Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-102/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-102/2024 (Açar sözlər:pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-304/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayan X7 DİN-nin 102 xidmətinə zəng edərək borclu olduğu Ofeliya adlı şəxsin ona ***-***-**-** nömrəli telefonla zəng edərək onu öldürməklə hədələməsi barədə məlumat vermişdir. İlkin yoxlama zamanı X8 izahatında göstərmişdir ki, Şəmkir rayon poçtunda poçtalyon vəzifəsində işləyir. Barəsində şikayət etdiyi X11 rayon sakini kimi tanıyır. Əvvəllər aralarında heç bir narazılıqları oİmamışdır. Təxminən 2 il əvvəl Nüşabə Seyidova ona bildirmişdir ki, onun külli miqdarda borcu var, bu səbəblə Nüşabə ona kömək etməsini istəmişdir. Nüşabə Seyidovanın başqa şəxslərə borcu olduğunu öyrəndiyi üçün o, sonuncudan borc etdiyi pulunu geri istəmişdir. O, Nüşabə Seyidovadan verdiyi p ulunu geri istədikdə sonuncu müxtəlif vaxtlar vəd edərək onun pulunu verməmişdir. Sonuncu dəfə o, xx.xx.2020-ci il tarixdə Nüşabə Seyidovanın mobil telefonuna zəng edərək borcunu geri istədikdə sonuncu ona “sənə şər atacağam, sənə heç bir borcum yoxdur, get kimə istəyirsən şikayət et” deməsinə əsəbləşərək DİN-in 102 xidmətinə zəng edərək özünü Nüşabə Seyidovanın evinin qarşısında yandıracağını bildirmişdir. O, özünü öİdürmək fikrinin olmadığını, əsəbi olduğu üçün belə məlumat verdiyini bildirmişdir.
2. Həmçinin, həmin qərardan görünür ki, X7 izahat verərək bildirmişdir ki, Şəmkir rayon Poliklinikasında göz həkimi işləyir. X6 tanıyır. Əvvəllər aralarında heç bir mübahisə olmamışdır. O, 2017-ci ilin dekabr ayında şəxsi borcları olduğu üçün Ofeliya Rüstəmovadan borc pul istəmişdir. Ofeliya Rü stəmova “Güvən ombard”dan 34.000 manat pul götürərək ona vermişdir. Onların şifahi razılaşmasına görə həmin pulu o hissə-hissə lombarda ödəməli imiş. O, hər ay pulu hissə-hissə ödəmişdir. xx.xx.2020-ci il tarixdə Ofeliya Rüstəmova ona zəng edərək, ona olan borcunu bir dəfəyə qaytarmayacağı halda onu öldürməklə hədələmişdir. O, Ofeliya Rüstəmovadan 100.000 manat deyil, 34.000 manat aldığını, həmin pulu sonuncuya və onun tanışlarına təqaüd düzəltmək adı ilə almadığını, Ofeliya Rüstəmovanın ona şər və böhtan atdığını bildirmişdir. 3. 11.01.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Şəmkir RPŞ-nın TB-nın qərarının surətindən görünür ki, X3 və X2 əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı2 X1 pul tələbi ilə bağl ı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. 4. 14.11.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Şəmkir RPŞ-nın TB-nın qərarının surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə öldüyü üçün onun barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 5. 18.04.2018-ci il tarixli, 006373 saylı kredit müqaviləsinə əlavədən görünür ki, Ofeliya Rüstəmova "xxxx" MMC-dən 43.500,0 manat borc götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 65.000 manat borcun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun alınıb onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 əvvəllər tanımışlar, onunla yaxşı münasibətləri olmuşdur. O, onlara müraciət edərək işi ilə bağlı təcili 65.000 manat pul lazım olduğunu və ona borc verməklərini xahiş etmişdir. Əks təqdirdə tutulacağını bildirmişdir. Onlar ona pullarının olmadığını dedikdə o bankdan götürüb ona pul vermələrini xahiş etmiş və bankın pulunu özü ödəyəcəyinə söz vermişdir. Onlar onunla birlikdə “Güvən” Lombarda gedib, bütün qızıl-zinət əşyalarını girov qoyaraq oradan bir neçə dəfəyə cəmi 65.000 manat götürüb ona vermişlər. O, krediti təxminən bir neçə ay ödədikdən sonra ödənişi dayandırıb ödəməmişdir. Belə olduqda “Güvən” Lombarddan onları çağıraraq qızıl-zinət əşyalarının satılaraq borcun ödənilməsinə yönəldil əcəyi barədə xəbərdarlıq edilmişdir. Onlar isə onlardan qızıl-zinət əşyalarının satılmamasını xahiş etmiş və ödəyəcəklərinə söz vermişlər. Həmin puldan bugünə lombarda 7.300 manat ödəyə bilmişlər. Onlar onun ödənişi dayandırdığını və qızıl-zinət əşyalarının satılaraq dəyərinin borc əvəzinə ödənilmə təhlükəsinin olduğunu biləndə dərhal ona müraciət etmişlər. Əvəzində isə o onlara narahat olmamalarını krediti hər ay vaxtında ödəyəcəyini bildirmişdir. Lakin onları aldadaraq ödənişləri etməmişdir. Onlar məcbur olub onu Şəmkir rayon Polis Şöbəsinə və 102 xidmətinə şikayət etmişlər. Lakin şikayətlərinə baxılmadığını görüb Şəmkir rayon Prokurorluğuna şikayət etmişlər. Prokurorluq ərizələrini aidiyyatı üzrə Şəmkir rayon Polis Şöbəsinə göndərdikdən sonra Şəmkir rayon X12 Bölməsinin təhqiqatçısı, po lis leytenantı X14 tərəfindən araşdırılma aparılmışdır. Şəmkir RPŞ TB-si tərəfindən o, polisə çağırıldıqda özünü bilərəkdən bacısı qızı Nurlana həkimə əməliyyat etdirmişdir. Həmin vaxtı Nurlana həkim onun ona borclu olduğunu bilirdi. Əməliyyat olunduğu gün isə Nüşabə həkim ölmüşdür. Odur ki, 14 noyabr 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarı ilə X7 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Onların qızıl-zinət əşyaları hazırda “Güvən” Lombarddadır. O, Nüşabənin qızı Cavabdeh bütün bu olanları söyləmiş və onun vərəsəsi kimi krediti ödəməsini xahiş etmişdir, əks halda qızıl-zinət əşyalarının satılacağını və dəyərinin lombarda ödəniləcəyini demişdir. Lakin o bundan imtina etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2( 004)-1701/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Hazırki iş üzrə cavabdeh qismində qeyd olunmuş Cavabdeh iddiaçıların tələbinin yönəldilməli olduğu şəxs deyil, belə ki, iddiaçılar iddia etdikləri pulu Cavabdeh anası X5 vermişlər. Həmin şəxs isə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ü nvanladığı xx.xx.2022-ci il tarixli, 05/3483-11 saylı sorğuya cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, X2 adına vərəsəlik işi açılmamışdır. Bu baxımdan Cavabdeh vərəsə olmadığından hazırki borc üzrə də tələb ona yönəldilə bilməz.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, 48-ci maddəsinə, 50.3-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçılar qətnamədən birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), C.A.Yusifov və P.A.Hüseynov) 2(103)304/2023 nömrəli, 23 may 20 23-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1701/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 34.000,0 (otuz dörd min) manatın iddiaçıların xeyrinə tutulması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, məhkəmə kollegiyasının iclasında yuxarıda sadalanan sübutlarla iddiaçıların iddia tələbi 34.000 manat hissədə sübut olunmuşdur, qalan hissədə iddia tələbi öz təsdiqini tapmamışdır.
14. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh hazırkı iş üzrə cavabdeh şəxsdir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Elektron Notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X2 adına vərəsəlik işinin açılmadığı bildirilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan aydın olur ki, Şəmkir rayon Çinarlı qəsəbəsində yerləşən 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, X2 və Cavabdeh adlarına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
16. Həmçinin, həmin məktubda bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 200.8 kv.m. olan fərdi yaşayı ş evinə dair X2 (mülkiyyət payı ev-tam, torpaq sahəsi -2/3 hissə) və Cavabdeh (mülkiyyət payı torpaq sahəsi -1/3 hissə) adlarına 24 noyabr 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qeyd edilən fərdi yaşayış evi "xxxx" ASC-nin Şəmkir filialında yüklüdür. Şəmkir rayon Çinarlı qəsəbəsində yerləşən 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, X2 və Cavabdeh adlarına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadla Şəmkir rayon Çinarlı qəsəbəsində yerləşən 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və ünvan 2 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 200.8 kv.m olan fərdi yaşayış evinin dəyərini müəyyən etmək üçün qiym ətləndirmə ekspertizası təyin etmiş, ekspertlər tərəfindən daşınmaz əmlaklara baxış keçirilməsi üçün bir neçə dəfə təkrar tədqiqat yerinə gedilsə də, cavabdeh tərəfindən buna şərait yaradılmamışdır. Sonuncu olaraq iş materiallarında olan ekspert Xəyyam İsgəndərov və iddiaçı Ofeliya Rüstəmova tərəfindən tərtib olunmuş “Tədqiqat obyektinə baxışın nəticələrinə dair Akt”ın surətindən görünür ki, tədqiq olunan ünvana baxışın keçirilməsi üçün xx.xx.2023-cü il tarixdə gedilmiş, lakin qapı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh anasından qalmış mirası faktiki surətdə qəbul etmədiyi barədə hər hansı dəlilə və sübuta istinad etməmişdir. Şəmkir rayonu Çinarlı qəsəbəsində cavabdehin və onun məhrum anasının ümumi paylı mül kiyyətində fərdi yaşayış evi vardır ki, həmin əmlak da hazırda cavabdeh tərəfindən idarə olunur. Yəni cavabdeh anasından qalmış mirası faktiki surətdə qəbul etmişdir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəlikləri nin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir.” - “mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.” - “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlak ı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb o lar.”
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin sübut olunan 34.000,0 manat hissədə təmin olunması Mülki Məcəllənin yuxarıda istinad edilən tətbiq edilən normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə uyğundur. Əks halda Cavabdeh ona çatmış miras həddində iddiaçıların hesabına əsassız varlanmış olar.(Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; varlanm ış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə tərəfindən Mülki Məcəllənin qeyd edilən maddələrinin tələbləri də kobud surətdə pozulmuşdur.
21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1306.1, 1309, 1313, 1091, 1092.1, 1092.2, 1145, 1151.1, 1159.1.1, 1243.2, 1243.3, 385.1, 386.1, 442, 443.1, 448.1, 448.2, 445.1, 445.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
22. İddiaçılar kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmaması hissəsində ləğv edilməsini, iddia tələbinin tam olaraq təmin edilməsini məhkəmədən xahiş etmişdirlər.
23. İddiaçıların kassasiya şikayəti onunla əsasılandırılmışdır ki, məhkəməyə borcun daha artıq olması barədə faktlar və sübutlar təqdim edilsə də, apellyasiya instansiya məhkəməsi zəruri araşdırma aparmadan, təqdim edilən sübutlara düzgün qiymətləndirmədən, mərhum Nüşabə Seyidovanın həqiqəti ifadə etməyən etirafedici izahatına istinad edərək iddia tələbini qismən təmin etmiş, iddianı qalan hissədə rədd etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozan qətnamə qəbul etmişdir.
24. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin təmin edilmiş hissədə ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi hüquq normalarını cavabdehə münasibətdə tətbiq edib, iddianı təmin etməməlidir. Belə ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Hazırki iş üzrə cavabdeh qismində qeyd olunmuş Cavabdeh iddiaçıların tələbinin yönəldilməli olduğu şəxs deyil, ona görə ki, iddiaçılar iddia etdikləri pulu Cavabdeh anası X5 vermişlər. Həmin şəxs isə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/3483-11 saylı sorğuya cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, X2 adına vərəsəlik işi açılmamışdır. Bu baxımdan Cavabdeh vərəsə olmadığından hazırki borc üzrə də tələb ona yönəldilə bilməz. Bakı Apellyasiya Məhkəməsi mövqeyini işdə olan Şəmkir Rayon Polis İdarəsində araşdırılmış təhqiqat materiallarına əsaslandırmışdır. Hesab edirik ki, həmin materiallara istinad edilmə si də tamamilə əsassızdır. Belə ki, X2 borclu olmasını təsdiq edən sənədlər kimi qiymətləndirilməməlidir. X2 iddiaçıya borclu olmasının təsdiq edən mötəbər sənəd işə əlavə edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi iddianı qismən təmin edərək Cavabdeh 34.000 manat pul tutmaqla haqlı olmamışdır. Belə ki, anası X1 miras qalmış Şəmkir rayon, Çınarlı qəsəbəsində yerləşən fərdi yaşayış evini nə faktiki, nə də rəsmi qəbul etməmiş və yaşamamışdır. İşdə olan materiallardan da görünür ki, mübahisəli evin qapısı bağlı olduğundan ekspert tərəfindən baxış keçirilməmişdir. Əgər miras əmlak Cavabdeh tərəfindən qəbul edilib idarə edilsəydi ekspertlərin miras əmlaka baxış keçirmələrini təmin etmək mümkün olardı. Qətnamədə işə aid edilən mötəbər sübutlarla təsdiq olunmuş faktlar əks etdirilməmişdir və göst ərilən hallar işin materiallarına uyğun deyildir. Sübutlar hərtərəfli və tam araşdırılmamış və tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməmişdir. Məhkəmə işdə təqdim edilmiş sübutlarla kifayətlənmişdir. Məhkəmə sübutlara qərəzsiz, obyektiv hərtərəfli araşdırmamışdır. Birbaşa bu normanın tələblərini pozaraq qabaqcadan sübutların müəyyən edilməmiş qüvvəsi olmasa da, məhkəmə qüvvə kimi qəbul etmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə -1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
28. Maddə 1309. Vərəsələr, əgər ölə nin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
29. Maddə 1313.Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər.
30. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
31. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
32. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra döğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) birinci növbədə vərəsə hesab edilirlər.
33. Maddə 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmla kı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
34. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli qərarı
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124 6 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı qətnamədən hər iki tərəf kassasiya şikayəti verdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətilərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
49. Məhkəmə kollegiyası cavab dehin kassasiya şikayətinin cavabdehin vərəsə olmadığı və mirası qəbul etmədiyi barədə dəlillərini isə məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
50. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
51. Azərbaycan Respub likası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin mə hz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.
52. Lakin cavabdeh tərəfindən Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulan müddətlərdə cavabdehin mirasdan imtina etməsi barədə sübutlar məhkəməyə təqdim edilmədiyindən o anasının birinci növbə vərəsəsi kimi mirası qəbul etmiş sayılır.
53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə “Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.” - “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməs ini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorun an maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.”
54. Borcun məbləği və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı hər iki kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2023-cü il tarixli 2(103)-304/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.