Məhkəmə qərarları › İş №2(102)-1020/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1020/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1020/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqı tələbi 18.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı, vəkili X1, vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-654/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, o, mühasib kimi işə qəbul edilmişdir 2.İşçinin aylıq əmək haqqı 125 manat təşkil etmişdir 3.Əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir 4.İddiaçı xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli ərizələrlərlə Cavabdeh-nin direktoru X3 müraciət edərək, ona şirkət tərəfindən ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun və əmək qanunvericiliyində nəzərdə tutulmuş digər ödənişlərin ona ödənilməsini xahiş etmişdir. 5.İddiaçı tərəfindən təqdim edilən maliyyə cədvəlinə əsasən Cavabdeh tərəfindən İddiaçı xx.xx.2018-ci il tarixədək ödənilməli əmək haqqı 2397.71 manat, istifadə edilməmiş məzuniyyət pulu 625.42 manat, işdən çıxa rılmağa görə 2 aylıq müavinət 380 manat, əmək haqqının gecikdirilməsinə görə hesablanmış cərimə məbləği 6610.38 manat olmaqla cəmi 10013.51 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı Cavabdeh-yə qarşı “əmək haqqının və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh-dən 2837,49 manat ödənilməmiş əmək haqqının, 626,86 manat məzuniyyət pulunun, 500 manat işdən çıxarılmağa görə iki aylıq təminatın, 8665,32 manat əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanmış ödəncin, 2000 manat mənəvi ziyanın və 100 manat hüquqi xidmətlər xərcinin, cəmi 14729,67 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir “xxxx”ASC-nə ödəni lməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir 7.İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dən ona ödənilməli əmək haqqı 2397.71 manat, istifadə edilməmiş məzuniyyət pulu 625.42 manat, işdən çıxarılmağa görə 2 aylıq müavinət 380, manat, əmək haqqının gecikdirlməsinə görə hesablanmış cərimə məbləği 6610.38 manat olmaqla cəmi 10013.51 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. 8.Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2018-ci il tarixli 2(008)-3230/2018 nömrəli qətnaməsi ilə (hakim Ə.Səmədov) iddia qismən təmin edilərək, Cavabdeh-dən ödənilməli əmək haqqı 2397.71 manat, istifadə edilməmiş məzuniyyət pulu 625.42 manat, işdən çıxarılmağa görə 2 ay lıq müavinət 380 manat, əmək haqqının gecikdirilməsinə görə hesablanmış cərimə məbləği 6610.38 manat olmaqla, cəmi 10013.51 manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh olan işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. İddiaçı Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixədək ödənilməli əmək haqqı 2397.71 manat, istifadə edilməmiş məzuniyyət pulu 625.42 manat, işdən çıxarılmağa görə 2 aylıq müavinət 380 manat, əmək haqqının gecikdirlməsinə görə hesablanmış cərimə məbləği 6610.38 manat olmaqla cəmi 10013.51 manat təşkil edir. Ona görə də, iddia ərizəsi həmin hissədə təmin edilərək, Cavabdeh -dən İddiaçı xeyrinə ödənilməli əmək haqqı 2397.71 manat, istifadə edilməmiş məzuniyyət pulu 625.42 manat, işdən çıxarılmağa görə 2 aylıq müavinət 380 manat, əmək haqqının gecikdirlməsinə görə hesablanmış cərimə məbləği 6610.38 manat olmaqla cəmi 10013.51 manat pul məbləği tutulmalıdır. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12.2, 77.1, 135, 144.2, 172, 185, Mülki Məcəllənin 21-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. 12.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-654/ 2020 nömrəli iş üzrə xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Ağayev və H.Həmidov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)- 3932/2018 saylı qətnaməsi “2 aylıq müavinət 380 manat”ın tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə “əmək haqqının gecikdirilməsinə görə hesablanmış cərimə məbləğinin” və cəmi borcun tutulması hissəsində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə tutulmalı cərimə məbləği 6332,98 manat, cəmi borc məbləği isə 9356,11 manat müəyyən edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 13.Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qət naməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işdən çıxmağa görə iki aylıq müavinət məbləği olaraq 380 manatı cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə qismən təmin edərkən Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinin xx.xx.2018-ci il tarixədək qüvvədə olan mətninə istinad etməklə yanaşı, nəzərə almamışdır ki, işçiyə öz ərizəsinə əsasən işdən çıxma müavinətinin ödənilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən apelyasiya məhkəməsi hesab etmişdir ki, qətnamə “işdən çıxmağa görə aylıq müavinət 380 manatın tutulması” hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. 14.Apellyasiya məhkəməsi qətnamənin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, ə mək qanunvericiliyi fərdi əmək mübahisəsinin yaranması halında cərimənin tutulmasını məhdudlaşdırmamışdır. Bu səbəbdən də qətnamə cərimə məbləğinin tutulması hissəsində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə ekspert rəyi ilə müəyyən edilən cərimə (6610,38 manat) məbləğindən 2 aylıq müavinat olan 380 manata hesablanmış cərimə məbləği (380 manat x 1%: 100 = 3.8 manat x 73 gün = 277,4 manat) 277,4 manat çıxılmaqla cərimə məbləği (6610,38 manat – 277,4 manat = 6332,98 mamat) 6332,98 manat müəyyən edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, iddia tələbi iki aylıq müavinətin tutulması hissəsində təmin edilmədiyindən və cərimə məbləğinin tutulması hissəsində dəyişdirildiyindən, ona uyğun olaraq qətnamə cəmi borcun tutulması hissəsində də dəyişdirilməli, cəmi tutulmalı məbləğ 9356,11 ma nat (2397.71 + 625.42 + 6332,98) müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 17.İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək şikayətin dəlilləri ilə razılaşmadığını, apelyasiya instansiyası məhkəməsinin qətnam əsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.

19. İddiaçı və vəkili İ.Cavadov izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri 20.MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 21.MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). 22.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq z ərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 23.Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

24. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.(maddə 21.1)

25. Zərər dedikdə, hüququ pozulmuş şəx sin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2.)

26. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (maddə 21.3) Əmək Məcəlləsi

27. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. (maddə 172.5) Mülki Prossesual Məcəllə 28.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2) 29.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1) 30.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88) 31.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2) 32.Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416) 33.Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi 34.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 38.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-654/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar