Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1007/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə, maneələrin aradan qaldırılması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5712/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı, xx.xx.2014-cü il tarixdə cavabdehin oğlu İrşad Məmmədovla faktiki ailə qurmuş, həmin vaxtdan ünvan 1 ünvanında yerləşən 20 saylı evə köçərək əri ilə birlikdə orada yaşamışdır. xx.xx.2015-ci il tarixdə onların nikahları rəsmi qeydə alınmışdır. Bu nikahdan xx.xx.2015-ci il tarixdə Dilbər adlı qızları doğulmuşdur. 2. xx.xx.2018-ci il tarixdə İrşad Məmmədov bədbəxt hadisə nəticəsində vəfat etmiş, bundan sonra həmin evdə yaşaması ilə bağlı cavabdehlə mübahisələri yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü övladı X5 ilə birlikdə ünvan 2 ünvanında yerləşən 20 saylı evə köçürülmələri və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 20 saylı ev özbaşına tikili olmaqla onun nikaha daxil olmasından iki il əvvəl alınmış, evin alınmasını gözləmək üçün iki il nişanlı qalmış, Cavabdeh heç vaxt həmin evdə yaşamamış, Lerik rayonunda işləyərək Şəmkir rayonunda yaşamış, yalnız qonaq kimi oğlunun evinə gəlib-getmişdir. xx.xx.2018-ci il tarixdə əri İrşad Məmmədov elektrik cərəyanının vurması nəticəsində iş başında həlak olmuş, ərinin dəfn mərasimi Şəmkir rayonunda yerləşən ata evində təşkil olunduğundan Şəmkirə gedərək dəfn mərasimində iştirak etmişlər. Dəfndən sonra yaşadıqları Binəqədi rayonu, Gülüstan küçəsi 10 ünvanında yerləşən 20 saylı fərdi yaşayış evlərinə qayıdanda qayınanası Cavabdeh onu azyaşlı qızı ilə birlikdə yaşadıqları evdən qovmuş və bir daha həmin evə buraxmamışdır. Başqa yaşayış yerləri yoxdur və hesab edir ki, evə köçürülməli, qayınanasının ona yaratdığı maneələr aradan qaldırılmalıdır.
5. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək (o cümlədən məhkəmə iclasında) bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 2006-cı ildə onun tərəfindən əldə edilmiş və sənədlər onun adınadır. Həmin torpaq sahəsinin üzərində olan 2 otaqlı yaşayış evini isə o, həyat yoldaşı Aydın Məmmədovla birlikdə 2004-2006-cı illərdə inşa etmişlər. İddiaçı həmin illərdə hal-hazırda daimi qeydiyyatda olduğu İmişli şəhəri Meliorator qəsəbəsi 14 saylı evin 3 sayl ı mənzilində öz valideyinləri ilə birlikdə yaşamışdır. İddiaçı xx.xx.2015-ci il tarixdə onun mərhum X3 ilə rəsmi nikaha daxil olmuşdur. O, oğluna ailəsi ilə birlikdə ünvan 4in bir otağında müvəqqəti yaşamaq üçün icazə vermişdir. X3 xx.xx.2018-ci il tarixdə faciəli şəkildə vəfat etmişdir. Həmin gündən iddiaçı körpə uşağı ilə birlikdə İmişli şəhəri Meliorator qəsəbəsi 14 saylı evin 3 saylı mənzilinə yaşayır. ünvan 3, 20 saylı evdə yerləşən bütün əşyalar ona məxsusdur. O, mülkiyyətində olan yaşayış evini mərhum X3na və iddiaçıya satmamış, bağışlamamışdır. O, iddiaçının evsiz-eşiksiz qalmasını istəmir. Nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X4 öz himayəsinə qəbul edib saxlamağa razıdır. İddiaçı yaşca cavandır, onun həyatı hələ qarşıdadır və o, sərbəst bir insan kimi gələcəkdə istədiyi vaxt yeni ai lə qurmaqda haqlıdır. Bu isə, övladı faciəli surətdə həlak olmuş bir ana kimi nə ona, nədə ki, digər ailə üzvlərinə rahatlıq verməyəcəkdir. O, 38 ildir müəllimə işləyir. Son iş yeri Lerik rayonunda yerləşir. Şəmkir rayonunda da özünə məxsus fərdi yaşayış evi və təsərrüfatı vardır. ünvan 4ini o, qocalanda yaşaması üçün inşa etmişdir. O, nəvəsinə görə iddiaçı üçün də şərait yarada bilər. Belə ki, iddiaçının doğulub, böyüyüb başa çatdığı ata yurdu olan İmişli şəhərində mənzil ala və ya 20.000 manat pul vəsaiti verə bilər. Lakin iddiaçının uşağı ilə birlikdə ünvan 4ə köçüb yaşamasına razı deyil.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim S.Səlimova) xx xxxx 2019-cu il tarixli, 2(001)825/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cav abdeh etirazını Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 10, 20 saylı fərdi yaşayış evinin onun xüsusi mülkiyyətində olması ilə əsaslandırsa da, evin onun tərəfindən inşa olunmasına, evə dair mülkiyyət hüquqlarının qeydə alınmasına dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının himayəsində olan uşağı ilə birlikdə ünvan 3, 20 saylı fərdi yaşayış evində yaşaması, bu yaşayış sahəsinin sonuncuların yeganə yaşayış sahəsi olması, bu evə dair hüquq müəyyənedici sənədi olmayan cavabdehin iddiaçıya yeganə yaşayış sahəsində yaşamasına maneələr yaratması öz təsdiqini tapdığından iddia əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Qurbanov (səd rlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) xx xxxxxx 2019-ci il tarixli, 2(103)-12190/19 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv, iddia rədd edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin və ya onun yerləşdiyi torpaq sahəsinin iddiaçının da vəsaiti hesabına əldə edilməsi və yaxud onun vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və G.Quliyev) 2(102)-1955/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
11. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli evin cavabdehin mülkiyyətində olması barədə onun tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Lakin işə apellyasiya qaydasında baxılarkən cavabdeh evin onun mülkiyyətində olmasına dair məhkəmə kollegiyasına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış təqdim etmiş və məhkəm ə kollegiyası başlıca sübut kimi həmin Reyestrdən Çıxarışa əsaslanaraq iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Evdən istifadəyə dair mübahisəli hüquq münasibətinin yarandığı dövrdə ev özbaşına tikili olduğundan və belə tikililərdən istifadə ilə bağlı hüquq münasibətləri qüvvədə olan mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, qanunun analogiyasından istifadə olunmaqla mübahisənin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin müddəalarına uyğun həlli imkanı müzakirə olunmalı idi. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-5712/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin ed ilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, əvvəla, iddiaçının köçürülməsini istədiyi ev ünvan 5 ünvanında yerləşən 20 saylı ev olduğu halda, cavabdehin adına xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ üzrə qeydə alınmış ev həmin ünvandakı 18B saylı evdir; ikincisi isə, cavabdeh, əgər bu evlər eyni evlərdirsə, o zaman müvafiq sübutu hansı səbəblə birinci instansiya məhkəməsinə təqdim etməmiş olduğunu ümumiyyətlə əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bundan əlavə, tərəflər arasında münasibətlərin yarandığı, yəni iddiaçının mən zilə köçdüyü 2014-cü ildə mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdı, eləcə də iddiaçı məhz həmin ildən mənzilə köçərək orada ailəsi ilə birlikdə yaşamışdır. Özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən göstəriş yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hətta mübahisəsi gedən ev üzərində 2018-ci ilin dekabr ayında cavabdehin mülkiyyət hüququnun qeydə alınmış olduğu qəbul edilsə belə, bu hal tərəflər arasında 2015-ci ildən yaranmış hüquq münasibə tlərinə tətbiq olunacaq normanın dəyişməsinə əsas verə bilməz. Hazırkı mübahisəyə qanunun analogiyasından istifadə olunmaqla Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin müddəaları tətbiq oluna bilər – bu maddəyə görə isə, “...sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar”. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassa siya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyasında məhkəmə tərəflərə qeyri-bərabər münasibət bəsləmiş, 15 dəqiqə çəkən iclasda hakim 12 dəqiqə iddiaçı tərəfə vaxt ayırmış, cavabdeh tərəfə çıxış üçün kifayət qədər vaxt verməmiş, mövqeyini əsaslandırmasına, Ali Məhkəmənin qərarında qoyduğu məsələlər münasibət bildirməsinə imkan verməmiş, həmin halları, o cümlədən, Çıxarışı nə üçün birinci instansiya məhkəməsinə təqdim edə bilməməsini, İddiaçı Cavabdeh evinə gəlin köçmədiyini, onun evində cehizlərinin olmadığım təsdiq edən diski və digər sübutları qəbul etməmişdir. Halbuki, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib işi yeni baxışa qaytararkən Cavabdeh evə dair mülkiyyət hüququnu təsdiq edən Çıxarışının birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbələrinin araşdırılmasını və Çıxarışın sübut kimi qəbul edilib-edilməməsi məsələsinə qiymət verilməsini şərt kimi qeyd etmişdir. Lakin, yeni baxışda Apellyasiya instansiyası Cavabdeh Çıxarışı nə üçün Binəqədi rayon Məhkəməsində təqdim etməməsini araşdırmamış və Çıxarışı sübut kimi qəbul edibetmədiyinə münasibət bildirməmişdir. Məhkəmənin Cavabdeh məxsus evin Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməsinə baxmayaraq onu özbaşına tikili kimi qəbul etməsi qanunsuzluqdur, Cavabdeh öz evinə dair Çıxarışı apellyasiya instansiyasında təqdim etməsi həmin sübutun qəbul edilməzliyinə, məhkəmələrin sübutu görməzdən gəlməsinə səbəb ola bilməz. Mənzil Məcəlləsinin 68-ci maddəsini tətbiqi üçün iddiaçının evdə istifadə hüquqununun yaranıbyaranmamasının, həmçinin onun mülkiyyətçi (sosial kirayə müqaviləsi üzrə kirayəçi) ilə qohumluq münasibəti, birgə təsərrüfat aparmaları müəyyən edilməlidir. İddiaçının evə dair istifadə hüququnun yaranması onun həmin evə daimi yaşamaq üçün köçməsindən asılıdır. İddiaçı Cavabdeh evinə gəlin köçməyib, evdə onun cehiz əşyaları olmayıb, hazırda da yoxdur, onların arasında evə dair istifadə hüququ ilə bağlı münasibət yaranmayıb, bu hal işin məhkəmələr qeyd etdiyi kimi mübahisəsiz halı deyil, bu hal ən mübahisəli halıdır. İddiaçı xx.xx.2014-cü il tarixdə İrşad Məmmədovla ailə qurduqdan sonra Bakı şəhərində “Yaşıl Bazar” deyilən yerdə bazarın arxa hissəsində kirayə evdə yaşayıblar. Birinci instansiya məhkəməsində İddiaçı Cavabdeh evində yaşamasına dair izahat ver ən şahidlər isə yalan izahatlar veriblər, həmin şahidlər Cavabdeh qonşuları deyil, heç yaxın ünvanda da yaşamırlar. Məhkəmələr həmin şahidlərin ona qonşu olmamalarını, izahatlarının mötəbər məlumat kimi qəbul edilməsinin mümkünsüzlüyünə qiymət verməyiblər. Apellyasiya məhkəməsində hakimə bu barədə sübutlar təqdim etmək istəyən Cavabdeh sübutları qəbul edilməyib. Ən mübahisəli hal ondan ibarətdir ki, iddiaçı özü də qeyd edir ki, guya ərinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi 10-cu döngə, 20 saylı evə gəlin köçüb və cehiz əşyalarını da ora aparıb. Cavabdeh ayrılmış torpaq sahəsi, onun üzərində öz vəsaiti hesabına inşa etdiyi və hazırda mülkiyyətində olan fərdi yaşayış evi isə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi 10-cu döngə, 18B saylı evdir. İddiaçının iddia tələbinə əsasən köçmək istədiyi 20 saylı evin Cavabdeh heç bir aidiyyəti yoxdur, bu baxımdan iddiaçının Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 10-cu döngə, 20 saylı evlə bağlı tələbi üzrə Cavabdeh ola bilməz. Cavabdehdə olan məlumata görə həmin 20 saylı evin sahibi X2r. Məhkəmələrdə dəfələrlə deməsinə baxmayaraq hakimlər işin bu halına diqqət yetirmirlər, halbuki, İddiaçı iddia etdiyi 20 saylı ev üzrə Cavabdeh əsl cavabdeh deyil. Məhkəmələr hələ də müəyyən etməyiblər ki, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi 10-cu döngə, 20 saylı ev harada yerləşir, kimə məxsusdur. Cavabdeh məxsus ev özbaşına tikili olmayıb, Bələdiyyə tərəfindən torpaqdan istifadə hüququ yaradan Bələdiyyə aktı ilə ayrılmış torpaq sahəsində qanunun tələblərinə uyğun olaraq Cavabdeh şəxsi vəsaiti h esabına inşa olunmuşdur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili, kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məc əlləsi:
19. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
20. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
21. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabili yyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
22. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
23. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi ki rayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
24. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına e htiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Hazırkı işdə iddiaçı, 2014-cü ildən mərhum əri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən 20 saylı evə köçürülməsini və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb edir.
31. Belə olan halda, mübahisəli mənzilin hüquqi statusu, iddiaçının həmin evə münasibətdə hər hansı əmlak hüququ və buna müvafiq tələbin qanuni əsası müəyyən edilməlidir.
32. Apellyasiya məhkəməsi iddianı haqlı sayarkən mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında münasibətlərin yarandığı, yəni iddiaçının mənzilə köçdüyü 2014-cü ildə mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdı, eləcə də iddiaçı məhz həmin ildən mənzilə köçərək orada ailəsi ilə birlikdə yaşamışdır. Məhkəmə maddi hüquq norması kimi özbaş ına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci və sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinə aid münasibətləri nizamlayan Mənzil Məcəlləsinin 68-ci maddəsinə istinad etmişdir (§ 13, 19-20, 23-24).
33. Kollegiya bildirir ki, mənzillə bağlı mübahisə həll edilərkən həm münasibətlərin yarandığı, həm də ondan sonrakı dövrdə daşınmaz əşyanın hüquqi statusuna, əşya üzərindəki hüquqlara (mülkiyyət hüququ, mənzildə yaşamaq istəyən şəxslərin əmlak-ailə hüquqları və s.) dair qanunvericilik nəzərə alınmalıdır.
34. Hazırkı iş üzrə iddiaçı mübahisəli mənzilə köçdüyü zaman həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün iddiaçının oraya köçməsinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 68-ci maddəsinin nəzərdən keçirilməsi mümkün olsa da, diqqətdən qaçırılm amalıdır ki, sonradan, yəni xx.xx.2018-ci ildə daşınmaz əşyanın hüquqi statusunda dəyişiklik olmuş, mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır.
35. Kollegiya vurğulayır ki, daşınmaz əşyaya dair mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə üçün həmin əşyanın hüquqi statusu müəyyən olmalıdır. Çünki, tərəflərin hüquq və vəzifələrinin yaranması və ya xitamı üçün bu hal mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, xx.xx.2019-cu il tarixdən apellyasiya məhkəməsinə daxil olmuş iş üzrə mənzilin xx.xx.2018-ci ildən dəyişmiş statusunun müəyyən edilməməsi, bu barədə zəruri sübutların məhz cavabdeh tərəfindən təqdim edilməməsinə görə həmin mənzilə özbaşına tikili və ya sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinə aid normaların tətbiqi doğru yanaşma sayıla bilməz. Odur ki, mənzilə dair mübahisə onun mövcud hüquqi statusu nəzərə alınmaqla həll edilməlidir.
36. Kollegiya bildirir ki, qanuni əsas və məqsəd olmadan, formal mülahizələrlə mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli Qərarı).
37. Hazırkı iş üzrə mübahisəli mə nzilin xx.xx.2018-ci ildən cavabdehin adına mülkiyyət hüququ ilə qeydə alınması həmin mənzilə dair yeni hüquq münasibətlərinin yaranmasına dəlalət edir. Başqa sözlə, həmin andan mənzildən istifadə etmək istəyən şəxslərin hüquqları mülkiyyətçiyə münasibətdə mövcud qanunvericiliyə əsasən müəyyən olunmalıdır.
38. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2014-cü il qərarında bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəx slər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
39. Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyi əsas götürüldükdə mənzilə dair cavabdehin mülkiyyət hüququnun qeydə alındığı xx.xx.2018-ci il tarixdə iddiaçının mənzildə yaşayış hüququna qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından qiymət verilməlidir.
40. Həmin normaya görə mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdi rlər. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (§ 21-22).
41. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
42. Bundan əlavə, apellyasiya məhkəməsinin qətnaməsində iddiaçının tələbində göstərdiyi ünvan 2 ünvanında yerləşən 20 saylı mənzillə, cavabdehin adına verilmiş mülkiyyət şəhadətnaməsində qeyd olunan həmin ünvan üzrə 18B nömrəli mənzilin eyni olub-olmaması faktı qeyri-müəyyən qalmışdır. Halbuki, işin düzgün həlli üçün bu halın dəqiqləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
43. Ona görə də, mənzilin nömrəsi ilə bağlı araşdırma aparılmaqla ziddiyyətli məlumatlar aydınlaşdırılmalıdır. Əgər qeyd olunan mənzillər fərqlidirsə iddia tələbi əşyanın hüquqi statusu və qanunvericliyə uyğun həll edilməlidir. Əgər eyni mənzildirsə iddiaçının ailə qanunvericiliyinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehdən özünün saxlanılmasını tələb etmək hüququna malik olu b-olmaması yoxlanılmalı və nəticəsindən asılı olaraq mübahisəyə yekun hüquqi qiymət verilməlidir.
44. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5712/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.