Məhkəmə qərarları › İş №2(102)-1018/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1018/2025

25.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1018/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti məsələsinin həlli) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə, Aidiyyət məsələsinin həll edilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1353/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadını nəzərdən keçirərək aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı a) Bakı şəhəri Yasamal Rayon Məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Dizayn İnşaat X3 hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdehə 14 saylı İstehsalat Tresti müəssisəsinin qanuni təmsilçisi və direktoru vəzifəsindən çıxarılması haqqında dəyişikliyi vergi orqanında qeydə alınması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsində Azərbaycan Respublikası İqtisadi Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1353/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə gön dərilmişdır. (hakim Gülnar Babazadə)

4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Dizayn X1rşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Yasamal Rayon Məhkəməsinin 2(004)-6098/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı vardır.

5. Həmçinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)9165/2024 saylı qərardadı ilə də İddiaçı cavabdeh Azərbaycan Dizayn X1rşı “hərəkətsizliyin qanunsuz hesab edilməsi, öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin həmin qərardadına əsasən məhkəmə hazırki işdə iddiaçının tələbinin əmək münasibətlərindən irəli gələn tələblər kateqoriyasına a id olduğundan və həmin növdən olan mübahisələrə kommersiya məhkəmələrində baxılması istisna edildiyindən, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qənaətinə gəlmişdir.

6. Birinci instansiya məhkəməsi Bakı Kommersiya Məhkəməsinin qərardadında göstərilən əsaslarla razılaşmayaraq göstərmişdir ki, iş materiallarına görə iddiaçı cavabdeh təşkilatda (14 saylı İstehsalat tresti) direktor qismində çalışmışdır. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadi Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi cəlb etməklə “Azərbaycan Dizayn İnşaat X5”nə (VÖEN **********) qarşı tələb irəli sürməklə cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və direktor vəzifəsindən çıxarılması barədə dəyişikliy in vergi orqanında qeydə alınması öhdəliyinin qoyulması ilə bağlı korperativ tələb irəli sürmüşdür.

7. Birinci instansiya məhkəməsi həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X6 ünvanlanmış məktubuna əsasən Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələbindən göründüyü kimi, rəhbər dəyişiklik faktının dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə yeni rəhbərin (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli və rəhbərin şəxsiyyət vəsiqəsi əlavə edilərək https://www.etaxes.gov.az/ebyn/novbe/index.html saytından onlayn növbə əlavə etməklə və ya poçt vasitəsi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxs lərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi izah olunmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdeh “Azərbaycan Dizayn İnşaat X5”nə qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Kommersiya Məhkəməsində baxılmalı idi.

9. Buna görə də məhkəmələr arasında fikir ayrılığı olduğundan mülki işin baxılmasının aidiyyət məsələsinin həll edilməsi üçün mülki iş materialları ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya baş qa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Maddə 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə ye tirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Ali Məhkəmənin mövqeyi

10. Məhkəmə tərkibi hesab edir ki, aidiyyət məsələsinin həll edilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1353/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı baxılmadan geri qaytarılmalıdır.

11. Prosessual qanunvericiliyin tələbinə görə məhkəmə aidyyəti ilə bağlı məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlanmalıd ır. Bu zaman iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş icraata qəbul ediləndən sonra məhkəmə aidiyyəti ilə bağlı məsələ çıxarsa, məhkəmə işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarır. Prosessual qanunvericilik hər iki qərardaddan şikayət verilməsi imkanını tanıyır. Həmin şikayətlərə baxılması ilə bağlı hansı prosessual hərəkətlərin edilməli olması da prosessual qanunvercilikdə dəqiq müəyyən edilib.

12. Məhkəmənin işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadından şikayət verilməyibsə, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir, fikir ayrılığı olduğu hallarda i sə iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.

13. Göründüyü kimi, prosessual qanunvericilik məhkəmə aidiyyəti ilə bağlı konkret prosedur müəyyən etmiş və bundan kənara çıxmaya imkan verən hər hansı istisna nəzərdə tutmamışdır.

14. Hazırki halda isə iş məhkəmə aidiyətinin müəyyən edilməsi üçün kassasiya instansiyası məhkəməsinə göndərilərkən qeyd edilən prosedura əməl edilməmiş, birinci instansiya məhkəməsi ərizənin icraata qəbul edilməsi mərhələsində həll edilməli olan məsələ üzrə müvafiq qərardad qəbul etmək əvəzinə, işi məhkəmə aidyyətini müəyyən etmək üçün birbaşa kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

15. Halbuki ərizənin icraata qəbul edilməsi m ərhələsində işin məhkəmə aidiyyətini müəyyən etmək üçün birbaşa kassasiya instansiyası məhkəməsinə göndərilməsi imkanı nəzərdə tutulmamışdır. Qeyd edildiyi kimi, bu mərhələdə iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmadığı halda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. (MPM, 152.1.3)

16. Birinci instansiya məhkəməsinin iddiaçının əvvəllər eyni iddia ilə əvvəlcə ümumi məhkəməyə, sonra isə kommersiya məhkəməsinə müraciət etməsi və hər ki məhkəmənin iddia ərizəsini məhkəmə adiyyəti ilə bağlı geri qaytarmasına istinad etməsi də vəziyyəti dəyişmir. Çünki istinad edilən qərardadlar hazırki icraatın kənarında qəbul edilmiş məhkəmə aktlarıdır.

17. Məhkəmələr arasında fikir ayrılığının olması o halda qəbul edilir ki, bir icraatın daxilində olan iş məhkə mə aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilir, müvafiq məhkəmə bununla razılaşmır, eləcə də məhkəmlər arasında bununla mübahisələrə yol verilmədiyi üçün onu baxmağa qəbul etmiş müvafiq məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir.

18. Beləliklə, işin məhkəmə aidiyətinin müəyyən edilməsi üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsi prosessual qaydalara uyğun olmadığı və nəticədə kassasiya instansiyası məhkəməsinin də bu məsələ ilə bağlı qəbul edə biləcəyi məhkəmə aktının prosessual əsasları mövcud olmadığı üçün Yasamal Rayon Məhkəməsinin 2(004)1353/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı baxılmadan geri qaytarılmalıdır.

19. Məhkəmə tərkibi onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsinin icraata qəbul edilməs i məsələsinə yenidən baxarkən, prosessual qanunvericiliyin yuxarıda şərh edilən normalarına uyğun prosessual hərəkətlər etməli, eyni zamanda iddiaçının tələbindən çıxış edərək, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarında şərh edilən hüquqi mövqeləri nəzərə almaqla məhkəmə adiyyətini müəyyən etməlidir.

20. Şərh edilənləri Mülki Prosessual Məcəllənin 404-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1353/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı baxılmadan geri qaytarıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar