Məhkəmə qərarları › İş №2(102)-1016/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1016/2024

14.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1016/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, mənzilə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əşyaların çıxarılması tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair qa rşılıqlı iddiaya dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(103)-6251/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən kassasiya şikayəti 14 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nəsimi Rayon Xalq Məhkəməsinin 2-1114 saylı, 25 oktyabr 1994-cü il tarixli qətnaməsi ilə Dağıstan küçəsi 24 saylı ünvanında yerləşən evin alqı-satqısına dair müqavilənin X10 ilə İddiaçı arasında bağlanmış hesab edilməsi və Nümayəndə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həvalə edilməsi qət edilmişdir.

2. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyə t Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, MH seriyalı, 143669 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən, ünvan 1 İddiaçı və X7 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 201 saylı reyestr kitabının 11077 nömrəli vərəqində, 30/530 nömrə ilə qeydiyyat aparılmışdır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1017/2021 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh X13 qarşı "istifadə hüququna xitam verilməsi və s." tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)8991/2021 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1017/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılm ışdır.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021 -ci il tarixli **********82 saylı məktubuna əsasən, Bakı şəhəri, Nəsimi rayonu, N.Şahbazov küçəsi (köhnə Dağıstan küçəsi), 24 saylı fərdi yaşayış evi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1114 nömrəli, xx.xx.1994-cü il tarixli qərarına əsasən xx.xx.1994cü il tarixincə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda sözügedən fərdi yaşayış evinin bir hissəsi mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin 3 otağı Bakı şəhəri, 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.1997-ci il tarixli, 3MA-751 reyestr nömrəli, İddiaçı ilə X14 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixində X7 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 6. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ növü ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “əşyaların çıxarılması və s.” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan ünvan 5, A tikilisindən çıxarılması, həmin mənzildə vəfat etmiş X13 məxsus əşyaların cavabdeh tərəfindən çıxarılması və mənzilin boşaldılması barədə q ətnamə çıxarılmasını xahiş etmişdir.

8. İlkin iddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 132 kv.m olan yaşayış sahəsi 97,6 kv.m yaşayış, 34,4 kv.m köməkçi sahəsi olan “A”, “B”, “V” tikililəri mülkiyyətçi X6 18.000 rubl pul vəsaiti ödəməklə 1990-cı ildə almışdır. O dövrdə mövcüd olan vəziyyətlə əlaqədər daşınmaz əmlakı notariat qaydada rəsmiləşdirə bilməmişdir və sonradan Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 21114 saylı, 25 oktyabr 1994-cü il tarixli qərarı ilə keçmiş mülkiyyətçi X10 ilə ona məxsus Şahbazov küçəsi 24 saylı ünvanında yerləşən (keçmiş Dağıstan küçəsi) 132 kv.m ümumi sahəsi, 97,6 kv.m yaşayış sahəsi, 34,4 kv.m köməkçi sahəsi olan daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi aralarında bağlanmış hesab edilmiş və Ə MDK-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən adı çəkilən daşınmaz əmlakla bağlı onun adına 21 dekabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Mülkiyyətində olan daşınmaz əmlakın 47,3 kv.m yaşayış sahəsi, 14,4 kv.m kömkçisi sahəsini 1997-ci ilin 18 iyulunda satmışdır, qalan daşınmaz əmlak mülkiyyətində qalmışdır. Sözügedən əmlakı alarkən mülkiyyətçi X12 bildirmişdir ki, 7,5 kv.m yaşayış, 5,8 kv.m köməkçisi sahəsində X3 qalır və qısa zaman daxilində çıxmasını qeyd etmişdir. Daha sonra X16 ilə normal münasibətlər yaranmış və bu səbəbdən X13 7,5 kv.m yaşayış, 5,8 kv.m köməkçisi sahəsi olan sahənin onun istifadəsinə vermişdir. xx.xx.2021-ci il tarixində X2 xəstəliyindən vəfat etmişdir. Daha sonra, vəfat etmiş X11 qızına, Cavabdeh xx.xx.2022-ci il tarixində poçt vasitəsi ilə məktub gönd ərmişdir, həmin məktubda vəfat etmiş X11 qızından xahiş etmişdir ki, atasından qalan əşyaları götürsün, lakin Cavabdeh şifahi bildirmişdir ki, əşyaları götürməyəcək, o səbəbdən ki, sözügedən mənzil atasına məxsusdur və onun həmin mənzildə yaşamaq hüquqları var. Hal-hazırda sözügedən mənzil Cavabdeh tərəfindən qıfıllanıb və həmin mənzilə daxil ola bilmir. Sözügedən mənzildə qaz sızması, hansısa elektrik vasitələrində qısaqapanma nəticəsində partlayış ola bilər. Bunların hər biri ailəsi və qonşular üçün təhlükəlidir. Eyni zamanda, həmin mənzil çıxarışa əsasən ona məxsusdur.

9. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “çıxarşın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılı qlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı iddia tələbi tam əsassız olduğundan təmin olunmaması, xx.xx.2022-ci il tarixli İddiaçı adına olan çıxarışın ləğv olunması və Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şaxbazov küçəsi, ev 24, mənzil 2-nin üzərində iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı onun atasından qalan əmlakını açıq şəkildə zəbt edərək, nəinki mülki qanunvericiliyin normalarını kobud şəkildə pozub, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1., 178.2.3. və 320.2-ci maddələri ilə açıq şəkildə cinayət törədib. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı, vətəndaş İddiaçı, cavabdeh (onun atası), və təndaş X13 qarşı, mənzilə "istifadə hüququna xitam verilməsi haqqında" iddia ərizəsi təmin edilməmişdir. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin qətnaməsini öz güvvəsində saxladı, yəni Abduləliyevin iddiasını təmin etmədi. 83 yaşlı atası X16, əmək veteranıdır, o fiziki və psixi güsurlu uşaqların məktəbində müəllim işləyib. 2020-ci ilin oktyabr ayında, atasının qonşusu, 1996-cı ildən ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan vətəndaş İddiaçı, atası X8, hansı ki, sözü gedən ünvanın 2 nömrəli mənzilində 1967-ci ildən rəsmi qeydiyyatdadır və 54 il daimi və fasiləsiz yaşayıb, icazə istəyib ki, X24in 2 nömrəli mənzilinin giriş qapısının qarşısında özünə qanunsuz əlavə tikili tiksin. Lakin X24 ona icazə verməyib. Bu qanunsuz tikilini tikməyə İddiaçı artıq tamahlıq niyyəti ilə fikirləşib. Bu istək onun öz işidi, lakin qonşunun mənzilini zəbt etməyə, İddiaçı heç kim icazə verməyib. Natiq Şahbazov küçəsində yerləşən birmərtəbəli həyət evləri (onlara "fin tipli evlər" də deyirlər), ev nömrə 20, 22, 24, 26, 28, əksəriyyəti keçən əsrin 1907-ci ildə inşa olunublar və bu ərazi yaxın vaxtlarda söküldüyünə görə, Abduləliyevdə tamah niyyətli fikir yaranıb ki, əlavə tikili tiksin və gələcəkdə bundan faydalansın. Lakin görəndə ki, Babayev Arif ona, yəni İddiaçı, əlavə tikili tikməyə icazə vermir, cavabında İddiaçı saxtalaşdırılmış, əsli olmayan sənədlərin notarial qaydada təsdiqlənməmiş kserosürətlərini istifadə edərək, Babayev Arifi açıq şəkildə böhtanlayıb kirayəçi adlandıraraq, yalan məlumatlar özü ndə ehtiva edən iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib ki, (oktyabr 2020-ci il tarixdə), məhkəmə Babayev Arifi dərhal özünə məxsus mənzilindən əşyaları ilə birlikdə çıxartsın (ərizə əlavə olunur). İddia ərizəsində İddiaçı X24i kirayəçi adlandırır. Bu böhtan sözlərini Abduləliyev heç bir rəsmi sənədlə sübut edə bilmir.

11. Ortada kirayə müqaviləsi yoxdur və ola da bilməzdir. Əslində isə, Babayev Arif və keçmiş arvadı vətəndaş X15, 1967-ci ildə o vaxtların İcra Hakimiyyətinin və MOK idarəsinin icazəsi ilə, Dağıstan küçəsi 24 nömrəli həyətin daxilində onlara ayrılmış yararlı torpaq sahəsində, özləri bir otaq və mətbəx tikmişdilər. Həmin 1967-ci ildə Babayev Arif, arvadı Qasımova Bəsti və qızları o mənzilə qeydiyyata alınmışdılar. X23 özünün 2 №-li mənzilində 1967-ci ildən rəsmi qeydiyyatdadır, ancaq İddiaçı 30 ildən sonra, 1996-ci ildə gəlib iki erməni vətəndaşların 1№-İi mənzilini zəbt edərək, yalnız 1996-cı ildə qeydiyyata alına bilib. 1990-cı ildə müəyyən səbəblərdən, Natiq Şahbazov küçəsi (köhnə adıDağıstan küç.) ev 24 nömrəli həyətdə iki erməni mənzilləri boşalmışdır. 1 №-İi mənzildə 2 otaqlıda yaşayan Akopova-Qrişanova Djulyetta adlı vətəndaş və "uplotneniye" şəklində 1 №-İi mənzilin daxilində bir otaqlıda yaşayan Ruzanna adlı qadına məxsus olmaqla və həyətdə ayrıca yerləşən 3 №-li mənzildə-1 otaqlıda yaşayan İsayan Suren və arvadı və elə 3 nömrəli mənzilin daxilində ayrıca 2 otaqlıda yaşayan İsayan Surenın oğlu öz ailəsi ilə. Əgər atası kirayəçi idisə, kirayəçi olmaqdansa elə onlardan birini tutardı. Belə çıxır ki ''həyətin sahibi" kimi özünü qələmə verən İddiaçı böhtanla "kirayəçi" adlandırdığı Babayev Arifdən icazə istəyib ki, özünə qanunsuz tikili tiksin. Açıq şəkildə görünür ki, bu iddia, İddiaçı məntiqsiz bir uydurmasıdır, əsassızdır və açıq şəkildə yalandı. Sözügedən 20202021-ci il tarixli məhkəmənin, 16 fevral 2021-ci ilin məhkəmə iclasında, onun sualına: "Abduləliyev, düzdü, mənim atam sizə tikili tikməyə icazə verməyəndə, siz atamı böhtanla kirayəçi adlandırmısız?", cavabında Abduləİiyev etiraf etdi ki, "bəli, ondan sonra Arifi böhtanlamışam". Bunu hörmətli hakim də eşitdi. Bu olan etirafdı. Bundan başqa, İddiaçı məhkəmələrə təqdim etdiyi və digər rəsmi orqanlarda istifadə etdiyi bütün, notarial qaydada təstiqlənməmiş, əsli olmayan, kserosürətli sənədlərdə olan saxtalaşmaları və yalan məlumatları ifşa edəcək. Bunlar həmin o s axta sənədlərdir ki, hansıların əsasında İddiaçı tam qanunsuz yolla xx.xx.2022-ci il tarixli çıxarışı alıb. Birincisi, Nəsimi rayon 16 saylı MKTB-i tərəfindən verilən İddiaçı adına olan Forma "A" və Forma "B" sənədlərdə Abduləliyevin forma "B" sənədində aydın yazılıb "İddiaçı adlı vətəndaş Dağıstan küçəsi, ev 24, mənzil №1-də qeydiyyatdadir və mənzilin sahəsi 7/97,6 kv.m. təşkil edir". Həmin Forma "B" sənədində yazılıb ki "kupçaə № 17460" sözləri və tarixi xx.xx.1994-cü il kimi qeyd olunub. xx.xx.1994 il tarixli Qeydiyyat Vəsiqəsi sənədinin kserosurətini, harada tamamilə başqa seriya nömrəsi yazılıb, yəni Seriya MH-№143669. Bundan başqa, qalan bütün sənədlərdə Abduləliyev, dələduzluq edərək, "mənzil №1" sözlərini "ç/d" yəni "çastnıy dom" sözləri ilə saxtalaşdırıb. Yəni Abduləliyev hamını i nandırmaq istəyir ki, Natiq Şahbazov küçəsi ev 24 (köhnə adı-Dağıstan küç.) ünvanında yerləşən ümumi həyət, guya mülkdür (yəni çastnıy dom) və o da güya mülkün sahibidir. Əslində isə, sözügedən ümumi həyət əzəldən nömrə 1, nömrə 2 və nömrə 3, tavanları ayrı, divarları ayrıca olan mənzillərdən ibarət idi, hər birində isə müstəqil ailələr yaşayırdı. Abduləliyevdən soruşanda ki, "ç/d" dediyin həyətin sənədlərini təqdim elə, onda Abduləliyev nə cavab, nə də ki bir əsli olan sənədi təqdim edə bilmir. Bundan başqa, İddiaçı Forma "A" sənədinin kserosürətində, yenə də xx.xx.1994 il tarixi ilə yazılıb "kupçi №17460". Əslində isə xx.xx.1994 il tarixi ilə Abduləliyevin əlində 143669 №-li əsli olmayan Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiqlənməmiş kserosürəti var. Abduləliyevdən soruşanda ki, y axşı 17460 №-li kupça-nın əsli haradadır, bunun texpasportu haradadır və bu nə kupça-dır. Abduləliyev cavab verə bilmir. Bundan başqa Abduləliyevin əlində seriyası olmayan, nömrəsi beş rəqəmdən ibarət olan 45808 №-li qeydiyyat vəsiqəsinin əsli olmayan, notariat qaydada təsdiqlənməmiş kserosürəti var, harada yenə də həmin 21 dekabr 1994-cü il tarixi yazılıb. Abduləliyevin əlində iki ədəd fərqli, əsli olmayan, notariat qaydada təsdiqlənməyən, lakin eyni tarixli Qeydiyyat Vəsiqələrin surətləri var. Eyni tarixdən, eyni reyestr kitabının nömrəsi ilə (201), eyni səhifə nömrəsi ilə (11077) bir mənzilə neçə ədəd qeydiyyat vəsiqəsinin notariat qaydada təsdiqlənməmiş kserosurəti olar. Abduləliyevin əlində hal-hazırda 21 dekabr 1994-cü il tarixi ilə, 201 №-li reyestr kitabında 11077 səhifədə qeydə alınan iki ədəd qeydiyyat vəsiqəsinin notariat qaydada təsdiqlənməmiş kserosürəti var. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən rəsmi qeydiyyat vəsiqələrinin nömrələri 6 rəqəmli olur, lakin İddiaçı Forma "A" və Forma "B" sənədlərində "kupça" sözlərindən sonra kupçanın nömrəsi 5 rəqəmdən ibarətdir (yazılıb № 17460) və 21 dekabr 1994-cü ilin qeydiyyat vəsiqələrinin notariat qaydasında təsdiqlənməmiş kserosürətlərin birində 45808 nömrəsi yazılıb (o da beş rəqəmlidir). İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Babayev Arifin adına olan saxtalaşdırılmış Forma "A" və Forma "B" sənədlərinə. Nəsimi rayon 16 saylı MKTB-i tərəfindən bildirdilər ki, Babayev Arifin sənədləri itib, lakin atasının sənədlərini 16 saylı MKTB-n işçiləri veriblər İddiaçı, o d a qanunsuz məqsədləri güdərək, həmin sənədləri kobud şəkildə saxtalaşdıraraq, onları kserokopiya şəklində məhkəməyə təqdim edib. X19 "A" sənədinin arxa tərəfinə balaca kağız parçasını yapışdırıb kseroks ediblər. Bu hərəkəti İddiaçı ona görə edib ki, Forma "A"-nın arxa tərəfində yazılan Babayev Arifin 1967-ci ildən Dağıstan küçəsi ev 24 mənzil 2 ünvanında qeydiyyatda olan arvadı X15 və qızı Cavabdeh adlarının yazısı görünməsin. Həmin X19"A" sənədində, Abduləliyev "ç/d"(yəni çastnıy dom) sözünü yazıb, əslində isə Babayev Arifin şəxsiyyət vəsiqəsində, yaşayış yeri barəsində arayışda, sovet pasportunda, Azərbaycan Respublikasının vətəndaşının pasportunda, qaz, su, işıq abonent kodlarında və diqər rəsmi sənədlərdə yazılıb ki, X16 N.Sahbazov küçəsi (keçmiş Dağıstan) ev 24 mənzil 2-də qeydiyyatda dır. X19 "B" sənədində yuxarıda ünvan yazılan sətirdə, kobud səkildə mənzil №2 sözü qaralanıb, düzəliş olub və üstündə "şgxsi ev " sözləri yazılıb. Bundan başqa, İddiaçı əlində 21 dekabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsinin əsli olmayan, notarial qaydada təsdiqlənməmiş kserosürəti var. Orada yazılıb ki, 1994 ildən Dağıstan küçəsi ev 24 ünvanında, hansısa, üzünü görmədiyi X14 adlı, məlum olmayan vətəndaş, sahəsi bilinməyən, "3(üç) yardımçı otaqla" və vətəndaş İddiaçı "3 otaq çıxmaqla yerdə qalan pay" ilə adlarına 21 dekabr 1994-cü il tarixi ilə 143669 №-li qeydiyyat vəsiqəsi verilib. Bundan başqa, Abduləliyevin növbəti, Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi, 18 iyul 1997-ci il tarixli, 042725 №-li "DOQOVOR" sənədində yazılıb ki, 18 iyul 1997-ci ildə tanımadığı, naməlum vətəndaş Hüseyno v Hüseyn xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsini aldıqdan 3 il sonra, İddiaçı təkrarən, həmin vətəndaş X9 təkrarən yenə də həmin 3 otağı həmin Dağıstan küçəsi ev 24 ünvanından satır və Hüseynov Hüseyn 1998-ci ildə təkrarən həmin 3 otağa dair başqa bir, yəni, ikinci qeydiyyat vəsiqəsini alır, əlində artıq həmin 3 otağa 1994-cü ilin qeydiyyat vəsiqəsi olaola. Bu, İddiaçı Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi, iddiasında əsaslanan, təsdiqlənməmiş, kserosürətli, əsli olmayan sənədlərdən məlum olub. Bu həmin sənədlərdi ki, hansıların əsasında xx.xx.2022-ci ildə Abduləliyevə qanunsuz çıxarı verilib və ardınca İddiaçı ona qarşi iddia qaldırıb. Bundan başqa, Abduləliyevin xx.xx.1997 ilin "DOQOVOR" sənədində yazılıb ki, "iz üeloqo domovladeniə prodaetsə tolğko tri komnatı pl. 47,3 kv.m., ost alğnıe ostavləö za soboy". Ortaya sual çıxır ki, "iz üeloqo domovladeniə" ifadəsi neçə kvadrat metr təşkil edib ki, Abduləliyev ondan 47,3 kv.m. satır və "ostalğnıe ostavləö za soboy" sözləri neçə kvadrat metr təşkil edir ki, bu alqı-satqıdan sonra Abduləliyevdə neçə kvadrat metr sahə qalır. Bu alqı-satqıdan sonra guya yeni yaranmış mülkiyyət hüquqlarının texniki pasportun və qeydiyyat vəsiqələrin əsli haradadır. Nə səbəbdən İddiaçı Nəsimi Rayon Məhkəməsinə yalnız hansısa xx.xx.1995-ci il tarixli, əsli olmayan, rəsmi texpasportun formasına uyğun olmayan, notarial qaydada təsdiqlənməmiş texpasportun kserosurətini təqdim edir. Bu xx.xx.1995-ci il tarixli təsdiqlənməmiş kserosurətli Texpasport hansı Qeydiyyat Vəsiqəsinə aiddir. Abduləliyev buna cavab verə bilmir. X5 artıq 1994-cü ildən bu 3(ü ç) yardımçı otaqların mülkiyyətçisidirsə və Hüseynovun adı 1994-cü ilin qeydiyyat vəsiqəsində artıq qeyd olunubsa (№ 143669), onda 3 il sonra Abduləliyev hansı 3 otağı yenidən Hüseynov Hüseynə satır və əgər hörmətli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi 1994-cü ildə Dağıstan küçəsi ev 24 ünvanında olan 3 yardımçı sənədsiz otağa X9 143669 nömrəli qeydiyyat vəsiqəsini veribsə, onda hansı yolla xx.xx.1998-ci ildə həmin ünvana, həmin 3 yardımçı otağa X7 adına 121004 №-li qeydiyyat vəsiqəsi verilib. Əgər suala cavab verilsə ki, 1998-ci ilin 121004 №-li qeydiyyat vəsiqəsi verilib, xx.xx.1997-ci ilin "DOQOVOR" əsasında, onda xx.xx.1994-cü ilin 143669 №-li qeydiyyat vəsiqəsində Hüseynov Hüseynin adı nə əsasla qeyd olunub. Əgər 1994-cü ildə Hüseynovun mülkiyyətində artıq 3 yardımçı otaq varsa, onda 3 ildən sonra 1997-ci ildə İddiaçı hansı 3 yardımçı otaqları satıb Hüseynova. Hansı otaqlardan söhbət gedir. Bu suala Abduləliyev cavab verə bilmir. Bundan başqa, İddiaçı əlində 18 aprel 1995-ci il tarixli texniki pasportun əsli olmayan, notariat qaydada təsdiqlənməmiş kserosurəti var. Ona əsasən, xx.xx.1995-ci il tarixdə Abduləliyevin mülkiyyətində (97,6 yaşayış + 34,4 köməkçi) cəmi ümumi sahəsi 132 kv.metrə sahə olub. Lakin xx.xx.1994-cü ilin 143669 №-li qeydiyyat vəsiqəsinin kserosurətinə əsasən, artıq 1994-cü ildən 3 yardımçı otaq (sahəsi 47,3 kv.m) vətəndaş Hüseynovun mülkiyyətindədir. Onda belə çıxır ki, Abduləliyevin xx.xx.1995-ci ilin əsli olmayan kserosurətli texpasportunda sahə ölçüləri düzgün yazılmayıb, orada 132 kv.m. yox, ondan daha az sahə yazılmalıdır, ona görə ki, 47,3 kv.m. sahə (və ya 3 yardımçı otaq) artıq 1994-cü ildən vətəndaş Hüseynov Hüseynin mülkiyyətinə yazılıbmış, lakin həmin, 3 yardımçı otaq, artıq 1994-cü ilin 143669 №-li qeydiyyat vəsiqəsinə əsasən Hüseynovun mülkiyyətindədir. Eyni 3 otağa, eyni vətəndaşın adına iki ədəd fərqli qeydiyyat vəsiqəsinin əsli olmayan, notariat qaydada təsdiqlənməmiş kserosurəti mövcuddur. 2020 il - 2021-ci ilin və xx.xx.2022-ci il tarixli Nəsimi Rayon Məhkəməsinə verilən iddia ərizələrində Abduləliyev yazıb ki, guya xx.xx.1997-ci ildə, mülkiyyətində olan əmlakdan, 47,3 kv.m yaşayış sahə və 14,4 kv.m. olan köməkçi sahə tərəfindən satılıb. Lakin 143669 №-li və 121004 №- li əsli olmayan qeydiyyat vəsiqələrinin notariat qaydasında təsdiqlənməmiş kserosurətlərinə və xx.xx.1997-ci ilin ə sli olmayan "DOQOVOR” sənədinin kserosurətinə əsasən, İddiaçı satıb yalnız 47,3 kv.m sahəni. Bəs iddia ərizələrində yazdığı kimi tərəfindən satılan 14,4 kv.m. köməkçi sahəyə aid sənəd haradadır? Kimə satıb? Nə vaxt satıb? 1995-ci il tarixli əsli olmayan notariat qaydasında təsdiqlənməmiş texpasportun kserosurətinin hansı hissəsində 14,4 kv.m. sahə əks olunub. Bu suallara Abduləliyev məhkəmədə nə cavab, nə də ki bir sənədin əslini təqdim edə bilmədi. Məhkəmənin 7 ay çəkən prosesində Abduləliyev tərəfindən təqdim edilən yalnız açıq şəkildə bütün saxtalaşdırılmış, notarial qaydada təsdiqlənməmiş, əsli olmayan kserosurətli sənədlər oldu. X24 1967-ci ildən öz arvadı ilə və onunla Dağıstan küçəsi ev 24, mən.2-də rəsmi qeydiyyatda olmuşlar. Boşandıqdan sonra atasının arvadı, yəni anası və o qeydi yyatdan çıxıb başqa ünvana köçmüşlər, lakin atası 1967-ci ildən 2021-ci ilin dekabr ayınadək həmin mənzildə qeydiyyatda olmaqla daimi yaşayıb. 2021-ci ilin dekabırın 10-da atası vəfat etmişdir.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6082 saylı ekspert rəyinə əsasən tədqiq olunan yaşayış evi üzrə tərtib edilmiş texniki pasportlarda, həmçinin çıxarışda tikililər sıra nömrəsi ilə deyil, “A,:, “B”, “V” kimi qeyd edildiyindən, eləcə də “2“ kimi göstərilən tikiliyə dair hər hansı plan sxem iş materiallarına əlavə edilmədiyindən, Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1017/2021 saylı qətnaməsində ünvan 4 ünvanında yerləşən "2” kimi qeyd edilən tikili ilə ilkin iddia ərizəsində ünvan 4 ünvanında yerəşən “ A” kimi qeyd edilən tikilinin eyni olub-olmamasını müəyyən etmək mümkün olmadı. Tədqiq olunan tikililərin faktiki ölçülərinə əsasən aparılmış hesablamalar nəticəsində X11 qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin (texniki pasport üzrə 7 və 8 saylı otaqların) ölçüləri ilə İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən, “A” kimi qeyd edilən tikilisinin ölçülərinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Belə ki, tədqiq olunan yaşayış evi üzrə tərtib edilmiş texniki pasportlarda, “A” kimi qeyd edilən tikilinin 7 saylı otağının ölçüsü (3,0x2,5=7,5 kv.m), 8 saylı otağının ölçüsü (1,9x2,0=3,8 kv.m) göstərilmiş, lakin baxış zamanı 7 saylı otağın ölçüsü (3,0x4,12=12,4 kv.m), 8 saylı otağının ölçüsü isə (2,0x2,15=4,3 kv.m) müəyyən edilmişdir. Tədqiq olunan yaşayış evi üzrə tər tib edilmiş texniki pasportlarda X11 qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin (texniki pasport üzrə 7 və 8 saylı otaqların) “A” kimi qeyd edilən tikiliyə daxil edilməklə ümumi sahəsinin 132,0 kv.metr təşkil etdiyi göstərilmişdir. Lakin 7 və 8 saylı otaqların ölçülərinin texniki pasportda qeyd olunan ölçülərdən fərqli olduğu nəzərə alındıqda, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən, "A” kimi qeyd edilən tikilinin 7 və 8 saylı otaqlarla birlikdə ümumi sahəsinin texniki pasporta uyğun olmadığı və texniki pasportda göstərilən sahədən 5,4 kv.metr artıq təşkil etdiyi müəyyən olunur.

13. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli sübutların yerində müayinəsi zamanı, fərdi yaşayış sahəsinə daxil olarkən, ümumi həyətdə sağ tərəfdə bir girişi olan texniki pasportda qeyd edildiyi kimi içərisində koridor ilə birlikdə altı otağın olması, yuxarıda qeyd edilən A nömrəli mənzilə bitişik bir otaqlı 2 saylı sahə və həmin sahəyə bitişik ayrı sahənin olması, həyətin sol küncündə sanitar qovşağının olması (texniki pasportda qeyd olunduğu kimi), mübahisəli iki otaqda (bir-birinə bitişik və hər birinin ayrıca giriş qapıları olmaqla) cavabdeh və atasına aid olan əşyaların olması, mübahisəli otaqların hər birinin açarlarının cavabdehdə olması və baxış keçirilən zaman cavabdeh tərəfindən açılması, mübahisəli iki sahəyə aid ayrılıqda qaz, su və işıq sayğaclarının olması müəyyən olunmuşdur.

14. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-330/218356/2023 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 24 saylı fərdi yaşayış evinin "B" tikilisi və "V" tikilisi X7, "A” tikilisi İddiaçı mülkiyyətindədir.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(006)-121/2023 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti yaşayış sahəsi iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, əvvəl qeydiyyat vəsiqəsi, sonra isə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı, cavabdehin və əşyaların evdən çıxarılmasını və mənzilin boşaldılmasını tələb etməkdə haqlı olduğundan ilkin iddia təmin edilməlidir.

17. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə isə qarşılıqlı iddia üzrə iddiaçının, qanuni sahibliyində olduğunu iddia etdiyi evin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən evin hər hansı hüquqla qarşılıqlı iddia üzrə iddiaçıya, o cümlədən atası X13 məxsusluğu müəyyən edilməmiş, eyni zamanda evin İddiaçı mülkiyyətində olması müəyyən olunmuşdur. Hətta qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həmin evdə yaşamış Cavabdeh atası X11 həmin evə istifadə hüququnun olması müəyyən olunsa da, mülki qanunvericiliyin tələblərinə əsasən həmin hüquq vərəsəlik qaydasında keçmədiyindən sözügedən hüquqa görə mübahisəli evin Cavabdeh aidiyyəti müəyyən oluna bilməz. Qarşılıqlı iddia üzrə iddia çını iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o və atası X16 mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud ev qanunla nəzərdə tutulmuş qaydada onların qanuni istifadəsinə verilməmişdir, əksinə məhkəmə tədqiqatı zamanı həm qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə, həmçinin işdə olan qeydiyyat vəsiqəsi və çıxarışla həmin evin İddiaçı mülkiyyətində olması müəyyən olunmuşdur.

18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 153.4, 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməs indəki icraat

19. Qətnamədən ilkin iddia üzrə cavabdeh (qarşılqılı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli e-2(006)-121/2023 saylı qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tərəfindən işin faktiki halları təhrif edilmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Qeyd etmişdir ki, mərhum atası X11 ünvan 5 ünvanında yerləşən 2№-li mənzili ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə təqdim etdiyi heç bir sənədində əks olunmamışdır, çünki həmin mənzil sahəsi ona məxsus “A” tikilisinin tə rkibinə heç vaxt daxil olmamışdır. Atasının rəsmi qeydiyyatda olmaqla 1967-ci ildən 54 il daimi və fasiləsiz yaşadığı ünvan 6 ünvanında olan ümumi təyinatlı həyətdə ayrıca yerləşən 2№-li mənzili ilkin İddiaçı nə xx.xx.2022-ci il tarixli təsdiqlənməmiş kserosurətli texniki pasportunda, nə də ki, xx.xx.1995-ci il tarixli, kserosurətli, möhürsüz, təsdiqlənməmiş, müvafiq çıxarışı olmayan texniki pasportunda, nə də ki 22.03.22-ci il tarixlı təsdiqlənməmiş çıxarışında qeyd olunmamışdır. Belə ki, Natiq Şahbazov (Dağıstan) küçəsi ev 24 ünvanında olan ümumi həyətdə yerləşən 1№-li mənzil (texniki pasportlara əsasən “A” tikili) və 3№- li mənzil (texniki pasportlara əsasən “B” və “V”tikili), atasının, həyətdə ayrıca yerləşən, 2№-li mənzili istisna olmaqla, İddiaçıvə naməlum şəxs Hüseynov Hüseynin adla rına olan, birincisi xx.xx.1994-cü il, əsli olmayan, təsdiqlənməmiş, müvafiq texniki pasportu olmayan, ikincisi, yenə də xx.xx.1994-cü il tarixlı, əsli olmayan, təsdiqlənməmiş, müvafiq texniki pasportu olmayan, və üçüncüsü xx.xx.1998-ci il tarixlı, əsli olmayan, təsdiqlənməmiş, müvaffiq texniki pasportu olmayan, kserosurətli qeydiyyat vəsiqələri ilə adlarına yazılmışdır. Lakin xx.xx.1995-ci il tarixli, əsli olmayan, təsdiqlənməmiş, möhürsüz, müvafiq çıxarışı olmayan, vəzifəli şəxs A.Qaraşovun imzası olmayan, tək Abduləliyevin adına yazılan texniki pasportun “3” səhifəsində, “A” tikilinin plan sxemasında, yalnız onun atasının 2№-li mənzilinin içərisində yerləşən sahəsi 12,77 kv.m ölçüdə olan bir otağı və 4,37 kv.m. ölçüdə olan mətbəxi əks olunmamışdır. Onun çoxsaylı şikayətlərindən sonra if şa olunan Abduləliyev, atası rəhmətə gedəndən 3 ay sonra, ikinci dəfə, bu səfər isə “Hüquq subyekti“hissəsində “Abduləliyev və başqaları” adlarına yazılan təsdiqlənməmiş 15.03.22-ci il tarixlı texniki pasportun “3” səhifəsində, “A” tikilisinin planında, yenə də, onun atasının həyətdə ayrıca yerləşən, müstəqil tavanı olan, həyətə açılan iki ayrıca giriş qapıları olan 2 №-li mənzilin daxilində olan, sahəsi 12,77 kv.metrlik otağı və 4,37 kv.metrlik mətbəxin ölçüləri əks olunmamışdır. Atası qeyd olunan yaşayış sahəsinə faktiki mülkiyyətçi hüququ ilə 30 ildən artıq fasiləsiz və etirazsız sahiblik etmişdir. İlkin iddiaçı tərəfindən onun atasının mənzilə olan gözlənilən mülkiyyət hüququ pozulmuşdur. Atasının 2 №-li mənzili 1967-ci ildə dörd tərəfdən müstəqil kubik daşından inşa olunmuşdur. Bildir mişdir ki, onun atasının 54 il yaşadığı 2№-li mənzilinin Abduləliyevin 1№-li mənzilinə aidiyyəti yoxdur, onlar heç vaxt tam eyni tikili olmayıblar, onun atasının mənzili 1967-ci ilin tikinti materiallarından inşa olunub, lakin Abduləliyevin 1№-li mənzili, əvəllər erməni vətəndaşa məxsus olduğundan, həmin 1 №-li mənzil 1907-ci ildə inşa olunub. Bundan başqa bildirmişdir ki, atasının mənzilində sanitar qovşağı olmamışdır, atası 54 il həyətdə yerləşən sanitar qovşaqdan istifadə etmişdir. O, 54 il tək atasının istifadəsində olan sanitar qovşağını nəzərdə tuturdu, ona görə ki, həyətdə olan və texpasportlara əsasən “B” və “V” tikilillər kimi təqdim olunan 3№-li mənzildə eyni ilə Abduləliyevin 1 №-li mənzilindəki kimi öz sanitar qovşağı var. Əgər məhkəmə qətnaməni tərtib edərkən (qətnamənin “10” səhifəsində) hesab edir ki, o, MMnin 157-ci maddəsinə əsaslanıb, Abduləliyevdən atasının 2№-li mənzilini geri almaq istəyir, onda açıq bildirir ki, Abduləliyevin iki ədəd texpasportlarına əsasən, onun atasının 54 il yaşadığı 2№- li mənzili nə iki ədəd texpasportlarda, nə də ki, heç vaxt Abduləliyevin sərəncamında və istifadəsində olmayıb ki, o, atasının 2№-li mənzilini geri tələb etsin. Həyətdə olan sanitar qovşağı ona görə vurğulayır ki, onun veteran müəllim atası çətin şəraitdə yaşamış və hər bir fəsildə həyətdə olan krandan istifadə edib sanitar qovşağından istifadə etmişdir. Atası mənzilinə çıxarış almadan vəfat etmişdir. Onun sənəd işinə marağı olamamışdır. Həmçinin heç vaxt heç kim, nə başqa sakinlər, qonşular, nə də ki, dövlət orqanları tərəfindən onun yaşayış sahəsinə heç bir müd axilə olmamışdır. Qeyd olunan yaşayış sahəsinə onun gözlənilən mülkiyyət hüququ vardır. Atası 54 il fasiləsiz olaraq ünvan 7 ünvanında yerləşən 2 saylı mənzildə yaşamışdır. X24 vəfat edəndən sonra, vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə notariusa müraciət etmişdir, notarius ona Daşınmaz Əmlakın dövlət reyestri xidmətinə müraciət etməyi məsləhət görmüşdür. Reyestr xidməti tərəfindən ondan mülkiyyət hüququnun tanınması barədə qətnamə tələb etmişdir. Buna görə də o, mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia qaldırmaqda haqlı olmuşdur. Müqaviləvə ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında ar ayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

21. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(103)-6251/2023 nömrəli qətnaməsi ilə (hakimlər C.C.Musayeva (sədrliyi və məruzəsi ilə), F.F.Babayev və G.T.Axundovadan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-121/2023 saylı 31 iyul 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli tikili cavabdehin atasının adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçməmiş, onun mülkiy yətində olmamışdır. Ev yalnız onun sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan qeyd edilməlidir ki, mərhum X11 uzun müddət istifadəsində və sahibliyində olan mübahisəli mənzili öz mülkiyyətinə keçirmək üçün qanuni gözləntiləri, maddi dəyəri olan hüququ yox idi. X11 mövcudluğu məhkəmə qətnaməsi ilə təsdiq edilmiş istifadə hüququ isə mahiyyət etibarı ilə şəxsə bağlı bir hüquq olduğundan, əmlak xarakterli olmadığından onun ölümü ilə xitam olunmuş, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə onun miras kütləsinə daxil olmamaqla vərəsəlik qaydasında vərəsəsinə (cavabdehə) keçməmişdir.

23. Bundan əlavə qeyd edilməlidir ki, cavabdehin özünün də ünvan 2 ünvanında yerləşən mübahisəli ev üzərində istifadə hüququ mövcud deyildir. Belə ki, o, iddiaçının mülkiyyətində olan tikilidə əvvəllər yaşasa da, uzun müddətdir ki, oranı tərk etmiş (özünün izahatına görə 8 yaşında), yaşamamışdır.

24. Lakin buna baxmayaraq, cavabdeh həmin bu tikilini iddiaçıya təhvil verməkdən imtina edir. Məhkəmə hesab etmişdir ki, ünvan 2 ünvanında yerləşən mübahisəli ev mülkiyyət hüququ ilə iddiaçıya keçdiyindən, cavabdehin iddiaçının mülkiyyətinə keçmiş tikilidən hər hansı formada istifadə etməsi sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından ilkin iddianı təmin edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdehin həmin evi sahibliyində saxlamasına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir.

25. Mübahisəli “A” tikilisinin İddiaçı məxsus fərdi yaşayış evinin tərkibinə daxil olmamasına dair apelyasiya şikayətindəki dəlil ilə əlaqədar məhkəmə kollegiyası qeyd et mişdir ki, bu məsələ artıq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1017/2021 saylı qətnaməsində öz təsdiqini tapmışdır. Belə ki, həmin qətnamə əsasında məhz bu tikilinin İddiaçı paylı mülkiyyətində olduğu, cavabdehin atasının istifadə hüququ ilə yüklü edildiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası iş üzrə tərtib edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6082 saylı ekspert rəyinə işin hallarının təsdiqi üçün əhəmiyyəti olmadığından sübut kimi istinad edilməsinə zərurət olmadığını qeyd etmişdir 26. xx.xx.2022-ci il tarixli İddiaçı adına olan cıxarışın ləğv olunması və Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi, ev 24, mənzil 2-nin üzərində mülkiyyət hüququnun tan ınması barədə qarşılıqlı iddia tələbləri ilə əlaqədar ilk öncə qeyd etmişdir ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi Nəsimi Rayon Məhkəməsinin 21114 saylı, 25 oktyabr 1994-cü il tarixli qətnaməsinə əsasən Şahbazov küçəsi 24 saylı ünvanında yerləşən (keçmiş Dağıstan küçəsi) daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin iddiaçı ilə əmlakın keçmiş mülkiyyətçisi X10 arasında bağlanmış hesab edilməsi və İddiaçı mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həvalə edilməsi qət edilmiş, həmin dövlət orqanı tərəfindən iddiaçının adına 21 dekabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsi tərtib edilmişdir.

27. B eləliklə, mübahisəli əmlakın başqa şəxsin mülkiyyətində olması qanuni qüvvəsini almış məhkəmə aktları və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə müvafiq çıxarış ilə öz təsdiqini tapmışdır. Nəsimi Rayon Məhkəməsinin 2-1114 saylı, 25 oktyabr 1994-cü il tarixli qətnaməsi və ya çıxarışın verilməsi maraqlarına toxunması ehtimal edilən şəxslər tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddiası əsassızdır.

28. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.1.1.3, 139.1.1.4, 140,152.1,157.2,157.4,157.8,1153,1159.1-ci, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60,8 7-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1,14.2,77.1,881-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İlkin iddia üzrə Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(103)-6251/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı Abduləliyevin iddiasında istinad etdiyi xx.xx.2022-ci il tarixli texniki pasporta əsasən, Abduləliyevin mülkiyyətində yalnız “A” tikilisi mövcuddur (yəni Akopova Cülyettanın 1№-li mənzili) və iddia predmeti olan, atasının 2 №-li mənzilinin içəri sində yerləşən, otağın (12,77kv.m.) və mətbəxin (4,37 kv.m.) sahə ölçüləri xx.xx.1994-cü il tarixli, 237 №-li Nəsimi rayon 16 saylı MİS-nin məktuba əsasən, nə Akopova (Qrişanova) Cülyetta Baqratovnaya məxsus deyildilər, nə də ki iddiaçı Abduləliyevin xx.xx.2022-ci il tarixli texniki pasportuna daxil deyillər. Buna baxmayaraq, Abduləliyev 2020-ci ilin oktyabr ayından başlayaraq, saxtalaşdırılmış sənədlərdən istifadə edərək və yalan, ziddiyyətli məlumatları verərək, əvvəl onun atasına (əsası olmadan tələb edirdi ki, atasını 2№-li mənzilindən çıxartsınlar), indi də ona qarşı (yenə də iddia predmeti kimi atasının 2№-li mənzilini qoyaraq) tam əsassız, sənədsiz, eyni predmetli iddia irəli sürüb. Digər tərəfdən, onun qanunla qorunan mülkiyyət hüququ (və onun tərkib hissələri) var və mülkiyyətində daşınmaz əmlak ola bilər. Belə ki, atası, iddia predmeti olan və Nəsimi rayon 16 saylı MKTB-nin xx.xx.2020-ci il tarixli, 127 №-li arayışa və “eskiz”ə əsasən, yalnız atasına məxsus olan 2№-li mənzil üzərində 1967-ci ildən, 54 ilə, istifadə və sahiblik hüququnu faktiki olaraq qazanmışdır. Əgər atası 2№-li, “sənədsiz evlər” kateqoriyasına aid olan mənzilinə, çıxarış əldə etməyibsə və 2№-li mənzilin sahə ölçüləri iddiaçı Abduləliyevin 15.03.22-ci il tarixli texniki pasportun “A” tikilisinə və digər tikilillərə daxil deyilsı və atası vəfat edibsə, onda 2№-li mənzil atasının varisinə qalmalıdır.

31. Bundan əlavə, apellyasiya məhkəməsi istinad etdiyi Konstitusiyanın 29-cu maddəsini həm düzgün şərh etməyib, digər tərəfdən də məhkəmə 29-cu maddənin 7-ci bəndini açıq şəkildə pozub. Apellyasiya m əhkəməsi tərəfindən yarımçıq, natamam şəkildə istinad etdiyi Konstitusiyanın 29-cu maddəsinin qeyd etmədiyi 7-ci hissəsinə əsasən “Dövlət vərəsəlik hüququna təminat verir.” Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə, vərəsə olaraq, mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Əgər apellyasiya məhkəməsi Konstitusiyanın tam şəkildə 29-cu maddəyə istinad edirdisə, onda kasatorun vərəsəlik hüququ nəzərə alardı. İddia predmeti olan 2№-li mənzil ona atasından qalıb, 2№-li mənzil nə X1 məxsus deyildir, nə də ki 30 il atasından sonra həyətə köçən iddiaçı Abduləliyevin 15.03.22-ci il tarixli texniki pasportunda qeyd olunmayıb. Digər tərəfdən atasnın 54 il qeydiyyatda olmaqla istifadəsində olan 2№-li mənzili, xx.xx.2021-ci ildən tək onun istifadəsindədir və o atasının yeganə birinci növbəli vərəsəsi olaraq, məhkəmədən ona mülkiyyət hüququnun verilməsini xahiş etmişdir.

32. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 60-cı və 87-ci, Mülki Məcəlləsinin 139.1, 139-1.1.3, 139-1.1.4, 140, 152.1, 157.2, 157.4, 157.8, 1153-cü və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə və MPM-nin 4.1, 14.2-ci, 77.1ci və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etriaz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, b aşqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1.3-cü və 139-1.1.4. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı və qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiq liyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərək ətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 1153. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsəl ər sayılırlar. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 38.60 İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 39.87 Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 4 17.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər..«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin (qarşılıqlı iddiaçının) hazırki kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılmış və qarşılıqlı iddiaçının və onun vəfat etmiş atasının mübahisələndirilən yaşayış sahəsinə hər hansı hüquqlarının olmaması müəyyən edilmişdir.

38. Qarşılıqlı iddiaçı mübahisəli əmlakın atasından miras qalmış əmlak olduğunu və onun vərəsəlik hüququnun pozulmasını iddia edir.

39. Lakin işin hər hansı bir halı ilə mübahisəli əmlakın qarşılıqlı iddiaçının atasının miras aktivini təşkil etməsi öz təsdiqini tapmır.

40. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr müəyyən etmişlər ki, qarşılıqlı iddiaçının iddia etdiyi yaşayış sahəsi iddiaçının mülkiyyətində olan vahid əmlakın bir hissəsidir, onun mülkiyyət hüququnun qeydə alınmasına əsas qanuni qüvvədə olan məhkəmə qətnaməsidir və qarşılıqlı iddiaçı tərəfindən edilən maneçilik isə mülkiyyətçinin mülkiyyət hüququnun pozulmasına səbəb olur.

41. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmələr belə qənaətə gəlmişlər ki, qarşılıqlı iddiaçının (qanuni əsaslarla atasından ona keçməsi mümkün ola bilən) yaşayış sahəsi üzərində hər hansı əşya hüquq müəyyən olunmadığından onun iddiaçının hüquqmüəyyənedici sənədlərini mübahisələndirmə k üçün subyektiv hüququ yoxdur.

42. Kassasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və qətnamənin ləğvi üçün əsas ola bilməz.

43. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara al dı: İlkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(103)-6251/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar