Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1017/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1017/2024 Açar sözlər: evə köçürülmə tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4043/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını ara şdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 may 2022-cü il tarixli, e-2(008)2552/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Rafael qızı ilə Cavabdeh arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1271 nömrəli akt qeydi ilə tərtib olunmuş 27 avqust 2011-ci il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları 01 iyul 2011-ci il təvəllüdlü X4 və 01 aprel 2014-cü il təvəllüdlü X1 İddiaçı Rafael qızının himayəsində saxlanılması qət edilmişdir.
3. Tərəflər arasındakı mübahisə İddiaçı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və köçürülmələri tələbləri ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci inst ansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və uşaqları 01 iyul 2011-ci il təvəllüdlü X4 və 01 aprel 2014-ci il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 27 avqust 2011-ci il tarixdə Cavabdeh Mirzəağa oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin gündən etibarən ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüşdür. Həyat yoldaşı ilə birlikdə həmin mənzildə yaşayaraq birgə təsərrüfat aparmışlar. Yaşayış evinin kommunal xərcləri barədə qəbzlər də iddiaçının yoldaşının adına gəlmiş və onlar tərəfindən ödənilmişdir. Cavabdehlə aralarında olan münaqişə nəticəsin də iddiaçı xəsarət almış, bundan sonra cavabdeh iddiaçını və uşaqlarını məcburi şəkildə atasının müvəqqəti yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi 1 may küçəsi, fərdi yaşayış evinə aparmışdır. İddiaçı uşaqlarla birlikdə məcbur qalıb həmin balaca evdə yaşamışlar. Uşaqlar Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən məktəbdə təhsil alırlar. Hər gün məktəbə gedibgəlməkləri onlara çətinlik yaradır. İddiaçının və uşaqlarının atasının yanında qalmaqları mümkün deyil. Cavabdehə dəfələrlə bu barədə məlumat versə də, cavabdeh həmin yaşayış evinə köçməyə imkan vermir. İddiaçının hazırda yaşamağa, qalmağa heç bir yeri yoxdur.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(008)872/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Qətnamə belə əs aslandırılmışdır ki, ölkə qanunvericiliyində özbaşına tikilidən istifadə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normasının mövcud olmadığı, bununla belə, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarının və oradan istifadə etmələrinin birbaşa qadağan edilmədiyi nəzərə alınmalıdır. Qeyd olunan qanunvericilik normasında özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırkı iş materiallarından və izahatlara əsasən müəyyən olunan hallar odur ki, iddiaçı cavabdehlə mübahisəli evdə yaşayaraq birgə təsərrüfat apardığını qeyd etsə də, evin tikilməsində, təmirində hər hansı şəkildə iştirak etməsi, tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ümumiyyətlə sözügedən qanunsuz tikilinin onun həyat yoldaşına məxsus olmasına işarə edən hər hansısa kommunal ödənişlər, vergi ödənişləri də təqdim etməmişdir. Digər tərəfdən də, İddiaçı nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçı artıq iki ildir atasına məxsus evdə yaşayır. Belə olan halda iddiaçının iki il ərzində həmin evə köçürülməsi tələbinin olmaması da onun yaşamağa yerinin olmasına dəlalət etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 180-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı qətnamədən apellyasiya şikayəti v erərək, ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin belə bir nəticəyə gəlməsi tam əsassızdır, əvvəla o həmin evdən xoşluqla deyil, cavabdeh tərəfindən qovularaq çıxarılmış və ağır bədən xəsarətləri almış, aldığı xəsarətlər üzündən o hərəkət qabiliyyətini də itirmiş, bununla bağlı məhkəməyə yetərincə sübutlar təqdim etmişdir. Mübahisəli evdə o 10 ilə yaxın bir müddətdə yaşamış və uşaqları da bu evdə yaşayan vaxt doğulmuşdur, bu ev onların birgə vəsaiti hesabına tikilmiş, təmir olunmuşdur. Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hiss əsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.” Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən ona qarşı törətd iyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə o uşaqları ilə məhrum edildiyi evə köçürülməlidir. Bu konstitusion normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Ölkədə özbaşına tikililərin sayı çox olduğundan özbaşına tikilidə yaşayan şəxslərin də sayı çoxdur, bu səbəbdən özbaşına tikililərdə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi faktlarının sayı artır. Halbuki, özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili, ya nikah dövründə əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılacaq (Mülki Məcəllə, maddə 225), yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq (Mülki Məcəllə, maddə 228.5; Mənzil Məcəlləsi, maddə 30), qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaq. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola, özbaşına tikinti aparmış şəxsə (artıq qanunu pozmuş şəxsə) növbəti qanunsuzluqlar e tməyə (özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətlər etməyə) əsas yarada bilər.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və X5) 2(103)-4043/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
12. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinad etməklə, yaşadıqları mənzildən qanunsuz mə hrum edildiklərini bildirmişdir. Əvvəla qeyd olunmalıdır ki, cavabdehin mübahisəli tikiliyə köçməsi cavabdehlə rəsmi nikaha girdikləri 27 avqust 2011-ci il tarixdən sonra olmuşdur ki, qüvvədə olan qanunvericiliyə əsasən, həmin vaxt yaranmış mübahisəli hüquq münasibətlərinə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin normalardan da göründüyü kimi, qanunverici yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsi və saxlanılması məsələləri ilə bağlı “yaşayış sahəsinin mülkiyyətçisi” anlayışından istifadə edir. Hazırkı halda iddiaçının istinad etdiyi yaşayış sahəsi isə özbaşına tikilidir və Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Göründüyü kimi, q anunvericiliyə əsasən, hazırkı halda iddiaçının hər hansı istifadə hüququna istinad etməsi istisna olunur. Digər tərəfdən, mübahisə predmeti olan tikili qanuni əsaslarla tikilmiş tikili olsaydı belə, iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verdiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən onun istifadə hüququ saxlanmayacaqdı. Göstərilən əsaslar olmadan, yəni hər hansı istifadə hüququna istinad etmədən, özbaşına tikiliyə köçürülmə tələbinin təmin olunması üçün isə iddiaçı ilk növbədə həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin hazırkı işdə iddiaçı məhkəməyə belə sübutlar təqdim etməmiş, nə də apellyasiya şikayətində bu sübutların mövcudluğunu əsaslandırmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçının konstitusion norma kimi “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” müddəasına əsaslanması da əsassızdır. Belə ki, əgər belə bir məhrum etmə mövcud olmuşdursa, bunun qanunsuz olduğunu nəticəsinə gəlmək üçün iddiaçı ilk növbədə yuxarıda sadalanan halları, yaşayış sahəsi ilə bağlı hər hansı hüquqlarının olduğunu sübut etməlidir.
13. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11, 139, 180, Azərbayca n Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, 30.5, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4043/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini, iddia tələbinin təmin edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.
15. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iş materialları ilə qeyd edilən fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüquqlarının mövcudluğu öz təsdiqini tapmamış və hazırki evin özbaşına tikili olması işin mübahisə olunmayan halıdır. Digər tərəfdən əgər məhkəmə bu evə mülkiyyət kimi yanaşırsa, məhkəmə işin hallarını iddiaçının azyaşlı uşaqları ilə (həmin uşaqlar həm də cavabdehin uşaqlarıdırlar) yaşamağa başqa bir daimi yaşayış yerlərinin olmadığını nəzərə alaraq müəyyən müddətə bu evdə yaşayış hüququ verməklə köçürülmələrini təmin edə bilərdi, lakin məhkəmə işin hallarını, iddiaçının azyaşlı uşaqları ilə yaşayış sahəsinə kəskin ehtiyacını, səhhətini nəzərə almaqla iddia tələbini təmin edə bilərdi, lakin məhkəmə bu halları nəzərə almayaraq iddia tələbini tamamilə rədd etmiş 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. İddiaçı qeyd edilən evdə cavabdehlə birgə yaşadıqları zaman əlavə işlər apardıqlarını, birgə vəsait sərf etdiklərini və 10 il müddətində bu işlərin aparıldığını bildirmiş, lakin məhkəmə bu halları nəzərə almamı şdır. Məhkəmə ilk öncə maddi norma kimi Mülki Məcəlləsinin 11,180-ci maddələrinə istinad etmişdir. Burada maddi normalar tətbiq olunarkən 2 əsas məqama diqqət yetirilməlidir. Qeyd edilən ev üzərində hüquqların dövlət qeydiyyatına alınmaması və həmin evdən istifadə hüquqlarının xx.xx.2009-cu il tarixdən sonra yaranması. AR Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda, həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda, tərəflərin hüquq və vəzifələri mülki qanun vericilik prinsipləri əsas götürülməklə tənzimlənir.
16. İddiaçı bildirmişdir ki, tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun cavabdehə qarşı törətdiyi evdən məhrumetmə də qanunsuzdur. Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Bu konstitusion normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarından biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüq uqun mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına maneələr yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın t ətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, ö zbaşına insa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olun ması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir Uşaq hüquqları haqqında Qanunun 20-ci maddəsinə görə, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Lakin məhkəmə bu konstitusion normanı və uşaq hüquqları haqqında Qanunun tələblərini nəzərə almayaraq əsaslı iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə:
18. Maddə
4. Əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.
19. Maddə 14.2. Qanunvericiliyin yol verdiyi əsaslar üz rə əmlak əldə edilməsi, fiziki və hüquqi şəxslərin digər hərəkətləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
22. Maddə 180.2. Özbaşına tikinti aparmı ş şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Ailə Məcəlləsi:
23. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
24. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
25. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
26. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozu lması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
27. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Mənzil Məcəlləsi
28. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə hə min mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
29. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mülki Prosessual Məcəllə:
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin h ərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətn aməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. İddiaçı bildirir ki, əvvəlcə cavabdehin atasının köhnə evində yaşayıblar, nikah bağlanan vaxt ev bir mərtəbədən ibarət olub, sonradan yeni evin tikilməsində iştirak etmişdir, eyni həyətdə üç ədəd iki mərtəbəli ev var, biri də iki mərtəbəli beş otaqlı evdir, cavabdehlə birgə ikinci mərtəbədə yaşamışlar, əşyaları hələ də həmin evdədir, mübahisəli evdə on ilə yaxın bir müddətdə yaşamış, uşaqları da bu evdə yaşayan vaxt doğulmuş, ev onların birgə vəsaiti hesabına tikilmiş, təmir olunmuşdur.
40. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, evin ona aidiyyəti yoxdur, evlər onun onun qardaşına məxsusdur, hazırda özü orda yaşamır, valideynləri qalır.
41. Məhkəmələr iddianı o əsasla rədd etmişlər ki, mübahisə predmeti olan ev özbaşına tikilidir, iddiaçı həmin evdə yaşayaraq birgə təsərrüfat apardığı, onun tikilməsində, təmirində hər hansı şəkildə iştirak etməsi, tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməsi barədə sübut təqdim etməmişdir, tərəflərin nikahı pozulmuşdur, iddiaçı Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsindən istifadə hüququ qazanmamışdır.
42. Kassasiya məhkəməsi bu mövqeyi işin yekun həlli üçün kifayətedici saymır və hesab edir ki, iddiaçının bildirdiyi halların (§ 39) tam və hərtərəfli aydınlaşdırılması, bu xüsusatlar üzrə tərəflərin dəlillərinə lazımi hüquqi qiymət verilməsi mühüm əhəmiyyət kəsb edir.
43. Ona görə ki, əvvəla, mübahisəli evin özbaşına tikili olması onun ərsəyə gəlməsində ailə birliyi çərçivəsində səyi olan şəxslərin bir iqtisadi dəyər kimi həmin tikiliyə münasibətdə əmlak hüquqlarının müəyyən edilməsinə mane deyil.
44. Bu baxımdan iddiaçının nikahdan sonra yaşadıqları evin ikinci mərtəbəsinin cavabdehlə ailə təsərrüfatı apardıqları dövrdə və bu təsərrüfat hesabına inşa və təmir olunması barədə bildirdiklərinin tam və tərtərəfli şəkildə araşdırılması, bu araşdırmanın nəticəsindən asılı olaraq tərəflərin hüquqlarına aydınlıq gətirilməsi, eləcə də mübahisəyə tətbiq olunacaq hüququn tapılması mühüm əhəmiyyət kəsb etmişdir.
45. Məlum olduğu kimi, ər-arvadın ümumi əmlak əldə etməsinə və istif adəsinə dair hüquq münasibətləri ailə qanunvericiliyi ilə tənzimlənir.
46. Qanuna əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (§ 23-25).
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Qərarına əsasən, ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir.
48. Qərarda o da qeyd edilmişdir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqd a çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur.
49. Beləliklə, ailə münasibətləri çərçivəsində ümumi təsərrüfatla ərsəyə gəldiyi sübuta yetirilən tikili daşınmaz əmlakın dövlət reyestrindən keçməsə də, ondan mənzil ehtiyacını qarşılayan iqtisadi dəyər kimi istifadə olunması mümkündür.
50. Ali Məhkəmənin Plenumunun adı çəkilən qərarında vurğulanmışdır ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini i fadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.
51. Göründüyü kimi, Ali Məhkəmənin Plenumu fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər kimi özbaşına tikintinin faydalı xassələrindən hər iki tərəfin istifadə etməsini mümkün saymışdır.
52. Belə olan halda, hazırkı işdə məhkəmələrin evin dövlət qeydiyyatına alınmaması və iddiaçının evə istifadə hüququnun yaranmamasına istinad etmələri mübahisənin düzgün həlli üçün yetərli sayıla bilməz.
53. Bununla yanaşı, iddiaçının mübahisəli evin (və ya onun əhəmiyyətli bir hissəsinin) inşa və təmir olunmasında ailə birliyi içərisində iştirakına dair dəlilləri, eləcə də cavabdehin etirazları, bu xüsusatlara dair tərəflərin istinad etdikləri hallar və təqdim etdikləri sübutlar tam və hərtərəfli yoxlanılmalıdır. Əgər mübahisəli evin ərsəyə gəlməsində iddiaçı iştirak etmişsə onun meydana gətirilmiş iqtisadi dəyər üzərindəki mülki hüquqlarının nədən ibarət olduğu aydınlaşdırılmalı, həmin hüquqlar ədalətli şəkildə kompensasiya edilmədən iddiaçının mübahisəli evdə yaşamaq imkanından məhrum edilməsinin hüquqdan suiistifadə təşkil edib etməməsinə, mövcud vəziyyətdə iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi üçün əsasların olub-olmadığına yuxarıda göstərilən hüqu qi mövqelər, habelə mülki və ailə qanunvericiliyi əsasında yekun hüquqi qiymət verilməlidir.
54. Ona görə də qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4043/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.