Məhkəmə qərarları › İş №2(102)-1012/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1012/2023

06.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1012/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yardımçı sahələrdən istifadə, yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), X8 və X2 ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış evinə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1730/2022 nömrəli, 19 oktyabr 20 22-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 06 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Səmədova X1 xxx oğlu (bundan sonra “cavabdeh”) ilə xx.xx.1989-cu il tarixdə nikaha girmişlər. Həmin tarixdən Aünvan 1 küçəsində yerləşən 100 nömrəli evə köçmüş və cavabdehlə birgə yaşamışlar.

2. Birgə nikahdan tərəflərin 1990-cı il təvəllüdlü X3, xx.xx.1992-ci il təvəllüdlü X4 və xx.xx.1996-cı il təvəllüdlü İddiaçı3 adlı üç uşaqları var.

3. Binəqədi rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli 2(001)-3195/2017 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur.

4. İddiaçı1, İddiaçı3 və X3 (bundan sonra “iddiaçılar”) qeyd edilən yaşayış sahəsindən məhrum ediliblər. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddia onunla əsaslandırılıb ki, İddiaçı1 cavabdehlə xx.xx.1989-cu il tarixdə rəsmi nikaha girdiyi vaxtdan cehiz əşyaları ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi, İ.Abdullayev küçəsində yerləşən 100 nömrəli evə gəlin köçmüş və cavabdehlə birgə 28 il birgə təsərrüfatı idarə etmişlər.

7. Binəqədi rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli 2(001)-3195/2017 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş və həmin gündən iddiaçı və övladları kirayələrdə qalmağa məcbur olmuşlar. Dünyada eləcə də Azərbaycan Respublikasında yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq iş yerlərinin bağlanması və ya məhdudlaşdırılması səbəbindən kirayə haqqını ödəyə bilmirlər. Cavabdehin iddiaçılara qarşı törətdiyi məhrumetmə qanunsuzdur.

8. Cavabdeh iddiaçıların Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulan hüquqlarını pozur, pozuntunun nəticələri hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə, pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün iddiaçılar məhrum edildiyi evə köçürülməlidirlər.

9. İddiaçılar tələblərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 225 və 228.5-ci maddələrinə istinad ediblər.

10. Cavabdehin vəkili və nümayəndəsi iddiaya yazılı etiraz vermiş və həmin etirazı birinci instansiya məhkəməsində müdafiə etmişdir. Etirazın dəlilləri: - mübahisəli ev hüquqi statusuna görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyatdan keçməmişdir. Bu səbəbdən həmin ev alqı-satqı müqaviləsinin predmeti ola bilməz və həmin ev üzrə istifadə hüquqlarının yaranması hüquqi nöqteyi nəzərdən mümkün ola bilməz; - əmlakdan istifadə, sahiblik və sərəncam hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər. Yaşayış sahəsindən istifadə hüququnun yaranm ası üçün mübahisəli yaşayış sahəsinin mülkiyyətdə olması ilə yanaşı, istifadə hüququnun yaranmasını iddia edən şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. Hazırki işdə isə iddiaçı ilə cavabdeh arasında nikahın məhkəmə qaydasında pozulması səbəbindən iddiaçı yaşayış sahəsinin faktiki sahibi kimi göstərdiyi cavabdehin ailə üzvləri sırasına daxil deyildir; - bundan əlavə, iddia ərizəsində qeyd olunmuş iddiaçı və övladlarının evi könüllü surətdə tərk etməmələri, iddiaçıya məxsus məişət əşyalarının mübahisəli evdə qalması iddiaları həqiqəti əks etdirmir. Belə ki, tərəflər arasında faktiki nikah münasibətləri 2015-ci ilədək davam etmiş, iddia tərəfi 2015-ci ildə cavabdehi tək qoymaqla sözügedən fərdi yaşayış evini özlərinə məxsus olan bütün əşyal arı götürməklə tərk etmişdir. Dəfələrlə evə qayıtmaları barədə müraciət edilsə də, iddia tərəfi evə qayıtmaqdan imtina etmişdir. Nəticədə 2017-ci il 30 may tarixli qətnamə ilə tərəflər arasındakı nikah pozulmuşdur. Nikah pozulduqdan sonra iddia tərəfi bir dəfə də olsun cavabdehin səhhəti, yaşayışı və vəziyyəti barədə xəbər almamışlar; - eyni zamanda cavabdeh keçmiş ailəsinin yaşaması və normal həyat şəraitinin təmin edilməsi üçün oğlu Elxanın adına alınmış **********05 reyestr nömrəli torpaq sahəsinin sənədini də ona vermişdir; - iddia tərəfi kirayə haqqını ödəyə bilmədiyini, mübahisəli evdə qeydiyyatda olmalarını əsas gətirməklə həmin evə köçürülmələrini tələb edirlər. Halbuki iddia tərəfi kirayədə yaşasa idi, bu barədə ötən illər ərzində yaşadığı mənzillərə dair icarə və ya digər müqav ilənin surətini işə əlavə edərdilər.

11. Abşeron Rayon Məhkəməsinin 2(012)-872/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri və ümumi istifadədə olan yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir. (hakim Habil Əhmədov)

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 cavabdehlə xx.xx.1989-cu il tarixdə rəsmi nikaha daxil olub və həmin tarixdən cehiz əşyaları ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi, İ.Abdullayev küçəsində yerləşən 100 nömrəli evə gəlin köçüb, cavabdehlə birgə 28 il birgə təsərrüf atı idarə edib. Birgə nikahdan tərəflərin üç uşağı var, Binəqədi rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli 2(001)-3195/2017 nömrəli qətnaməsi ilə tərəflərin nikahları pozulub və həmin gündən iddiaçı və övladları kirayələrdə qalmağa məcbur olublar.

13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı1 ilə cavabdeh arasında nikah münasibətləri 1989-cu il tarixdən yaranıb və buna görə də yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

14. İddiaçı qeyd edilən evdə 1989-cu il tarixdən əri və ərinin digər ailə üzvləri ilə birlikdə 2017-ci ilədək yaşamış və həmin evdən uşaqları ilə birlikdə istifadə etmişdir. İddiaçı ailə üzvü kimi evə köçürülmüş, uzun illər orada yaşamış və qanunun qeyd edil ən tələbinə əsasən onun həmin evdən istifadə hüququ yaranmışdır.

15. Birinci instansiya məhkəməsi qeyd edib ki, Abşeron rayonu, Novxanı kəndi, İ.Abdullayev küçəsi ev 100 daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmasa da, həmin ev fərdi yaşayış evi olmaqla iddiaçıların həmin yaşayış sahəsindən istifadə hüquqları olduğu üçün onlar həmin yaşayış sahəsinə köçürülməlidirlər. Mübahisəli yaşayış sahəsinin qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmış rəsmi mülkiyyətçisi olmasa belə, istər iddiaçılar, istərsə də, cavabdeh həmin yaşayış sahəsinə münasibətdə bərabər hüquqlu subyektlərdilər. Hətta hazırki halda tərəflər arasında ailə münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbləri də nəzərə alınmaqla iddiaçıların həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçidən razılıq alınmasına zərurət də olmamışdır.

16. Birinci instansiya məhkəməsi iddia tələbinin istifadə qaydalarının müəyyən edilməsi hissəsi ilə bağlı göstərib ki, mübahisəli yaşayış sahəsi rəsmi dövlət qeydiyyatına alınmış əmlak olmadığından Mənzil Məcəlləsinin ümumi prinsiplərindən çıxış edərək mübahisəli yaşayış sahəsindən istifadədə tərəflərin daha əvvəl mövcud olmuş qaydalara uyğun istifadə şərtlərinin müəyyən edilməsi məqsədəuyğundur. Belə ki, iddiaçıların mənzili tərk edənədək yaşayış sahəsinin onların istifadəsində olan hissəsindən və eyni zamanda ümumi istifadədə olan sahələrindən istifadə etmək hüquqları saxlanılmalıdır.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin (1982-ci il) 123-cü maddəsi, Azərbaycan Respublikasının Konstitusiya Məhkə məsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri belə olub: - məhkəmə köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad etməklə evin cavabdehə məxsus olmasını əsas gətirərək iddiaçıların mübahisəli evə köçürülməsini təmin etmişdir. Halbuki mübahisəli ev cavabdehin deyil, atası S eyidverdiyev Əlibala Balaəmi oğlunun mülkiyyətindədir; - məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə əmlakın mülkiyyətçisinin olmamasını və evin cavabdehin faktiki istifadəsində olmasını əsas gətirərək iddiaçıları ora köçürtmüşdür. Hətta məhkəmə iddiaçıların uzun müddət orada yaşamamalarını da nəzərə almamışdır. Həmin mübahisəli əmlak ata evidir, iddiaçının atasının adına mülkiyyəti təsdiq edən sənəd var. Atası öldüyü üçün həmin əmlak atasının vərəsələrinin istifadəsindədir.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 2839/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-872/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi qismən, ümumi istifadədə o lan yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Lətifə Məmmədova (sədrliyi və məruzəsi ilə), Telman Quliyev, Gülnarə Tağızadə)

21. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların mübahisəli evə köçürülməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, iddiaçıların istifadə hüququnun tanınması ilə bağlı gəldiyi nəticə ilə razılaşmamışdır.

22. Apellyasiya instansiyası məhkəməsinə görə mubahisəli evin özbaşına tikili olması, iddiaçıların cavabdehlə bir ailə kimi mübahisəli evdə yaşaması işin mübahisəsiz halıdır. Qanunvericiliyin tələblərinə görə mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğundan və daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınmadığından həmin ev üzərində istifadə hüquqlarının yaranması hüquq nöqteyi nəzərindən mümkün ola bilməz. Əmlakdan istifadə, sahiblik və sərəncam hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. İddiaçı1 kassasiya şikayəti verərək, apellysiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 may 2022ci il tarixli, 2(102)-2110/22 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansi yası məhkəməsinin qətnaməsi iddianın rədd olunan hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir.

25. Kassasiya instansiyası məhkəməsini mövqeyi belə olub: - ümumi istifadədə olan yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılması tələbini rədd edən apellyasiya məhkəməsi yardımçı sahələrin nədən ibarət olmasını, onların evdə yaşamaqla bağlı məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulan hissələr, yoxsa bununla əlaqədar olmayan, iddiaçıların mənafeləri xaricində qalan və cavabdehə aid olan tikililər olmasını aydınlaşdırmamış, bu tələbin həllinə dair gəldiyi nəticəni əsaslandırmamışdır; - apellyasiya məhkəməsi Abşeron rayonu, Novxanı kəndi, İ.Abdullayev küçəsində yerləşən 100 nömrəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını, bununla belə iddiaçının 1989-cu ildən ailə qurmaqla orada yaşadığını nəzərə alaraq, onun həmin yaşayış sahəsinə köçürülməsi tələbini xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsini tətbiq etməklə mümkün saymışdır. Nəticə etibarilə iddiaçıların fərdi yaşayış evinə köçürülməsi onların həmin yaşayış sahəsindən istifadə ilə bağlı ehtiyaclarının qarşılanmasının təmin olunması deməkdir. Köçürüldükləri evdə yaşayacaq iddiaçıların həmin yaşayış sahəsində məişət və digər ehtiyaclarını qarşılayan yardımçı sahələrdən istifadə etməkdə haqlı mənafelərinin olması nəinki mümkün, hətta zəruridir; - nəzərə alınmalıdır ki, vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələr yaşayış sahəsinə məcmus una daxildir. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bu baxımdan, ayrıca olmayan yardımçı sahələr yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. Belə olan halda, evdə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılması barədə iddia tələbinin təmin olunmaması anlaşılan bir mövqe deyil. Məhkəmənin bu hissədə gəldiyi nəticəni əsaslandırmaması isə MPM-nin 217.3-cü maddəsinin pozulmasıdır; - apellyasiya məhkəməsi iddianın “yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi” hisssəsində də düzgün nət icəyə gəlməmişdir. Belə ki, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə tələb ondan istifadə hüququnun, yəni məhdud əşya hüququ sayılan şəxsi servitut hüququnun tanınması anlamında qəbul edilməməlidir; - istifadə qaydasının müəyyən olunması tələbi əşyadan birlikdə istifadə edən bir neçə şəxsin həmin əşyadan hansı qaydada yararlanacaqları (məsələn, yaşayış sahəsinin hansı hissəsindən kimin daha çox və ya davamlı istifadə edəcəyi və s.) barədə tərəflər arasında razılaşma olmadıqda həmin mübahisənin məhkəmə tərəfindən həll edilməsi barədə iddiadır. Bu institut daha çox paylı mülkiyyətdə olan əmlakdan istifadə ilə bağlı münasibətlərdə ortaya çıxır. Belə ki, Mülki Məcəllənin 215.1-ci maddəsində paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadənin onun bütün mülkiyyət çilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur; - bir neçə şəxsin birlikdə yaşamalı olduğu fərdi yaşayış evində də istifadə qaydasının müəyyən olunması ilə bağlı ehtiyacın yaranması mümkündür. Həmin şəxslər bu qaydanı öz aralarındakı razılaşmaya uyğun müəyyənləşdirə bilərlər. Lakin bu mümkün olmadıqda, yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı mübahisəni məhkəmə həll etməlidir; - yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması məhkəmənin həmin mübahisəni həll etməkdən imtina etməsinə və ya bu səbəblə iddianı rədd etməsinə əsas ola bilməz. Bu baxımdan, hazırkı işdə apellyasiya məhkəməsi iddiaçıların mübahisə predmeti olan evdə yaşamaq imkanlarını tanıdığ ı və onları evə köçürdüyü halda, əgər kimin hansı sahədən və hansı qaydada istifadə edəcəyi ilə bağlı fikir ayrılığı mövcuddursa, bu mübahisənin anlogiya qaydasında Mülki Məcəllənin 215-ci maddəsinin tələbləri çərçivəsində həll etməsi üçün hüquqi maneə yoxdur. Odur ki, həmin tələbin mənzildən istifadə hüququ verən şəxsi servitutla əlaqələndirilməklə, evin dövlət reyestrində qeydə alınmamasına görə rədd edilməsi mülki qanunvericiliyə uyğun olmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1730/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi ), Rəşadət Ağayev, İlqar Dəmirov)

27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə işin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçı1 cavabdehlə xx.xx.1989-cu il tarixdə rəsmi nikaha daxil olaraq, Aünvan 1 küçəsində yerləşən 100 nömrəli evə köçmüş və tərəflərin birgə nikahından üç övladları vardır. 2017-ci ildə tərəflər arasındakı rəsmi nikah pozulmuşdur. Hazırkı iş üzrə baxılan hissədə iddia tələbi istifadə qaydalarının müəyyən edilməsi barədədir və bu iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 12.5, 13.2, 61.2-ci və Mülki Məcəllənin 215-ci maddələri təşkil edir.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, istifadə qaydasının müəyyən alınması tələbi əşyadan birlikdə istifadə edən bir neçə şəxsin həmin əşyadan hansı qaydada yararlanacaqları (məsələn, yaşay ış sahəsinin hansı hissəsindən kimin daha çox və ya davamlı istifadə edəcəyi və s.) barədə tərəflər arasında razılaşma olmadıqda həmin mübahisənin məhkəmə tərəfindən həll edilməsi barədə iddiadır. Bir neçə şəxsin birlikdə yaşamalı olduğu fərdi yaşayış evində də istifadə qaydasının müəyyən olunması ilə bağlı ehtiyacın yaranması mümkündür. Həmin şəxslər bu qaydanı öz aralarındakı razılaşmaya uyğun müəyyənləşdirə bilərlər. Lakin bu mümkün olmadıqda yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı mübahisəni isə məhkəmə həll etməlidir.

29. Apellyasiya instansiyası məhkəməsi iddianı həmin hissədə təmin edən birinci instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşıraq hesab edib ki, nəticə etibarilə iddiaçıların fərdi yaşayış evinə köçürülməsi onların həmin yaşayış sahəsində n istifadə ilə bağlı ehtiyaclarının qarşılanmasının təmin olunmasını təmin etməklə, köçürüldükləri evdə yaşayacaq iddiaçıların həmin yaşayış sahəsində məişət və digər ehtiyaclarını qarşılayan yardımçı sahələrdən istifadə etməkdə haqlı mənafelərinin olmasını nəinki mümkün, hətta zəruri edir. Belə olan halda evdə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılması barədə iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 215-ci, Mənzil Məcəlləsinin 12.5, 13.2 və 61.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti belə əsaslandırılmışdır: - məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh həmin evin mülkiyyətçisi olmadığından, mübahisəli ev özbaşına tikili olduğundan iddiaçıların istifadə hüququ tanına bilməz və onlar həmin evə köçürülə bilməzlər. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmək əvəzinə qətnaməni qüvvədə saxlayaraq qanunsuz və əsassız qətnamə qəbul etmiş və öz mülahizələrinə uyğun olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, nəticə etibarilə iddiaçıların fərdi yaşayış evinə köçürülməsi onların həmin yaşayış sahəsindən istifadə ilə bağlı ehtiyaclarının qarşılanmasının təmin olunması təmin etməklə, köçürüldükləri evdə yaşayacaq iddiaçıların həmin yaşayış sahəsində məişət və digər ehtiyacları qarşılayan yardımçı sahələrdən istifadə etməkdə haqlı mənafelərinin olmasını nəinki mümkün, hətta zəruri edir. Məhkəmənin bu mövqeyi ilə qətiyyən razılaşmaq olmaz. Yaşayış sahəsi mülkiyyətçisinin arvadı (əri), habelə onunu uşaqları və valideynləri, mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş digər qohumlar və mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanların istifadə hüququ qanundan irəli gəlir; - yeni Mənzil Məcəlləsi əvvəlki Mənzil Məcəlləsi və Mülki Məcəllədən fərqli bir qayda müəyyənləşdirmişdir. Belə ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü (məsələn, gəlin) arasında ba şqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Tərəflər arasındakı rəsmi nikah 5 il qabaq, yəni 2017-ci ildə pozulmuşdur; - bundan başqa, iddiaçı öz iddiasının əsası kimi istinad etdiyi halları (məsələn, iddiaçının başqa yaşayış sahəsinin olmadığını və özünü başqa yaşayış sahəsi ilə təmin etməkdə maddi cəhətdən çətinlik çəkdiyini və s.) sübut edə bilməsə də, məhkəmə subyektiv mülahizələrə əsalanaraq, heç bir əsas olmadan qətnaməni qüvvədə saxlamışdır; - cavabdeh tərəfindən təqdim olunan sübutlar məhkəmə tərəfindən hərtərəfli, tam, obyektiv araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayəti nə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Maddə 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahəl ərdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Maddə 61.2. Ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Mad di və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

35. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, məhkəmə kollegiyası qətnaməni yalnız apellyasiya baxışının predmeti olan hissə üzrə yoxlayır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk apellyasiya baxışında ümumi istifadədə olan yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi barədə iddianın təmin olunan hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə, yəni iddiaçıların evə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanmışdır. Cavabdeh iddiaçıların evə köçürülməsi barədə iddianın təmin olunan hissəsindən kassasiya şikayəti verməmişdir. Kassasiya şikayətini iddiaçı tələbinin təmin olunmayan hissəsindən vermiş, kassasiya instansiyasının qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Başqa sözlə, sonuncu apellyasiya baxışının predmetini iddianın ümumi istifadədə olan yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi hissəsi təşkil etdiyi üçün kassasiya baxışının predmetini də həmin hissə təşkil edir. Bu baxım dan, iddiaçıların evə köçürülməsi barədə iddianın təmin olunan hissəsi kassasiya baxışının predmeti deyil.

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur.

38. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların fərdi yaşayış evinə köçürülməsi özü-özlüyündə onların həmin yaşayış sahəsindən istifadə ilə bağlı ehtiyaclarının qarşılanmasının təmin olunması deməkdir.

40. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə köçürüldükləri evdə yaşayacaq iddiaçıların həmin yaşayış sahəsində məişət və digər ehtiyaclarını qarşılayan yardımçı sahələrdən istifadə etməkdə haqlı mənafelərinin olması nəinki mümkün, hətta zəruridir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nə ticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

42. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

43. Məhkəmə kollegiyası cavabdehin evin mülkiyyətçisi olmaması, evin özbaşına tikili olması, iddiaçının cavabdehin ailə üzvü sayılmaması və buna görə də iddiaçıların istifadə hüquqlarını tanınması və evə köçürülmələri barədə iddianın rədd edilməli olması barədə kassasiya şikayətinin dəlillərini, ümumiyyətlə, nəzərdən keçirmir. Belə ki, bu dəlillər kassasiya baxışının predmeti deyil. (bax:35- ci bənd)

44. İddianın ümumi istifadədə olan yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi hissəsinin rədd edilməsi ilə bağlı isə cavabdeh hər hansı əsaslı dəlil irəli sürməmişdir. Əksinə, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə qeyd edilən iddia üzrə mövqeyini bu iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlər və işin halları baxımından tam əsaslandırmışdır.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəl lənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1730/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə – ümumi istifadədə olan yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi – dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar