Məhkəmə qərarları › İş №2(102)-102/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-102/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-102/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-102/2025 Kateqoriya: Tapşırıq müqaviləsi 13.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı 93.000 manat pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4256/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin h alları

1. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır.

2. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən o, qohumu Eyvaza inandığı və tam etibar etdiyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə olmaqla ümumilikdə 93000 manat pulu Eyvaza göndərmişdir. Daha sonra Eyvaz ona zəng edərək göndərdiyi 93000 manata 2 (iki) ədəd ev aldığını bildirmişdir. 2022-ci il mart ayında Azərbaycana gəlmiş və Eyvazdan həmin evlərin öz adına keçirilməsini tələb etmişdir. Lakin Eyvaz iddiaçının ölkəyə qısamüddətli gəlməsindən istifadə edərək, sənədləşmə işini bilərəkdən uzatmış və o, işləri ilə əlaqədar Rusiyaya qayıtmaq məcburiyyətində qalmışdır. Rusiyaya qayıtdıqdan sonra Eyvaza zəng edərək onu aldatdığını anladığını bildirmiş və həmin evlərin satılıb pulunun ona qaytarılmasını tələb etmişdir. Eyvaz isə həmin anda etiraz etməmiş, evləri satıb 93000 manatı ona qaytaracağını, amma alqı-satqı üçün çəkilmiş xərcləri həmin puldan çıxacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycana qayıdarkən atası, anası və bacısı ilə birlikdə Eyvazgilə gedərək evlərin satılmasını və 93000 manatın geri qaytarılmasını Eyvazdan tələb etmişdir. Lakin Eyvaz müxtəlif bəhanələr qətirərək evləri satmaqdan imtina etmiş, ümumiyyətlə ona pul verildiyini danmış və boynuna almamışdır.

3. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən İddiaçı onun qohumudur. Əvvəllər münasibətləri yaxşı olmuş, aralarında hər-hansı mübahisə olmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında Qafar ona zəng edərək, rus pulunun məzənnəsinin düşdüyünü, ona pul göndərəcəyini bildirmiş və göndərəcəyi pulları Qafarın həyat yoldaşına çatdırmasını tələb etmişdir. 2021-ci ilin dekabr ayının 27-29 tarixlərində Qafar ona hissə-hissə olmaqla, ümumilikdə 42000 manat pul göndərmiş, o isə həmin pulu Qafarın həyat yoldaşı Salahova Çinarəyə vermişdir. O, İddiaçı yalnız 42000 manat pul almışdır, həmin pulu da Qafarın həyat yoldaşı Çinarə xanıma vermişdir. bundan əlavə aralarında pul məsələsi olmamışdır.

4. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən, o, həyat yoldaşı Cavabdeh və İddiaçı arasında olan danışıqlara q arışmamış, xəbəri olmamışdır. Təxminən 2021-ci ilin dekabr ayında Qafar onun adına 5000 ABŞ dolları göndərmiş, daha sonra göndərilən pulu Eyvazla bankdan götürdükdən sonra Eyvaza təhvil vermişdir.

5. Əsgərov Hicran Xeybər oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən, Cavabdeh onun qonşusudur. İddiaçı xx.xx.2021-ci il tarixdə onun adına 10000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə isə yenidən 10000 ABŞ dolları məbləğində pul göndərmişdir. Ümumilikdə göndərilən 20000 ABŞ dolları məbləğində pulu Eyvaza təhvil vermişdir.

6. İddiaçı ilə nikahda olan X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-də verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən, o, 2014-cü ildə İddia çı ilə ailə qurmuşdur və birgə nikahdan üç azyaşlı övladları vardır. Onlar ailə həyatı qurduqdan sonra Qafar RF-nin Yakutiya şəhərində işləyib yaşadığından onlar oraya yaşamağa getmişlər. 2017-ci ildə o, Azərbaycana qayıtmaqla 1 (bir) il Azərbaycanda yaşamış və yenidən həyat yoldaşının yanına qayıtmışdır. O, ikinci dəfə Yakutiyaya qayıtdıqda Qafarın orada başqa qadınla yaşadığını bilmişdir. Bir neçə il birtəhər dözüb, Qafarın ailəsinə qarşı diqqətsizliyini görüb 2021-ci ildə yenidən Azərbaycana qayıtmışdır. Qafar onu yola salanda hissə-hissə pul göndərəcəyini, həmin pulu toplayaraq ev alacaqlarını və birgə yaşayacaqlarını demişdir. O, həmin pulu müxtəlif adamların adından və öz adından qohumu olan Cavabdeh adına yollayırdı. Qafar pulu göndərən kimi ona zəng edərək hansı məbləğdə pul gönd ərdiyini deyirdi. Həmin gün, yaxud bir gün sonra Eyvaz da pulu götürüb qəbzi ilə birlikdə ona verirdi. Bildirir ki, onun 2021-ci ildə RF-dan Azərbaycana qayıtmağına səbəb o olmuşdur ki, Qafar orada saxladığı qadını artıq gətirib onunla bir evə salmışdır. O, qayıtdıqdan sonra boşanmaya ərizə verdi. Lakin həmin ərəfədə qohumlar onları boşanmağa qoymadı və onları barışdırdılar. Bir müddət sonra o, Qafarın artıq tüfeyli həyat sürüb yenidən öz əməllərinə davam etdiyindən bezmiş və ona son xəbərdarlığını etmişdir. 2023-cü ilin mart ayında baldızı Mirvari onların yaşadıqları Ələt qəsəbəsinə gəlmiş və evdə münaqişə yaratmışdır. Həmin vaxt o, bilmişdir ki, Qafar Bakıda bacısının adına ev almışdır. Qeyd edir ki, Qafar iki dəfə Bakıya gəlib və həmin pulları onun əlindən alıb özü ilə aparmışdır. Qafar ın göndərdiyi bütün pulları Eyvaz ona gətirib çatdırmış və sonra həmin pulları Qafar ondan almışdır. Qafar Azərbaycana gəldikdə Eyvazın bacısı qızı olan, boşanan qadınla ailə həyatı qurmaq və onunla bir evdə saxlamaq istəyirdi. Buna görə Qafarla mübahisə etmiş, Qafar onu döymüş və demişdir ki, Eyvazın da, onun da başına oyun açacaq.

7. Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovniki A.Mahmudovun xx.xx.2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, İddiaçı müraciətində göstərdiyi fakt öz təsdiqini tapmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25000 ABŞ dolları və 50500 manat olmaqla, ümumilikdə 93000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Cavabdeh iddiaçının yaxın qohumudur. Tərəflər arasında münasibətlər əvvəllər yaxşı olmuş və aralarında heç bir mübahisə olmamışdır. Tərəflər hər zaman mehriban olmuşlar və iddiaçının cavabdehə inamı olmuşdur, aralarında qohumluqdan əlavə qarşılıqlı dostluq münasibətləri də olmuşdur. İddiaçı Azərbaycanda özünə ev almaq məqsədilə qohumu Eyvazla məsləhətləşən zaman Eyvaz əgər iddiaçı ona pul göndərərsə onun adına ev alacağını bildirmişdir. İddiaçı Eyvaza inandığı və tam etibar etd iyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə olmaqla ümumilikdə 93000 manat pulu Eyvaza göndərmişdir. Həmin pulun bir hissəsini 25000 ABŞ dolları, bir hissəsini isə 50500 manat şəkilində vermişdir. İddiaçı həmin pulun bir hissəsini Eyvazın həyat yoldaşı X4 və Eyvazın qonşusu Əsgərov Hicran Xeybər oğlu vasitəsi ilə Cavabdeh göndərmişdir. X3 5000 ABŞ dolları və cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğluna 20000 ABŞ dolları göndərmişdir. Onlar isə həmin 25000 ABŞ dollarını iddiaçıdan alaraq Cavabdeh verdiklərini bildirmişlər. Eyvaz iddiaçıya bildirmişdir ki, 93000 manata Qaradağ rayonu Ələt qəsəbəsində iki ədəd ev ala bilər. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçı Rusiyada olduğu üçün həmin evləri iddiaçının adına ala bilməz, lakin iddiaçı razılıq versə evləri öz adına al ar və gələcəkdə iddiaçı Azərbaycana gəlsə evləri dərhal onun adına keçirər. İddiaçı cavabdehə inanmış və evlərin onun adına alınmasına razılıq vermişdir. Təxminən bir həftə sonra Eyvaz iddiaçıya zəng edərək bildirmişdir ki, iddiaçının göndərdiyi 93000 manata 2 ədəd ev almışdır. 2022-ci ilin mart ayında iddiaçı Azərbaycana gəlmiş və Eyvazdan həmin evlərin öz adına keçirilməsini tələb etmişdir. Lakin Eyvaz iddiaçının ölkəyə qısamüddətli gəlməsindən istifadə edərək, sənədləşmə işini bilərəkdən uzatmış və iddiaçı işləri ilə əlaqədar Rusiyaya qayıtmaq məcburiyyətində qalmışdır. İddiaçı Rusiyaya qayıtdıqdan sonra Eyvaza zəng edərək onun iddiaçını aldatdığını anladığını bildirmiş və həmin evlərin satılıb pulunun ona qaytarılmasını tələb etmişdir. Eyvaz isə həmin anda etiraz etməmiş, evləri iddi açı Azərbaycana gələndə satıb 93000 manatı ona qaytaracağını, amma alqı-satqı üçün çəkilmiş xərcləri həmin puldan çıxacağını bildirmişdir. İddiaçı isə bununla razılaşmış və xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycana qayıdarkən atası, anası və bacısı ilə birlikdə Eyvazgilə gedərək evlərin satılmasını və 93000 manatın geri qaytarılmasını tələb etmişdir. Lakin Eyvaz müxtəlif bəhanələr qətirərək evləri satmaqdan imtina etmiş, ümumiyyətlə iddiaçının ona pul verdiyini danmış və boynuna almamışdır. Eyni zamanda bununla bağlı istənilən yerə şikayət edə biləcəklərini bildirmişdir. İddiaçı dəfələrlə qohumları vasitəsilə 93000 manat pulu geri verməsini tələb etsə də, cavabdeh pulu qaytarmamışdır. Bu səbəbdən hesab edir ki, cavabdeh iddiaçının ona olan etibarından sui-istifadə edərək iddiaçıya qarşı dələduzluq etmişdir. Aradan 2 il keçməsinə baxmayaraq, Cavabdeh nəinki 93000 manat pulu ödəmir, hətta telefon zənglərinə belə cavab vermir. Bu səbəbdən iddiaçı Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Şöbəsinə şikayət etmiş və Cavabdeh şöbəyə dəvət olunaraq izahatı alınmışdır. İzahatında Cavabdeh qeyd etmişdir ki, guya İddiaçı ona hissə-hissə olmaqla ümumilikdə 42000 manat pul vermişdir, geri qalan 51000 manatın ona verilməsini boynuna almamışdır. Əlavə olaraq, Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Şöbəsində ayrı-ayrı izahatları alınmış, Cavabdeh həyat yoldaşı X4 və Eyvazın qonşusu Əsgərov Hicran Xeybər oğlu izahat verərək bildirmişlər ki, İddiaçı X3 5000 ABŞ dolları və cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğluna 20000 ABŞ dolları göndərmişdir. Onlar isə həmin 25000 ABŞ dolları məblə ğində pulu Cavabdeh vermişlər. Beləliklə, 42000 manat pulun cavabdehdə olması barədə kifayət qədər sübut vardır. Bundan əlavə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 məktubundan görünür ki, cavabdehin həyat yoldaşı X2 adına xx.xx.2018-ci il tarixli çıxarış ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, ev 22, mənzil 15 qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Rusiyadan iddiaçının həyat yoldaşı və uşaqları gələndə həmin evdə yaşamışlar. Bu hallar isə bir daha təsdiq edir ki, qeyd olunan mənzil iddiaçının 2018-ci ilə qədər göndərdiyi pul vəsaiti hesabına alınmışdır.

10. Cavabdeh iddiaya etirazında qeyd edilir ki, həqiqətən iddiaçı ilə cavabdeh arasında həm qohumluq, həm də dostluq münasibətləri olmuş, aralarında heç b ir mübahisə olmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında iddiaçı cavabdehə zəng edərək ona pul göndərəcəyini və həmin pulu həyat yoldaşı Çinarəyə verməli olduğunu bildirmişdir. 2021-ci ilin 27-29 dekabr ayında hissə-hissə olmaqla iddiaçı ümumilikdə 42000 manat pulu cavabdehə göndərmiş, həmin pulun 5000 ABŞ dolları hissəsi cavabdehin həyat yoldaşının adına, 20000 ABŞ dolları hissəsi isə cavabdehin qonşusunun adına göndərilmiş, cavabdeh də həmin pulu aldıqdan sonra qəbzləri ilə birlikdə iddiaçının həyat yoldaşı Çinarəyə vermişdir. Tərəflər arasında bundan başqa pul münasibəti olmamışdır. Cavabdeh hal-hazırda İddiaçı heç bir borcu yoxdur və həm polis orqanında, həm də məhkəmədə tədqiq olunan bütün sübutlar bunu təsdiq edir. İddiaçı tərəf cavabdehin 42000 manatla bağlı polis orqanında ver diyi izahatını borcun etirafı kimi qələmə verir, halbuki cavabdeh öz izahatında həmin pulu aldıqdan sonra iddiaçının həyat yoldaşına verdiyini bildirmiş, iddiaçının həyat yoldaşı da öz izahatında bunu təsdiq etmişdir. Ona görə də iddiaçı tərəfin guya 42000 manata dair kifayət qədər sübutun olması barədə dəlili həqiqətə uyğun deyildir. Qalan məbləğlə bağlı isə iddiaçı tərəfin ümumiyyətlə hər hansı sübutu yoxdur. Belə ki, cavabdehin həyat yoldaşının adına 2018-ci ilin yanvar ayında qeydiyyata alınmış mənzilin guya iddiaçının vəsaiti hesabına alınması tamamilə yalandır. Nə polis orqanında verilən izahatlarda, nə də iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı pul vəsaitinin göndərilməsi ümumiyyətlə qeyd olunmamışdır. Həmçinin, iddiaçının həyat yoldaşı Rusiyadan gələndə yaşadığı mənz ilin cavabdehin ailəsinə məxsus olduğunu, iddiaçıya heç bir aidiyyətinin olmadığını özü də təsdiq etmişdir. Hesab etmişdir ki, iddia tələbi həqiqətə uyğun olmadığından və hər hansı mötəbər sübuta əsaslanmadığından əsassızdır. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, iddiaçı onun qardaşı, cavabdeh isə atasının bibisi oğludur. Qardaşı 17 yaşından Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşıdır. Qardaşı 2014-cü ildə X10 ilə ailə qurmuş və elə həmin il onlar birlikdə Rusiya Federasiyasına getmişlər, orada 3 övladları dünyaya gəlmişdir. Qafar Rusiyada yaşadığı dövrdə həmişə Azərbaycana gəlib ev alacağını deyirdi. Lakin ata-anasına, bacısına xəbər vermədən özünə ev almaq məqsədilə Cavabdeh 2017-ci ildən etibarən hissə-hissə olmaqla 93000 manat məbləğində pul göndərmişdir. X20 etibarından sui-istifadə edərək biri öz adına, digəri həyat yoldaşı X2 adına olmaqla iki ev almışdır. O, atası və anası bu hadisədən sonradan xəbər tutmuşlar. Hətta atası Eyvaza təşəkkür etmişdir. X1 3 uşağı ilə birlikdə həmin evdə yaşamağa başlamış, qardaşı Qafar isə işlə əlaqədar Rusiya Federasiyasına qayıtmışdır. Qafar Rusiyaya qayıtdıqdan sonra 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə pul göndərməyə davam etmiş və Eyvaz 2022-ci ildə ikinci evi almışdır. Hətta Eyvaz həmin evə ləvazimatların alınıb evin kirayə verilməsi üçün əlavə 3000 manat da almışdır. Amma sonradan kirayə pulunu Qafara göndərməmişdir. 2022-ci il mart ayında Qafar gələndə Ey vaz evlərin hər ikisini onun adına keçirəcəyi barədə verdiyi sözlərdən yayınmağa başlamışdır. Qafar həmin evlərin satılıb 93000 manatın geri qaytarılmasını tələb etmişdir. Buna əməl etmədiyi üçün o, atası, anası və Qafar Eyvazın evinə getmişlər. Orada onların arasında mübahisə yaranmış, Eyvaz onları 102 qaynar xəttinə zəng edəcəyi ilə hədələmiş və evi tərk etmələrini tələb etmişdir. Onlar mübahisə böyüməsin deyə Eyvazin evini tərk etmişlər. Qafar atasına Eyvazdan borcunu tələb edə bilməsi üçün etibarnamə verib Rusiyaya qayıtmışdır. Hesab etmişdir ki, qardaşı Qafar böyük səhv etmiş, Eyvaza həddən artıq etibar etmiş, öz yaxınlarına belə demədən ona ev alması üçün pul göndərmişdir. Hətta uşaqlarını bağçaya aparıb-gətirməyi belə Eyvaza etibar etmişdir. Bu məqsədlə Eyvazın avtomobil alması üçün ona 3000 manat kömək etmişdir. Bir müddət sonra qardaşı X19 arasında münasibət yaranmasından şübhə etmiş və bundan sonra Eyvazdan evlərin sənədlərini, pulunu tələb etməyə başlamışdır. Eyvaz ikinci evi satmış, lakin Qafarın pulunu yenə də qaytarmamışdır. Pulların Qafar tərəfindən Eyvaza göndərilməsində və verilməsində şəxsən iştirak etməsə də, həmin məbləğin Eyvaza verilməsinə tam əmindir. Hesab etmişdir ki, həmin 93000 manat pul Eyvazdan alınaraq Qafara verilməlidir.

12. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Miriyev Mirbaba Qəfər oğlu ifadə verərək bildirmişdir ki, iddiaçı onun oğlu, cavabdeh isə bibisi oğludur. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Oğlu Rusiyada yaşayır, oğlunun hissə-hissə olmaqla 93000 manat pulu Eyvaza göndərdiyini və Eyvazın onun üçün iki ev aldığını 2022 -ci ildə öyrənmişdir. Hətta bunu eşidəndən sonra Eyvaza təşəkkür etmişdir. Bir müddət sonra Qafar televizor, soyuducu, mətbəx mebeli alınması və 2-ci evin kirayəyə verilməsi məqsədilə yenə pul göndərmişdir. Hətta bəxşiş kimi Eyvazın özünə avtomobil alması üçün pul da vermişdir. Lakin sonradan münasibətlər pisləşdiyi üçün Qafar evlərin satılaraq verdiyi 93000 manat pulun ona geri qaytarılmasını tələb etmişdir. Hətta o, qızı, yoldaşı və Qafarla birgə Eyvazın evinə getmişlər. Bir az söhbət edəndən sonra mübahisə yaranmış və Eyvaz polisə zəng edəcəyi ilə hədələyib onları evdən qovmuşdur. Evlərin alınması üçün Qafar pulu Eyvaza onun iştirakı ilə verməmişdir. Qafarın evləri almasından 2022-ci ildə xəbərdar olmuşdur. Oğlu Qafarın dediyinə görə, oğlu ona sürpriz etmək istəmişdir.

13. Məhkəmə baxış ı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, iddiaçının ailəsi ilə 25 ildir ki, yaxın ailə dostudur, Eyvazı isə onların xeyir-şər məclislərində görmüş, şəxsən bir dəfə toyda üz-üzə gəlmişdir. Onun bildiyinə görə, tərəflər arasında münasibətlər çox yaxşı olmuşdur. 2022-ci ilin iyul ayında oğlu üçün ev almaq istədiyini Mirvariyə bildirmişdir. Mirvari isə qardaşı Qafarın ev satdığını demiş və məlumat üçün Qafarın telefon nömrəsini ona vermişdir. Qafarla telefon danışığı zamanı Qafar Eyvaza müraciət etməsini məsləhət görmüşdür. Eyvaza zəng edib evin qiymətinin 50000 manat olduğunu öyrənəndə bu məbləğin Ələt qəsəbəsi üçün çox yüksək olduğunu bildirmişdir. O isə cavabında evin Qafara məxsus olduğunu, qiyməti də onun müəyyən etdiyini demişdir. Növbəti gün Eyvaza telefon vasitəsilə zəng vuranda onun telefon nömrəsinə artıq zəng çatmamışdır. O, Qafar ilə Eyvaz arasında hər hansı pul məbləğinin alınıb-verilməsində iştirak etməmiş və bunun şahidi olmamışdır. Sadəcə Qafarla telefon danışıqları zamanı Qafar ona məxsus iki evinin olduğunu, birində ailəsinin yaşadığını, digər evi isə satmaq istədiyini bildirmişdir.

14. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Əsgərov Hicran Xeybər oğlu ifadə verərək bildirmişdir ki, cavabdeh onun qonşusudur, iddiaçı isə cavabdehə görə tanımışdır. O, Eyvazla Qafarı bir dəfə öz maşını ilə Şirvan şəhərinə aparmışdır. Onlar arasında münasibətlər yaxşı olmuşdur. 2021-ci ilin dekabr ayında Eyvaz Rusiyada rus rublunun inflyasiyası səbəbindən Qafarın pul göndərəcəyini bildirmişdir. Eyvaz pandemiya dövründə peyvənd vurdurmadığı üçün evdən çölə çıxa bilmirdi deyə, Qafar 27 və 29 dekabr 2021-ci il tarixlərində hissə-hissə olmaqla ümumilikdə 20000 ABŞ dolları məbləğində pulu onun adına göndərmişdir. O, həmin pulu Eyvaza təhvil vermişdir. Eyvaz isə həmin pulu Qafarın ailəsinə, yəni həyat yoldaşına çatdıracağını bildirmişdir.

15. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. 2014-cü ildə ailə qurduqdan sonra Rusiyaya köçüb orada yaşamışlar. 2021-ci ilin avqust ayında Qafar onu və uşaqları Azərbaycana göndərmişdir. Qafarın Bakıda ev almaq fikri var idi, uşağı balaca olduğu üçün banka gedə bilmədiyindən Qafar telefonla ona Eyvaz əmi vasitəsilə pul göndərəcəyini demişdi. Onun uşağı həmin vaxt balaca olduğu üçün Qafar pulu Eyvaz əmiyə göndərir, Eyvaz əmi isə pulu qəbzləri ilə birlikdə ona təhvil verirdi. Dəqiq vaxtlarını deyə bilər, çünki qəbzlər hal-hazırda ondadır və qəbzləri məhkəməyə təqdim etmişdir. xx.xx.2021-ci ildə 10000 dollar, xx.xx.2021-ci ildə 9990 dollar, xx.xx.2022-ci ildə 5000 dollar pulu Qafar Eyvaz əmiyə göndərmiş, Eyvaz əmi də ona təhvil vermişdir. Bunlardan başqa Qafar tərəfindən Eyvaz əmiyə hər hansı pul göndərilməmişdir. O, gündəlik xərclərini həmin pulla ödəyir, qalan məbləği isə saxlayırdı. 2022-ci ilin sentyabr ayında Azərbaycana gələn Qafar ondan 37000 manat məbləğində pulu götürüb Bakıda ev almışdır. Qalan məbləği Eyvaz əmiyə məxsus evdə kirayədə yaşadığı üçün hər ay 200 manat kirayə pulu vermiş, uşaqların bağça və sağlamlıq problemlərinə xərcləmişdir. Qafarın əslində ondan boşanmaq fikri yox idi. Ailəsi ona təzy iqlər göstərdikdən sonra münasibətləri bir qədər pozulmuşdur. Həmin vaxtlarda, daha dəqiq 2023-cü ildə Qafar onlara bir müddət ayda 700 manat pul göndərmişdir. Artıq uşaq bir qədər böyümüşdü və o, sərbəst surətdə özü banka gedib pulu qəbul edə bilirdi. O, 2021-ci ilə kimi bir neçə dəfə Azərbaycana gəlib yenidən Rusiyaya qayıtmış, o cümlədən 2018-ci ildə gəlib bir il qaldıqdan sonra Rusiyaya qayıtmış, 2021-ci ildən sonra isə getməmişdir. Əgər Qafar 2018-ci ildə Eyvazın vasitəsilə Bakıda ev alsaydı, onun bu hadisədən mütləq xəbəri olardı. O, Rusiyadan qayıtdıqdan sonra Eyvaza məxsus evdə kirayədə yaşamışdır. Qafarla Eyvazın münasibətlərinin pisləşməsinin səbəbi pul məsələsi deyil, şəxsi zəmində mübahisədir. Belə ki, Qafar onunla nikahı pozulmadan Eyvazın qohumu olan qadınla ailə qurmaq istəy irdi. Bu niyyətinin alınmaması səbəbindən onlar arasında münasibət kəskinləşmişdir. O, hal-hazırda ünvan 1 ünvanında yerləşən, Eyvazın ailəsinə məxsus evdə kirayədə yaşayır. Qafarın Eyvaza ev almaq məqsədilə guya 93000 manat pul göndərməsi və həmin pula Eyvaz tərəfindən ev alınması həqiqətə uyğun deyildir.

16. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(002)716/2024 nömrəli qətnaməsi ilə (hakim-Fuad Hüseynov) iddia təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfin cavabdeh tərəfə Rusiya Federasiyasından “zolotaya korona” və “contact” pul köçürmə sistemləri ilə Əsgərov Hicran Xeybər oğlu və X4 vasitəsilə 42000 manat pul göndərdiyi tərəflər arasında mübahisə doğurmasa da, həmin pul vəsaitinin cavabdeh tərəfindən i ddiaçının həyat yoldaşı Ç.Salahovaya təqdim edildiyi iş materiallarında olan yazılı sübutlar (o cümlədən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti, yazılı izahatların surətləri), şahid H.Əsgərovun ifadəsi, habelə iddiaçının həyat yoldaşı olan şahid Ç.Salahovanın ifadəsi və pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə birmənalı olaraq öz təsdiqini tapmaqdadır. Ona görə də 42000 manata dair hissədə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Bundan əlavə, məhkəmə müəyyən edir ki, iddia tələbinin qalan 51000 manata dair hissəsi ilə bağlı məhkəməyə ümumiyyətlə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu barədə iddiaçının atası şahid M.Miriyevin, bacısı şahid M.Miriyevanın, ailə dostu Ş.Hü seynovanın ifadələri onların iddiaçı tərəfə yaxınlığı və onlardan heç birinin tərəflər arasında hər hansı pul məbləğinin verilməsində bilavasitə iştirak etməməsi səbəbindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçının hər hansı yazılı əqd bağlamadan, hər hansı pul köçürmə qəbzini qoruyub saxlamadan, uzun müddət ərzində yaxın ailə üzvlərinə belə bildirmədən cavabdehin vasitəsilə daşınmaz əmlaklar əldə etməsi barədə ifadələr inandırıcı və ağlabatan görünmür. İddia tələbinin əsaslandığı digər hallar (o cümlədən iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaiti hesabına iki evin alınması, cavabdeh tərəfindən həmin daşınmaz əmlaklarla bağlı öhdəliyin götürülməsi) barədə iddiaçı tərəfin dəlilləri də mülki qanunvericiliyə uyğun hər hansı mötəbər sübuta əsaslanmamaqla yanaşı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 məktubları, eyni zamanda iddiaçının həyat yoldaşı Ç.Salahovanın ifadəsi ilə təkzib olunur. Həmçinin, iddiaçının polis orqanına verdiyi ərizəsində, yazılı izahatında, habelə məhkəməyə təqdim etdiyi iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı konkret pul məbləğinin göndərilməsi və məhz 2018-ci ilin yanvarında mənzilin alınmasına dair heç bir məlumat əks olunmamış, bu barədə hər hansı mötəbər sübuta istinad olunmamışdır.

18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 324.6, 385.1, 394-cü, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 88, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi ni, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

20. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, iş üzrə hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa iddiaçı işə baxmış birinci instansiya məhkəməsinə bildirmişdir ki, onun anası cavabdeh ilə telefon vasitəsi ilə danışan zaman cavabdeh etiraf etmişdir ki, iddiaçı ona 40.000 manatdan çox pul vermişdir. İddiaçı həmin telefon danışığını özündə əks etdirən diski birinci instansiya məhkəməsinə təqdim etsə də, məhkəmə diski sübut kimi qəbul etməmişdir.

21. Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2(103)-4256/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisədə iddia tələbinin əsaslandığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçının cavabdehə Rusiya Federasiyasından “Zolotaya korona” və “Contact” pul köçürmə sistemləri ilə Hicran Əsgərov və Sevinc Mustafayeva vasitəsilə 42.000 manat pul göndərdiyi tərəflər arasında mübahisə doğurmasa da, həmin pul vəsaitinin cavabdeh tərəfindən iddiaçının arvadı Çinarə Salahovaya təqdim edildiyi iş materiallarında olan yazılı sübutlar (o cümlədən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti, yazılı izahatların surətləri), şahid Hicran Əsgərovun ifadəsi, habelə iddiaçının arvadı olan şahid Çinarə Salahovanın ifadəsi və pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə birmənalı olaraq öz təsdiqini tapmaqdadır.

23. İddia tələbinin 51.000 manata dair hissəsi ilə bağlı isə iddiaçı tərəfindən ümumiyyətlə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçının atası Mirbaba Miriyev, bacısı Mirvari Miriyeva, ailə dostu Şölə Hüseynovanın şahid ifadələri onların iddiaçı tərəfə y axınlığı və onlardan heç birinin tərəflər arasında hər hansı pul məbləğinin verilməsində bilavasitə iştirak etməməsi səbəbindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçının hər hansı yazılı əqd bağlamadan, hər hansı pul köçürmə qəbzini qoruyub saxlamadan, uzun müddət ərzində yaxın ailə üzvlərinə belə bildirmədən cavabdehin vasitəsilə daşınmaz əmlaklar əldə etməsi barədə ifadələr inandırıcı və ağlabatan görünmür.

24. İddia tələbinin əsaslandığı digər hallar (o cümlədən iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaiti hesabına iki evin alınması, cavabdeh tərəfindən həmin daşınmaz əmlaklarla bağlı öhdəliyin götürülməsi) barədə iddiaçı tərəfin dəlilləri də mülki qanunvericiliyə uyğun hər hansı mötəbər sübuta əsaslanmamaqla yanaşı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Re yestri” X18 məktubları, eyni zamanda iddiaçının arvadı Çinarə Salahovanın ifadəsi ilə təkzib olunur.

25. Həmçinin, iddiaçının polis orqanına verdiyi ərizəsində, yazılı izahatında, habelə iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı konkret pul məbləğinin göndərilməsi və məhz 2018-ci ilin yanvarında mənzilin alınmasına dair heç bir məlumat əks olunmamış, bu barədə hər hansı mötəbər sübuta istinad olunmamışdır.

26. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, onun (hazırda mərhum) anası cavabdeh ilə telefon vasitəsi ilə danışan zaman cavabdeh etiraf etmişdir ki, iddiaçı ona 40.000 manatdan çox pul vermişdir. İddiaçı həmin telefon danışığını özündə əks etdirən diski Rayon Məhkəməsinə təqdim etsə də, birinci instansiya məhkəməsi diski sübut kimi qəbul etməmişdir. Bununla bağlı m əhkəmə qeyd etmişdir ki, qeyd edilən disk apellyasiya baxışı zamanı məhkəmə tərəfindən dinlənilmiş və bu zaman müəyyən edilmişdir ki, həmin danışıq MPM-in 95.2-ci maddəsinin tələbi pozulmaqla yazılmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin diski sübut kimi qəbul etməməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətinin qısa məzmunu bundan ibarətdir ki, qətnamə hər tərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. İddiaçı qeyd etmişdir ki, cavabdehə inandığı və tam etibar etdiyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə olmaqla ümumilikdə cavabdehə 93. 000 manat pul göndərmişdir. Həmin 93.000 manatı bir hissəsini 25.000 ABŞ dolları və bir hissəsini isə 50.500 manat şəkilində vermişdir. Cavabdeh Bakı şəhəri Qaradağ RPİ-nin 11-cü Polis Şöbəsinə dəvət olunaraq izahatı alınmış və cavabdeh 93.000 manatdan iddiaçıya 42.000 manat borclu olduğunu izahatında etiraf etmiş, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısında cavabdeh ona ev almaq üçün iddiaçı tərəfindən 40.000 manatdan çox pul verildiyini etiraf etdiyi halda məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmiş, səs yazısının kimə məxsus olduğunun müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilməmişdir. Məhkəmə şahid ifadələrinə düzgün qiymət verməmiş, MPM-nin 88-ci maddəsinin pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

31. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

32. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

33. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmət lərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

34. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

35. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən ki fayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sü butlarla, ekspertlərin rəyləri ilə yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.

42. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.

43. Maddə 194.1. Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasi bətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq aşağıdakılara əsasən hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilməlidir.

54. Mülki məhkəmə icraatında işə baxan məhkəmənin ən əsas vəzifələrindən biri iddia tələbinin hüquqi əsasının düzgün müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həm in tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bu tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qətnaməsinin qanuni və əsaslı olması prinsipindən də irəli gəlir. Eyni zamanda MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Tələbin hüquqi əsasının müəyyən edilməsi eyni zamanda mülki hüquq münasibətinin hər bir tərəfinin sübutetmə yükünün, tələbin təmin edilməsinə hüquqi maneənin (kəsici müddətlərin keçməsi və s) mövcud olub-olmamasının müəyyənləşdirilməsi baxımından da zəruridir.

55. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halıdır ki, iddiaçı Rusiya Federasiyas ında olarkən cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğlu və həyat yoldaşı X4 vasitəsilə cavabdehə xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 42.000 manat pul göndərmişdir. İddiaçının bu məbləğdən artıq vəsait göndərdiyi cavabdeh tərəfindən qəbul edilməmiş və iddiaçı bu barədə yazılı sübutlar təqdim edilməmişdir. Cavabdeh iddiaçının ona 42.000 manat pul göndərdiyini qəbul etdiyindən məhkəmə tərəfindən izahatlara əsasən onlar arasında hansı mülki hüquq münasibətinin yarandığı və hazırda pul tələbinin qanuni əsası müəyyən edilməli idi.

56. Məhkəmə tələbin əsaslı olmasının iddiaçı tərəfindən sübut edilməməsinə istinad edərək iddianı rədd edərkən iş üzrə gəldiyi nəticəni həm MM-nin 324.6-cı, həm də MM-nin 385.1-ci maddələri ilə əsaslandırmış, tərəflər arasında öhdəlik münasibətinin m övcud olubolmadığı, mövcuddursa hansı öhdəlik münasibətinin mövcudluğunun müəyyən edildiyi qətnamədə göstərilməmişdir. Məhkəmənin istinad etdiyi MM-nin 324.6-cı maddəsində qeyd edilir ki, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Bu normaya o zaman istinad edilə bilərdi ki, məhkəmə tərəflərin əqd bağlayarkən iradə ifadələrinin nədən ibarət olduğunu müəyyənləşdirə bilməsin. Qətnamədə istinad edilmiş MM-nin 385.1-ci maddəsi isə tərəflər arasında öhdəlik münasibətinin mövcudluğu müəyyən edildiyi halda tətbiq edilə bilərdi. Əgər məhkəmə tərəfindən tərəflər arasında hər hansı öhdəlik münasibəti yaranmadığı müəyyən edilmişdisə iddiaçının pul tələbinə əsassız varlanma ilə bağlı normalar tətbiq edilməklə baxılmalı i di.

57. Kollegiya hesab edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında yaranmış hüquq münasibəti tapşırıq müqaviləsinin ünsürlərini əhatə etdiyinə mübahisəyə həmin münasibətləri tənzimləyən normalar tətbiq edilməklə baxılmalı idi. Belə ki, cavabdeh iddiaçı tərəfindən ona müəyyən tapşırıq verildiyini və bu tapşırıqla bağlı 42.000 manat məbləğində pul göndərildiyini qəbul etdiyindən MPM-nin 106.3-cü maddəsinə əsasən iddiaçı bu halı sübut etmək vəzifəsindən azaddır. İşdən görünür ki, tərəflər arasındakı mübahisəli məsələ verilmiş tapşırığın məzmunu ilə bağlıdır. İddiaçı bu pulun cavabdehə sonradan onun adına keçirilməsi şərti ilə ev alınması üçün göndərildiyini iddia etmiş, cavabdeh isə pulun ona iddiaçının həyat yoldaşına təqdim edilməsi üçün göndərildiyi ni bildirmişdir.

58. MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən tapşırığın məzmununun nədən ibarət olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı tapşırığın iddia ərizəsində qeyd edilən məzmunda verildiyini təsdiq etmək üçün məhkəməyə şahid ifadələri və xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası ilə cavabdehə aid olduğu iddia edilən səs yazısı təqdim etmişdir.

59. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının təqdim etdiyi səs yazısını sübut qismində qəbul etməməsi MPM-nin 95.2-ci maddəsinin tələbinə və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğundur. Həmin qərarda qeyd edilmişdir ki, “şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzə rdə tutulan hallara aid edilə bilməz.” Hazırkı halda sübut kimi təqdim edilmiş səs yazısındakı danışıq iddiaçı ilə deyil, onun anası ilə aparıldığından məhkəmə tərəfindən sübut kimi qəbul edilməməsi prosessual pozuntu hesab edilə bilməz.

60. Məhkəmə iddiaçının təqdim etdiyi şahidlərin (atası M.Miriyev, bacısı M.Miriyeva, tanışları Ş.Hüseynova) ifadələrini iddiaçı tərəfə yaxın olduqlarından və pul məbləğinin verilməsində bilavasitə iştirak etmədiklərindən mötəbər sübut hesab etməmişdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biridir. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə, bununla bağlı mövqeyini əsaslandırmalıdır. Çünki bəzən tərəf işin müəyyən hallarını yalnız ona yaxın və ya qohum olan şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar (qohumlar) da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilərlər (məsələn, ailə üzvləri, qohumlar və ya yaxın dostlar arasındakı mülki hüquq münasibətlərində, ər-arvad arasındakı əmlak mübahisəsində və sair). Hazırkı halda da tərəflər arasında qohumluq münasibəti olduğundan onlar arasındakı razılaşma ilə bağlı digər qohumların məlumatlı olması mümkündür.

62. Həmçinin nəzərə alınmalıdır ki, tərəflərdən birinin yaxını və ya qohumu olsa da, məhkəmə iclasında şahid qismində ifadə verməyə razılıq vermiş şəxslər MPM-in 194.1-ci ma ddəsinə əsasən digər şahidlər kimi bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilirlər və onlardan bu barədə iltizam alınır. Bu baxımdan iş üzrə şahidlərin xeyrinə ifadə verdiyi tərəflə yaxın münasibətləri, o cümlədən, qohumluğu onların ifadəsinin mötəbər olmadığı barədə qənaətə gəlmək üçün yeganə əsas kimi çıxış edə bilməz.

63. Hakimin şahid ifadəsinin mötəbər sübut hesab edilməməsi ilə bağlı mövqeyi şahid ifadələrinin işə aid olmaması, işdə olan digər sübutlarla ziddiyyət təşkil etməsi, şahidin ifadə verdiyi şəxslə münasibətinin yaxşı olmaması, işdə marağı olması, qərəzli olması və sair hallarla əsaslandırıla bilər. İşə baxmış məhkəmə cavabdeh tərəfindən şahid qismində təqdim edilmiş, Ç.Salahovanın ifadəsini cavabdehin etirazında istinad etdiyi halları təsdiq edən möt əbər sübut kimi qəbul etmiş və göstərmişdir ki, onun ifadəsi pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə təsdiq edilir.

64. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Ç.Salahovanın ifadəsinin mötəbərliyinə (həqiqətə uyğun olub-olmadığına) qiymət verərkən işin hallarını, onunla iddiaçı arasındakı münasibətlərin 2021-ci ildən pozulmasının şahidin özünün Qaradağ RPİ TŞ-nə verdiyi, iş materiallarına əlavə edilmiş yazılı ifadə ilə təsdiq edildiyini, 2023-cü ilin avqust ayında nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə dair iş materiallarında sübut olduğunu (Neftçala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı), şahidin birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı nın vəkilinin sualına cavab olaraq hazırda cavabdehin ailəsinə məxsus evdə yaşadığını təsdiq etdiyini, bu səbəbdən cavabdehlə şahidin maraqlarının üst-üstə düşdüyünü nəzərə almamış, bununla da MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur.

65. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilərək yenidən apellyasiya baxışına qaytarılmalıdır.

66. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2024-cü il tarixli 2(103)-4256/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar