Məhkəmə qərarları › İş №2(102)-1018/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1018/2019

04.02.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1018/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1018/2019 04 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X56, X29 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı və onun vəkili ***nun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli, 2(107)2095/2018 nömrəli qətnaməsindən Cavabdeh ***nın kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hаkim T.Əliyev) 03 aprel 2018-ci il tarixli, 2(039)111/2018 saylı qətnaməsi ilə iddiaçıla r X3 və İddiaçı Cavabdeh qarşı cavabdehin və onu məxsus cehiz əşyalarının ona məxsus mənzildən çıxarılması tələbinə dair ilk iddia təmin edilmiş; Cavabdeh İddiaçı, X10, X11, X12, X16, X13, X37 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın və bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnаməyə əsаsən, Cavabdeh məxsus cehiz əşyaları*** ünvanında yerləşən yaşayış evindən çıxarılması, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat 40 (qırx) qəpik iddiaçılar X3 və İddiaçı xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.F.Quliyev, Ə.T.Məcidov və M.A.Əsədli) 25.09.2018-ci il tarixli, 2(107)-2095/2018 nömrəli qətnaməsi ilə Cavabdeh ***nın apellyasiya şikayəti təmin edilməmiş,Yevlax Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh *** və onun vəkili X49 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh ***na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin özünün və ona məxsus cehiz əşyalarının ona məxsus mənzildən çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı və *** iddia ərizəsinə əlavə təqdim etməklə Cavabdeh ***nın cehiz əşyalarının onlara məxsus,*** ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş et mişdirlər. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh onun nəvəsi mərhum ***un arvadı olmuşdur. *** 30 yanvar 2016-cı ildə vəfat etmişdir. Cavabdehlə nəvəsi, mərhum *** arasında olan 16 noyabr 2013-cü il tarixli, rəsmi nikah, cavabdehin ərizəsi əsasında Yevlax Rayon Məhkəməsinin 25 yanvar 2014-cü il tarixli, 2(039)-1440/2014 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin tarixdən də cavabdeh onların evini tərk etmişdir, başqa yerdə yaşayır. Lakin cavabdeh, bu günə qədər onlara məxsus mənzildən ona məxsus cehiz əşyalarını mənzildən çıxarmır. Bu tamamilə qanunsuzdur, onların mülkiyyət hüququnu pozur. Cavabdeh *** X51 ***, X17, X18, X19, X30, X20 və X37 qarşı (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi və Yevlax şəhəri 1 saylı Dövlət Notariat Kon toru üçüncü şəxslər olmaqla) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin verdiyi RX ******* saylı, 26 avqust 2016-cı il tarixli çıxarışın və onun bütün digər hüquqi nəticələrinin etibarsız hesab edilməsinə, həyat yoldaşı ***dan miras qalmış ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və evin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, faktiki olaraq miras əmlak kimi qəbul etdiyi əmlak üzərində onun mülkiyyət hüquqlarının təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin DƏDRX 17 saylı Ərazi İdarəsinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, mərhum həyat yoldaşının mülkiyyətində olan torpaq sahəsi hazırki cavabdehlər tərəfindən özününküləşdirərək, onun uşağına miras qalmış torpaq sahəsi bilərəkdən qanun üzrə birinci növbəli vərəsələrini xəbərdar etmədən, həyat yoldaşının validenynləri tərəfindən ona məxsus olacaq əmlak bölüşdürülmüşdür. Torpaq mülkiyyətə verilməsinə dair JN 1474A, kod-90101002 saylı şəhadətnamə ilə həyat yoldaşı ***un adına digər cavabdehlərlə birlikdə torpaq sahəsi verilmişdir. Bundan sonra hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* saylı çıxarışla qeyd olunan hüquq dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi 10 nəfərin birgə mülkiyyətində idi. Onun həyat yoldaşı ***la 2012-ci ildə nikah daxil olmuşdur. Həmin nikahdan X21 adında övladları anadan olmuşdur. Həyat yoldaşı 2015-ci il yanvar ayının 30-da vəfat etmişdir. Bundan 6 ay sonra cavabdehlər tərəfindən uşağı ilə birgə məcburi qaydada evdən çıxarılmışdır. Bütün əşyaları bu günə qədər yaşadığı evdədir. Həyat yoldaşından miras qalan torpaq sahəsi, vərəsələr unudulmaqla, təxirə salınmadan 2016-cı ildə, yəni 26 avqust 2016-cı il tarixdə çıxarış əldə edilərək ona aid torpaq sahəsi İddiaçı adına keçirilmişdir. 10 avqust 2016-cı ildə *** və ***nın adına keçirilmişdir. Yevlax şəhəri 1 saylı Dövlət Notariat kontoru onları vərəsələr çağırmadan onlara aid olan payı saxlamadan, birbaşa bütün miras əmlakını onun valideynlərinin adına rəsmiləşmişdir. Halbuki onun mərhum həyat yoldaşı ilə nikahının olması, birgə nikahlarından övladının olması, hazırkı cavabdehlərdən *** və ***lara əsas vermirdi ki, vərəsə olaraq onları gözləmədən qeyd olunan qərarı qəbul etdirib, miras payından onu mərhum etsin. Beləliklə, həyat yoldaş ı ***dan miras qalmış ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərindəki evdə yaşamaqla miras əmlakı qəbul etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNiN DƏLİLLƏRİ: Cavabdeh *** və onun vəkili X49 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi işə baxarkən ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən Azərbaycan Respublikasının Konsttusiyasının 13, 29-cu maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, « İnsan Hüquqları Bəyannaməsinin» 18-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4, Mülki Məcəlləsinin 152.1, 157.2, 1133.1, 1134.1, 1159.1, 1243.2, 1246, Ailə Məcəlləsinin 34.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.4-cü maddəsinə istinad etmişdir. Ancaq qarşılıqlı iddianı rədd edərkən göstərmişdir ki, «mənimlə *** arasındakı nikahın pozulması, bu səbəbdən mənim sonuncunun vərəsəsi ola bilmədiyimi, mərhum ***un qanun üzrə vərəsəsi yalnız sonuncunun və Cavabdeh övladı *** Abdurəhmanlı hesab edilir. Lakin bu zaman da Cavabdeh övladı tərəfindən atasına məxsus əmlakı mülki qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etməsini sübut etməlidir. Belə ki, bu halda Cavabdeh övladının qanuni nümayəndəsi kimi ***un ölümündən sonra 3 ay ərzində ona məxsus miras əmlakı, yə ni ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini qəbul etməsi barədə ərizə ilə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verilməsini və ya əmlaka sahiblik etməyi və ya əmlakı idarə etməyi faktik başlamaqla mirası qəbul etdiyini şəriksiz nümayiş etdirməyi barədə sübut təqdim etməlidir ki, buna dair hər hansı sübut təqdim etməmişdir». Bununla da məhkəmə kollegiyası iddia tələblərindən kənara çıxaraq araşdırma predmeti olmayan işin halları ilə bağlı mövqe nümayiş etdirməklə azyaşlı övladı ***un hüququnu pozmuşdur. Məhkəmə kollegiyası hüquq normasını tətbiq edərkən səhv etmiş və tətbiq etdiyi normanı səhv təfsir emişdir. Belə ki, nəzərə almamışdır ki, oğlu *** 24 oktyabr 2014-cü il təvəllüdlüdür və atası *** vəfat edərkən 1 il 3 aylıq olmuşdur. Bu yaşda uşaqdan notariat kontoruna ərizə verilməsini və ya əmlaka sahiblik etməyi və ya əmlakı idarə etməyi faktik başlamaqla mirası qəbul etdiyini şəriksiz nümayiş etdirməyi tələb etməklə məhkəmə qanunun tələblərini pozmuşdur. Digər tərəfdən məhkəmə kollegiyasının ***un vərəsəlik hüququna toxunması qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. O da övladının nümayəndəsi kimi atasından miras qalmış əmlaka sahiblik etməklə həmin torpaq sahəsindən istifvadə etmişdir. Övladına atasınının ölümündən sonra müavinət təyin olunmuş, ər-arvad olarkən satın aldıqları əmlaklar onların istifadəsində qalmışdır. Buna baxmayaraq *** digər İddiaçı ilə birgə ona qarşı hazırki iddianı qaldırmışdır. Nə qədər ki, həmin evin yerləşdiyi torp aq sahəsində ***un mülkiyyət payı vardır, onun vərəsəsi olan oğlu ***un və onun qanuni nümayəndəsi kimi onun istifadə hüququnu məhdudlaşdıran qətnamə qəbul edilməsi qanunsuzdur. Hazırda oğlu ***un adından X10 ***dan miras qalmış torpaq sahəsinə verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılmasına dair Yevlax Rayon Məhkəməsində iddia qaldırmışdırlar. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respub likası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 25.09.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli qətnaməsini qüvvədə saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 26 fevral 1991-ci il tarixli Qeydiyyat vəsiqəsinin surətinə əsasən, ünvan 4 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evi X22 adına xüsusi mülkiyyət hüququ üzrə qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-1474A nömrəli şəhadətnamənin surətinə əsasən, Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı ilə, Yevlax şəhərində yerləşən 0.06 ha torpaq sahəsi X23, İddiaçı, X4, X5, X6, X1, X14, X33, X50 və X38 mülkiyyət hüququ əsasında verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, 19 yanvar 2010-cu il tarixli çıxarışın surətinə əsasən,*** ünvanında yerləşən 130.63 kv.m. ümumi sahəsi olan yaşayış evi tam olaraq X22, həmin ünvanda yerləşən 0.06 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X22, İddiaçı, X3, X7, X 8, X2, X15, X9, X39 və X31 adına qeyd edilmişdir. Nikah haqqında şəhadətnamənin surətinə əsasən, X24 ilə Cavabdeh nikahları 16 noyabr 2013-cü il tarixdə qeydə alınmışdır. Yevlax Rayon Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli 2-1440/2014 nömrəli qətnaməsinin surətinə əsasən, iddiaçı Cavabdeh ilə cavabdeh *** arasında bağlanmış həmin nikah pozulmuş, onların birgə nikahlarından doğulan X25 anasının yanında saxlanılmışdır. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X26 30 yanvar 2016-cı il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik haqqında 10 avqust 2016-cı il tarixli şəhadətnamənin surətinə əsasən, 30 yanvar 2016-cı il tarixdə ölmüş X9 vərəsələri X17 – atası, X27 – anası, miras əmlakdan ½ hissədə pay almalıdırlar. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən *** **** nömrəli, 26 avqust 2016-cı il tarixli çıxarışın surətinə əsasən,*** ünvanında yerləşən 130.63 kv.m. ümumi sahəsi olan yaşayış evi 1/3 hissədə X3, 2/3 hissədə İddiaçı, həmin ünvanda yerləşən 0.06 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə 11/60 hissədə X3, 16/60 hissədə İddiaçı, 9/60 hissədə X7, 6/60 hissədə X8, 6/60 hissədə X2, 6/60 hissədə X15, 6/60 hissədə X31 adına qeyd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2017-ci il tarixli qətnaməsinin surətinə əsasən, həmin qətnamə ilə Yevlax Rayon Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh qarşı ünvan 5 nömrəli fərdi yaşayış evindən cavabdehin və cehiz əşyalarının çıxarılması barədə ilk iddiası, Cavabdeh İddiaçı qarşı *** fərdi yaşayış evinə az yaşlı uşağı ilə birlikdə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qarşılıqlı idiaları təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehin və əşyalarının ünvan 5 ünvanında yerləşən evdən çıxarılmasını tələb etsə də, məhkəməyə həmin evin öz mülkiyyətində olmasını təsdiq edən sənəd təqdim etməmişdir. Onun təqdim etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, 26 avqust 2016-cı il tarixli çıxarışda 2/3 hissəsi İddiaçı mülkiyyətində olan evin ünvanı ünvan 6ildirdiyinə görə məhkəmə kollegiyası tərəfindən müvafiq sənədin təqdim edilməsi ona təklif edilmiş və bunun üçün vaxt verilmiş, lakin iddiaçının təqdim etdiyi Yevlax şəhər İcra Hakimiyyəti 14 nömrəli evlər komitəsinin 15 may 2017-ci il tarixli a rayışından məlum oldu ki, ***nömrəli ünvanı hazırda ***-dir. Həmin arayışda iddiada göstərilən ünvan 8mrəli evlə bağlı heç bir məlumat verilməmişdir. Belə olan halda kollegiya belə qənaətə gəlmişdir ki, İddiaçı ünvan 5 nömrəli evlə bağlı iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur və onun iddiası təmin edilə bilməz. Qarşılıqlı iddia ilə bağlı kollegiya belə nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan *** evə uşağı ilə birlikdə istifadə hüququnun tanınmasını və köçürülməsini tələb etsə də, məhkəməyə həmin evin iddiaçının mülkiyyətində olmasını təsdiq edən sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2017-ci il tarixli qəra rının surətinə əsasən, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyalara) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Sadalanan hüquq normalarının tələbinə əsasən cavabdehin iddiaçının evinə dai r istifadə hüququna müdaxiləsi ilə ictimai maraqlarla bu hüququnun müdafiəsi üzrə maraqlar arasında tarazlıq iddiaçının qanunla qorunan maraqlarının ziyanına pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instаnsiyа məhkəməsi hаqlı оlаrаq ilk iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçılar*** ünvanında yerləşən 130.63 kv.m. ümumi sahəsi olan yaşayış evi 1/3 hissədə ***un, 2/3 hissədə İddiaçı xüsusi mülkiyyətində olduğundan və cavabdehin həmin yaşayış evinə mənzil və mülki qanunvericiliyin istinad edilən normaları baxımından hər hansı istifadə hüququ müəyyən edilmədiyindən sonuncuya məxsus cehiz əşyalarının həmin evdə saxlanılması mülkiyyətçilərin özlərinə məxsus mülkiyyətdən sərbəst surətdə istifadə etmək hüququnu məhdudlaşdırır ki, bu səbəbdən ilk iddia əsa slıdır və təmin edilməlidir. Həmçinin birinci instаnsiyа məhkəməsi hаqlı оlаrаq qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh ilə mərhum *** arasında olan nikah pozulduğundan o, mərhumun qanun üzrə vərəsəsi hesab edilə bilməz. Bu səbəbdən qarşılıqlı iddia ərizəsində qeyd edilən hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi üçün subyektiv hüququ müəyyən edilmir. onun tərəfindən Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının cavabdehə məxsus yaşayış sahəsindən istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, hazıki iş üzrə iddiaçının mənzilə köçürülməsi üçün tələb olunan istifadə hüququnun olub-olmamasının araşdrılmasına ehtiyyac yoxdur. Digər tərəfdən tikilin in yerləşdiyi torpaq sahəsinin həmmülkiyyətçilərindən birinin də onun keçmiş ərinin olmasına dair dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, nəqədərki iddiaçı mərhumun vəfat etməsinədək onunla nikahları pozulmuşdur, onun həmin torpağa dair bir vərəsə kimi hüququnun yaranması da istisna edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad biri-birindən sonra vərəsə ola bilməzlər. Uşaqla bağlı apellyasiya instansiya məhkəməsinin qeyd etdikləri ilə bağlı kollegiya razılaşmayaraq, hesab edir ki nəqədər ki hazırki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh *** övladının qanuni nümayəndəsi qismində deyil, şəxsən öz adından çıxış edir, onun qanuni nümayəndə qismində mirası qəbul edib-etməməsi ilə bağlı münasibətin bildirilməsi düzgü n hesab edilə bilməz. Kassasiya kollegiya iş üzrə gəlinmiş nəticəninin düzgünlüyü baxımından istinad edilən əsasla qətnamənin ləğvinə zərurət görmür. Bununla yanaşı həmin hissəni qətnamədən xaric edilmiş hesab etməklə, qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsininn qətnaməsinin qüvvədə saxlanılması Cavabdeh övladının qanuni nümayəndəsi qismində hazırki və yaxud vərəsəlik hüququnun tanınmasına dair iddia qaldrmasının qarşısını almır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı QƏRARA ALDİ: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ***nın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli, 2(107)-2095/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar