Məhkəmə qərarları › İş №2(102)-1009/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1009/2025

08.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1009/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1009/2025 Açar sözlər: ləyaqətsiz vərəsə hesab etmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «ləyaqətsiz vərəsə hesab edilmə» tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2115/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 8 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.Cavabdeh İddiaçı qardaşı qızıdır.

2. Cavabdehin atası X15 25 iyul 2023-cü il tarixdə vəfat etmişdir. 3.X15 ilə X21 arasında olan nikah 30 aprel 2002-ci il tarixdə pozulmuşdur. 4.X5 xx.xx.2014-cü ildə, X10 isə 08 fevral 2016-cı il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia qaldıraraq Cavabdeh ləyaqətsiz vərəsə hesab orlunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx xxxx 1971-ci ildə mərhum atası X5 ilə anası X6 birgə rəsmi nikahlarından anadan olmuşdur. Mərhum atası X5 14 iyul 2014-cü il tarixdə Bakı şəhərində və mərhum anası X10 isə 08 fevral 2016-cı il tarixdə vəfat etmişlər. Mərhum atası X 5 21 mart 1936-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. ünvan 3n mənzil DƏDRX tərəfindən verilmiş 28 fevral 2006-cı il tarixli Qeydiyyat vəsiqəsinə əsasən atası X3 adına (kitab 239, səhifə 16044, qeydə alma 30/3134) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və hazırda da həmin qeydiyyat qüvvədədir. Mərhum atası X5 ilə mərhum anası X6 birgə rəsmi nikahlarından ondan əlavə bir oğul övladları xx.xx.1966-cı il təvəllüdlü X15 dünyaya gəlmişdir. Mərhum atası X5 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzili xx.xx.2013-cü il tarixli “Fərdi evin bağışlama müqaviləsinə” əsasən oğlu Azər İsgəndərova bağışlamışdır. Qardaşı X2 Fatimə Gümüş qızı ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından iki övladları xx xxxx 1995-ci il təvəllüdlü Cavabdeh və 26 oktyabr 1996-cı il təvəllüdlü X16 anadan olmuşdur. X4 ilə X21 arasında bağlanmış nikah 30 aprel 2002-ci il tarixdə Bakı şəhəri “Səadət sarayında pozulmuşdur. Həmin vaxtdan qardaşının keçmiş arvadı X21 iki övladını da götürüb çıxıb getmiş və onlarda olan məlumata görə onlar həmin vaxtdan xariciə köçüb orada yaşamağa başlamışdır. X15 ağır xəstə olmuş və o xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. Mərhum qardaşı vəfat edənədək ona o qulluq etmiş, onun bütün müayinə və müalicə pullarını o ödəmişdir. Vəfat etdikdə isə onun bütün dəfn xərcləri onun tərəfindən ödənilmişdir. Hazırda mərhum X4ndan miras qalmış ünvan 4 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət etmişdir. Lakin ona həmin mir as əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Halbuki, mərhum X4nun övladı bu neçə illər ərzində atası ilə maraqlanmamış, hətta vəfat etdikdə belə onun dəfnində iştirak etmədiyi halda belə hansı əsasla miras əmlakdan pay almaq istəyir ona aydın deyildir. Ona görə də, Cavabdeh ləyaqətsiz vərəsə hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. 7.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdeh iddiaçının qardaşı qızıdır. Körpə olduqları vaxtdan atası və anası biri-birindən ayrı yaşayıblar. Onlar xaricdə yaşayıblar. Sonra ataları ilə ümumiyyətlə əlaqə saxlamayıblar. Sonradan atası ağır xəstə olub və üzün müddət xəstəxanada olubdur. Həmin vaxt uşaqları bir dəfə də olsun atası ilə maraqlanmayıb və baş çəkməyiblər. Hətta ataları ölüm ayağında olan zaman onlarla əlaqə saxlayıb ki, gəlsinlər onları görsün, lakin onlar gəlməyiblər. O rəhmətə gedəndə nə dəfnində, nə yeddisində, nə də qırx mərasimində iştirak etməyiblər. Sonradan əmlaka görə, hər hansısa vətəndaşla müqavilə bağlayıblar. Uşaqlardan oğlunu Ağahüseyni heç tapa bilməyiblər, qızı isə ailə qurduğu üçün Azərbaycana gəlib-gediblər. Azərbaycana gəlib-gedən vaxtlarında da atası ilə əlaqə saxlamamışdır. Mərhumun bütün dəfn xərclərini mərhumun bacısı edibdir. Hesab edir ki, onlar xaricdən məhz evi ələ keçirmək niyyəti ilə gəlmişlər. Mərhumun bütün dərmanlarını bacısı alıb, o onu dəfn edib. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. 8.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 bildirmişdir ki, iddia tam qanunsuz və əsassızdır. Mülki Məcəllənin tələbinə tam ziddir. Belə ki, ailə münasibətləri pozulandan sonra Azərin arvadı uşaqları götürüb Almaniyaya gedib. Almaniyada olan müddətdə mütəmadi olaraq Aygün və keçmiş həyat yoldaşı Azərə pul göndəriblər. Həmin bu müddət ərzində X15 ilə iddiaçı arasında söhbət olbu ki, o ona baxsın, oda evi onun adına keçirsin. X15 da razılaşmamış və demişdir ki, o həmin evi qızı və oğluna verəcəkdir. Ona görə də, iddiaçı ilə mərhum X15 arasında münasibərlər pozulmuşdur. Hətta Aygün atasının dəfninə də gəlmək istəyib, buna baxmayaraq o hamilə olduğundan həkimlər təyyarəyə minməyi məsləhət görməyiblər. X29 nişan edəndən sonra qayıdıb gəlib Azərbaycanda toy ediblər. Bu müddət ərzində gəlib atasına xidmət gös tərmiş, atasının müalicəsinə kömək etmişdir. Əgər uşaqlar doğrudan da ləyaqətsiz vərəsə olsaydı mərhum Azər özü sağlığında belə bir iddia ilə məhkəməyə müraciət edərdi. Azər öləndən 6-7 gün sonra qonşular görüb ki, Azər görünmür, onlar qapını sındırıb açıb görüblər ki, evi su basıb, Azər mətbəxdə yıxılıb qalıb və meyidi pis vəziyyətə düşüb. Eyni zamanda İddiaçı həmin evdən ata payı kimi pay istəyirdisə onda o xx.xx.2013-cü ildə vərəsəliklə bağlı müraciət edə bilrədi. İddia tam qanunsuzdur və iddianın rədd olunması məhkəmədən xahiş edir. 9.Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 aprel 2024-cü il tarixli, 2(062)-617/2024 saylı qətnaməsi ilə iddia tələbinin rədd olunması qət edilmişdir. (hakim: Zaur Hünbətov)

10. Məhkəmə müəyyən etmişdir ki, iddianın predmeti iddiaçının qardaşı qızı olmuş Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsindən ibarətdir. İddiaçı ona görə Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsini istəyir ki, qardaşı ilə X21 arasında bağlanmış nikah 30 aprel 2002-ci il tarixdə Bakı şəhəri “Səadət sarayında pozulduqdan sonra X21 iki övladını da götürüb çıxıb getmiş və onlarda olan məlumata görə onlar həmin vaxtdan xaricə köçüb orada yaşamağa başlamışlar. X15 ağır xəstə olmuş və o xx.xx.2023cü ildə Bakı şəhərində vəfat etmişdir. Mərhum qardaşı vəfat edənədək ona o qulluq etmiş, onun bütün müayinə və müalicə pullarını o ödəmişdir. Vəfat etdikdə isə onun bütün dəfn xərcləri onun tərəfindən ödənilmişdir. Mərhumun övladları isə ona baxmamışlar.

11. Məhkəmə qeyd etmişdir ki, əvvəla İddiaçı Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növ bədə olan vərəsələr olmaqla birinci növbə vərəsələrin, yəni İsgəndərova Aygünün birinci növbə vərəsə kimi mirası necə qəbul edib-etməməsini mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Yəni həmin hala istinadə edilərək onun ləyaqətsiz vərəsə adlandırılması əsassızdır.

12. İddiaçının miras qoyan qardaşı vəfat edənədək ona qulluq etməsi, onun bütün müayinə və müalicə pullarının ödənilməsi, vəfat etdikdə isə onun bütün dəfn xərclərinin onun tərəfindən ödənilməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, əvvəla iddiaçı müalicə və müayinənin onun tərəfindən aparılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Təqdim edilsə də belə hər bir hal bacının qardaşına qulluq etməsi və onun dəfnini həyata keçirməsi yaxın qohumluq münasibətindən irəli gələn haldır və gözlən iləndir.

13. Əgər iddiaçının göstəridilyi kimi cavabdeh vərəsə olmağa layiq olmayan biri olsa idi o zaman miras qoyan sağlığında vəsiyyətnamə tərtib edərək qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilərdi.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinin tələblərinə görə o vərəsə ləyaqətsiz vərəsədir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olsun.

15. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçı özü iddia edir ki, Aygün İsgəndərova ilə Azər İsgəndərovun hər hansı əlaqəsi olmamışdır. O zaman Azərbaycan Respublikasından kənarda yaşayan X22 İsgəndərovun son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi də mümkün görünməməklə bu kimi hallara dair iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir.Yəni, iddiaçı Mülki Məcəllənin 1137-ci maddəsində göstərilmiş hallara dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

16. İş materiallarına görə X27 digər birinci növbə vərəsəsi də vardır ki, Aygün İsgəndərova ləyaqətsiz vərəsə hesab edilsə belə İddiaçı ikinci növbə vərəsə olduğundan yenə də onun hər hansı əmlak hüquqları əldə etməsi mümkün görünmür. Yəni, X12 X27 oğlu olmaqla birinci növbə vərəsədir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçı qeyd edilən tələblə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik deyildir.

17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137, 1159.2 və 1160-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarına, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkə məsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mərhum X4nun övladı olan cavabdeh bir çох illər ərzində atası ilə maraqlanmamış, оnun аğır хəstə оlmаsınа bахmаyаrаq, bir dəfə də оlsun аğır yаtаq хəstəsi оlаn аtаsınа bаş çəkməmiş, hətta vəfat etdikdə belə onun dəfnində iştirak etməmişdir. Аtаsı vəfаt еtdikdə guyа hаmilə оlduğundаn təyyаrəyə minə bilməməsi хüsusаt isə heç bir sübutlа təsdiq оlunmаmışdır. Аncaq Cavabdeh mərhum X15 vəfаt еdən kimi, miras əmlakdan pay almaq hüququndаn dərhаl istifаdə еtmək istəyini bildirmişdir. Kifаyət qədər sübutlаr təqdim еtmişdir ki, cavabdeh mərhum atasının sağlığında onunla heç vахt mаrаqlаn mаmış, оnun аğır yаtаq хəstəsi оlmаsınа bахmаyаrаq bir dəfə də оlsun аtаsınа bаş çəkməmişdir. Onun isə хəstə qаrdаşınа bахmаsı, оnu dərmаnlаrlа təmin еtməsi və digər bu hərəkətləri bir bacının qardaşına qulluq etməsi kimi qiymətləndirilmişdir.

20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2115/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Tovuz Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(062)-617/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər – X24 (sədrlik edən və məruzəçi), X19 və X11 ibarət tərkibdə)

21. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı mərhum X9 bacısıdır. Bununla yanaşı müəyyən olunur ki, mərhum X1 X21 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə ailə mü nasibətlərindən Cavabdeh və X12 adlı uşaqları anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə X15 ilə X17 nikahları pozulmuşdur. Bundan sonra, X21 xx.xx.2016-cı il tarixdə, X15 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X13 üzrə birinci növbəli vərəsələri – uşaqları Cavabdeh və X12 olmuşlar. İddiaçı qardaşı qızı olan Cavabdeh ləyəqətsiz vərəsə hesab olunması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

22. Hazırkı iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1137-ci maddəsi təşkil edir. Həmin maddəyə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qə sdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

23. Eyni zamanda, qanunverici, şəxsin ləyaqətsiz vərəsə elan edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini də Mülki Məcəllənin 1139cu maddəsi ilə müəyyənləşdirmişdir. Həmin maddənin tələbinə görə, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.

24. Məsələnin həllinə Mülki Məcəllənin 1139-cu maddəsində göstərilən prizmadan yanaşıldıqda müəyyən olunur ki, iddiaçı hazırkı tələb üzrə subyekti v hüquqa malik deyildir.

25. Belə ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağrılması növbəliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Bu şəxslərə ölənin uşaqları, əri (arvadı), qardaşbacıları, nənə - babaları və digər kateqoriya şəxslər aiddir. Göstərilən şəxslər miras qoyanla bu və ya digər dərəcə üzrə qohumluq münasibətində olan şəxslərdir.

26. Mülki Məcəllənin qanun üzrə vərəsəlik zamanı növbəlikdən bəhs edən 1160-cı maddəsində deyilir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini is tisna edir.

27. Yuxarıda da göstərildiyi kimi mərhum X15 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – uşaqları Cavabdeh və X12 olmuşlar. İddiaçı isə X27 bacısı olmaqla onun ikinci növbəli qanun üzrə vərəsəsidir. 28.. Məhkəmə miras qoyan X9 uşaqları Cavabdeh və X8 mərhum atalarının qanun üzrə birinci növbəli vərəsələri olmasını nəzərə alaraq qeyd etmişdir ki, əvvəlki növbəli vərəsələrin mövcudluğu özlüyündə ikinci növbəli vərəsə İddiaçı mərhum qardaşı Azər İsgəndərovun miras əmlakına vərəsəliyini istisna edir. İddiaçı cavabdeh Aygün İsgəndərovanın ləyaqətsiz vərəsə hesab ediləcəyi təqdirdə hər hansı əmlak nəticələri əldə etmir ki, bu hal da onun hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ yaranmır

29. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında da deyilir ki, «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır».

30. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın dax ili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

31. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; 32. başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməs indən söhbət gedə bilməz.

33. Həmçinin nəzərə alınmalıdır ki, MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1137, 1139, 1159.1 və 1160-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.3, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı qətnamədən kassasiya şikayəti verərək (vəkil İddiaçı) Gəncə Аpеllyаsiyа məhкəməsinin Mülкi kоllеgiyаsının 2(104)-2115/2024 sаylı, xx.xx.2024-cü il tаriхli qətnаməsinin tam ləğv edilməsinə və işin yеni apellyasiya baxışına göndərilməsinə dair qərаr qəbul еdilməsini хаhiş еdirəm

36. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

38. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

39. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

40. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmla kı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

41. Maddə 1137. miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

42. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyy ənləşdirilməlidir.

43. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

44. Maddə 1146. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

45. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

46. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Mülki Prosessual Məcəllə:

47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak ed ən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində apellyasiya insta nsiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

56. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq v ə qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

57. Kassasiya şikayətinin digər dəlilləri isə işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmaması barədədir, bu dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları t am, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (104)-2115/2024 nömrəli iş üzrə 19 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar