Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1013/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: sağlamlığa vurulmuş maddi və mənəvi ziyan) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil1 və Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarix li qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı "həyata və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən ona dəyən maddi ziyana görə 5000 manat pulun, itirilmiş qazanca görə 5400 manat pulun, birdəfəlik ödəniş olaraq 32400 manat pulun, vəkilə ödənilən məbləğ 160 manat pulun, mənəvi zərər olaraq 100000 manat pulun, ümumi olaraq 142960 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ərizə təqdim edərək, Cavabdeh1 əlavə cavabde h qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Quba şəhərindən Bakı şəhərinə işləməyə gəlmişdir. Təxminən 2019-cu ilin mart ayının əvvəllərində xx xxx 2019-cu il tarixədək “xxxx” MTK -da fəhlə işləmişdir. İddiaçı orada işləsə də, onunla əmək müqaviləsi bağlanmamışdır. Onların aylıq qazancları gördükləri işlərdən asılı olaraq 450-900 manata kimi olurdu. Aldıqları məvacibə görə işinə təzə tikilən binada beton tökmək üçün opolovka vurmaq, sökmək, beton tökmək daxil idi. O, xx xxx 2019-cu il tarixdə təxminən saat xx:xx radələrində “xxxx “ MTK-nın Nəsimi bazarı yaxınlığında yerləşən binanın tikintisində işdə olarkən kalona vurulmuş taxtanı əlindəki qoru yucusuz laqonda ilə kəsərkən əynindəki köynəyin sol qolu laqondanın ağzındakı dişli çarxa ilişdi və laqonda sol qolunu sümük qarışıq kəsdi. Yalnız onu gördü ki, qolu dəridən sallanıb. O, aldığı xəsarətdən huşunu itirdi. Həmin vaxtı təcili tibbi yardım çağırmaqdansa, eşitdiyinə görə MTK -nın işçiləri onun qolunu qan axmasın deyə bağlayıblar və təxminən 1 saata yaxın orada saxlayıb müdirin gəlməsini gözləyiblər. Daha sonra isə iddiaçını həmin firmanın təhlükəsizlik xidmətinin işçisi D1 adlı şəxs maşına qoyub özəl klinika olan- Güvən Klinikasına gətirmişdir. Orada iddiaçını cərrahiyyə əməliyyatı etmişlər və qoluna mil qoymuşlar. Özünə gələndən sonra səhərisi günü təxminən saat xx:xx radələrində onu evə buraxdılar. Sonra ona ambulator stasionar xəstənin tibbi kartasından çıxarış verdilər. O, ç ıxarışa fikir verməmişdir. Çünki o halda deyildi. Onda şiddətli ağrılar var idi. Bununla əlaqədar olaraq o, Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin ərizə Nəsimi Rayon Prokurorluğuna göndərilmişdir. Bundan başqa o, X2 Xidmətinə müraciət etmişdir. X2 tərəfindən araşdırma aparılmış və onun həqiqətən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən qəlib işlərinin yerinə yetirilməsinə cəlb edildiyi və xx xxx 2019-cu il tarixdə iş vaxtı xəsarət almağı müəyyən edilmişdir. O, aldığı xəsarət zamanı ona maddi ziyan olaraq “Güvən Klinikasında” müalicə və müayinəsi üçün onun 5000 manat xərci çıxmışdır. O, iş zamanı aldığı xəsarət nəticəsində demək olar ki, əmək qabiliyyətini itirmişdir. Onun barmaqları bərpa olunmamışdır. Bununla bağlı onun ödəniş qəbzl əri vardır. O, hadisə ilə bağlı gələcəkdə əldə olunacaq qazancını itirmişdir. O, ayda 900 manat pul almışdır. Artıq 6 aydır ki, işləmir. Noyabr ayı üçün o, 5400 (900 x 6+5400) qazancından qalmışdır. Eyni zamanda, bu işlə bağlı vəkilə 160 manat pul ödəmişdir. Həmçinin o, cavabdehdən birdəfəlik ödəniş tələb edir. Bu birdəfəlik ödəniş 32.400 (900 manat x 36 ay- 3 illik müddət) manat təşkil edir. Mənəvi zərər olaraq isə ona 100.000 manat zərər dəymişdir. O, sağlamlığının itirilməsini ümumiyyətlə pul ilə ölçə bilmir. Lakin hazırkı halda 100.000 manat kimi qiymətləndirir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli iclas protokolu ilə Cavabdeh1 iş üzrə əlavə cavabdeh qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-***/2020 nömrəli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hadisə xx.xx.2019-cu il tarixdə baş vermiş və həmin vaxt İddiaçı Cavabdeh1 işçisi olmuşdur. Belə olan halda, İddiaçı podrat müqaviləsinə əsasən sifarişçi olan "xxxx" MTK-dan dəymiş zərərin əvəzini tələb etməsi əsassızdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 münasibətdə də təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə “işəgötürən” olaraq Cavabdeh1 təqsiri üzündən baş verməmişdir. Bununla yanaşı, iş materiallarından və tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan müəyyən olunur ki, İdd iaçı tərəfindən «Əl elektrik maşınları 12.2.013-75 DÜST»-ün 6.3.1 bəndinin, «Tikintidə təhlükəsizlik texnikası. İİİ-4-80 Tikinti Norma və Qaydaları»nın 2.41 bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur. İddiaçı xəsarət alması ilə əlaqədar ona dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də əlavə olaraq xərclərin əvəzi ödənilmişdir. Göründüyü kimi İddiaçı tələblərinin əsaslı olmasını, əməyin mühafizəsi normalarının cavabdehlər tərəfindən pozulması halını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.2-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.1, 239.2-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxx 2011-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1.76.2, 77.1, 217,3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)****/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı qətnamədən kasasiya şikayəti vermişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin təqdim etdiyi əmək müqaviləsi saxtadır. Əmək müqaviləsinin bağlanması və onun iş şəraiti obyektiv araşdırılmamışdır. Cavabdeh tərəfindən təhlükəsizlik qaydaları pozulmuş, qəzanın baş vermə səbəbi obyektiv araşdırılmamışdır. Cavabdeh ona təklifi və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh ona vurduğu maddi və mənəvi ziyanı ödəməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlum atlandırılmasına baxmayaraq cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxx 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə cəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hak im) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya araşdırması zamanı da iddiaçının cavabdehlərin təqsiri ucbatından maddi və mənəvi zərərə məruz qalması barədə sübut müəyyən edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iddia tələbinin əsassızlığı apelyasiya kollegiyasının qəbul etdiyi qətnamədə kifayət qədər aydın şəkildə əsaslandırılmışdır ki, hazırki halda bu əsaslandırmanın təkrarlanmasına zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.