Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1012/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (açar sözlər: mülkiyyətdə olan evdən çıxarılma) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6550/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 18 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin ha lları
1. X4 ilə Qurbanova (Məhərrəmova) Aidə Hacı qızı (bundan sonra “iddiaçı”) xx.xx.1974-cü il tarixdə nikahlarını qeyd etdirmiş, nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir.
2. İddiaçının övladı X5 ilə Qurbanova (Abdullayeva) Arzu Arif qızı (bundan sonra “cavabdeh”) xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.
3. Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən verilmiş xx.xx.1980ci il tarixdə çıxarışına əsasən Ramana qəsəbəsi, Xanlar küçəsində yerləşən 8 saylı fərdi yaşayış evi (bundan sonra “mübahisəli ev”) X4 və Hökümə Qəhrəman qızının paylı mülkiyyətində olmuşdur.
4. Mübahisəli evin ½ hissəsi (hər birinə 1/2 hissə olmaqla) xx.xx.2011-ci il tarixdə iddiaçının və iddiaçının övladı X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınm ışdır. Fərdi yaşayış evinin ½ hissəsi isə Hökümə Qəhrəman qızına məxsusdur.
5. Mübahisəli evin ¼ hissəsi xx.xx.2011-ci il tarixdə İddiaçı, ¾ hissəsi isə xx.xx.2021ci il tarixdə iddiaçının övladı X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X5 mülkiyyətində olan mübahisəli evin ¾ hissəsini anasına (iddiaçıya) bağışlamış və bu barədə xx.xx.2022-ci il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin və azyaşlı uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 əşyaları ilə birlikdə mübahisəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Əli Qurbanov cavabdehlə xx.xx.2011-ci ildə Sabunçu rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Onların evləri olmadığı və çətinlikləri olduğu üçün iddiaçı müvəqqəti olaraq mülkiyyətində olan evdə onların yaşamağına icazə vermişdir. Həmin vaxt iddiaçının oğlu ipoteka ilə ev üçün sənədlər toplayırdı. İddiaçı fikirləşmişdir ki, tez bir zamanda ev alıb gedəcəklər. Onların birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Qurban və xx.xx.2017-ci il təvəllüdlü Hökümə adlı iki övladı da vardır. Onlara evinin 2-ci mərtəbəsində müvəqqəti yaşamasına iddiaçı icazə vermişdir.
9. Bir müddət sonra ailələrində gərginlik və söz-söhbət yaranmağa baş lamış, oğlu nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh mənzilinin qapısını bağlayaraq iddiaçını öz mülkiyyətində olan evinə buraxmayaraq, mülkiyyətindən məhrum etməyə başlamışdır. Cavabdehin qeydiyyatı da anasının evinədir və geniş evləri var. Cavabdehə bildirmişdir ki, evini boşaltsın. Cavabdeh hazırda iddiaçını xüsusi mülkiyyətində olan mənzilinə buraxmır və mənzilini boşaltmaqdan yayınır. Qapıya gedən kimi polisə şər-böhtan dolu şikayətlər yazır. İddiaçı qanunsuz olaraq cavabdehin özbaşınalığı səbəbindən xüsusi mülkiyyət hüququndan məhrum olmuşdur.
10. İddiaçı tələbinin hüquqi əsas kimi Mülki Məcəllənin 146, 152.1, 152.4, 157.4 və 228.1-ci maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi (vəkil) iddiaya etiraz olaraq göstərm işdir ki, cavabdeh ailə qurduqdan sonra iddiaçı tərəfindən mübahisəli evə köçürülüb. Cavabdeh savadsız olduğundan reyestrdə qeydiyyatdan keçmək lazım olduğunu bilməyib. Mübahisəli evdə artırma var, cavabdeh həmin artırmada yaşayır. Cavabdehi özbaşına tikilidən heç kim çıxara bilməz, sadəcə evdən çıxara bilər.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2734/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin və azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X3 əşyaları ilə birlikdə mübahisəli evdən çıxarılmaları qət edilmişdir. (hakim Şəbnur Qədirova)
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mübahisəli evə dair mülkiyyət hüquqlarından tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imka nı məhdudlaşdırılmışdır. İddiaçı mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehin mübahisəli evdən çıxmaması maneçilik törədir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi tətbiq olunmalıdır. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
15. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüqu qu və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Cavabdehin adına isə iddiaçıya məxsus olan mübahisəli evə dair mülkiyyət hüququnun belə qeydiyyatı mövcud deyildir. Bundan başqa, məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olması da müəyyən edilməmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.2, 157.4-cü maddələri və Konstitusiya Məhkəməsi Plenumunun “N.Babayevin şikayəti üzrə” 28 dekabr 2011-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, onun uşaqları ilə birlikdə mənzildə yaşaması ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmış ki, o, özbaşına tikilinin ikinci mərtəbəsinə gəlin köçmüşdür. Gəlin köçdüyü gündən bu günədək orada uşaqları və əri Əli Qurbanovla birlikdə yaşayır. İddiaçı ondan gizlin, məqsədli şəkildə xx.xx.2011-ci il tarixdə həmin özbaşına tikilini özünün və oğlu Əli Qurbanovun adına DƏDRX-də qeydiyyatdan keçirtmiş, daha sonra uşaqlarını və onu küçəyə atmaq üçün xx.xx.2021-ci il tarixində əri Əli Qurbanov öz payını anasına bağışlamışdır. İddia ərizəsində qeyd edilmişdir ki, guya onlar orada müvəqqəti yaşayırlar. Cavabdeh xx.xx.2011-ci il tarixində X5 ilə nikah qeydiyyatından keçib ailə qurmuş və mübahis əli fərdi yaşayış evinin 2-ci mərtəbəsinə daimi yaşamaq üçün köçmüşdür. Hal-hazırda həmin otaqlara bitişik artırmada, özbaşına tikilidə yaşayır, yəni cavabdeh orada uşaqları ilə birlikdə yaşayayaşaya evi gizlicə özəlləşdirmişlər. Heç bir mülkiyyət hüququnun pozulmasından və cavabdeh tərəfindən özbaşınalıqdan söhbət gedə bilməz.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6550/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Günay Axundova)
20. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mübahisəli evinə münasibətdə mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqları tam həyata keçirə bilmir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, milli və beynəlxalq qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyə tidir.
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mübahisəli ev tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehin isə mübahisəli evə Mənzil Məcəlləsinin tələbləri baxımından da istifadə hüququnun olması müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi cavabdehin uşaqları ilə birlikdə mübahisəli evdən çıxarılmasına dair düzgün nəticəyə gəlmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və işin obyektiv araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qər ar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı (Vəkil1) kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Etiraz iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış vəəlavə olaraq göstərilmişdir ki, cavabdeh mübahisəli evin mülkiyyətçisi olan iddiaçının ailə üzvü və ya digər qohumu olmadından, xx.xx.2023-cü il tarixində iddiaçının oğlu ilə cavabdehin nikahı pozulduğundan cavabdehin Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən mübahisəli evə hərhnası hüququ yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. İ hissə. Azərbaycan Respublikasında mülk iyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə e də bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri nə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnaməni tam mübahisələndirilib, bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən mübahisəsiz halına görə mübahisəli ev iddiaçının mülkiyyətindədir. Cavabdeh mübahisəli evə 2011-ci ildə iddiaçının oğlu ilə ailə qurduqdan sonra köçüb. Cavabdehin iddiaçının oğlu ilə nikah münasibətləri pozulub.
34. Mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün istifadə hüququnun yaranmasını iddia edən şəxsin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. (Mənzil Məcəlləsi, maddə 30)
35. Hazırki işdə də müəyyən edilib ki, cavabdehin iddiaçının oğlu ilə nikahı məhkəmə qaydasında pozulub və bu səbəbdən cavabdeh hazırda mübahisəli evin mülkiyyətçisi olan iddiaçının ailə üzvü sırasına daxil deyildir.
36. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaş ayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcllənin 30.4-cü maddəsinə görə isə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddə lərinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir.
38. Hazırki işdə də cavabdehin iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı müəyyən edildiyi üçün apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda göstərilən maddi hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyi baxımından düzgün olmuşdur.
39. Mübahisəli evin 2-ci mərtəbəsinin özbaşına tikli olması, cavabdehin də məhz həmin özbaşına tikilidə yaşaması, cavabdeh orada yaşadığı halda, iddiaçının cavabdehdən xəbərsiz evi özəlləşdirməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, kollegiya qeyd edir ki, mübahisədə adı keçən evin 1980-ci ildən iddiaçının əri və qayınanasının xüsusi mülkiyyətində olması müəyyən edilmişdir ki, bu da həmin evin sonradan özəlləşdirilməsi barədə dəlilin əsassız olmasını göstərir.
40. Məhkəmə kollegiyası qeyd o lunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6550/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.