Məhkəmə qərarları › İş №2(102)-1013/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1013/2019

15.02.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1013/2019 15.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Balakən rayonu Qazma kənd 1 №li tam orta məktəbinə qarşı Qazma kənd 1 №li tam orta məktəbin 14.06.2016-cı il tarixli 22 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi proqul dövrü üçün vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin 23 sentyabr 2017-cı il tarixli qətnaməsi ilə (hakim H.Səlimov) İddiaçı cavabdeh Balakən rayonu Qazma kənd 1 №li tam orta məktəbinə qarşı Qazma kənd 1 №li tam orta məktəbin 14.06.2016-cı il tarixli 22 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi proqul dövrü üçün vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Xnın işdən azad edilməsi barədə Balakən rayonu Qazma kənd 1 №li tam orta məktəbin direktorunun 14.06.2016-cı il tarixli 22 nömrəli əmri ləğv edilməsi,İddiaçı Balakən rayon Qazma kənd 1 №li tam orta məktəbində müəllim vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqısı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin M K-nın 14 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Rəfiyev, hakimlər G.Abbasov və E.Hüseynov) Balakən Rayon Məhkəməsinin 23 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 08 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Xələfov, hakimlər Q.Allahverdiyev, Ə.Şadıyev) Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov və İ.Quliyev) Balakən Rayon Məhkəməsinin 23 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətn amə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, əmək kitabçasında 16 sentyabr 2013-cü ildə işə qəbul edildiyi qeyd edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi əmrdə onun 1 oktyabr 2013-cü ildə işə qəbul edilməsi əks olunmuşdur. Cavabdehin onu 1 oktyabr tarixində işə qəbul edib, əmək kitabçasının qeydlər hissəsini isə 16 sentyabr tarixi ilə rəsmiləşdirməsi mümkün deyildir. Digər tərəfdən, iddiaçı X2nın işə qəbulundan 1 il keçdikdən sonra, yəni 29 sentyabr 2014-cü ildə sistemə daxil edilmiş əmək müqaviləsi bildirişində onunla bağlanmış əmək müqaviləsinin müddətli (01.10.2013-14.06.2016-cı illəri əhatə etməsi) olması qeyd e dilmişdir, halbuki bu müddətin hansı sənəd əsasında müəyyənləşdirildiyi aydın deyil. O, əmək kitabçası tərtib edilən gündən, yəni 16 sentyabr 2013-cü ildən işə başlamışdır, bundan sonra onunla hər hansı yazılı müqavilə bağlanmamışdır. Eyni zamanda, məktəbin direktoru X3 əmək müqaviləsinin bildirişini təhsil şöbəsinin informasiya sisteminə daxil etdiyi 29.09.2014-cü ildə DSMF-nin informasiya sistemində qeydə alınmış, orada müqavilənin müddətsiz olması öz əksini tapmışdır. Cavabdeh isə 2017-ci ilin dekabr ayında sistemə daxil edilmiş bildirişdə "müddətsiz" sözünü "müddətli" ifadəsilə əvəzləmişdir. Apellyasiya məhkəməsi qeyd edilən hallara heç bir hüquqi qiymət verməmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələ binin təmin olunması haqqında yeni qərarın qəbulunu xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh Balakən rayon Qazma kənd 1 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv olunması, işəbərpa və məcburi işburaxma dövrü üçün vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdeh Qazma kənd 1 nömrəli tam orta məktəbin 14 iyun 2016-cı il tarixli, 22 saylı əmrinin ləğv olunması, işəbərpa və məcburi işburaxma dövrü üçün vurulmuş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkə məsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. İşin mübahisəsiz hallarından aydın olur ki, iddiaçı X2nın əmək kitabçasında onun cavabdeh Qazma kənd 1 nömrəli tam orta məktəbin direktorunun 16 sentyabr 2013-cü il tarixli, 8 saylı əmri əsasında məktəbə sosial məzuniyyət yerinə müəllim təyin edildiyi qeyd edilmişdir. 16 sentyabr 2013-cü il tarixli, 8 saylı əmrin özündə isə iddiaçının Qazma kənd 1 nömrəli tam orta məktəbə sosial məzuniyyət yerinə müvəqqəti müəllim təyin edildiyi qeyd edilmişdir. Bundan başqa iş materiallarında 2 fərqli məzmunlu 29.09.2014-cü il tarixli, xxxxxxx00100 saylı Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi vardır. Bu bilirişlər arasındakı əsas fərq ondan ibarətdir ki, onlardan birində iddiaçı X2 ilə bağlanmış əmək müqaviləsinin müddətsiz, digərində isə müddətli olduğu göstərilmişdir. Əmək müqaviləsinin müddətli bağlandığına dair məlumatın əks olunduğu bildirişdə müqavilənin müddətinin 14 iyun 2016-cı ildə bitəcəyi qeyd olunmuşdur. Həmçinin işin mübahisə edilməyən hallarına görə Azərbaycan Respublikası Təhsil Nazirinin İntizam tənbehinin tətbiqi barədə 30 noyabr 2015-ci il tarixli, 11/1194 nömrəli əmrinin 4.1-ci bəndinə əsasən Balakən rayon Təhsil şöbəsinə tapşırılmışdır ki, rayonun ümumtəhsil məktəblərində mövcud qaydalara zidd olaraq müddətsiz müqavilə əsasında işə qəbul edilmiş müəllimlərlə 14 iyun 2016-cı il tarixədək müddətli əmək müqaviləsi bağlanmasını, müddət bitdikdən sonra bağlanmış əmək müqavilələrinin ləğv edilməsini təmin etsin. Cavabdehin nümayəndəsi X3 birinci instansiya məhkəməsinin 22 avqust 2017-ci ildə keçirilmiş iclasında verdiyi izahatında iddiaçının 2013-cü ildə işə qəbul olunduğunu, 2015-ci ildən etibarən iddiaçının müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edildiyini bildirmişdir (i/v 42). Apellyasiya şikayətində və cavabdehin nümayəndəsi A.Mehdiyeva apellyasiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin səbəbi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 noyabr 2015-ci il tarixli, 11/1194 nömrəli əmridir. İddiaçı X2 2016-cı ildə keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə 33,1436 bal toplamışdır. İddiaçı X2 ilə bağlanmış əmək müqaviləsinə cavabdehin 26 saylı, 16.06.2016-cı il tarixli əmri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bu ndan sonra - ƏM) 68-ci maddəsinin b) bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən əmək müqaviləsi bildirişləri arasındakı ziddiyyətə qiymət verilməsi məqsədilə iddiaçıya əsaslandığı (yəni müqavilənin müddətsiz bağlandığının əks olunduğu) bildirişin əslini apellyasiya məhkəməsinə təqdim etməsi təklif olunsa da, iddiaçı bu barədə sübutu təqdim edə bilməmişdir. Eyni zamanda, Qazma kənd 1 nömrəli tam orta məktəbin əmrlər kitabına baxış keçirilərkən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli bağlanması müəyyən edilmişdir. Digər tərəfdən, iddiaçıya məxsus əmək kitabçasında iddiaçının sosial məzuniyyət yerinə müəllim təyin edilməsi göstərilmişdir ki, bu da, əmək müqaviləsinin müddət li xarakter daşıması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası, aşağıda göstərilən əsaslara görə apellyasiya məhkəməsini gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, ƏM-in 43-cü maddəsinin İİ hissəsinin d) bəndinə görə, əmək müqaviləsində onun müddəti göstərilməlidir. ƏM-in 45-ci maddəsinin İ hissəsinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin maddənin İİ hissəsinə görə, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Göründüyü kimi, ümumi qayda ondan ibarətdir ki, əmək müqaviləsi müddətsiz bağlanır. Tərəflər müddətli müqavilə bağlanması barədə razılığa gələ bilərlər, lakin bu halda, işçi və işəgötürən əmək müqa viləsinin müddətini konkret müəyyənləşdirməlidir. Əgər belə bir müddət müəyyən edilə bilmirsə, onda əmək müqaviləsinin müddətsiz bağlandığı nəticəsinə gəlinməlidir. Hazırkı işin halları baxımından iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli əmək müqaviləsi olmasını demək üçün kifayətedici sübut yoxdur. Cavabdehin 16.09.2013cü il tarixli, 8 saylı əmrində “sosial məzuniyyət yerinə müvəqqəti” ifadələrinin işlədilməsi hələ tərəflərin əmək müqaviləsinin müddətli bağlaması barədə razılaşdığı qənaətinə gəlməyə imkan vermir. Çünki həmin əmr işəgötürənin/cavabdehin birtərəfli sənədidir. ƏMin tələbinə görə isə, əmək müqaviləsinin müddəti məsələsi tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilə bilər. Təsadüfi deyildir ki, ƏM, əmək müqaviləsinin şərtlərinin birətərli qaydada dəyişdirilməsin i, o cümlədən müddətsiz əmək müqaviləsinin birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilməsini qadağan edir (m. 43, İV hissə; m. 45, İİİ hissə). Digər tərəfdən, iddiaçı X2ya aid əmək kitabçasında iddiaçının sosial məzuniyyət yerinə müəllim təyin edilməsi qeyd edilsə də, “müvəqqəti” ifadəsinə yer verilməmişdir. Bundan başqa, cavabdehin (nümayəndəsinin) izahatları və apellyasiya şikayətində ifadə etdiyi mövqedən belə başa düşülür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz olmuş, lakin Təhsil Nazirinin məlum əmrindən sonra birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəzlənmişdir. Cavabdehin ifadə etdiyi bu mövqe iş materiallarında olan iki fərqli məzmunlu 29.09.2014-cü il tarixli, xxxxxxx00100 saylı Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin ortaya çıxma səbəbini də açıqlamağa imkan verir. Başqa sözlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz olmuş, lakin sonradan işəgötürən tərəfindən müddətli əmək müqaviləsi ilə əvəzlənmişdir. Halbuki ƏM-in 45-ci maddəsinin İİİ hissəsinə görə, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Göründüyü kimi, iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin cavabdeh tərəfindən birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəzlənməsi ƏM-in 45-ci maddəsinin İİİ hissəsinin açıq imperativ göstərişinə zidd olduğundan əhəmiyyətsizdir və hüquqi nəticə (əmək müqaviləsinin müddətli əmək müqaviləsinə çevrilməsi) doğura bilməz. Bu mənada, iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə cavabdehin mübahisələndirilən əmri ilə müddətin keçməsi əsası ilə xitam verilmiş olması ƏM-in göstərişlərinə zidd olmuşdur. Başqa sözlə, cavabdeh müddətsiz əmək müqaviləsinin ƏMin müddətli əmək müqaviləsinə xitam verilməsini tənzimləyən norması (68-ci maddənin İİ hissəsinin b) bəndi) əsasında ləğvi qanuni olmamışdır. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu mad dələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar