiaçı onun həqiqətən həmin tarixlərdə müalicədə olduğunu təsdiq edən sənədi cavabdeh təşkilata təqdim etməmiş, məlumatı olduğu halda həmkarların iclasında iştirak etməmiş, həmçinin məktəbin direktoruna zəng etməsini və işlədiyi təşkilata məlumat verə bilməməsinin ondan aslı olmayan səbəblərdən mümkün olmamasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və iddiaçının qeyd etdiyi dəlillər məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə iclasında şahid ifadələri ilə müəyyən edilmişdir, İddiaçı 2024-cü ilin yanvar ayında şagirdlər tətilə burax ılan gündən bir gün əvvəl müəllimlər otağında müəllimlər üçün iş günü olduğu, həmin günlərə görə əmək haqqı yazılacağı onun diqqətinə çatdırılmış, həmin vaxt onun “mən gəlməyəcəm” demişdir. Bundan əlavə məktəbdə rüblük hesabat verilməsi üçün müəllimlərin summativlərin çıxarılması və jurnalların yazılaraq təqdim edilməsi İddiaçı 29, 30 və 31 yanvar 2024-cü il tarixlərdə səbəbi barədə məlumat vermədən məktəbə gəlməməsi səbəbindən mümkün olmamış, məktəbin iş rejimi pozulmuşdur. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, öz əmək funksiyalarını yerinə yetirməməsinə görə onun əmək haqqısı həmin günlər üçün müvafiq əmrlərlə tutulmuş, hətta Göygöl rayonu R.Rzayev ad ına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 20 dekabr 2023- cü il tarixli iclasının qərarına əsasən Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı məktəbdən kənarlaşdırılmasının məqsədə müvafiq olması qərara alınmış, bundan sonra Göygöl rayonu Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2024-cü il tarixli 56 nömrəli əmri ilə İddiaçı müəllimlərə qarşı nalayiq sözlər işlətməsinə görə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsinə baxmayaraq o ona verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur.

37. Məhkəmə hesab etmişdir ki, cavabdeh Göygöl rayonu Qızılca kənd R.Rzayev adına tam orta məktəbin direktoru Əmək Məc əlləsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir.

38. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinə, 68,80-ci maddələrinə, 83-cü maddəsinin 1-ci hissəsinə, 84-cü maddəsinin 1-ci hissəsinə, 186-cı maddəsinin 1 və 2-ci hissələrinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 79, 187, 189 və 310-cu maddələrinə, Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119, 216, 220 və 222.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

39. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsin in xx.xx.2024-cü il tarixli, 2(066)-486/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə 71-ci maddənin şərtlərini aradan qaldra bilməyib həmin maddənin məzmunua don geyindirməyə çalışmış lakin yanaşma uyğunsuz olduğundan məhkəmə qətnaməsi əsaslı olmamışdır. “Bundan əlavə məktəbdə rüblük hesabat verilməsi üçün müəllimlərin summativlərin çıxarılması və jurnalların yazılaraq təqdim edilməsi İddiaçı 29, 30 və 31 yanvar 2024-cü il tarixlərdə səbəbi barədə məlumat vermədən məktəbə gəlməməsi səbəbindən mümkün olma mış, məktəbin iş rejimi pozulmuşdur”. Məktəbin iş rejimi deyəndə nə nəzərdə tutulur məhkəmə buna aydınlıq gətirməyib. Həmin vaxt tətil olub uşaqlar məktəbə gəlməyib dərs keçilməyib. Sumativləri hər bir müəllimə öz sinifinə və yaxud fəninə uyğun təşkil edir. Burada İddiaçı dərsə gəlməməsinin digər müəllimlərin sumativ yazdırması ilə hansı əlaqəsinin olması məhkəmə tərəflərindən əsaslandırılmayıb. Məhkəmə cavabdehin mövqeyini möhkəmləndirməyə çalışsa da lakin hansı pozuntunun baş verməsinə və bu pozuntunun konkret kimin mənafeyinə xələlə gətirməsini aydınlığı ilə göstərə bilməmişdir. Bundan başqa iddiaçı tərəf məhkəməyə sübut təqdim edir və həmin sübutda məktəbdə dərs keçirilmədiyi və davamiyyətin yox dərəcəsində olmasını göstərən diskləri iddiaçının özünə qaytarır. Lakin digər tərəfin təqdi m etdiyi və həmin hal ilə bağlı araşdrıma aparıldığı işdə olan sənədlərlə sübut olunmasına baxmayaraq məhkəmə həmin halları qətnaməyə köçürmək ilə iddiaçının barasində mənfi xarakter formalaşdırmağa çalışmışdır. Halbuki, iddiaçı tərəf məhkəmədə qarşı tərəfin ona qarşı qərəzli hərəkətlərinin olmasının qarşılığında müəyyən hərəkətlər etdiyini göstərmişdir. Həmin hərəkətlər iş materiallarından da görünür. Şəxsin barəsində həmkarların vermiş olduğu rəy tamamilə əsassız olmuşdur. Orada iştirak edən şəxslərin əksəriyyəti iddiaçı ilə münaqişə vəziyyətində olmuşdur. Orada iştirak edən şəxslər məhkəmə prosesində dindirilən zaman bunları özləri etiraf etdilər. Məktəb direktoru tərəfindən məhz münaqişə vəziyyətinə olan şəxslərin iclasa çağrılması təsadüfi deyildir. Necə olur orada iştirak edən şəxs lərdən heç biri ilə iddiaçının normal münasibəti olmur. Bütün qeyd edilən məsələlər əvvəlcədən təşkil edilmiş məsələlərdir. Həmkarların üzvlərinin yarısından çoxunun iclasda iştirak etmədən şəxsin işdən çıxarılması barədə rəy verən şəxslərin maraqlı olması özlüyündə həmin rəyin əsaslı olmadığını təsdiq edir. Onlar heç bir araşdrıma aparmadan şəxsin işə gəlməməsi ilə məktəbin mənafeyinə hansı zərərin vurulmasını göstərə bilməməsi və buna baxmayaraq şəxsin işdən çıxarılmasına qərar vermələri onların qərəzli olduğunu bir daha göstərir. Məhkəmə prosesində şəxsin həm işdən çıxarılması həm də iş buraxmaya görə onun əmək haqqından tutulma olması özlüyündə Əmək Məcəlləsinin 189-cu maddəsinin tələbləri pozulmuşdur. Məhkəmədə həmin halın möcud olması və həmin halın cavabdeh tərəfindən də təsdiq edil məsinə baxmayaraq məhkəmə iddiaçı tərəfin həmin əmək haqqından tutulmaların olmasına dair sənədlərin götürülməsi barədə vəsatətini nəzərə almamışdır. Halbuki, cavabdeh tərəfi də bunu etiraf edirdi. Məhkəmə prosesində şəxsin xəstə olmasına dair arayış məhkəməyə təqdim edildi. Məhkəmə prosesində həkim dindirildi və o da təsdiq etdi ki, həmin vaxt iddiaçı ona xəstəliklə bağlı müraciət edib. Məhkəmə həmin halları nəzərə almayıb ƏM-nin 72-ci maddəsində şəxsin üzürlü səbəb olmadan işə gəlmədiyini bildirmişdir. Bununla bağlı qeyd edirlər ki, şəxsin 70-ci maddəsi ilə işdən çıxarılması yalnız 71-ci maddənin dispozisiyasında göstərilən hallar mövcud olduğu halda mümkündür. Şəxsin işdən qalması özlüyündə şəxsin avtomatik işdən çıxarılması şərti ola bilməz. Burada önəmli olan əmək kollektivinin və müə ssisənin mənafeyinə mühüm zərərin dəyməsidir. Bu isə iş materiallarından görünmür. Məhkəmənin sumativ yanaşması is yuxarıda qeyd etdiyimi kimi uğursuz yanaşmadır. Müəsissənin və əmək kollektivinin mənafelərinə zərər vurmaq şərti ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Sadəcə məhkəmə sübut yetərsizliyindən əziyyət çəkdiyi üçün sumativ məsələsini qabartmağa məcbur olub. Yəni, məhkəmə konkret olaraq heç bir əsaslı dəlililə şəxsin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə çıxarılmasını əsaslandıra bilməmişdir. Məhkəmə sadəcə 71-ci maddəni görməməzlikdən gəlmişdir.

41. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində cəlb edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsində həkim g inekoloq vəzifəsində işləyən X2 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçının bildirdiyi “Klimakterik sindrom”nun ağır və yüngül halları olur. Yüngül olduqda ev şəraitində ambulator müalicəsi alması kifayət edir və əmək qabiliyyətinin pozulmasına təsir göstərmir. Ağır olduqda isə bu zaman qanaxma çox olarsa xəstə təcili tibbi yardıma müraciət etməli stasionar şəraitdə müalicə almalıdır. Eytiyac olarsa həmin vaxt şəxsə qan da köçürülə bilər. Əgər, iddiaçının bildirdiyi kimi 3 (üç) gün ardıcıl qanaxma baş veribsə bu zaman ambulator şəraitdə müalicə ala bilməz və stasionar olaraq xəstəxanada qalaraq müalicə almalıdır. “Klimakterik sindrom” isə 5-10 günə qədər davam edə bilər. Lakin, İddiaçı müayinələri və analizləri olmadığı üçün dəqiq bilinmir. Hazırkı vəziyyətdə sonuncunun dediklərinə əsas ən qeyd olunan hal ağır olmamış, ev şəraitində müalicə alması kifayət etmişdir. İddiaçı ilkin tibbi yardım qismində vurulmuş xx.xx.2024-cü il tarixdə vurulmuş 2 qr “vikasol”, xx.xx.2024-cü il tarixdə vurulmuş 2 qr “vikasol” və 10 qr “kalsium qlükonat” adlı iynələr yüngül tərkibli iynələrdir və ağır vəziyyətdə olan şəxsin kəskin şəkildə olan qanaxmasını kəsməyə kifayət etməz. İddiaçıya adı çəkilən iynələrin vurulması onda xəstələyin yüngül formada olmasını göstərir. Həmin halın baş verməsi isə şəxsə çox təsirini göstərmir. Belə ki, “Klimakterik sindrom”u olan zaman tər ifrazının artması, isti gəlmələr və.s hallar baş verir. Eyni zamanda, İddiaçı qanaxmadan başqa bildirdiyi kistanın olması əmək qabiliyyətinin pozulmasına şərait yaratmır. Həmçinin, kənd ərazisində yerləşən ilkin tibbi yardım göstərən məntəqə tipli səhiyyə qurumunun bülleten verməsi barədə səlahiyyətləri yoxdur. Yalnız, ilkin tibbi müdaxilələr edə bilər.

42. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fikrət Mehtiyev sədrlik edən və məruzəçi, Rəhman Muradov və Mustafa Mustafayev) 2(104)-1598/24 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

43. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən işin hallarına istinad edərək qeyd etmişdir ki, iddiaçı həmin əmrin ləğvini tələb edir və tələbini onunla əsaslandırır ki, o, əmək funksiyasını pozmamış, işdən azad olunmasına dair əmr verilərkən əmək qabiliyyətini müvəqqəti itirilməsinə dair sənədi olmuş, lakin buna baxmayaraq bu na əhəmiyyət verilməmiş və birinci instansiya məhkəməsinin həmin dəlillər üzrə qiymətləndirməsi düzgün olmamışdır.

44. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi haqqında qərar qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.

45. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin nəticə hissəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin məzmunu göstərilmiş, işdən azad edilmə əsası kimi isə - “Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin texnologiya müəlliməsi vəzifəsində çalışan İddiaçı xx.xx.2024, xx.xx.2024-cü ildə və xx.xx.2024-cü il tarixlərdə işə gəlməli olduğu halda üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi, İddiaçı müxtəlif vaxt larda işə gəlmədiyindən onun barəsində intizam xarakterli tədbirlər görüldüyü, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmiş və nəticədə tədris etməli olduğu dərs fənlərini sinif şagirdlərinə tədris etməmiş ona görə də onu əmək haqqısının həmin günlər üçün müvafiq əmrlərlə tutulduğu, İddiaçı barəsində görülmüş intizam xarakterli tədbirlərdən nəticə çıxarmaması, işində dönüş etməməsi, ona görə də İddiaçı “işdən azad olunması” ilə bağlı müvafiq rəy verilməsi üçün Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatına xx.xx.2024- cü il tarixdə təqdimat verildiyi, həmin təqdimata xx.xx.2024-cü il tarixdə Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatında baxıl dığı və İddiaçı vəzifədən azad olunmasının məqsədə müvafiq hesab edilməsi barədə rəy verildiyi, İddiaçı xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə üzrlü səbəb olmadan işə gəlmədiyindən və həmkarlar təşkilatı onun işdən azad olunmasına müsbət rəy verdiyindən işdən azad edilsin” qeyd edilmişdir.

46. İlk öncə qeyd olunmalıdır ki, mübahisənin həlli zamanı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda nəzərdə tutulmayan hallara istinad oluna bilməz, həmin əmrin genişləndirici təfsiri yolverilməzdir. 47. xx.xx.2024-cü il tarixli əmrə nəzər salınan zaman İddiaçı işdən azad edilmə əsası kimi: xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə işə gəlməli olduğu halda üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi, İddiaçı müxtəlif vax tlarda işə gəlmədiyindən onun barəsində intizam xarakterli tədbirlər görüldüyü xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmiş və nəticədə tədris etməli olduğu dərs fənnlərini sinif şagirdlərinə tədris etməmiş ona görə də onu əmək haqqısının həmin günlər üçün müvafiq əmrlərlə tutulduğu - əsasları qeyd edilmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməklə bağlı intizam tənbehlərindən birini verə bilər.

49. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi isə digər pozuntularla yanaşı, həm də əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq işçinin altı ay ərzində təkrarən əmək funksiyasını pozması kimi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində təsbit olunmuş əmək vəzifələrinin kobud pozulmasını da nəzərdə tutur.

50. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması üç ün əsas kimi, Əmək Məcəlləsinin 72–ci maddəsinin “a” və “ə” bəndləridə nəzərdə tutulmuşdur.

51. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

52. Buna görə də halda işin faktiki hallarını araşdırılan zaman mübahisələndirilən əmrlə yanaşı iddiaçıya töhmət intizam tənbehinin verilməsi barədə əmrin qanuniliyinə də hüquqi qiymət verilməlidir.

53. Məhkəmə kollegi yası tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi icazə almadan və heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmiş və nəticədə tədris etməli olduğu dərs fənnlərini sinif şagirdlərinə tədris etməmiş ona görə də onun əmək haqqısı xx.xx.2023-cü il tarixli, 42 nömrəli əmrlə tutulmuşdur.

54. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 42 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə üzürlü səbəb olmadan Qızılca kənd orta məktəbinə işə gəlmədiyi, nəticədə xx.xx.2023-cü il tarixdə 2-ci və 4-cü siniflərdə 5-ci saatı, 1-ci sinifdə 4cü saatı tədris etməli olduğu təqdirdə tədris etmədiyi ndən ödənilməsi nəzərdə tutulan əmək haqqısının ödənməməsi göstərilmişdir.

55. Habelə, Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 20 dekabr 2023-cü il tarixli iclasının qərarına əsasən onun məktəbdən kənarlaşdırılmasının məqsədə müvafiq olması qərara alınmışdır.

56. Digər tərəfdən, İddiaçı həmin zaman bununla kifayətlənməmiş, müxtəlif vaxtlarda məktəbin müxtəlif müəllimlərinə qarşı nalayiq ifadələr işlədərək, müəllim etikasına zidd olan hərəkətlər etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 ədəd “CD” diskə əlavə edilmiş video görüntü ilə, İddiaçı məktəbin müəllimlər otağında ucadan nalayiq ifadələr işlədərək məktəbin direktorunu təhqir etməsi müəyyən edilmişdir.

57. Bununla yanaşı məhkəmə kollegiyası mübahisəli əmrin digər əsası kimi qeyd e dilmiş, iddiaçının 29, 30, 31 yanvar 2024-cü il tarixlərdə işə gəlməməsi barədə hallara qiymət verilməsini zəruri hesab edir.

58. Belə ki, iddiaçı istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya şikayətinin dəlillərində 29, 30, 31 yanvar 2024-cü il tarixlərdə səhhətində narahatçılıq olduğuna görə işə çıxa bilmədiyini, bununla bağlı 28 yanvar 2024-cü il tarixdə məktəbin direktoruna icazə alması üçün zəng etməsi, məktəbin fəaliyyətinə hər-hansı bir zərərin dəyməməsini bildirir.

59. Məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia edilən əmək funksiyasına maneə törətdiyi səhhəti ilə bağlı qeyd etdiyi “Klimakterik sindrom”nun əmək qabiliyyətinin müvəqqəti itirilməsinin mümkünlüyü araşdırmaq üçün müvafiq qurumlara sorğular verilmiş və mütəxəssis qismində Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsində həkim-ginekoloq vəzifəsində işləyən X2 dəvət edilmişdir.

60. Bu qətnamədə qeyd olunmuş materiallar ilə, İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə səbəb olan hal kimi qeyd etdiyi “Klimakterik sindrom”nun yüngül xassəli olduğu və iddiaçının əmək fəaliyyətinə heç bir maneə törətmədiyi müəyyən edilmişdir. Buna görə də, iddiaçı yalnız ambulator olaraq ev şəraitində müalicə almış, təcili tibbi yardım və ya stasionar mərkəzlərə müraciət etməmişdir.

61. Həmçinin, məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixində keçirilmiş iclasında mütəxəssis qismində cəlb edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsində həkim-ginekoloq vəzifəsində işləyən X2 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının bildirdiyi “Klimakterik sindrom”nun ağır və yüngül halları olur. Yüngül olduqda ev şəraitində ambulator müalicəsi alması kifayət edir və əmək qabiliyyətinin pozulmasına təsir göstərmir. Ağır olduqda isə bu zaman qanaxma çox olarsa xəstə təcili tibbi yardıma müraciət etməli stasionar şəraitdə müalicə almalıdır. Eytiyac olarsa həmin vaxt şəxsə qan da köçürülə bilər. Əgər, iddiaçının bildirdiyi kimi 03 (üç) gün ardıcıl qanaxma baş veribsə bu zaman ambulator şəraitdə müalicə ala bilməz və stasionar olaraq xəstəxanada qalaraq müalicə almalıdır. “Klimakterik sindrom” isə 5-10 günə qədər davam edə bilər. Lakin, İddiaçı müayinələri və analizləri olmadığı üçün dəqiq bilmir. Lak in, hazırki vəziyyətdə sonuncunun dediklərinə əsasən qeyd olunan hal ağır olmamış, ev şəraitində müalicə alması kifayət etmişdir. İddiaçı ilkin tibbi yardım qismində vurulmuş xx.xx.2024-cü il tarixdə vurulmuş 2 qr “vikasol”, xx.xx.2024-cü il tarixdə vurulmuş 2 qr “vikasol” və 10 qr “kalsium qlükonat” adlı iynələr yüngül tərkibli iynələrdir və ağır vəziyyətdə olan şəxsin kəskin şəkildə olan qanaxmasını kəsməyə kifayət etməz. İddiaçıya adı çəkilən iynələrin vurulması onda xəstələyin yüngül formada olmasını göstərir. Həmin halın baş verməsi isə şəxsə çox təsirini göstərmir. Belə ki, “Klimakterik sindrom”u olan zaman tər ifrazının artması, isti gəlmələr və.s hallar baş verir. Eyni zamanda, İddiaçı qanaxmadan başqa bildirdiyi kistanın olması əmək qabiliyyətinin pozulmasına şərait yaratmır. Həmç inin, kənd ərazisində yerləşən ilkin tibbi yardım göstərən məntəqə tipli səhiyyə qurumunun bülleten verməsi barədə səlahiyyətləri yoxdur. Yalnız, ilkin tibbi müdaxilələr edə bilər.

62. Göründüyü kimi, iddiaçının iddia etdiyi “Klimakterik sindrom” xəstəliyinin olması və 03 gün ərzində kəskin qanaxmalarının baş verməsi nəticəsində işə çıxa bilməməsi barədə göstərdiyi xüsusatlar öz əksini tapmamış və həqiqəti əks etdirmir. Əksinə, iş materiallarında olan sənədlərlə və mütəxəssis qismində cəlb edilmiş həkimin qeyd etdiyi hallarla görünür ki, iddiaçının bildirdiyi kimi əgər 03 gün ərzində kəskin qanaxması baş verdiyi halda ev şəraitində, yəni ambulator müalicə alması qeyri-mümkündür. Hansı ki, iddiaçının xəstəliyi üçün qəbul etdiyi iynələr də, sonuncunun qeyd etdiyi güclü qanaxmanın qarşısına a lan dərmanlar olmamış, yəni yüngül dozalı iynələr olmuşdur. Belə ki, bu hallar isə iddiaçının keçirdiyi xəstələyinin yüngül olması və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə təsir göstərməyən olması müəyyən edilmişdir.

63. Bunlarla paralel məhkəmə kollegiyası iddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 29 yanvar 2024-cü il tarixdə İddiaçı ona müraciət etdiyini, ona evində iynə vurduğunu, 30 və 31 yanvar 2024-cü il tarixlərində Tacirənin iynə vurdurmaq üçün məntəqəyə gəldiyini, Tacirəyə ancaq ilkin tibbi yardım göstərdiyini və İddiaçı arayış tələb etmədiyindən ona xəstəliyi ilə bağlı arayış vermədiyini göstərmiş olsa da, İddiaçı onun həqiqətən həmin tarixlərdə müalicədə olduğunu təsdiq edən sənədi cavabdeh təşkilata təqdim etməmiş, məlum atı olduğu halda həmkarların iclasında iştirak etməmiş, həmçinin məktəbin direktoruna zəng etməsini və işlədiyi təşkilata məlumat verə bilməməsinin ondan aslı olmayan səbəblərdən mümkün olmamasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yalnız, həmin hallar iddiaçının öz subyektiv izahatı ilə öz təsdiqini tapmışdır. Halbuki, bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPMin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının səhhətində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə əsas olan hallar müyyən edilməmiş və 29, 30, 31 yanvar 2024-cü il tarixlərdə əsassız olaraq qəsdən işdən yayınmışdır.

65. Hə mçinin, birinci instasniya məhkəməsinin iclasında şahid ifadələri ilə müəyyən edilmişdir, İddiaçı 2024-cü ilin yanvar ayında şagirdlər tətilə buraxılan gündən bir gün əvvəl müəllimlər otağında müəllimlər üçün iş günü olduğu, həmin günlərə görə əmək haqqı yazılacağı onun diqqətinə çatdırılmış, həmin vaxt onun “mən gəlməyəcəm” demişdir.

66. Bundan əlavə, məktəbdə rüblük hesabat verilməsi üçün müəllimlərin summativlərin çıxarılması və jurnalların yazılaraq təqdim edilməsi İddiaçı 29, 30 və 31 yanvar 2024-cü il tarixlərdə səbəbi barədə məlumat vermədən məktəbə gəlməməsi səbəbindən mümkün olmamış, məktəbin iş rejimi pozulmuşdur.

67. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşmış, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiq i hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab etmişdir.

68. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi “şəxsin işdən qalması özlüyündə şəxsin avtomatik işdən çıxarılması şərti ola bilməz. Burada önəmli olan əmək kollektivinin və müəssisənin mənafeyinə mühüm zərərin dəyməsidir” dəlilini ilə bağlı qeyd edir ki, dəlil əsassızdır.

69. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

70. Qeyd edilən maddədən məlum olur ki, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə əmək müqaviləsinə xitam verilə bilməsi üçün işəgötürənin, hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması kifayətdir. Belə ziyanın konkret olaraq “ciddi” kimi qiymətləndirilməsi və ya maddi xarakterli olması tələb olunmur.

71. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Rerspublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1 və 2-ci hissələrinə, 9-c u maddəsinin “q” bəndinə, 11-ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə, 14-cü maddəsinə, 70-ci maddəsinin “ç” bəndinə,71-ci maddəsinin 2 və 3-cü hissəsinə, 72-ci maddəsinə, 79-cu maddəsinin 1-ci hissəsinə, 80-ci maddəsinin 1və 2-ci hissəsinəı, 83-cü maddəsinin 2-ci hissəsinə, 84-cü maddəsinin 1-3-cü hissəsələrinə,186-cı maddəsinin 1- 2-cü hissələrinə, 187-ci maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0,9.1, 9.2, 33.1, 33.2, 33.3.5-ci maddələrinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli, KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış” Qaydalarının 3.1,3.2, 3.3, 5.1, 5.2-ci bəndlərinə, Azərbaycan Respublikasının MPM-in8.1,8.2, 9.1, 9.2, 9.3, 1 4.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.3, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

72. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin 23 oktyabr 2024-ci il tarixli 2(104)-1598/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

73. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf apaellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkməsində cavabdeh tərəf məktəbin və onun əmək kollektivinin mənafeyinə hər hansı formada ziyan dəyməsinə dair heç bir əsaslı arqument gətrirə bilməmişdir. Bundan başqa iddiaçı tərəf öz şikayətində onun əməlk haqqından dərsə gəlmədiyi üçün tutulmalar həyata keçirldiyini bildirmişdir. Bundan sonra o nun həm də işdən çıxarılması özlüyündə onun iki dəfə cəzalandırılması deməkdir ki, bu da Konstitusiyanın 65-ci maddəsinin tələblərinə ziddir. Məhkmə öz qətnaməsində göstəridiyi hüquqi məsələlərə diqqət yetirdikdə yalnız maddələri sadalmaqla kifayətlənmişdir. Həmin sadaldığı normaların bu işə uyğunluğunu əsaslandıra bilməmişdir. İddiaçı tərəf qeyd edir ki, həmin vaxt xəstə olub buna dair həkim arayışı var. Bundan başqa həmin vaxt səhətində problem olması məhkəmədə dindirlən həkim tərəfindən də təsdiq edilmişdir. Məhkəmə prosesində hakimin cavabdeh tərəfə meyilliyi açıq sürətdə görünür. Həkimin dedikləri isə hakimi sevindirmişdi. Lakin həkimin dedikləri özülüyndə res yudicata deyildir. Qadınlarda menstruasiya prosesi fərqli olur və onun yüngül və ağırlığı orqanizmin xüsusiyyətlərindən asıl ı olaraq dəyişkəndir. Hesab edirlər ki, iddiaçının xəstə olması hər hansı bir mübahisə doğurmur. Belə ki, arayış var və bunu təkzib edəcək heç bir arqument yoxdur. Həmin vaxt tətil olması dərs olmaması da işin müahisəsiz halıdır. İddiaçının işdən çıxarılması ilə bağlı həmkarlar təşkilatının rəyi tərəfli üzvlər tərəfindən tərtib edilmişdir. Onların hər birinin ididaçı ilə münasibətləri normal deyildir. İdidaçı tərəf məhz həmin şəxslərin verdiyi rəyin mübahisəli rəy olduğunu bildirir. Ən nəhayət müəssisəinin və əmək kollektivinin manafeyinə dəymiş ziyanın mövcudluğu məlum deyil. Apellyasiya məhkməsi sadəcə iddiaçının əvvəlki yol veriyi pozuntuları sadalmaqla ƏM – nin 71 cimaddəsinə dair heç bir əsas tapmadığndan həmin məsələni pozuntuların çoxluğu ilə örtmək istəmişdir. Halbuki, həmin məsələ r ilə bağlı şəxs cəza almışdır. Məsələ hazırkı yəni 29,30,31 yanvar tarixdən işə gəlməmə ilə bağlı məsələdir. Məhz həmin vaxt şəxsin hərəkətlərinin 71-ci maddədə nəzərdə tutulan əsasları yaradıb yaratmamasını əsaslandırmaqdır. Bunu isə məhkəmə qətnaməsində görmək mümkün deyildir.

74. Birinci instansiya məhkəməsinin qətnaməsinə nəzər yetirdikdə həmin qətnamədə iddiaçı tərəfindən təqdim edilən heç bir sübutun nəzərə alınmadığı görünür. Məhkəmə tərəfindən hətta cavabdeh belə iştirak etmədiyi halda, ona qarşı irəli sürlümüş iddiaya heç bir əks arqument səsləndirmədiyi halda idda tələbini təmin edilməmişdir

75. İddiaçı tərəf həmkarların rəyini qərəzli olmasın bildirir. Bunu onunla əsaslandırır ki, həmin şəxslər ilə iddaçı arasında konflikt var. Məhz bu adamların iclasda iştirak etməsi də iddiaç ıda haqlı narazılıq yaradır. Məhkəmə prosesində həmin şəxslər iddiaçı ilə münaqişədə olmasın etiraf edirlər. Məhkəmələrin heç biri bu arqumenti nəzərə almır. İdiaçı 71-ci maddənin şərtlərinin pozulmadığını qeyd edir. Məhkəmə buna heç bir cavab vermir. Yəni məhkəmə iddiaçının arqumentini nəzərə almaya bilər, lakin nəzərə almamasını əsaslandırmağa borcludur. Bütün qeyd edilən məsələlərə dair iddiaçı tərəf məhkəmə tərəfindən aydın və əsaslı cavab ala bilməmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfin sübutlarının nəzərə alınmaması özlüyündə Konvensiyanın 6-cı maddəsinin əsas prinsiplərindən biri olan tərəflərin bərabərliyi prinsipinin pozuntusudur.

76. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 186, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

77. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüqu Azərbaycan Respublikasının Əmək Məcəlləsi

78. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

79. Maddə 71

80. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

81. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

82. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;... ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını poz ması;

83. Maddə

79. Hissə

1. İşəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə

80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar i ttifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

84. Maddə 83. 2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyada). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

85. Maddə 84. 1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər 3. (hüquq mü nasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər

86. Maddə 186.

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 87.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə ye tirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq ed ilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

88. Maddə 187.

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

89. Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə q ətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

90. Maddə 4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır: 4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; 4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikl əri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq; 4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

91. Maddə 9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil və peşə standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun o laraq müəyyən edilir.

92. Maddə 9.2. Təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq qaydada qiymətləndirilir.

93. Maddə 33.1. Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.

94. Maddə 33.2. Təhsilverənlərin hüquqları aşağıdakılardır: 33.3.5. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli, KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış” Qaydaları

95. Bənd 3.1. Təhsilverən öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində cəmiyyət və dövlətin maraqları naminə keyfiyyətlə, səmərəli və peşəkarlıqla yerinə yetirməyə borcludur.

96. Bənd 3.2. Təhsilverən icra və əmək intizamına riayət etməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.

97. Bənd 3.3. Təhsilverən birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur.

98. Bənd 5.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir.

99. Bənd 5.2. Müəssisə rəhbəri: 5.2.3. təhsilverənləri hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir; 5.2.4. etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

100. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

101. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir.

102. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

103. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

104. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

105. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafi q olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

106. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

107. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

108. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

109. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiy i tələblər üzrə qətnamə çıxarır.

110. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

111. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

112. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən ası lı olmayaraq yoxlanılmalıdır.

113. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

114. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

115. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-ol unmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

116. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

117. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

118. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

119. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onlar ın dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

120. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

121. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 2(104)-1598/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar