Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1011/2018 12.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1011/2018 şəhəri 12 fevral 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2017-ci il tarixli 2(105)3521/2017 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin (hakim N.Abıyev) 17.07.2017-ci il tari xli 2(060)-1250/2017 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər X2 və Sumqayıt şəhər bələdiyyəsinə qarşı “torpaq sahəsinin əvəzsiz mülkiyyətə verilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 10.04.2017-ci il tarixli 2(060)-1250/2017 nömrəli qərardadından verdiyi şikayət geri qaytarılmışdır. Sumqayıt şəhər Məhkəməsinin (hakim N.Abıyev) 05.09.2017-ci il tarixli 2(060)-1250/2017 nömrəli qərardadı ilə İddiaçı iş üzrə Sumqayıt şəhər məhkəməsinin 17.07.2017-ci il tarixli qərardadından şikayət verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Qafari, E.Rəhimov, L.Məmmədova) 10.10.2017-ci il tarixli 2(105)-3521/2017 qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt şəhər Məhkə məsinin 17.07.2017-ci və 05.09.2017-ci il tarixli 2(060)1250/2017 nömrəli qərardadları dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı 27.10.2017-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2017-ci il tarixli qərardadından kassasiya şikayəti verməsi üçün onun dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Qafari, E.Rəhimov, L.Məmmədova) 13.11.2017-ci il tarixli 2(105)-3521/2017 nömrəli qərardadı ilə İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2017-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi barədə ər izəsi təmin edilməmişdir. İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2017-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi onu dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin etməkdən imtina edərkən, vəkil tutmağa maddi imkanı olmamasını nəzərə almamış, qanunsuz və əsassız qərardad qəbul etmişdir. Ona görə də, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2017-ci il tarixli qərardadının ləğv edilməsini, onun dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin, iddiaçı və nümayəndəsi, Sumqayıt şəhər bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67.1-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 13.11.2017-ci il tarixli qərardadı ilə İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2017-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi barədə ərizəsini təmin etməkdən imtina edərkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmı ş hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Azərbaycan Respublikası MPM-in 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-in 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılır. Azərbay can Respublikası MPM-in 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Azərbaycan Respublikası MPM-in 67.2-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Göründüyü kimi, qanunverici tərəfin maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanının olmadığı müəyyən edildiyi halda, onun dövl ət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsini nəzərdə tutur. Lakin iddiaçı maddi imkanının olmamasının təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmaması qənaətinə gəlmək üçün yetərincə əsaslar yoxdur. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi iddiaçının ərizəsini təmin etməkdən imtina edərkən haqlı olmuşdur. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsi nə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2017-ci il tarixli 2(105)3521/2017 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-1011/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-1011/2018
12.02.2018 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver