Məhkəmə qərarları › İş №2(102)-1012/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1012/2025

10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1012/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məti oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntularından,(deliktən) irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məti oğluna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2289/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən v erilmiş kassasiya şikayətinə 10 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı göstərir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məti oğlunun qanunsuz hərəkətləri nəticəsində (müddəti keçmiş dərmanlar satmaqla) ona məxsus xırdabuynuzlu heyvanlar ölmüş və bu səbəbdən ona 7.200 manat ziyan vurulmuşdur.

2. Təhqiqat bölməsinin 06 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən, xx.xx.2023-cü il tarixdə Tərtər rayon Qapanlı kəndində yaşayan İddiaçı ərizə ilə Tərtər rayon prukurorluğuna müraciət edərək 1 ay əvvəl Goranboy rayonundan yas mərasimindən gələn zaman Tərtər rayonu Qaradağlı kəndində yerləşən baytarlıq aptekindən Saqif adlı şəxsdən xırda buynuzlu hevvanlar üçün “oksivid” dərmanı aldığını, aldığı dərmanları daha sonra xırda buynuzlu heyvanlarına vurduqdan sonra heyvanlarının tələf olduğunu, daha sonra yenə qeyd olunan baytarlıq aptekinə gedib “amoksilin” və “brontel” dərmanlarını alıb xırda buynuzlu heyvanlarına vurduğunu, dərmanları heyvanlarına vurduqdan sonra həmin dərmanların istifadə müddətinin keçdiyini müəyyən etdiyini, Saqif adlı şəxsdən aldığı xırda buynuzlu heyvanlarına vurduqdan sonra 16 baş qoyun və 11 baş keçinin öldüyünü bildirmişdir. Həmin müraciət aidiyyəti üzrə Tərtər RPŞ-ə göndərilmiş və xx.xx.2023-cü il tarixdə qeydiyyata alınaraq HQK-1/921 sayda icraata daxil olmuşdur. Şikayətlə bağlı izahatlar alınmış, lazımi sənədləşmələr aparılmış, Tərtər rayon Qapanlı kəndində yaşayan İddiaçı müraciət əsasında toplanmış materialda cin ayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şikayətçiyə məhkəməyə şikayət etmək hüququ izah edilmişdir.

3. Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsi tərəfindən yoxlamanın nəticələri üzrə qəbul edilmiş 08 avqust 2024-cü il tarixli QRB-285/2024 saylı qərara əsasən, fiziki şəxs Cavabdeh1 məxsus baytarlıq aptekində aparılan yoxlama zamanı aptekdə yoxlama suallarının siyahısında qeyd edilən suallara dair məcburi tələblərin pozulması faktları aşkar edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 33.2.4-cü maddəsinə əsasən yoxlamanın nəticəsi qənaətbəxş hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsin də icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məti oğlundan, istifadə müddəti keçmiş dərmanlar satmaqla heyvanlarının ölməsi nəticəsində ona vurulmuş 7200 manat maddi ziyanın, ödənilmiş 93 manat rüsumunun tutulub onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəxsi təsərrüfatında cəmi 27 baş xırdabuynuzlu heyvan saxlamışdır. Həmin heyvanların 15 başı ana, bir başı erkək qoyun, 11 başı isə ana keçi olmuşdur. 2023-cü ilin aprel ayında Goranboy rayonundan qayıdarkən heyvanlara kökəltmək dərmanları almaq üçün Goranboy-Tərtər yolunun üstündə, Tərtər rayonu Qaradağlı kəndində yerləşən, Cavabdeh2 Məti oğluna məxsus olan və Cavabdeh1 satıcı işlədiyi “Baytarlıq” aptekinə daxil olmuşdur. Cavabdeh1 heyvanları kökəltmək üçün dərman verməsini xahiş etmişdir. Sonuncu heyvanların soyuqluğu olduğunu bildirmiş, ona “oksivid” dərmanı vermiş və iynə vasitəsi ilə heyvanlara vurmağı tövsiyyə etmişdir. O, evə gəlib heyvanlara Cavabdeh1 göstərdiyi qaydada iynə vurmuşdur. Lakin səhəri günü heyvanlara baxdıqda 5 baş qoyunun öldüyünü görmüşdür. Dərhal Cavabdeh1 aptekinə getmiş, Cavabdeh1 ona heyvanların soyuqladığını bildirmiş, maye şəklində olan “Ramoksilin” dərmanı vermis və həmin dərmanı şpirisə 2 qram çəkib vurmağı tapşırmışdır. “Ramoksilin” dərmanına 15 manat pul vermişdir. Evə gəlib Cavabdeh1 dediyi qaydada heyvanlara iynə vurmuş və taxıl sahəsini suvarmağa getmişdir. Aradan 15 dəqiqə keçəndən sonra qardaşı Namiq Hüseynov zəng edib, heyvanların öldüyünü demişdir. O, evə gəlib görmüşdür ki, heyvanların üç başı da ölmüşdür. Dərmanları götürüb yenidən cavabdehin aptekinə getmiş və onunla gəlib heyvanlarına baxmasını xahiş etmişdir. Ancaq Cavabdeh1 ona bildirmişdir ki, “mən ali təhsilli baytar həkiməm və ora getmədən sənin heyvanlarının dərdini soyuqlama olduğunu bilirəm”. Cavabdeh yenidən ona “empotem” adlı dərman vermis və hər birinə 2 qram iynə vurmağı tapşırmışdır. Həmin dərmana 10 manat pul vermişdir. Sonra kəndə qayıdıb, cavabdehin dediyi kimi heyvanların hər birinə 2 qram həmin dərmanlardan iynə vurmuşdur. Lakin gecə heyvanlara baxanda 11 baş keçinin də öldüyünü görmüşdür. Səhəri günü yenidən Cavabdeh1 yanına getmişdir. Cavabdeh ona heyvanların dərmandan deyil, qaraciyərlərində olan qurddan ölmələrini bildirmiş və ona 10%-li “Brontel” adlı dərman veri b, həmin dərmandan 3 qram iynə vurmağı tapşırmışdır. O da evə gəlib həmin dərmandan heyvanlara iynə vurmuşdur. Lakin bir gün sonra onun qalan 8 baş qoyunun da ölməsini görmüşdür. Beləliklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 satdıqları yararsız dərmanlar nəticəsində 15 başı ana, 1 başı erkək olmaqla 16 baş qoyunu, 11 baş ana keçi, cəmi 27 baş xırdabuynuzlu heyvanları ölmüşdür. Heyvanlarının ölməsi barədə Tərtər rayon Baytarlıq İdarəsinə məlumat vermis və Asim adlı sahə həkimi göndərilmişdir. Asim həkim heyvanlara baxış keçirmiş, heyvanların şəklini çəkmişdir. Asim həkim dərmanlara baxıb, dərmanların istifadə müddətinin keçdiyini bildirmişdir. O, 03 may 2023-cü il tarixdə X3 məlumat vermişdir. X2 nümayəndələri dərmanların şəkillərini çəkib, heyvanlardan nümunələr götürmüşlər. Sonra ona cavab dehlərin işlətdikləri baytarlıq aptekinə baxış keçirtdiklərini və istifadə müddəti keçmiş dərmanlar aşkar edib, apteki bağladıqlarını bildirmişlər. Daha sonra Tərtər rayon prokurorluğuna ərizə vermis və Tərtər rayon polis şöbəsində apaşdırma aparılmışdır. Bərdə şəhər "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 01 nömrəli rəyinə əsasən hazırda 1 baş ana qoyunun qiyməti 350-400 manat, 1 baş erkək qoyunun qiyməri 270-300 manat, 1 baş ana keçinin qiyməti 120-150 manat təşkil edir. Beləliklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 11 baş ana keçiyə görə 1650 manat, 15 baş ana qoyuna görə 5250 manat, 1 baş erkək qoyuna görə 300 manat, cəmi 7200 (yeddi min iki yüz) manat ziyan vurmuşlar və ziyanı ödəməkdən imtina etmişlər.

6. Cavabdehlər iddia tələbinə etirazlarını onunla əsaslandırmışlar ki, iddiaçı nın mülahizəsinə əsasən iddiaçı guya onların baytarlıq apteklərinə müxtəlif vaxtlarda 4 (dörd) dəfə gəlmiş və xəstə heyvanları üçün “Oksivid”, “Ramoksilin” və “Brontel” adlı dərmanlar almışdır. Həmin dərmanları xəstə heyvanlarına baytar həkimi deyil, özü vurmuş, lakin həmin dərmanlar vaxtı keçmiş olduğundan xəstə heyvanları tələf olmuşdur. İddiaçının bu dəlili tam əsassızdır. Belə ki, iddiaçı onların baytarlıq apteklərinə gəlməmiş və onların baytarlıq aptekindən heç bir dərman almamışdır. Eləcə də iddiaçının sadaladığı dərmanlardan “Ramoksikilin” onların baytarlıq aptekində olmamış və bu səbəbdən də onlar həmin dərmanı satmamışlar. Bununla yanaşı iddiaçının həmin dərmanların ona satıldığını sübut edən hər hansı bir dəlili, sübutu yoxdur, əgər belə bir sübutu olmuş olsaydı məhkəməyə təqdim etmiş olardı. Həmçinin əgər iddiaçı onlara müraciət etsəydi onda onlar ona heyvanların bronxitinin müalicəsi üçün əsas göstəriş olan antibiotiklərin, pensilin, bitsilin3, bitsilin-5, ampisilin, ampioks vəs. əzələ içi inyeksiyaları və sulfanilamid preparatlarının (sulfalein, norsulfazol, sulfadimeteoksin və. s) daxilə yeridilməsini məsləhət görmüş olardılar. Eyni zamanda bronxopnevmoniya müalicəsində isə aspirin və ya parasetamolun, pensiltin qrupu antibiotiklərin bronxopnevmoniyanın müalicəsinə göstəriş olduğunu bildirmiş olardılar. “Brontel” adlı dərman isə xəstə qaraciyərə qarşı çox güclü dərmandır və bu dərmanın tətbiqi də heyvanların ölümünə səbəb olmuş ola bilməzdi. Bununla yanaşı “Oksivid” dərmanı isə mədə-bağırsaq traktının, genitouriya və tənəffüs yollarının infeksiyalarında, oksit etrasiklinlərə həssas olan mikroorqanizmlərin yaratdığı xəstəliklərə, yumşaq toxuma infeksiyalarında işlədilir, yəni bu dərmanın tətbiqi iddiaçının heyvanın ölməsinə gətirib çıxara bilməzdi. Qeyd olunan hallar iddiaçının mülahizələr əsasında tərtib edildiyini göstərmiş və bu səbəbdən də iddia tələbi rədd edilməlidir. İddianın əsassız olmasına dair digər dəlilləri ondan ibarətdir ki, qanuna əsasən heyvan cəsədi başı kəsilməmiş halda yarılmağa aparılmalı, materiallar Azərbaycan Qida Təhlükəsizliyi X5 X6 Sınaq Laboratoriyasına göndərilməli və ölüm səbəbi məhz orda aşkar edilmiş olardı. Lakin iddiaçının guya aşkarladığı ölüm səbəbi heç bir qanunla və sübuta əsaslanmamışdır. Belə olan halda iddia əsassızdır və rədd edilməlidir. İddianın əsassız olmasına dair digər dəlili ondan ibarətdir ki, q anun və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

7. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin 21 iyul 2023-cü il tarixli, № 3-44-5/2-1123/2023 saylı Tərtər rayon Polis Şöbəsinin sorğusuna cavab məktubuna əsasən, əməkdaşlar tərəfindən 03 may 2023-cü il tarixində Tərtər rayonu Qardağlı kəndində fəaliyyət göstərən Cavabdeh1 məxsus baytarlıq aptekinə baxış keçirilmişdir. Baxış zamanı şikayətdə qeyd olunan dərmanlardan “Tamoksilla” adlı preparatın mövcud olmadığı məlum olmuşdur. Cavabdeh1 verdiyi yazılı məlumata əsasən “Tamoksilla” ticarı adlı preparatın satışının heç vaxt aparılmadığını qeyd etmişdir. Digər adlarda olan ümumi sayı 5(beş) ədəd dərman “Brontel” 10%-li 250 ml-lik 2(iki) ədəd qablaşdırılma, “Brontel” 10%-li 100 ml-lik 2(iki) ədəd qablaşdırma və “Oksivid” 10%-li Forte 50ml-lik 1 (bir) ədəd qablaşdırma aşkarlanmışdır. Dərman preparatlarının qeydiyyat şəhadətnaməsi yoxlayıcılara təqdim olunmuşdur. Tərtər rayonu Qapanlı kənd ərazisində yerləşən vətəndaş İddiaçı məxsus həyətyanı təsərrüfata baxış keçirilmişdir. Baxış zamanı təsərrüfatda heyvan cəsəflərinə rast gəlinməmişdir.

8. Tərtər Rayon Məhkəməsinin 2(061)-911/2024 nömrəli iş üzrə 9 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehlərin ona istifadə müddəti keçmiş dərmanlar satmaqla heyvanlarının ölməsini və ona 7.200 manat maddi ziyan dəyməsini iddia e tsə də, bu halı sübuta yetirə bilməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 106.1, 217.1, 217.2, 217.3, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yanlız tərəflərin çəkişmə prinsipinə əsasən mazakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Lakin məhkəmə cavabdehlərin izahatlarına əsaslanmaqla, iddiaçının izahatını dinləməməklə, çəkişmə prinsipinə əməl etməməklə prosessual hüquq normasının tələbini pozmuşdur. Cavabdehlər mülki hüquq məsuliyyətinin yaranmasına səbəb olan mülki hüquq pozuntusu törətmişdilər. Belə ki, onların əməli hüquqa zidd olmuş, törətdikləri əməl nəticəsində iddiaçıya zərər vurmuşdular, iddiaçıya zərər cavabdehlərin hüquqa zidd əməlləri nəticəsində yaranmışdır. Məhkəmə isə qeyd edilənləri nəzərə almayaraq həmin maddi hüquq normasını düzgün olmayaraq tətbiq etməmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və İslam Həsənov) 2(104)2289/2024 nömrəli mülki iş üzrə 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, b irinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, sübutetmə yükü ilə bağlı prosessual tələblərə əsasən, cavabdehlərin ona qarşı delikt törətmələri və bunun nəticəsində ona maddi zərər vurulmasını sübut etmək vəzifəsi iddia edən tərəfin, yəni iddiaçının üzərinə düşür. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsi tərəfindən Tərtər Rayon Polis Şöbəsinin sorğusuna verilən xx.xx.2023cü il tarixli məktubu, Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsi tərəfindən yoxlamanın nəticə ləri üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, QRB-285/2024 saylı qərarı, habelə fotoşəkillərlə iddiaçıya məxsus heyvanların qəsdən və ya ehtiyatsızlıqdan hər hansı bir şəxs tərəfindən, o cümlədən cavabdehlər tərəfindən öldürülməsini təsdiq etmir. Odur ki, cavabdehlər tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində iddiaçıya ziyan vurulması istisna olunur. Bundan başqa, işdə olan Tərtər Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 avqust 2023-cü il tarixli qərarı ilə də cavabdehlər tərəfindən törədilmiş cinayət nəticəsində iddiaçıya ziyan vurulması istisna olunur.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı, cavabdehlər tərəfindən ona istifadəyə yararsız (istifadə müddəti keçmiş) dərmanların satılması nəticəsində ona (iddiaçıya) məxsus heyvanl arın tələf olmasını sübut etmək vəzifəsini yerinə yetirərək, tələbinin əsaslı olmasını təsdiq edən “əsaslı şübhələr yaratmayan” sübutlar təqdim edə bilməmişdir. İddiaçı heyvanlarının öldüyünü müəyyən etsə də, onların hansı səbəbdən ölməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2289/24 saylı, 25 noyabr 2024-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın təmin edilməsi barədə birbaşa qərar qəbul edilməsini və ya əgər bu mümkün olmazsa işi n yenidən araşdırılması və qiymətləndirilmənin təyin edilməsi, əmtəəşünaslıq ekspertizasının keçirilməsi və dərmanların yararlıq müddətinin yoxlanması üçün X4 2 (104)-2289/24 saylı iş üzrə 25 noyabr 2024-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsində məhkəmə iclasında demək olar ki, iddiaçının danışmağına və çıxış etməyinə imkan verilməmiş, cəmi 5 dəqiqə məhkəmə iclası aparılmış və dərhalda iddianın təmin edilməməsi barədə, yəni apellyasiya şikayətinin təmin edilməməsi barədə müşavirə otağına gedərək, qətnamənin elan olunması ilə nəticə verilmişdir. İddiaçı bir vətəndaş kimi Gəncə Apellyasiya Məhkəməsinin ədalətli mövqe tutacağına dah a çox inanırdı və Gəncə Apellyasiya Məhkəməsinə şikayət verməklə hesab edirdi ki, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş pozuntular aradan qaldırılacaq və ya təqdim olunmuş sübutlar və sənədlər əsasında yenidən işə baxılacaqdır. Ancaq tam əksinə oldu birinci instansiya məhkəməsində bir neçə prosesə işə baxıldısa da apellyasiya instansiya məhkəməsində tamamilə əksinə bir vəziyyət oldu və məhkəmə heç bir sübutu araşdırmadan apellyasiya şikayətinin dəlillərinə qulaq asmadan apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə çıxartmaqla əsaslı iddianın rədd olunması qənaətinə gəlmiş oldu. İddiaçı birinci instansiya məhkəməsinə qida təhlükəsizlik agentliyinin əməkdaşlarının onun evində heyvanların cəsədi ilə bağlı iddiaçı çəkilmiş video diski təqdim etmiş və həmin video disk də olan görüntülərdən görünür ki, qida təhlükəsizlik agentliyinin əməkdaşları onun həyətinə daxil olaraq, heyvanların ölmüş cəsədlərini müayinə edirlər və bu faktda təsdiq etmişdir ki, həqiqətən onun heyvanların tələf olması dərman zəhərlənməsindən olmuşdur və cəsədlərdə mövcud olmuşdur. Ancaq məhkəmə iclasında araşdırma zamanı məlum olmuşdur ki, Qida təhlükəsizliyi Agentliyi qərar qəbul etmişdir ki, guya ki, heyvanlar ölməmiş və onun həyətində heç bir heyvan cəsədi aşkar etməmişdilər. Bu mötəbər dəlil və sübuta nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası hüquqi qiymət verməmişdir və video görüntünün məhkəmə iclas zalında görüntülənməsi və cavabdehin və eyni zamanda maraqlı və üçünçü şəxslərin həmin video görüntüdə olan sübutlara münasibəti öyrənilməmiş və yalnız saxtala şdırılmış iclas protokoluna və qanunsuz şəkildə polis tərəfindən qəbul edilmiş qərarlara və eyni zamanda X2 qəbul etdiyi akt və protokollara əsaslanaraq, iddianın təmin edilməməsi qənaətinə gəlinməklə birbaşa mövcud qanunvericiliyin tələblərinə hörmətsizlik göstərilmiş və iddiaçının mülkiyyət hüquqları əlindən alınmışdır. Birmənalı şəkildə sübuta yetirmişdir ki, heyvanlar vaxtı keçmiş dərmanların təsiri nəticəsində tələf olmuşdur və iddiaçıya maddi ziyan vurulduğu göz qarşısındadır. İddiaçının avamlığından istifadə edən həmin şəxslər maddi maraqları naminə həmin ziyanın baytar tərəfindən ödənilməməsinə görə oyunlar quraraq, müxtəlif sənədləşdirmə işləri apararaq, ona vurulmuş ziyanın təqsiri olan şəxs tərəfindən ödənilməməsinə süni şəkildə şərait yaratmışdılar. Bu saxtakarlıqlardan iddia çı məlumatsız ola-ola məhkəmədə iddia qaldırmış və birinci instnasiya məhkəməsi olan Tərtər rayon Məhkəməsi də o, saxtakarlıqları ört basdır edərək iclas protokollarını təhrif edərək iddianın rədd edilməsinə dair qanunsuz qətnamə qəbul etmişdir. Digər bir pozuntu isə ondan ibarət olmuşdur ki, məhkəmə işin baxışa təyin edilməsi barədə heç bir bildiriş göndərmədən işə baxmış və çəkişmə və ədaləti araşdırma prinsipi pozularaq nəticə verilmişdir. Qətnamə iddiaçıya bildiriş göndərmədən qəbul edilməklə kobud prosessual pozuntuya yol verilmişdir. Birmənalı şəkildə birinci instansiya və apellyasiya məhkəməsi mübahisə olduğu halda iş üzrə məhkəmə əmtəşunaslıq ekspertizası təyin etmədən və rəy almadan və ya mütəxəssis rəyi almadan öz şəxsi fikrinə və mülahizəsinə əsaslanıb, sənəd və sübutlara münasi bət bildirmədən qətnamə çıxardaraq nəticə vermişdir. Bu hal isə kobud prosessual pozuntudur. Həmçinin məhkəməyə dəvət edilmiş şahidləri dindirmədən və iclas zalına buraxmadan nəticə verməsi kobud prosessual pozuntudur. Gəncə Apellyasiya Məhkəməsi MülkiKollegiyası nəninki, işdə olan sübutları qiymətləndirməmiş, həmin subutlara öz şəxsi mülahizələri əsasında yanaşmış və Ali Məhkəmənin Plenumunun göstərişlərinə məhəl qoymayaraq birinci instansiya məhkəməsinin əsasssız qətnaməsini ləğv etməmişdir.

19. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 88, 389-cu maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamı şdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndi rildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehlərin hərəktələri ilə iddiaçıya maddi zərər vurulmasına dair sübutlar təqdim olunmamışdır. Təqdim olunmuş sübutlar ilə isə belə zərərin mövcudluğu təsdiq edilmir. Belə olan halda iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı deiyl.

36. Qanuna əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən i şdəki sübutlar araşdırılmış, onlara və tərəfin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2289/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar