Məhkəmə qərarları › İş №2(102)-1011/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1011/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1011/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka qoyanın şəxsi borclunun öhdəliyini icra etməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2(107)-1202/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdı raraq aşağıdakıları müəyyən etmişlər: 2. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı məbsədilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 511.7 kv.m təşkil edən ev "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı Cavabdeh xeyrinə 53 800 USD və 5 200 USD məbləğində pulu "xxxx" ASC-ə ödəmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, “X5” ASC-nin iddiası qismən təmin edilərək ödəniş gününə qüvvədə olan məzənnə ilə 119923,34 ABŞ dolları məbləğində əsas borc, 4502,10 ABŞ dolları məbləğində faiz borcu, 40 ABŞ dolları məbləğində cərimə, cəmi 1 24465,44 ABŞ dolları, 30 manat məbləğində dövlət rusumu və bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) Cavabdeh alınaraq “X5” ASC-yə ödənilməsi, tələb İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinin ilkin satış qiyməti 235000 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə olan məzənnə ilə 124465,44 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 30 manat məbləğində dövlət rusumu və bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu (dövlət rü sumu və bank xidmət haqqı) “X5” ASC-yə ödənilməsi, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə tutma yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra İddiaçı və X2 torpaq sahəsi və üzərində yerləşən bağ evindən çıxarılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək cavabdehdən 59 000 ABŞ dolları (manat ekvivalenti: 100 300.00 AZN) məbləğində pulun reqres qaydasında və məhkəməyə müracət etmək üçün ödənilən 391 AZN məbləğdə dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, kredit müqavilənin predmetinə əsasən, “X5” ASC-nin Bakı filialı ilə borc alan arasında bağlanmış 30 oktyabr 2015-ci il tarixli 01 saylı kredit müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrlə əlaqədar olaraq Dövlət rüsumunun ödənilməsi haqqında məlumat borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək ipoteka qoyan, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 19 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə (Reyestr nömrəsi **********37-11301) ********** qeydiyyat nömrəsi ilə qeydə alınan Seria RX№0710078 saylı hüquqların dövlət qeydiyyat haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən bağ evini ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsindən görünür ki, torpaq sahəsi 0,12 ha, ümumi sahəsi 511. 7 kv.m təşkil edən bağ evinə "xxxx" MMC ekspertləri tərəfindən baxış keçirilmiş və banka təqdim edilən xx.xx.2015-ci il tarixli ekspert rəyinə əsasən Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən bağ evinin likvid dəyəri 280 000 AZN məbləğində qiymətləndirilmişdir. Bank tərəfindən Cavabdeh kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmişdir. Cavabdehkredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuşur. "xxxx" ASC tərəfindən məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə “X5” ASC-nin iddiası qismən təmin edilmişdir İddiaçının əri X2 bankdan götürülməsi nəzərdə tutulan məbləğdən qat-qat artıq həcmdə kredit götürüldüyünü bank əməkdaşının telefon zəngi vasitəsi lə öyrəndikdən sonra bu barədə şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmiş və faktla bağlı cinayət işi açılmışdır. Sumqayıt ŞPİ-də araşdırılmış cinayət işi üzrə hər iki şəxs təqsirli hesab edilmiş və barələrində qətimkan tədbiri seçilmişdir. Lakin daha sonra cinayət işinə xitam verilmişdir. İpoteka predmeti olan əmlak İddiaçı mülkiyyətinda olan əmlak olduğundan və həmin əmlakın bankın mülkiyyətinə keçməsi riski yarandığından iddiaçı cavabdehin banka olan borcunun bir hissəsini “X5” ASC-ə ödəmişdir. İddiaçı Cavabdeh xeyrinə 53 800 USD və 5 200 USD məbləğində pulu "xxxx" ASC-ə ödəmişdir.

6. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 izahat verərək iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Ağdaş Rayon Məhkəməsinin 15 iyul2024-cü il tarixli 2(014)-466/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia təmin olunmuş, Cavabdeh 59000 ABŞ dolları (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) pulun və 391 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1, 509.3 və 1114.1-ci. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsindən yarana n münasibətlər zamanı əsas borcludan başqa ipoteka qoyan üçünçü şəxs də müqavilənin tərəfi ola bilər ki, həmin üçünçü şəxs tərəfindən əsas borclunun öhdəliyinin icrası vəzifəsi qanunla müəyyən edilməmişdir, mahiyyətcə hazırki mübahisə MM-in 509.1-ci maddəsinin təsir dairəsinə düşən birgə borclu anlayışına o zaman daxil olmuş olardı ki əsas öhdəliyin icrası hər iki borculunun vəzifəsi kimi müəyyən edilmiş olsun belə olan halda öhdəliyi icra etmiş birgə borclulardan biri digər birgə borcluya qarşı reqres tələb hüququna malik olmuş olur. Mülki Məcəllənin 311.1-ci maddəsinin tələbinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Göründüyü kimi ipoteka münasibətləri zamanı əsas borclu olmayan ipoteka qoyan tərəfindən əsas ö hdəliyin icrası onun vəzifəsi kimi deyl hüququ kimi müəyyən edilmiş və həmin münasibətləri tənzimləyən norma MM-in 509.1-ci maddəsinə münasibətdə imperativ yox dispozitiv xarakterlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, bir neçə öhdəliyin təmini üsulu zamanı reqres tələb imkanı nəzərdə tutulsa da (qarantiya və zaminlik) ipoteka münasibətlərində reqres tələb hüququnu qanunverici özündə nəzərdə tutmamış və həmin öhdəliyin icrası riskini əsas borclu olmayan ipoteka qoyanın üzərinə qoymuşdur, belə ki ipoteka qoyan üçücü tərəf əmlakını ipotekaya qoyan zaman artıq həmin riskləri də qəbul etmiş olur ki nəticədə o gələcəkdə reqres tələb hüququndan məhrum edilmiş olur. Belə ki o artıq müqavilə münasibətlərinə daxil olarkən qanunla onun reqres tələb hüququnun olmamasını və ya qanunda belə bir hüqu qun nəzərdə tutulmamasını bilirdi və ya bilməliydi.

11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ələddin Məcidov – sədrlik edən və məruzəçi, Zamin Tahirov və Elçin Mehdiyev) 4 dekabr 2024-cü il tarixli, 2(107)-1202/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin Mülki Məcəllədə ipoteka qoyan üçüncü şəxsin reqres hüququnun olmaması barədə göstərdikləri Mülki Məcəllənin normaları ilə təkzib olunur. Belə ki, 311-ci maddəsinə görə, əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Əgər mülkiyyətçi şə xsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətininin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşki l edərək əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə mübahisəni araşdırarkən iddiaçı tərəfin ümumiyyətlə hazırkı iddia tələbini cavabdehə qarşı irəli sürmək habelə birgə borclu ilə əsas borclu olmayan ipoteka qoyan anlayışları arasındakı fərqli əlamətləri müəyyən etmədən işə dair tam hərtərəfli və obyektiv qiymətləndirmə aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 311.1. Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər.

17. Maddə 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (bo rclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh, tələbin təmin edildiyi həcmdə iddiaçı qarşısında öhdəlik daşıyır.

29. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmış dır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

30. Belə ki, ipoteka qoyanın kreditoru təmin etdiyi həcmdə şəxsi borcluya qarşı tələb hüququ qazandığı Mülki Məcəllənin 311-ci maddəsində açıqca göstərilmişdir. Həmin normaya əsasən, əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir.

31. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

33. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 dekabr 202 4-cü il tarixli, 2(107)-1202/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar