Məhkəmə qərarları › İş №2(102)-1017/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1017/2020

12.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1017/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X7 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-6590/2018, hakim A.Ə.Rzayev) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası rədd e dilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-3434/2019, hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-5167/2019, hakimlər A.K.Kalbalıyev, V.Ə.İbayev və Ə.Ə.Əliyev) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-12304/2019, hakimlər A.Q.Hüseynov, A.N.İmanov və V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib edilib iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş ü zrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxx 1998-ci il tarixli sərəncamı ilə o, və qardaşı X11 analarının vəfat etməsi ilə bağlı nənələri X5 qəyyumluğuna verilmişlər. X1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində onlarla birlikdə yaşamaqla məcburi köçkün kimi də qeyd edilən ünvana qeydiyyata alınmışlar. Hətta mərhum nə nəsi Kərimova Nurdanə tərəfindən bu fərdi yaşayış evi və digər məsələlərlə bağlı hüquqlarının həyata keçirilməsi üçün 2016-cı ildə ona etibarnamə də verilmişdir. Bu ünvan onların daimi yaşayış yerləridir və başqa yerdə yaşayış yerləri yoxdur. Nənə və babası vəfat etdikdən sonra bu fərdi yaşayış evində onlar yaşamağa davam etmişlər. Onlar müvəqqəti olaraq ayrı yaşayan atası ilə görüşmək üçün getdikdə cavabdehlər qeyri-qanuni olaraq evin qapısını açmışlar və onların evdə olmamağından istifadə edərək, fərdi yaşayış evini cavabdeh X2. xx.xx.2018-ci il tarixdə evə qayıtdıqda artıq evdə başqa şəxsin yaşadığını görmüşlər, lakin onları cavabdehlər mənzilə buraxmamışlar. Onlara məxsus əşyalar da hal-hazırda həmin fərdi yaşayış evində yerləşir. Cavabdehlər tərəfindən fərdi yaşayış evinə buraxılmamağ ı səbəbindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Onun şəxsi yaşayış yeri, evi yoxdur. Bu qanuna zidd əməllər barədə o, polisə şikayət etmişdir, lakin mülki xarakterli olduğundan polisdən məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Polis Bölməsi tərəfindən verilmiş araşdırma materiallarının surəti ilə də onun qeyd edilən ünvanda yaşamağı və faktiki olaraq həmin evin babasına məxsus olması sübuta yetirilir. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı mübahisəli evdə deyil, atası ilə birlikdə, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsində yaşamış, həmin ünvanda yerləşən orta məktəbdə təhsil almışdır. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. A pellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının həmin evə köçmə tələbinin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla bərabər Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə edilməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinin tələblərinə görə fiziki şəxsin adətən yaşadığı yer onun y aşayış yeri sayılır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının qəyyumu olmuş nənəsi mərhum Nurdanə Kərimova və babası X8 tərəfindən tikilmişdir. Eyni zamanda təqdim olunan sübutlarla iddiaçının nənəsi ölənədək onunla birlikdə yaşadığı təsdiq olunur. Beləliklə, iddiaçının yaşayış yeri mübahisəli fərdi yaşayış evi olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İşin qeyd edilən hallarını nəzərə almaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli evə köçürülməsini tələb etməkdə haqlıdır. Kassasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edən dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırılaraq hüquqi qiymət verilmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar