Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1007/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili Əskərov Zöhrab İmaməli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x3 və cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 19 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.05.2019-cu il tarixli qərardadı ilə iddiaçı x1 cavabdeh x2 qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə dair payların müəyyən edilməsi” tələbi barədə iddiası əsasında 2(011)-3282/2019 saylı mülki işlə; iddiaçı x3nun cavabdehlər x2, x1 və x4-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddiası əsasında 2(011)4536/2019 saylı mülki iş bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3282/2019 saylı işi üzrə 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə x1 x2 qarşı iddiası təmin edilmiş, mübahisəli mənzilə dair x1 və x2nun hər birinin ½ hissədə paylarının müəyyən edilməsi, mənzilin x1 və azyaşlı qızı x5 istifadəsinə verilməsi qət edilmiş, x3nun x2, x1 və x4-yə qarşı x1 ilə x4 arasında 25 avqust 2008-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmiş, x1 x3 na qarşı qarşılıqlı iddiası təmin edilmiş, x6 ilə x4 arasında mübahisəli mənzilə dair 28 avqust 2008-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən, məruzəçi), X.Mərdanova və E.Həsənov, 2(103)-12600/2019 saylı mülki iş) hazırki iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-3282/2019 saylı işi üzrə 17 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında x4-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasında 2 otaqlı, sahəsi 71,8 kv.metr olan 93 nömrəli mənzilə dair ½ hissədə cavabdehlə onun paylarının müəyyən edilməsi, ünvan 1 ünvanında x4-nin inşa etdiyi çox mərtəbəli yaşayış binasında 2 otaqlı, sahəsi 71,8 kv.metr olan 93 nömrəli mənzilin yarısının onun və azyaşlı qızı x5 istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı x3 cavabdehlər x2, x1və x4-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh x1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim etdiyi 25.08.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. x1 x3na qarşı qarşılıqlı iddia verərək x6 ilə x4 arasında bağlanmış 28.08.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verər ək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Əskərov Zöhra b İmaməli oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, digər kassasiya şikayətinin dəlillərinə etiraz edərək, digər şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edil mişdir ki, x1 ilə x2 07.09.2007-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü x5 anadan olmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.12.2017-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaq ananın himayəsində saxlanılmışdır. İcraçı x4 ilə payçı x1 arasında bağlanmış 25.08.2008-ci il tarixli müqaviləyə əsasən icraçı mənzili payçıya verməyi öhdəsinə götürmüş, mənzilin dəyəri 38475 manat müəyyən edilmiş, 25.08.2008-ci il tarixli 44 saylı kassa mədaxil orderinə əsasən 22275 manat məbləğində pul vəsaiti x1 tərəfindən x4-yə ödənilmişdir. 27.03.2019-cu il tarixdə mübahisəli ünvanda yaşayan qonşular öz imzaları ilə təsdiq etmişlər ki, x1 həmin mənzildə yaxın iki ilə qədər azyaşlı qızı ilə ailəvi yaşamışdırlar. Sonradan x1 anasının ağır əməliyy at keçirdiyi üçün Gəncə şəhərinə anasına baxmaq üçün getmişdir. Aktda çəkilmiş imzalar x7 tərəfindən təsdiq edilmişdir. x3na x7 tərəfindən verilmiş 30.03.2019-cu il tarixli 21 saylı arayışına əsasən mübahisəli mənzil x3 mərhum həyat yoldaşı x6nın müqavilə əsasında adınadır. İş materiallarında olan müəyyən qəbzlərin surətlərindən görünür ki, x6 x4-yə ödənişlər etmişdir. İşə baxılarkən müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair müqavilə x6 ilə bağlansa da, ödənişlərin sonuncunun qardaşı və x2 tərəfindən aparılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş x8 ifadəsində göstərmişdir ki, o, x9-in qanuni təmsilçisidir. x4-nin yerinə artıq göstərilən ünvanda mənzili istismar kooperativi kimi x9 və x7 fəaliyyət göstərir. x1ya müqavilənin və maliyyə arayışının surəti onun tərəfindən vəkil sorğusu əsasında təqdim edilmişdir. Qeyd edilən mənzildə həmişə x2un və x1 yaşadığını görmüşdür. x6nın adına müqavilənin mövcudluğu barədə xəbəri var idi, ancaq ödənişlər həmişə x2 tərəfindən aparılmışdır. Həmçinin, şahid qismində dindirilmiş x10 məhkəmə iclasında verdiyi ifadəsində x7 qanuni təmsilçisi olduğunu, x9 getdikdən sonra, onlara heç bir sənəd vermədiyini, qeyd edilən ünvanda x2un yaşadığını gördüyünü, O, x1 ilə x2un həmin binada yaşadığı müddət həmin evdə yaşamadığını, lakin qonşuların onların orada 2014- 2016-cı illərdə bir yerdə yaşamalarını təsdiq etdiyini bildirmişdir. İşdən müəyyən olunmuşdur ki, x1 x4 arasında mübahisə predmeti olan mənzilə dair müqavilə 25.08.2008-ci il tarixdə bağlanmış və ilkin ödəniş kimi 22275 manat məbləğində pul vəsaiti x1 tərəfin dən x4-yə ödənilmişdir. Lakin sonradan mənzilə dair x4 ilə x6 arasında 28.08.2008-ci il tarixlə müqavilə bağlanmış və x6nın adından x2 (x1 əri) tərəfindən müxtəlif vaxtlarda x4-yə ödənişlər olmuş, həmçinin sonunda x6nın adına mənzillə bağlı MMC-yə borcu olmaması barədə maliyyə arayışı verilmişdir. Göründüyü kimi, x1 ilə x4 arasında müqavilə x6 ilə bağlanmış müqavilədən daha əvvəl tərtib olunmuşdur. Həmçinin, x1 ilə x4 arasında bağlanmış müqavilə x6 ilə bağlanmış müqavilədən fərqlənir. Belə ki, x1 ilə bağlanmış müqavilədə icraçının hüquqi ünvanı ünvan 2, x6 ilə bağlanmış müqavilədə isə icraçının hüquqi ünvanı ünvan 1 göstərilmişdir. x1 ilə bağlanmış müqavilədə yaşayış evinin 14 mərtəbəli olduğu, x6 ilə bağlanmış müqavilədə isə 15 mərtəbəli olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası sadalan an sübutlara və işin hallarına məcmu şəkildə qiymət verərək belə qənaətə gəlmişdir ki, mənzil x1ya məxsus olduğu halda bununla da qeyd edilən mənzillə bağlı hər hansı bir razılaşma (müqavilə) bağlanarkən, x1 də iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakı olmadan, Hicran Məhərrəmovla bağlanan müqavilənin tərəfi olmayan şəxs, yəni x6 ilə x4 arasında göstərilən müqavilə bağlanaraq, x1ya məxsus mənzil x4 tərəfindən x6ya satılmışdır. Bununla da mübahisəli mənzilə dair x4 ilə x6 arasında bağlanmış qeyd edilən müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Hər iki tərəfin təqdim etdiyi müqavilələr mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki x4 mübahisəli mənzili inşa edərək sifarişçiyə verməyi, sifariçi isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. M ülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqısatqı qaydaları tətbiq edilir. Lakin iş materiallarından müəyyən olunmuşdur ki, x4 ilə iddiaçı x6 arasında 28.08.2008-ci il tarixli müqavilə bağlanılan zaman həmin müqavilənin predmeti olan mübahisəli mənzil x4-yə məxsus olmamış və onun həmin müqaviləni bağlamaq səlahiyyəti olmamışdır. Çünki x4 ilə x1 arasında bağlanmış 25.08.2008-ci il tari xli müqaviləyə əsasən icraçı mənzili inşa etdikdən sonra sonuncunun sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ləğv edilmədən eyni mənzilə dair x6nın adına yeni müqavilənin bağlanması Mülki Məcəllənin tələblərinə ziddir və həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etiba rsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razılaşaraq qeyd etmişdir ki, x6nın adına ayrı-ayrı tarixli kassa mədaxil orderlərinin verilməsi sadəcə onunla MMC arasında etibarlı müqavilə münasibətlərinin mövcud olmasına zahiri görünüş yaratmaq üçün edilmiş hərəkətlərdir və 25.08.2008-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıldıqdan sonrakı dövr üçün mənzilə görə olan ödənişlərin x6nın adından həyata ke çirilməsi həmin mənzilin x6ya məxsus olmasının göstəricisi kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qeyd olunanlara əasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətlərinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x3nun kassasiya şikayəti təmin edilməsin. Cavabdeh x2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1007/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1007/2020
19.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver