Məhkəmə qərarları › İş №2(102)-101/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-101/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-101/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icra qeydinin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4316/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mah iyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. "xxxx" BOKT MMC ilə Quliyeva Əfsanə Nazim qızı arasında kreditor tərəfindən borcalana illik 32 faiz dərəcəsi ilə 36 ay müddətinə 10.000 manat kreditin verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. 3. "xxxx" BOKT MMC, Quliyeva Əfsanə Nazim qızı və İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə görə isə kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi, 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evi "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmişdir.

4. Müqavilənin 9.3-cü bəndinə əsasən, ipoteka predmetin in ilkin satış qiyməti 27.000 manat məbləğində müəyyən edilmişdir. 9.6-cı bəndinə əsasən ipoteka predmetinə tutumanın yönəldilməsi notariusun icra qeydi əsasında həyata keçirilir.

5. Müqavilənin 9.1-ci bəndinə əsasən ipoteka predmetinə yönəldilmənin əsası kimi, ipoteka qoyan tərəfindən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka saxlayanın öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında tələbini irəli sürməsi barədə yazılı bildirişi aldığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmaması nəzərdə tutulmuşdur. 6. xx.xx.2022-ci il tarixinə Quliyeva Əfsanə Nazim qızının kredit müqaviləsi üzrə 9.242,72 manat əsas borc, 5.848,17 manat faiz borcu, 4.720 manat cərimə borcu olmaqla cəmi 19.810,89 manat borcu yaranmışdır. Öhdəlik icra edilməmiş, cavabdeh notariusa müraciət edərək 21 fevral 2022-ci il tarixdə, 8İ-1731 nömrəli icra qeydini aparmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə və "xxxx" BOKT MMC-yə qarşı Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin notariusu X3 tərəfindən cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə aparılan 21 fevral 2022-ci il tarixli, 8İ-1731 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubu əsasında müəyyən olmuşdur ki, Əfsanə Quliyeva kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyinə görə "xxxx" BOKT MMC özünün tərtib etdiyi maliyyə arayışına əsaslanaraq ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönəldilməsi üçün Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 müraciət etmiş, xx.xx.2022-ci il tarixdə notarius tərəfindən “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydi verilərək Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə göndərilmişdir. İcra qeydinə əsasən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan 19.810,89 manat məbləğində tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yen i Yaşayış massivi, 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evinə yönəldilməsi, dəyəri 27.000 manat olmaqla həmin evin hərracdan satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində evin boşaldılması tələb olunmuşdur. Halbuki, sözügedən icra qeydi qanunvericiliyin tələbləri və ipoteka qoyanın mülkiyyət hüquqları pozulmaqla həyata keçirilmişdir. Buna görə də icra qeydi ləğv edilməlidir. Belə bir icra qeydinin aparılmasından ipoteka qoyan İddiaçı xəbəri olmamışdır. İcra qeydinin aparılmasına dair notariat işinə əlavə edilmiş və “Azəri Express” poçt daşıma xidmətinə aid olan 299819 nömrəli qaimədən görünür ki, guya xx.xx.2022-ci il tarixdə "xxxx" BOKT MMC tərəfindən İddiaçı məktub göndərilmiş, bu məktub xx.xx.2022-ci il tarixdə “Quliyeva” so yadlı şəxs tərəfindən alınmışdır. Halbuki, İddiaçı ünvanına hər hansı məktub gəlməmişdir. Ümumiyyətlə bu qaimənin əsasında gələn zərfdə nəyin göndərildiyi də qeyd olunmamışdır. Beləliklə, qeyd olunanlardan göründüyü kimi İddiaçı icra qeydinin aparılmasından xəbəri olmamışdır. Bu isə ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olmuşdur. İpoteka haqqında qanunvericiliyin tələblərinə görə ipoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə və ya əsas öhdəliyi icra edə bilər. İpoteka qoyan İddiaçı belə bir bildiriş almadığına görə o, ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verə bilməmiş və bu hüququndan məhrum olmuşdur. “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 1-ci a bzasında qeyd edilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Qanunvericiliyin tələblərinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. İcra qeydinin aparılmasına dair notariat işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, tələbkar borclunun sözügedən tarixə 9.242,72 manat əsas, 5.848,17 manat faiz və 4.720 manat cərimə olmaqla, ümumilikdə 19.810,89 manat borcunun olmasına əsaslanaraq icra qeydinin aparılması barədə notariusa müraciət etmişdir. Halbuki, kreditor tərəfindən birtərəfli qaydada hesablanan bu borc həddindən artıq şişirdilmişdir. Çünki kredit müqaviləsi üzrə bo rcun əksər hissəsi ödənilmişdir. Belə bir vəziyyətdə kreditora bu qədər qalıq borcunun olması mümkün deyil. İcra qeydi aparılarkən ipoteka predmetinin satış üsulu ilə bağlı qanunvericiliyin və müqavilənin tələblərinə də əməl edilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin 9.2-ci bəndində ipoteka müqaviləsinin satış üsulu olaraq göstərilmişdir ki, “...“İpoteka haqqında” Qanunun 38.2-ci maddəsinə əsasən açıq bazar (seçilmiş üsuldan asılı olaraq) ipoteka predmeti bu Dövlət rüsumunun ödənilməsi haqqında məlumat qaydada satılmadığı halda məcburi icra tədbirləri çərçivəsində hərrac vasitəsi ilə özgəninkiləşdiriləcək...”. Notariat işindən görünür ki, "xxxx" BOKT MMC “ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönəldilməsi barədə ərizəsində 1 9.810,89 manat kredit borcunun, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində xərcin, 20 manat məbləğində dövlət rüsumunun ipoteka pretmetinə yönəldilməsini, fərdi yaşayış evinin hərracdan satılmasını, qeydiyyat hüquqlarının ləğv edilməsini və satıldıqdan sonra ən geci 1 ay ərzində evin boşaldılması barədə icra qeydinin aparılmasını xahiş etmişdir. Notarius isə xx.xx.2022-ci il tarixli icra qeydində tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivi, 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evinə yönəldilməsi və evin hərracdan satılması ilə yanaşı, səlahiyyət hədlərindən kənara çıxaraq satıldıqdan sonra ən geci 1 ay ərzində evin boşaldılması barədə g östərişlər müəyyən etmişdir. Halbuki, notariusun “evin boşaldılması barədə” göstərişlər müəyyən etmək səlahiyyəti olmamışdır.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim M.X.Əfəndizadə) 2(005)559/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsində göstərilənlər mülki işin materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı icra qeydinin aparılması barədə məlumatının olmamasını onunla əsaslandırır ki, bildirişləri özü deyil, həyat yoldaşı almışdır. Hazırda nikahları davam etsə də münasibətləri pisdir. Buna görə də icra qeydinin aparılmasından məlumatsız olmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, tələbkar tərəfindən bildriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İcra qeydinin aparılması barədə notariat işinin materiallarından aydın olur ki, bildirişlər 31 yanvar 2022-ci il tarixdə iddiaçının ünvanına göndərilmiş, 01 fevral 2022-ci il tarixdə Quliyeva Əfsanə tərəfindən imza atılmaqla təhvil alınmışdır. Digər tərəfdən iddiaçı ilə Quliyeva Əfsanə arasında nikah münasibətləri pozulmamışdır. Qanunvericiliyə əsasən ər-arvad yaxın qohum və ailə üzvü hesab edilir. Buna görə də iddiaçının dəlili əsassızdır.

12. İddiaçının digər dəlili olan borcun mübahisəli olması, ödənişlərin böyük hissəsinin edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, istinad edilən Nazirlər Kabinetinin Qərarından görünür ki, borcun mübahisəsiz olması tərəflər arasında notarial qaydada bağlanmış müqavilənin olması ilə təsdiq edilir

13. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı hazırk ı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.

14. Məhkəmə gəldiyi nəticəni “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 36.1, 36.3, 36.4, 38.1, 39.3-cü maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli, 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarlarına, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.22-ci bəndinə, Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), K.H.Hüseynov və N.Ş.Cəfərov) 2(103)-4316/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-559/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Notariusun tələb olunan borcun ona təqdim edilən sənədlərlə təsdiq olunduğunu yoxlamadan icra qeydi apar ması barədə iddiaçının apellyasiya şikayətinin dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2-ci hissəsində borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər qeyd edilir.

18. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin icra qeydinin aparılması barədə bildirişlərin onlara çatdırılmaması barədə dəlili üzrə qeyd etmişdir ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il taixli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmət lərinin göstərilməsi Qaydaları”nın 9.22-ci bəndinə əsasən, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Hazırkı halda iddiaçı “Quliyeva” soyadının və imzanın onun həyat yoldaşına və digər ailə üzvlərinə aid olmadığını bildirsə də, bununla bağlı sübut təqdim etməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin notariusun icra qeydində xx.xx.2022- x x.xx.2022-ci il tarixləri üzrə vaxtı çatmamış ödənişlər barəsində də icra qeydi aparmaqla səlahiyyət hədlərindən kənara çıxması barədə dəlili üzrə qeyd etmişdir ki, "xxxx" BOKT MMC və Ə.Quliyeva arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00702 nömrəli kredit müqaviləsinin müddəaları pozularaq öhdəlik icra edilmədiyindən, MMC tərəfindən vaxtından əvvəl icranın tələb edilməsi qeyd edilən müqavilənin razılaşdırılmış şərtlərinə uyğun olmuşdur, bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

20. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin 9.2-ci bəndində ipoteka predmetinin satış üsulu olaraq göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 38.2-ci maddəsinə əsasən açıq bazar (seçilmiş üsuldan asılı olar aq) ipoteka predmeti bu qaydada satılmadığı halda məcburi icra tədbirləri çərçivəsində hərrac vasitəsi ilə özgəninkiləşdiriləcək”.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyinin əksinə olaraq, tərəflər ipoteka predmetinin satışı üsulu ilə bağlı ardıcıllığı konkret müəyyən etməmiş, başqa sözlə desək onun (ipoteka predmetinin) fərqli qaydada satış üsuluna dair başqa razılığa gəlməməmişlər. Belə olan halda isə məlum olur ki, tərəflər arasında bağlanmış həmin müqavilə şərtlərinə əsasən ipoteka predmetinin məhz məcburi icra tədbirləri vasitəsi ilə hərrac vasitəsi ilə özgəninkiləşdirilməsi müqavilə şərtlərinə uyğun olmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyə n edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilir, hazırkı halda tərəflər ipoteka predmetinin ilkin satış qiymətini müqavilədə müəyyən etdiyindən apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 739.2-ci maddəsinə, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 36.1, 36.3, 36.4, 38.1, 39.3-cü maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli, 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarlarına, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı i l taixli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə birinci, nə də apellyasiya instansiya məhkəməsi mübahisələndirilən icra qeydi və onun hüquqi nəticələrinə hüquqi qiymət verərkən iş üçün xüsusi əhəmiyyət kəsb edən məqamlara lazımi hüquqi qiymət verməmiş və bununla da məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivə sində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli 02/2021-ci il tarixli Qərardadının tələblərini pozmuş, borcun mübahisəli olub-olmaması ilə bağlı iş üçün əhəmiyyətli hala düzgün hüquqi qiymət verməmiş, buna görə də normanı mübahisəyə düzgün tətbiq etməmişdir. Kollegiyanın əsaslandırması ilə borclunun hesabından çıxarışın "xxxx" BOKT MMC tərəfindən ümumiyyətlə notariusa təqdim edilməməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmənin iş vərəqələrinə istinad edərək sadaladığı sənədlərdən görünür ki, kollegiya borclunun hesabından çıxarışı iş materiallarında müəyyən edə bilməmişdir. Lakin məhkəmə yenə də bu halı pozuntu hesab etməmiş, borclunun hesabından çıxarışına və bu sənədin notariat işində olub-olmamasına əhəm iyyətsiz hal kimi yanaşmışdır. Halbuki, “Notariat hərəkətlərininaparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə və “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının İİ hissəsinin 2-ci bəndinə əsasən borclunun hesabından çıxarış tələbkarın tələbinin mübahisəsiz olmasını təsdiq edən üç əsas sənəddən biridir. Həmçinin aşağı instansiya məhkəmələri borcun şişirdilməsi və mübahisəli olmasına əhəmiyyətsiz hal kimi yanaşmışdır. Halbuki, bu, iddiaçının əmlak hüquqlarına toxunan ciddi pozuntudur. İcra qeydinin aparılması üçün birinci şərt borcun mübahisəsiz olmasıdır. Götürülən 10.000 manat kredit borcu qarşılığında absurd həddə şişirdilmiş 9.242,72 manat əsas, 5.848,17 manat faiz, 4720 manat cərimə borcu tələb edilir və bu borca görə tutma iddiaçının yeganə yaşayış yerinə yönəldilir. Kredit 2019-cu ilin noyabr ayında götürülmüş, icra qeydi 2022-ci ilin fevral ayında verilmişdir. 2 il 3 aylıq müddət ərzində kredit borcuna görə kifayət qədər əsaslı ödənişlər edilmişdir. Götürülən kredit məbləği ilə (10.000 manat) tələb olunan əsas borcun (9.242,72 manat) müqayisə edilməsindən belə çıxır ki, 2 ildən artıq müddət ərzində əsas borcdan guya çox cüzi ödəniş edilmişdir. Faiz və cərimə borcuna (5.848,17 manat, 4720 manat cərimə) gəldikdə isə, bu məbləğlər əsas borcun yarısı həddindədir. Halbuki, kredit borcu üzrə ödənişlərdə müəyyən gecikmələr olsa da, bu borcdan xeyli ödənişlər edilmişdir. "xxxx" BOKT MMC tərəfindən borclunun bank hesabından çıxarış notariat işinə əlavə edilmiş olsa idi, bu fakt təsdiq olunmuş olardı. Həmin sənədin tələbkar tərəfindən notariat işinə əlavə edilməməsinin yeganə səbəbi borcun məbləğinin şişirdilməsi ilə bağlı pozuntunun ört-basdır edilməsidir ki, bunu nə notarius, nə də ki, aşağı instansiya məhkəmələri yoxlamamışdır. Hazırda bankın borcunun qaytarılmasından boyun qaçırılmır, lakin bu borcun ədalətli, əsaslı və qanuni hesablanılması tələb olunur. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə vaxtı çatmamış ödənişlər barəsində icra qeydi aparmaqla notariusun səlahiyyət hədlərindən kənara çıxması barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edən kollegiya mövqeyini belə əsaslandırmışdır ki, “..."xxxx" BOKT MMC və Ə.Quliyeva arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00702 nömrəli kredit müqaviləsinin müddəaları pozularaq öhdəlik icra edilmədiyindən, MMC tərəfindən vaxtından əv vəl icranın tələb edilməsi qeyd edilən müqavilənin razılaşdırılmış şərtlərinə uyğun olmuşdur...”. Məhkəmə apellyasiya şikayətinin bu dəlili üzrə araşdırmanı düzgün etməmiş, ona görə də səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin “...MMC tərəfindən vaxtından əvvəl icranın tələb edilməsi qeyd edilən müqavilənin razılaşdırılmış şərtlərinə uyğun olmuşdur...” əsaslandırmasından görünür ki, hakim bu dəlildə tələb olunan ödəniş vaxtı çatmamış borc barəsində icra qeydi aparan notariusun səlahiyyət hədlərindən kənara çıxıb-çıxmamasını yoxlamaq əvəzinə, MMC-nin vaxtından əvvəl icranı tələb etməsinin qanuna və müqaviləyə uyğunluğunu yoxlamışdır. Halbuki, apellyasiya şikayətinin müvafiq dəlilində MMC-nin tələbi deyil, notariusun həmin tələbin vaxtı çatmamış ödənişlər hissəsində də icra qeydi aparması nın qanunvericiliyə uyğun olmadığı mübahisələndirilmişdir. Nəzərə almaq lazımdır ki, tələbkarın irəli sürdüyü tələbin təmin edilmə həddi, başqa sözlə bu tələb üzrə hansı hissədə icra qeydinin aparılması barəsində notarius üçün konkret vəzifə müəyyən edilmişdir. Həmçinin məhkəmə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməmişdir.İcra qeydinin aparılacağı barədə bildirişlərin iddiaçıya təqdim edilməsini sübut etmə yükü iddiaçının deyil, həmin bildirişləri çatdırma öhdəliyi olan cavabdeh "xxxx" BOKT MMC-nin üzərinə düşür. Bununla yanaşı iddiaçı aşağı instansiya məhkəmələrində bildirmişdir ki, həyat yoldaşı ilə münasibətləri pozulduğu üçün ayrı yaşamışlar. Ona görə də iddiaçıya aid məktublar onun həyat yoldaşı tərəfindən qəbul edilə bilməz. Belə olan halda sözügedən soyadın və imzanın iddiaçının həyat yoldaşına aid olub-olmamasına sonuncunun məhkəmə iclaslarında iştirakı təmin edilərək münasibəti öyrənilməmiş, inkar edildiyi halda xətşünaslıq ekspertizasının təyin edilməsi məsələsi aşağı instansiya məhkəmələri tərəfindən həll edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh "xxxx" BOKT MMC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır.Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə kassatorun göstərdiyi dəlillər əsassızdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıq larını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunu

29. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respu blikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

30. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır.Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.

31. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.

32. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.

33. Maddə 39.3. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

34. Maddə 76.Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.İcra qeydinin aparılması üçün dövlət orqanları, habe lə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər.Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respu blikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Mülk i Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayəti ndə qətnamə tam mübahisələndirildiyindən instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. apellyasiya Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı icra qeydinin ləğv edilməsi barədə tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilm əmişdir.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4316/2023 nömrəli, 29 avq ust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar