Məhkəmə qərarları › İş №2(102)-1009/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1009/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1009/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: sübutların qiymətləndirilməsi, tələblərin əsaslarının sübuta yetirilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7695/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin bi nasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlərdən müştərək qaydada 14000 (on dörd min) ABŞ dolları məbləğində borcun və bank uçot dərəcəsinə görə 875 (səkkiz yüz yetmiş beş) ABŞ dolları əldən çıxmış faydanın – cəmi 14875 (on dörd min səkkiz yüz yetmiş beş) ABŞ dolları məbləğində pulun tutulmasını xahiş edir. Cavabdeh tərəf həmin pulun iddiaçı tərəfindən 3-cü şəxslərə verildiyini etiraf edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14 000 (on dörd min) ABŞ dolları məbləğində pulun, bank uçot dərəcəsinə görə 875 ABŞ dolları əldən çıxmış faydanın – cəmi 14875 ABŞ dolları məbləğində pulun tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir müddət bundan əvvəl onunla dostluq münasibətində olan cavabdehlər təklif etmişlər ki, əgər onlara pul versə, yaxşı qazanmaq olar. O da onlara inanaraq bir dəfə 15000 ABŞ dolları və ondan 2-3 ay sonra isə 10000 ABŞ dolları məbləğində, xəmi 25000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin pullardan cavabdehlər ona cəmi 11000 ABŞ dolları qaytarmışlar, qalan 14000 ABŞ dolları isə ödənilməmiş qalmışdır. Bunu aralarında olan Facebook mesencer bölməsindəki yazışmalardan olan çıxarışlar da təsdiq edir. Cavabdehlər onu aldadaraq öz vədlərinə əməl etməmişlər. Pul vəsaitlərini ona həmişə Cavabdeh2 qaytarmışdır, bu da onların müştərək qaydada bor clu olmalarını təsdiq edir. Pulları qaytaranda o, həmişə öz qeyd kitabçasına qeydlər etmişdir və orada imza ilə hər ikisi təsdiq etmişdir. Bundan sonra dəfələrlə cavabdehlərdən 14000 ABŞ dolları pulu tələb etsə də, onlar borcu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışlar. 28 avqust 2020-ci ildə borc pulun qaytarılması ilə bağlı cavabdehlərə xəbərdarlıq məktubu da göndərmiş, lakin buna da məhəl qoymamışlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş № 2(004)-1763/21) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf 14875 ABŞ dolları məbləğində pul vəsaitinin ca vabdehdən alınaraq ona ödənilməsinin əsası kimi iş materiallarına əlavə edilmiş yazışmalara istinad etsə də, cavabdehlərlə iddiaçı arasında borc münasibətlərinin olması, o cümlədən cavabdehlərin pulu əsassız şəkildə saxlaması və ya digər əsasa görə cavabdehlərin iddiaçıya öhdəliyinin olması araşdırma zamanı öz təsdiqini tapmamış və iddiaçı tərəfindən məhkəmə baxışında sübuta yetirilməmişdir. Həmçinin, məhkəmə Cavabdeh2 iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında öhdəlik münasibətlərinin olması məhkəmə tərəfindən müəyyən edilmədiyindən məhkəmə iddia müddətinin tətbiqini də mümkün saymır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 385.1-ci, MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmaqla hesab etmişdir ki, iddia tələbi iddianın əsası sübuta yetirilmədiyinə görə rədd edilməlidir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinə görə cavabdeh tərəf məhkəmə iclasında ziddiyyətli izahatlar vermiş, iş materialları ilə tam təsdiq edilir ki, cavabdehlər onu aldatmış, etibarından suiistifadə etməklə pulunu ələ keçirmiş və ona ziyan vurmuşlar. İddianın əsaslı olmasını təsdiq edən qeydlərin olduğu bloknotun cavabdehdən alınıb məhkəməyə təqdim edilməsi barədə vəsatət versə də, məhkəmə vəsatətlə bağlı heç bir tədbir görməmişdir. a) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli və Elşən Kazımov) 06 oktyabr 2021 -ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında borc münasibətlərinin olmasına dair nə notariat qaydasında, nə də sadə yazılı formada müqavilə bağlanmamışdır. İddiaçı tələbini əsaslandırarkən 10 il bundan əvvəl cavabdehlərə 25000 ABŞ dolları borc verdiyini və təxminən iki il yarım əvvəl həmin borcdan 11000 ABŞ dolları qaytarıldığını bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və qeyd etmişdir ki, formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf 14875 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona öd ənilməsinin əsası kimi iş materiallarına əlavə edilmiş yazışmalara istinad etsə də, cavabdehlərlə iddiaçı arasında borc münasibətlərinin olması, o cümlədən cavabdehlərin pulu əsassız şəkildə saxlaması və ya digər əsasa görə cavabdehlərin iddiaçıya öhdəliyinin olması araşdırma zamanı öz təsdiqini tapmamış və iddiaçı tərəfindən məhkəmə baxışında sübuta yetirilməmişdir. Tərəflər arasında öhdəlik münasibətlərinin olması məhkəmə tərəfindən müəyyən edilmədiyindən Cavabdeh2 iddia müddətinin tətbiqinə dair ərizəsi əsasəndı iddia müddətinin tətbiqini də mümkün saymır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 385.1-ci, MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırması düzgün olmuşdur. İddiaçı (Vək il) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddi ərizəsinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Məhkəmə cavabdeh tərəfin ziddiyyətli izahatlarına tənqidi yananmamış, “fasebook” sosial şəbəkədə yazışma zamanı Cavabdeh2 faktı etiraf etməsini diqqətdən qaçırmış, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəl illəri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gə lməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin r əyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarı. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına da ir”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşdən görünür ki, iddiaçı tələblərini Mülki Məcəllənin 21.1, 21.2, 742.1, 742.2 və 449.1-ci maddələrinə istinad edərək onunla əsalandırmışdır ki, təqribən 10 il öncə cavabdehlərə əvvəl 15000, daha sonra 10000 ABŞ dolları məbləğində pulu borc vermiş, cavabdehlər 11000 ABŞ dolları pulu qaytarmış, qalan 14000 dolları qaytarmaqdan imtina edirlər. Cavabdeh2 borclu olmalarını “fasebook” sosial şəbəkədə yazışma zamanı etiraf etmişdir. Cavabdehlər ona məxsus pul vəsaitini əsassız olaraq özlərində saxladıqlarından əldən çıxmış fayda kimi əlavə olaraq 875 ABŞ dolları ziyan çəkmişdir. Cpavabdeh Cavabdeh tərəf iddiaçıdan pul almalarını, ona borclu qalmalarını inkar etmiş, göstərmişdir ki, iddiaçı onlara deyil, 3-cü şəxslərə müəyyən pul vermişdir, həmin şəxslərə pul verilməsinin onlara aidiyyatı yoxdur, iddiaçı pulunu o şəxslərdən tələb edə bilər. Birinci instansiya məhkəməsinin ididanın rədd olunmasına dair qənaəti ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər borc münasibətlərinin olması, borc müqaviləsinin bağlanması, cavabdehlərin pulu əsassız şəkildə saxlaması və ya digər əsasa görə cavabdehlərin iddiaçıya öhdəliyinin olması iddiaçı tərəfindən sübuta yetirilməmiş, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr göstərilən qənaətə gələrkən tərəflər arasındakı münasibətlərin Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulmuş borc müqaviləsindən irəli gələn münasibətlər kimi qiymət verməkdə səhvə yol vermişdir. İddiaçı həmin pulu cavabdehlərə borc kimi deyil, birlikdə q azanmaq üçün verdiyini göstərmişdir. Cavabdehlər də iddiaçı tərəfindən pulun 3-cü şəxslərə qazanc əldə etmək üçün verdiyini göstərmişlər. Digər əsasa görə cavabdehlərin iddiaçıya öhdəliyinin olması araşdırma zamanı öz təsdiqini tapmaması və iddiaçı tərəfindən məhkəmə baxışında sübuta yetirilməməsi barədə işə baxan məhkəmələrin qənaətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu məsələnin həlli zamanı apellyasiya instansiyası məhkəməsi sübutlara hərtərəfli və tam baxmamış, Cavabdeh2 “fasebook” sosial şəbəkədə iddiaçı ilə yazışma zamanı ona borclu olmalarını etiraf etməsinə qiymət verməmişdir. Həmin yazışmada cavabdeh “bir məsələ üstündə çalışdıqlarını, gələn həftəyə pulundan 10000-15000 vercəklərini” vəd edir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarına görə şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş s übutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7695/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar