Məhkəmə qərarları › İş №2(102)-1015/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1015/2025

11.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1015/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “evdən çıxarma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, yaşayış sahəsindən çıxarılma, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(107)1293/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkə məsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Yevlax rayonu, Aran qəsəbəsində 0,0603 ha torpaq sahəsi hər birinin 1/7 payı olmaqla İddiaçı, X1, X5, X4, X2, X3, X6 ümumi paylı mülkiyyətlərində, üzərində yerləşən 180,52 kv.m sahəsi olan fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədir.

2. Cavabdeh1 İddiaçı oğlu X7 arvadıdır.

3. X10 17 sentyabr 2016-cı ildə ölmüşdür.

4. Cavabdeh3 və Cavabdeh2 İddiaçı nəvələri, Cavabdeh1 övladlarıdırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən **********85-10301 reyestr nömrəli, ********** qeyd iyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli ev iddiaçıya məxsusdur. Cavabdehlərin həmin evdə hüquqları olmadığından, şərtsiz evdən çıxarılmalıdırlar.

7. Yevlax Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(039)-17/2024 nömrəli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən **********8510301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla iddiaçının mülkiyyətində olan fərdi yaş ayış evindən çıxarılmaları qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Yevlax rayon Aran qəsəbəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışına əsasən 0,12 ha həyətyanı torpaq sahəsində 1 mərtəbəli, 5 otaqdan ibarət fərdi yaşayış evi var. Həmin evdə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 yaşayırlar.

9. Məhkəmə qeyd etmişdir ki, Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən məlum olur ki, iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən cavabdehin mülkiyyəti altında olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquq larının tanınması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdehlər məhkəməyə müraciət edərək həmin evdə istifadə hüquqlarının tanınmasını xahiş etmişlər. Bu səbəbdən hazırkı iş üzrə icraat dayandırılmış, daha sonra məhkəmə qətnaməsi ilə iddiaları rədd edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərin evdən çıxarılması ilə bağlı iddia ərizəsi ilə 05 may 2022-ci il tarixdə müraciət etmişdir. Bu müddət ərzində cavabdehlərin özləri üçün yaşayış yeri tapmaq (ev inşa etmək, almaq) imkanları olmuşdur. Bu səbəbdən də cavabdehlərin həmin evdə iki il müddətində yaşamaq hüququnun verilməsi iddiaçının mənafeyinə ziddir.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 və 2-ci, 29-cu maddənin 1 və 2-ci hissəl ərinə, 71-ci maddənin 1-ci bəndinə, Mənzil Məcəlləsinin 30, 30.4, 152.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin hər birinin mübahisələndirilən fərdi yaşayış evindən istifadə hüququnun tanınmamasına dair qanuni qüvvəsini almış məhkəmə aktı vardır. Lakin, bütün hallarda onların hər birinin özünə normal yaşayış şəraiti yaratmaq üçün onlara müddət verilməli idi. Cavabdeh1 mülkiyyətində heç bir y aşayış sahəsi və ya həyətyanı torpaq sahəsi yoxdur. Oğlanlarının hər biri evlidirlər və oğlanlarının da evləri yoxdur. Cavabdeh2 Yevlax rayonu Aran qəsəbəsində xüsusi mülkiyyətində 0,07 ha həyətyanı torpaq sahəsi olmasına baxmayaraq həmin torpaq sahəsində heç bir tikili yoxdur. Ailəlidir, bir övladı vardır. Cavabdeh3 Yevlax rayonu Aran qəsəbəsində xüsusi mülkiyyətində yarımçıq tikili yaşayış sahəsi vardır ki, həmin tikili yaşayış üçün yararlı deyildir. O, həmçinin ailəlidir, 2 azyaşlı oğlu vardır. Ağır maddi şəraitdə yaşayan hər bir ailənin qeyd şərtsiz evdən çıxarılması üçün müəyyən vaxt kəsiyində (formalaşdırılmış təcrübədə 2 ildir) möhlət verilməməsi onların hər birinə münasibətdə qanunsuz və əsassızdır.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(107)-1293/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.Tahirov və E.Mehdiyev) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin mübahisəli fərdi yaşayış evində istifadə hüquqlarının olmaması qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur.

16. Odur ki, cavabdehlərin mübahisəli evə istifadə hüquqlarının olmaması artıq hazırkı məhkəmə baxışının predmeti ola bilməz.

17. Apellyasiya kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri Mənzil Məc əlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünün müəyyən müddətə həmin yaşayış sahəsində saxlanılması hüququ ilə bağlıdır. Qanunun nəzərdə tutduğu yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünün müəyyən müddətə istifadə hüququnun saxlanılması “özlərinə yurd-yuva düzəldə bilməsi üçün müəyyən vaxt kəsiyində möhlət verilməsi”ni deyil, maddi vəziyyəti və diqqətə layiq digər halların özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsini nəzərdə tutur. Hazırkı halda isə cavabdehlər özləri də başqa mülkiyyətlərinin olduğunu etiraf etmişlər. Bu faktla birlikdə cavabdehlərin mübahisəli evə istifadə hüququnun 2016-cı ildə itirilməsi və həmin vaxtdan bu günə qədər 8 il keçməsi də göz önünə alındıqda, apellyasiya instansiyası məhkəməsi iş materiallarında cav abdehlərin mübahisəli evə istifadə hüququnun daha da artıq saxlanılmasını zəruri edən hallara dair sübutların mövcud olmadığı qənaətinə gəlmişdir

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5ci, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

19. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(107)-1293/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1.1, 1.2, 4, 5.1, 5.3, 6-cı, Mənzil Məcəlləsini n 30.4-cü, Mülki Prosessual Məcəllənin 88-ci maddələri pozulmuşdur.

21. Belə ki, Cavabdeh1 mərhum Sahib Əliyevlə ailə həyatı dövründə mübahisə predmeti olan fərdi yaşayış evinə köçmüş, övladların hər ikisi bu evdə anadan olmuşlar. Onların mübahisələndirilən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınmamasına dair qanuni qüvvəsini almış məhkəmə aktı vardır. Lakin, bütün hallarda cavabdehlərin hər birinin özünə normal yaşayış şəraiti yaratmaq üçün müddət verilməli idi. Apellyasiya instansiyası məhkəməsi işin bu halına hüquqi qiymət verməmişdir. Cavabdeh1 mülkiyyətində heç bir yaşayış sahəsi və ya həyətyanı torpaq sahəsi yoxdur. Oğlanlarının hər biri evlidirlər və onların da evləri yoxdur. Cavabdeh2 mülkiyyətində Yevlax rayonu Aran qəsəbəsində 0,07 ha həyətyanı torpaq sahəsi olmasına baxmayaraq, həmin torpaq sahəsində heç bir tikili yoxdur. Cavabdeh3 mülkiyyətində Yevlax rayonu Aran qəsəbəsində yarımçıq tikili vardır ki, yaşayış üçün yararlı deyildir. Cavabdehlərin hər biri ayrı-ayrılıqda ayrıca təsərrüfatı idarə edən şəxslərdir. Ağır maddi şəraitdə yaşayan hər bir ailənin qeyd şərtsiz evdən çıxarılması, o cümlədən özlərinə yurd-yuva düzəldə bilinməsi üçün müəyyən vaxt kəsiyində (formalaşdırılmış təcrübədə 2 ildir) möhlət verilməməsi onların hər birinə maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe münasibətdə qanunsuz və əsassızdır.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

23. İddiaçı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlərin hər biri ayrı-ayrılıqda təsərrüfat idarə etməklə, iddiaçının mülkiyyətində olan evdən ehtiyacları yoxdur. Cavabdehlər iddiaçının ailə üzvləri deyil, iddiaçının onları saxlamaq vəzifəsi yoxdur. İddiaçının mərhum oğlu Sahib Əliyevin mülkiyyətində Yevlax rayonunun Aran qəsəbəsində 0,12 ha torpaq sahəsi olmuş, həmin torpaq sahəsini iddiaçılar 08 aprel 2011-ci il tarixdə satmışlar. Həmçinin mərhum oğlunun adına 60,3 kv.m. olan ayrıca fərdi yaşayış evi var. Həmçinin, iddiaçının oğlundan cavabdehlərə 3,6 ha torpaq sahəsi qalmışdır ki, həmin torpaq sahəsi vərəsəlik qaydasında cavabdehlərin adına rəsmiləşdirilmişdir. Həmçinin Cavabdeh3 Aran qəsəbəsi ndə fərdi yaşayış evi, pay torpağı və 0,0535 ha həyətyanı torpaq sahəsi vardır. Cavabdeh2 mülkiyyətində həmçinin Aran qəsəbəsində 0,07 ha həyətyanı torpaq sahəsi vardır. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin fa ktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14. 2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və cavabdehlərin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə ətraflı hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.

32. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ə vvəllər cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən, cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, həmin qətnamə müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 yanvar 2024-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

33. Həmin məhkəmə aktları ilə müəyyən o lunmuşdur ki, hazırkı iş üzrə cavabdehlər mübahisəli fərdi yaşayış evində fasilələrlə yaşasalar da, həmin ev dövlət qeydiyyatına alınanadək, yaşayış sahəsindən istifadə hüququ qazanmamışlar. Həmçinin apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, cavabdehlərin adlarına Aran qəsəbəsi ərazisində pay torpağı ilə yanaşı, Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqla həyətyanı torpaq sahələrinin məxsus olması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Aran qəsəbə sovetliyi tərəfindən mərhum Sahib Əliyevin adına Aran qəsəbəsində yerləşən ümumi sahəsi 60,3 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır. Başqa sözlə, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində həyətyanı torpaq sahələri, Cavabdeh2 məxsus torpaq sahəsi üzərində fərdi yaşayış evi, eyni zamanda Cavabdeh1 əri, Cavabdeh3 və Cavabdeh2 mər hum ataları Sahib Əliyevin adına yaşayış evi vardır ki, bu hal cavabdehlərin yaşayış sahəsinə ehtiyaclarının qarşılanmasına imkan verir.

34. Odur ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə istifadə hüquqlarının olmaması Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. 35. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarl arı arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

36. Kassasiya şikayətində cavabdehlər Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etməklə, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə onların istifadə hüquqlarının saxlanılmasını xahiş etmişlər.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Mənzil Məcəlləsinin bu müddəasını mübahisəyə tətbiqini mümkün hesab etməmişdir.

38. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinə görə, yaşayış sahəsinin mülkiyyətçisini n keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

39. Göründüyü kimi, qanunun bu müddəası mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən müəyyən müddətdə istifadə hüququnun saxlanılmasının əsasları və qaydasını tənzimləyir. Hazırkı işdə isə cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüquqları ümumiyyətlə olmadığından, onların belə hüquqlarının saxlanılmasından söhbət g edə bilməz.

40. Digər tərəfdən, işin mübahisə olunmayan halları ondan ibarətdir ki, cavabdehlərin öz mülkiyyətlərində başqa yaşayış sahələri vardır. Belə olan halda, hazırda mübahisələndirilən sahədən onların istifadə hüquqları olsa belə, bu hüquqlarının saxlanılmasına əsas yoxdur. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin dispozisiya şərtindən də göründüyü kimi, məhkəmənin qərarı ilə keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsindən müəyyən müddətdə istifadə hüququ bu şərtlərlə saxlanıla bilər ki, onun maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməsin.

41. Nəhayət, kassasiya kollegiyası qeyd edir ki, hazırkı mübahisə 05 may 2022-ci il tarixdən məhkəmələrin icraatındadır. Həmçinin, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının olmaması Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Yəni, cavabdehlərin mülkiyyətlərində olan yaşayış sahələri yaşayış üçün tam yararlı olmaması qəbul edilsə belə, bu 3 ilə yaxın müddət ərzində, onlara Məcəllənin 30.4-cü maddəsinə əsasən özlərini yaşayış sahəsi ilə təmin edilməsi imkanı faktiki yaradılmışdır.

42. Beləliklə, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehlərin həmin mənzilə dair hər hansı hüquqları olmadığından, apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün t ətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2(107)-1293/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar