Məhkəmə qərarları › İş №2(102)-101/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-101/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-101/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-101/22 (Açar sözlər: pul tələbi, sadə yazılı qəbz ) Bakı şəhəri, 31 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3240/2021 nömrəli, 09 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 31 yanvar 2 022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh oğlu 02.06.2018-ci il tarixdə imzaladığı iltizamla İddiaçı 20000 manat borc almasını, həmin məbləği 2019-cu ilin dekabr ayına kimi geri qaytarmağı öz öhdəsinə götürmüşdür.

2. Mübahisə tərəflər arasında qeyd edilən məbləğin qaytarılması ilı bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) 20000 manat puunl tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı cavabdehlə ailəvi dostu olublar. Cavabdeh 05.12.15-ci il tarixdə iddiaçıya zəng vuraraq görüşmək istədiyini bildirib, 06.11.2015-ci ildə 21 radələrində Nərimanov rayonu, Atatürk bağında görüşüblər. Cavabdeh arvadının xərçəng xəstəliyinə tutulması və təcili əməliyyat olunmalı olması, bu əməliyyat üçün böyük vəsait tələb olunduğundan əlacsız qalmasını bildirdiyindən, iddiaçı da kövrəlmiş və nə qədər pul lazım olmasını soruşduqda, cavabdeh 20000 manat pul lazım olduğunu demişdir. Cavabdeh söz vermişdir ki, ev növbəsində olduğu ev ona 1 il ərzində veriləcək və ev verilən kimi satıb pulunu qaytaracaq.

5. Təxminən 1 həftə keçdikdən sonra iddiaçı əri ilə birlikdə cavabdehə zəng edib, onunla görüş təyin etmiş və 14.11.2015-ci ildə 17:30 radələrində iddiaçı əri ilə birlikdə cavabdehə 20000 manat pul verib ki, təcili arvadının müalicəsinə başlasın.

6. Sonradan məlum olmuşdur ki, cavabdehin arvadı Anjelika Kukuşkina, ümumiyyətlə, xərçəng xəstəsi olmayıb və bu səbəbdən də ümumiyyətlə əməliiyyat olunmamışdır. Qeyd olunan səbəblərdən və cavabdehin qeyd etdiyi vaxtdan bir müddət sonra keçdiyindən pulun qaytarılmasını xahiş etmişlər. Lakin cavabdeh ev verilmədiyindən əlavə vaxt istəmişdir. Bu minvalla cavabdeh iddiaçını tərəfi dəfələrlə atdatmışdır.

7. Cavabdehin pulu alması iltizamla da təsdiq edilir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 135.1, 157.2, 385.1, 431, 449 və 739.1 -ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh iddia ərizəsi ilə bağlı bildirib ki, pulun alınmasını danmır, razılıq belə olmuşdu ki, ona verilən evi sataraq borcu qaytaracaq. Amma həyat yoldaşı həqiqətən də onkoloji xəstədir. Təxminən 1 ay 20 gün vaxt lazımdır ki, iddiaçını pulunu qaytarsın.

10. Bakı şəh əri Xətai Rayon Məhkəməsinin 2(011)-2818/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Lalə Rəhimli)

11. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, tərəflər arasında yaranmış pul münasibətləri nəticəsində iddiaçı cəmi 20000 manat məbləğində pul vəsaitini cavabdehə borc olaraq vermiş və cavabdeh 02.06.2018-ci il tarixdə imzaladığı yazılı qeydi ilə həmin məbləği 2019-cu ilin dekabr ayına kimi geri qaytarmağı öz öhdəsinə götürmüşdür.

12. Birinci instansiya məhkəməsi işin müyəyyən edilmiş halarına əsasən hesab etmişdir ki, iddiaçı verdiyi pul məbləğinin cavabdehdən geri qaytarılmasını tələb etmək də haqlıdır.

13. Məhkəmə Mülki Məcəllənin 385.1, 389.1, 390.1, 442, 443.1, 443.5 və 739-cu maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə tərəfindən iddianın təmin olunmasında əsas sübut kimi istinad olunmuş 02.06.2018-ci il tarixli iltizam iddiaçı münasibətlərin faktiki halını əks etdirmir. İddiada göstərilən pul məbləğini cavabdeh almayıb, həmin məbləği iddiaçının özü cavabdehin həyat yoldaşının müalicəsi üçün onun özünə əvəzsiz olaraq verib. Cavabdeh həmin pul məbləğindən sonradan xəbər tutub; - cavabdeh iltizamı məcburiyyət qarşısında qalaraq imzaladığını məhkəmənin diqqətinə çatdırsa da, buna məhkəmə tərəf indən qiymət verilməyib; - iddiaçının anası ilə cavabdehin həyat yoldaşı Anjelika Kukuşkina arasında dostluq münasibətləri olduğundan tez-tez bir-birlərinin evinə gediş-gəlişi olmuşdur. 2014-cü ildə cavabdehin həyat yoldaşının səhhətində problemlər yaranmağa başlamışdır. Cavabdehin maddi imkanı zəif olduğu üçün onların cavabdehin həyat yoldaşının müalicəsi üçün pulu ödəmək imkanı olmadığından iddiaçı tələb olunan pulu verəcəyini həyat yoldaşına bildirmiş və bundan sonra cavadbehin həyat yoldaşına 17000 manat pul vermişdir. Bu zaman həyat yoldaşı iddiaçıya onun verdiyi pulu qaytarmağa maddi imkanının çatmayacağını bildirdikdə, iddiaçı cavabdehin həyat yoldaşının ona və onun övladına ana qayğısı göstərdiyi üçün həmin pulu əvəzsiz verdiyini və halal etdiyini qeyd etmişdir. Bu hala cavabdehin qızı Səbinə Rəhimova da şahid olmuşdur; - 2018-ci ilin təxminən aprel-may aylarında cavabdehin həyat yoldaşı səhhəti ilə əlaqədar iddiaçıya onun uşağına artıq baxa bilməyəcəyini bildirdikdən sonra onların münasibətləri pisləşmiş və iddiaçı tez-tez evə gələrək pulunu geri tələb etməyə və səs-küy salmaqla onları rüsvay edəcəyi ilə hədələməyə başlamışdır; - iddiaçı 02.06.2018-ci il tarixdə cavabdehi Dövlət Statistika Komitəsinin yanında bir ofisə çağıraraq orada görüşmələrini tələb etmiş və onlar həmin ofisdə görüşərkən özünü hüquqşünas kimi təqdim edən Fuad adlı şəxs pulu qaytarmayacağı təqdirdə cavabdehi və həyat yoldaşını həbs etdirəcəyi ilə hədələmiş və elə orada onun diktəsi ilə cavabdeh hazırda məhkəmədə sübut kimi istinad olunan 02.06.2018-ci il tarixli iltizamı imzalamağa məcbur olmuş dur.

16. İşə apellyasiya qaydasında baxılarkən, cavabdeh istinad edilən iltizamın etibarsızlığı barədə iddia qaldırmasını, iddiasının təmin edilməməsini, iddiaçıya 4 min manat borcu olmasını, borcu hissə-hissə ödəməyi razı olmasını, lakin cavabdehin bu təklifi qəbul etməməsini bildirmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3240/2021 nömrəli, 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2818/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Tofiq Səmədov)

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə r azılaşaraq qeyd etmişdir ki, Cavabdeh 2014-cü ilin dekabr ayında İddiaçı 20.000 manat məbləğində borc pul götürmüş və həmin məbləği 2019-cu ilin dekabr ayına kimi qaytarmağı öhdəsinə götürmüş, lakin qeyd edilən borc məbləğini ödəməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi Mülki prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadən onu da vurğulamışdır ki, cavabdeh öhdəliyi icra etməməsini apellyasiya şikayətində həmin məbləği iddiaçının ona bağışlaması və istinad olunan iltizamın isə ona zorla yazdırılması ilə izah etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil) k assasiya şikayəti verib, qətnamənin ləğv edilib, işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı iddiaçının yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh isə tekeqramla müqarciət edərək, xəstə olması ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin teleqramda göstərdiyi xüsusatla bağlı hər hansı sənəd təqdim e tməməsinə görə işin təxirə salınmasına əsas görməmiş və Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.

28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

29. İddia tələbi borcun qaytarılması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehin yazdığı iltizama istinad etmişdir. Cavabdeh həmin iltizamı zorla yazmasını, pulun ona yox, həyat yoldaşına iddiaçı tərəfindən əvəzsiz verildiyini bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halları apellyasiya baxışında sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.

31. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən iddianın təmin edilməsi Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinə uyğun olmuşdur. Çünki işin müəyyən edilmiş halları Mülki Məcəllənin qeyd edilən normalarının dispozitiv şərtləri ilə üst-üstə düşür.

32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3240/2021 nömrəli, 09 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar