Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1007/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 18 » fevral 2019-cu il İş № 2(102)-1007/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçı, vəkii Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 20 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməm işdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli, 2(103)-7502/2018-saylı qətnaməsi ilə (hakimlər F.Talışinski sədrlik edən, məruzəçi, S.hacıyev və R.Eyvazov) İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1219/18 saylı işi üzrə 20 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin rektoru tərəfindən verilmiş 28.11.2017-ci il tarixli 939/3/2017 saylı əmrin ləğv edilməsinə, onun əmək fəaliyyətinin bərpa edilməsinə və məcburi iş buraxılmağa görə kompensasiyanın öd ənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 296-cı maddənin 2-ci hissəsi, 300-cü maddənin 1-ci hissəsinə istinadən qeyd edilmişdir ki, o, 01.09.2000-ci il tarixdən Azərbaycan Respublikası Dövlət İqtisad Universitetində rus dili müəllimi kimi pedoqoji fəaliyyətini davam etdirmişdir. 02.05.2016-cı il tarixli 309/3/2016 saylı müsabiqədən keçdiyinə görə 0,5 ştat müəllim vəzifəsinə təyin edilmişdir. Bundan əlavə "Ruskiy Yazık Nauçnıy Stil Reçi" dərs vəsaitinin tək müəllifidir. Eyni zamanda həmin predmetin dərs proqramının müəllifidir. Onun əmək fəaliyyətinə 28 noyabr 2017-ci il tarixli əmrlə xitam verilmişdir. Həmin əmrdən guya tələbələrin əksər hissəsinin xarici dil kimi Rus dilini yox İngilis dilinə üstünlük verməsin bu səbəbdəndə ixtisar aparılmasının zəruri olması qeyd edilmişdir. O, verilmiş əmrlə razı deyil və hesab edir ki, qanunsuz olduğundan ləğv edilməli və həmin universitetə bərpa edilməklə məcburi iş buraxmağa görə kompensasiya ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, onun adından 25.12.2017-ci il tarixli iddia ərizəsi ilə Səbail Rayon məhkəməsinə müraciət edilmiş və Səbail Rayon Məhkəməsi tərəfindən 27.12.2017-ci il tarixdə icraata qəbul olunmuşdur. Bundan sonra məhkəmənin hazırlıq, daha sonra isə 26.01.2018-ci il tarixdə baxış iclası təyin edilmiş məhkəmə iclasından məlumatı olmamışdır. Onun adından yazılmış id dia əriəsinə onun ünvanı kimi ünvan 1 ünvan 2ə qeydiyyatdayam, lakin ünvan 3 ünvan isə həmin vaxt onun vəkili olmuş Vəkilə məxsus ünvandır. Bu şəbədən də onun ünvanına məhkəmə iclasının təyin edilməsi barədə hər hansı məhkəmə bildirişi gəlməmiş o səbəbdən də 26 yanvar 2018-ci il tarixdə təyin edilmiş iclasdan məlumatsız olmuşdur. Vəkili isə ona bu barədə məlumat verməmişdir. Həmin qərardad Səbail rayon Məhkəməsinin hakimi Elmar Rəhimov tərəfindən qəbul edilmişdir. İlkin ərizənin baxılmamış saxlanılması haqqında qərardaddan həm də ona görə məlumatsız olmuş ki, iddiaçının 07 fevral 2018-ci il tarixli iddi ərizəsi də yenidən hakim Elmar Rəhimovun icraatına daxil olmuşdur. Vəkil tərəfindən 25 dekabr 2017-ci il tarixli iddia ərizəsinin Elmar Rəhimovun icraatında olması barədə ona məlumat verils ə də, iddianın baxılmamış saxlanması barədə qərardad çıxarılması haqqında məlumat verməmişdir. 07 fevral 2018-ci il tarixli iddia ərizəsi də Elmar Rəhimovun icraatında olmuş, lakin o elə bilmişdirki, bu onun ilk ərizəsi üzrə olan icraatdır. Göründüyü kimi, onun birinci instansiyada işə baxılmasının vaxtı və yeri barədə məlumatı olmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkii Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin MKnın 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılmas ı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da,digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 ok tyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınmas ı və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, İddiaçı iddia üzrə mübahisələndirdiyi 28.11.2017-ci il tarixli 939/3/2017 saylı "Əmr" barədə məlumatlı olmuş, bu "Əmr"i rəsmi olaraq 06.12.2017-ci il tarixdə almaqla iddia etdiyi pozuntunu bilmiş, lakin iddia tələbi ilə 07.02.2018-ci il tarixdə məhkəməyə müraciət etməklə fərdi əmək mübahi səsinin həlli üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi digər nəticədən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin dispozisiya şərtlərini pozmuş, iddia qaldırmaqla fərdi əmək mübahisəsinin həlli üçün məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə iddiaçının mübahisə açdığı hallara dair dəlillərini tam həcmdə dəyərləndirməklə mübahisənin digər xüsusatlarına hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticələrdən daha sonra görünür ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsinin maddi əsası kimi həm Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 70-ci maddəsinin “b”, 77, 78, 79, 296cı maddəsinin 2-ci bəndi, həm də AzərbaycanRespublikasının MülkiMəcəlləsi043Din 381.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri işin həqiqi hallarını, tərəflərin qarşılıqlı münasibətlərinı əks etdirmədiyi, həmçinin qəbul etdiyi qətnamə əməkvə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. İşin materiallarından görünür ki, İddiaçı əmək fəaliyyətinə Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin 28.11.2017-ci il tarixli 939/3/2017 saylı əmri ilə xitam verilmiş və iddiaçı tərəfindən həmin ləğv edilməsinə, onun əmək fəaliyyətinin bərpa edilməsinə və məcburi iş buraxılmağa görə kompensasiyanın ödənilməsinə dair iddia ilə 25.12.2017-ci il tarixli iddia ərizəsi ilə Səbail Rayon məhkəməsinə müraciət edilmiş, Səbail Rayon Məhkəməsi tərəfındən 27.12.2017-ci il tarixdə icraata qəbul olunmuş, bundan sonra məhkəmənin hazırlıq, daha sonra isə 26.01.2018-ci il tarixdə baxış iclası təyin edilmiş, Səbail Rayon Məhkəməsinin 26.01.2018-ci il tarixli, 2(009)-713/2018 saylı qərardadı ilə isə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sonradan iddiaçı ümumi qaydada təkrar olaraq iddia tələbi ilə 07.02.2018-ci il tarixdə məhkəməyə müraciət etmiş, lakin işə baxan məhkəmələr fərdi əmək mübahisəsinin həlli üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini buraxılma sı əsası ilə iddianın rədd edilməsi nəticəsinə gəlmişlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin İ hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmç inin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk növbədə İddiaçı mübahisələndirdiyi 28.11.2017-ci il tarixli 939/3/2017 saylı "Əmr" barədə məlumatlı olmaqla və bu "Əmr"i rəsmi olaraq 06.12.2017-ci il tarixdə almaqla iddia etdiyi pozuntunu bilməsi ilə AzərbaycanRespublikasınınƏmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddətdə, yəni, 25.12.2017-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsini nəzərə almayaraq, bu müddətin 07.02.2018-ci il tarixdən hesablanmalı olmasını əsaslandırmamış, iddia qaldırmaqla məhkəmə instansiyasına müraciət etmə müddətinin hansı səbəblərdən buraxılması araşdırılmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə iddiaçının mübahisə açdığı hallara dair dəlillərini dəyərləndirməklə onun istinad etdiyi arqumentlərə tam həcmdə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları araşdırmadan, iddianın məhkəmə tərəfindən baxılmamış saxlandığı təqdirdə, iddianın irəli sürülənədək başlanmış iddia müddətinin axımının ümumi qaydada davam etməsinə dair AzərbaycanRespublikasınınMülkiMəcəlləsinin 381.1-ci maddəsinin də hazırki mübahisəyə tətbiqinin zəruriliyini əsaslandırmamışdır. Halbuki, AzərbaycanRespublikasınınƏmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20.05.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bəqrərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunların və digər normativ hüquqi aktlarının düzgün tətbiqi nin təmin olnması məhkəmənin vəzifəsidir. (MPM-nin 2.1-ci maddə) Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə işirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Göründüyü kimi, əmək qanunvericiliyi həmçinin digər obyektiv hallarla bağlı səbəblərdən 296-cı maddədə göstərilən müddətlərin üzrlü səbəblərdən ötürülməsi zamanı, fərdi əmək mübahisəsinə baxan orqanın buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilməsi kimi səlahiyyətini təsbit etmişdir. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsinin hazırki mübahisəyə mülki qanunvericilik normasının tətbiq edilməsinin əsasları göstərilməli idi. Məhk əmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi AzərbaycanRespublikasının MülkiMəcəlləsinin 381.1-ci maddəsini tətbiq edərkən nəzərə almamışdır ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-713/2018 saylı 26.01.2018-ci il tarixli qərardadının nəticə hissəsinə əsasən iddiaçıya izah olunmuşdur ki, iddianın baxılmamış saxlanması üçün səbəbolan şərait aradan qaldırıldıqdan sonra o ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Belə olan təqdirdə apellyasiya instansiyası məhkəməsi AzərbaycanRespublikasının MülkiMəcəlləsinin 381.1-ci maddəsini tətbiq etməklə yanaşı,həminMəcəllənin 382cimaddəsinintələblərinədədiqqətyetirməkləyuxarıdasadalananhallarmüzakirəedilməkləmüə yyənedilmişhallarəsasındahazırkimübahisəyətətbiqininmümkünlüyünüdəhüquqiqiymətve r məliidi. Beləki, qeydedilənnormayaəsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Məhkəmə kollegiyası bu qənaətə gələrkən nəzərəalırki, ƏməkMəcəlləsinin 2cimaddəsinin 3-cühissəsinəəsasənAzərbaycanRespublikasınınƏməkMəcəlləsi əməkmünasibətlərindətərəflərin: - hüquqbərabərliyinintəminedilməsi; -mənafelərininhaqq-ədalətləvəqanununaliliyinintəminolunmasıiləqorunması; - maddi, mənəvi, sosial, iqtisadivədigərhəyatitələ batlarınıödəməkməqsədiiləəqli, fizikivəmaliyyəimkanlarındansərbəstistifadəetməsinintəminedilməsi; əsasənəməkmüqaviləsi (kontraktı) üzrəöhdəliklərininicrasınahüquqitəminatyaradılmasıprinsiplərinəəsaslanır. AzərbaycanRespublikasınınMülkiMəcəlləsinin 2.3-cümaddəsinəəsasənailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Məhkəməkollegiyasıqeydetməyizərurisayır ki, əməkqanunvericiliyindəfərdiəməkmübahisələrininhəllizamanıiddiamüddətlərininbərpasıiləb ağlımüddəalarolduğuüçünhazırkiişüzrə mülki qanunvericilik və başqa hüquqi aktlarıntətbiqedilməsinəzərurətolmamışdır. Qanunvericiəməkmünasibətlərininhəllizamanıyalnız ayrı qayda nəzərdə tutulmadığıhallardamübahisənin mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənməsinimümkünsayır. Beləki, «Normativhüquqiaktlarhaqqında» AzərbaycanRespublikasınınKonstitusiyaQanununun 13.1-cimaddəsinəəsasənkonkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. HəminQanunun 13.2-cimaddəsinəəsasənəvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə ə sasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kollegiyahesabedirki, apellyasiyainstansiyasıməhkəməsinin hazırkiişüzrəqəbuletdiyiqətnaməsiqeydediləntələblərəcavabvermir. Beləki, apellyasiyainstansiyasıməhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddivəprosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsimaddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindənqəbuletdiyiqətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-1007/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1007/2019
18.02.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver