Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1008/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4164/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları İddiaçı ilə Cavabdeh xx xxxxxxxx 2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan xx.xx.2002-ci il tarixdə X4 və xx.xx.2007-ci il tarixdə X3 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5251/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2002-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 Cavabdeh yanında saxlanılmışdır. Cavabdeh hazırda ünvan 1 ünvanında yerləşən özbaşına tikilidə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünva nında yerləşən mənzil ona məxsus olmaqla onun tərəfindən inşa edilmişdir. Mənzilin bütün kommunal xərcləri bu günədək onun tərəfindən ödənilmişdir. O, Cavabdeh ilə xx xxxxxxxx 2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuş və birgə nikahdan xx.xx.2002-ci il tarixdə X4 və xx.xx.2007-ci il tarixdə X3 anadan olmuşdur. 16 il yataqxanada yaşadıqdan sonra mübahisəli evə köçmüşlər. Uzun müddət normal ailə şəraitində yaşasalar da son üç ildə münasibətləri dözülməz həddə çatmışdır və boşanmaq qərarına gəlmişlər. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, boşanma ərizəsini şəxsən təqdim etmişdir. Belə ki, cavabdeh onu öz mənzilinə daxil olmağa imkan vermir, onun barəsində polisə dəfələrlə şər böhtan xarakterli şikayətlər etməkdə davam edir. Hətta həmi n xanımın ilk evliliyindən olan oğlu və qohumları tərəfindən də hədə-qorxu içərisindədir. Onun bütün şikayətləri əsassız olduğundan Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən rədd edilmişdir. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh istifadəsində olan N küçəsində yerləşən özbaşına tikiliyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək və iddia ərizəsinə yazılı etiraz verərək qeyd etmişdir ki, iddiaçı ilə onun ailə münasibətləri pozulduqdan sonra o, öz vəsaiti hesabına uşaqları ilə yaşamaq üçün N küçəsində yerləşən dəmir yolunun mühafizə zonasında özbaşına ev tikmişdir. Həmin vaxtdan, yəni 2016-cı ildən hazırki vaxtadək o, iki yetkinlik yaşına çatmamış u şağı ilə tərəfindən tikilmiş heç bir şəraiti olmayan, dəmir yolunun mühafizə zonasında yerləşən özbaşına tikilmiş evdə yaşayır. İddiaçının onunla ailə münasibətləri pozulduqdan sonra iddiaçı valideynlərinə məxsus olan N mənzilinə köçmüşdür. Həmin vaxtdan da qeyd edilən mənzildə yaşayır. İddiaçı mübahisəli evdə heç vaxt yaşamamışdır. Bundan əlavə mübahisəli evin ünvanın və hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Həmin evlə dəmir yolu arasında olan məsafə 1 metr təşkil edir. O, həmin evdə qanunsuz olaraq yaşayır. Tikinti normalarına görə belə evlərdə yerləşmək qəti qadağandır. Göstərilənləri nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) 2(001)-562/2020 nömrəli xx xxxxxx 2020-ci il tar ixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə mübahisənin tam və hərtərəfli araşdırmasının təmin edilməsi və həmin tikili ilə bağlı daha dolğun məlumat əldə edilməsi məqsədi ilə tikilinin yerləşdiyi ünvanda tərəflərin iştirakı ilə yerində müayinə keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil, tikili dəmir yolunun mühafizə zonasında, tikilinin arxa divarı dəmir yol xəttindən təxminən 1 metrlik məsafədə yerləşir. Tikili dar küçədə yerləşir. Həmin tikilidə hazırda cavabdeh və onun iddiaçı ilə birgə nikahından doğulmuş uşaqları yaşayır. İddiaçı hazırda tikili ilə üzbəüz yerləşən və valideynlərinə məxsus olan evdə valideynləri və yeni nikaha daxil olduğu şəxslə birlikdə yaşayır. Tikilinin dəmir qapısı var, qapıdan içəri daxil ol duqda balaca dəhliz və əşyaların saxlanılması üçün istifadə edilən dar yerlər inşa edilmişdir. Girəcəkdən solda iç-içə bir neçə otaq var. Tikilidə təmir işləri hələ də davam edir. Müayinə zamanı tikilidə cavabdeh və onun iddiaçı ilə birgə nikahından olan uşaqları, cavabdehin birinci nikahından olmuş uşağı yaşayır. Cavabdehin ilk və iddiaçı ilə nikahından olan uşaqları bütün müayinə dövründə iddiaçıya qarşı aqressiv münasibətdə olmuşlar, tərəflər biri digərinin ünvanına atmacalar atmaqdan və müəyyən yersiz fikirlər söyləməkdən çəkinməmişlər. Tərəflər arasında münasibətlər çox gərgindir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli tikili özbaşına və qanunsuzdur, dəmir yolunun nəinki mühafizə, hətta bir başa dəmir yolu ilə təmasda yerləşir. Tikiliyə dair hər hansı hüquqmüəyyənedici s ənəd mövcud deyil. Tikilinin dəqiq ünvanı belə yoxdur. Tikili iddiaçının vəsaiti hesabına, lakin birgə nikah dövründə inşa edilmişdir. Mübahisəli evdə qaz, su və işıq sayğacı quraşdırılmışdır. Həmin xidmətlərin göstərilməsinə dair müqavilələr iddiaçı ilə bağlanmışdır. İddiaçı bir neçə ay əvvələ kimi həmin evdə yaşamışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə yeni nikaha daxil olmuşdur. İddiaçı hazırda mübahisəli evlə üzbəüz yerləşən və valideynlərinə məxsus olan N saylı mənzildə valideynləri və həyat yoldaşı ilə birlikdə yaşayır. Məhkəmə tərəflər arasında münasibətlərin həddindən artıq gərgin olmasını nəzərə alıb belə qənaətə gəlmişdir ki, iddiaçının həmin evə köçürülməsi məqsədəmüvafiq deyil və iddiaçı birgə nikah dövründə inşa edilmiş bir tikili kimi onun dəyərinin yarısını cavabdehdən tələb edə bilər. Bu tələbin icrası da hazırki tələbə münasibətdə mümkündür. İddiaçının mübahisəli tikiliyə köçürülməsi (tərəflərin arasında münasibətlərin həddindən artıq gərgin olması və onların açıq-aydın biri-digərindən yola getməməsi, bunun uşaqların da iddiaçıya münasibətdə özünü biruzə verməsi) onun bu tikiliyə olan hüququnun təmini baxımdan düzgün qənaət olsa belə, iddiaçının həmin evə köçürülməsi və orada yaşaması (iddiaçı sonradan həmin tikiliyə yeni həyat yoldaşını da köçürmək niyyətindədir) icra baxımından qeyri-mümkün olmaqla hüquqi nəticə etibarı ilə onun xəyali hüququna çevriləcəkdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 152.1, 152.3, 180.1, 180.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti ver ərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) xx xxxx 2020-ci il tarixli 2(103)-4164/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-562/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməl i olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin, birinci instansiya məhkəməsinin digər mövqeyi ilə də razılaşaraq qeyd etmişdir ki, məhkəmə qərarları sadəcə kağız üzərində qalmamalı, formal olaraq qəbul edilməməlidir. Qərar qəbul edilərkən ilkin olaraq onun icrasının mümkünlüyü tərəflər arasındakı münasibətlər nöqteyi-nəzərindən təhlil edilməlidir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-4164/2020 nömrəli qətnaməsinin dəyişdirilərək iddia tələbinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmış dır ki, iddia tələbinin tərəflər arasında münasibətlərin gərgin olması səbəbindən təmin edilməməsi qanunsuz və əsassızdır. Belə ki, bu iddianın təmin edilməməsi üçün hüquqi əsas deyildir. Mənzilə köçürülmə tələbinə dair bir çox məhkəmə işlərində tərəflər arasında gərgin münasibətlər olmasına baxmayaraq iddia tələbi təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gədiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qanunsuzdur, məhkəmə iş üzrə müəyyən olunmuş bütün hüquqi faktlara qiymət verməməklə maddi və prossesual hüquq normalarının tələbini kobud pozmuş, işi sadəcə cavabdehin xeyrinə həll etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə icla sında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğ u və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardad ın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə iddia tələbini rədd edərkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçının mübahisəli tikiliyə köçmək tələbi onun həqiqətən də yaşayış sahəsinə zəruri ehtiyacının olmasından qaynaqlanmır, iddiaçı yenidən ailə quraraq hal-hazırda valideynlərinə məxsus evdə yaşayır. Köçmək istədiyi tikilidə isə onun boşandığı cavabdeh uşaqları ilə birlikdə yaşayır və keçirilmiş yerli baxış zamanı tikiliyə və tərəflərin münasibətlərinə dair müəyyən edilmiş hallar həmin tikilidə onların birlikdə yaşamasının qeyri-mümkünlüyünü göstərir. Tikilinin dəmir yolu xəttindən təxmi nən 1 metrlik məsafədə yerləşdiyindən təhlükəsizlik baxımından həmin tikiliyə məhkəmə qaydasında kiminsə köçürülməsi yolverilməzdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4164/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.