Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1021/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1 və Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş birgə kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(004)-***/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 Cavanşir qızına, Cavabdeh2 M1 oğluna və üçüncü şəxs Bakı şəhəri 23 saylı Notariat Kontoruna qarşı “mirasdan yaşayış evini almaqda üstünlük hüququnun tanınması və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-***/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 Cavanşir qızına və Cavabdeh2 qarşı “mirasdan yaşayış evini almaqda üstünlük hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı, qeydiyyatda olduğu vəfat etmiş həyat yoldaşından qalan Bakı şəhəri, Yasamal rayonu, Bəsdi Bağırova küçəsi, ev 5D, 27 saylı mənzilə üstünlük hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu,************ saylı mənzilin-birgə nikah dövründə qazanılmış olan əmlakın ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması, qalan hissədə vərəsəlik qaydasında mülkiyyət hüququ, üstünlük hüququ təmin edilərək, digər vərəsələrə kompensasiya verilməklə tanınması, cavabdehlərin vərəsəlik qayd asında mülkiyyət hüququna xitam verilməsi, xx.xx.2017-ci il tarixdə Şamaxı rayonu, ******* kəndində 0.1134 ha torpaq sahəsi olan qazanılmış əmlakın birgə nikah dövründə olduğunu nəzərə alaraq, onun ½ hissəsinə mülkiyyət hüququnun, digər ½ hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə birtərəfli yanaşaraq, təsdiq olunmayan sübutlara istinad edərək, məsələ ilə bağlı halları nəzərə almamış, mübahisəyə birtərəfli münasibət bildirmişdir. Apellyasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, mərhum M1 mənzili öz vəsaiti ilə təmir etmişdir. Lakin İddiaçı 2008-ci ildən M1 ilə ailə qurub və bu günə kimi mübahisəli mənzildə yaşayır. Onlar mənzili satmaq istəmişlər. Lakin mənzil 5-ci mərtəbədə yerləşdiyinə görə alan olmamış və onlar 23000 manat vəsaitləri ilə 20152016-cı illərdə mənzili əsaslı təmir etmişlər. X1 vəfatından 2 ay sonra hazırki iş üzrə cavabdehlər R1 mənzili tərk etməsini tələb etmişlər. Onların hər üçün qanun üzrə birinci növbəli vərəsələrdir. İddiaçı 2008-ci ildən bu günə kimi mübahisəli mənzildə yaşamaqla hazırda da miras əmlakı faktiki olaraq qəbul etmişdir. Hazırda mübahisəli mənzilin naturada paylara bölünməsi qeyri-mümkündür və mənzil birgə nikah dövründə əsaslı təmir olunmuşdur. Buna görə mübahisəli mənzillə bağlı qeyd edilmiş tələblə məhkəməyə müraciət edilmişdir. Ape llyasiya məhkəməsi isə mübahisəyə səthi yanaşmış, maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin ləğv edilərək Yasamal rayonu, ********** küçəsi ev **** (5-ci mərtəbə, 33 lv.m-lik, 1 otaqlı) *** saylı mənzilin birgə nikah dövründə qazanılmış olan əmlakın ½ hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması, Yasamal rayonu, ******** küçəsi, ev *******, **** saylı mənzilin qalan ½ hissədə vərəsəlik qaydasında mülkiyyət hüququ, üstünlük hüququ təmin edilərək, digər vərəsələrə kompensasiya verilməklə tanınması, cavabdehlərin vərəsəlik qaydasında mülkiyyət hüququna xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişl ər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, Cavabdeh1 və 3-cü şəxs Bakı şəhəri 23 saylı Notariat Kontorunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh2 M1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərin uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olmaması işin mübahisələndirilməyən hallarındandır. İşin mübahisəli halı isə iddiaçının mübahisəli mənzilin öz vəsaiti hesabına əsaslı təmir etdirdiyini, buna görə də həmin mənzilin onunla iddiaçının birgə mülkiyyəti hesab etməklə mənzilin 1\2 hissəsinə mülkiyyət hüququnun tanınmalı olmasını, qalan hissədə vərəsəlik qaydasında mülkiyy ət hüququ, üstünlük hüququ təmin edilərək, digər vərəsələrin kompensasiya verilməklə tanınması, cavabdehlərin vərəsəlik qaydasında mülkiyyət hüququna xitam verilməsini bəyan etməsidir. Birgə nikah dövründə əldə olunmayan əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasının qanuni əsası və onun dispozisiya əlamətləri Ailə Məcəlləsinin 35-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Yəni, bu maddənin tətbiq edilməsi üçün ər-arvadın hər birinin əmlakının dəyərin i xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.)” müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Buna görə də, mübahisə predmeti olan mənzildə aparılmış təmir işinin onun dəyərində xeyli artıma səbəb olub-olmamasını müəyyən etdikdən sonra Ailə Məcəlləsinin 35-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilə bilər. İşdə olan qiymətləndirici rəyi mötəbər hesab edilsə belə, mübahisəli mənzilin 2014cü ilə təmirsiz vəziyyətdə bazar dəyəri 45000 manat, xx xxxxxx 2019-cu il tarixə isə rekonstruksiya edilmiş təmirli vəziyyətdə 58000 manat təşkil etdiyi göstərilir. İddiaçının nümayəndəsi və vəkili isə izahatında mübahisəli mənzilin təmirdən əvvəl 48000 manat, təmirdən sonra 53000 manat olduğunu göstərmişdir. Qiymətləndiricinin rəyi m ötəbər hesab edilsə, mənzilin təmirdən əvvəlki dəyərinin 45000 manat, təmirdən sonrakı dəyərinin isə 58000 manat olması təmirin mənzilin dəyərini yalnız 13000 manat artırdığını təsdiq edə bilər. Lakin apellyasiya şikayətində də göstərildiyi kimi aparılmış rekonstruksiya işlərini daşınmaz əmlakın dövlət reyestrinin qeydiyyatını aparan orqan qəbul etməmişdir. Bunun əksi də mümkün deyil. Çünki, bu cür işlər qanunla müəyyən edilmiş qaydada müvafiq orqanların rəsmi icazəsi ilə olmalıdır. Bundan başqa, 33 kv.metr ümumi sahədən ibarət, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 1 otaqlı mənzilin yerləşdiyi ərazi və digər halları da (köhnə tikili olması və.s) nəzərə alınmaqla mənzilin dəyərinin həm təmirdən sonra, həm də hazırda rekonstruksiya işləri nəzərə alınmadan 58000 manat olması yaxud b undan da artıq ola biləcəyi inandırıcı və ağlabatan deyildir. Əksinə iddiaçının nümayəndəsi və vəkili bu qiymətin bir qədər də aşağı olduğunu söylədi. Əsas məsələ mənzilin təmirinə çəkilmiş xərcin onun dəyərini xeyli artırıbartırmamasını müəyyən etməklə iş üzrə mübahisəni düzgün həll etməkdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənzilin real bazar qiymətinə münasibətdə əsaslı təmirinə sərf olunmuş məbləğin onun dəyərini xeyli artırıbartırmaması müəyyən edilməlidir. Bunun üçün ilk növbədə xeyli artırmanın mənası açılmalı, mənzilin dəyərinin hansı nisbətində əsaslı təmirə qoyulmuş xərcin xeyli artıran vəsait olması müəyyən edilməlidir. Belə ki, mənzilin real bazar dəyərinin təmirdən əvvəl 45000 manat, hazırda isə 58000 manat olması mötəbər qəbul edilsə belə təmirə çəkilən xərcin onun dəyərini xeyli artırdığı qənaətinə gəlməyə əsas vermir. Çünki, mənzilin dəyərinin bu nisbətində (58000-45000=13000) əsaslı təmirə qoyulmuş xərcin mənzilin dəyərini xeyli artıran vəsait hesab etmək olmaz. Belə ki, əsaslı təmir mənzilin dəyərini xeyli, yəni mənzilin tərəflərin birgə mülkiyyəti sayılacaq dərəcədə artırmamışdır. Bu cür hallar həm də ümumiyyətlə mülkiyyət hüququnun, o cümlədən hazırki iş üzrə cavabdehlərin artıq qeydə alınmış mülkiyyət hüquqlarının süni surətdə məhdudlaşdırılmasına şərait yarada bilər ki, bu da yol verilməz hesab olunmalıdır. Bundan başqa, mənzilin təmirinə çəkilmiş xərcin sırf iddiaçıya məxsus olması da sübut olunmalıdır. Bu halı sübut etmək yükü iddiaçının üzərinə düşür. Lakin o, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş və bu halı sübuta yetirə bilməmişdir. Əksinə iddiaçı mənzilin birgə nikah dövründə mərhum ərinin vəsaiti hesabına təmir edildiyini təkzib etmir. Göründüyü kimi, bu hal da, yəni təmirə xərclənmiş vəsaitin kimə aid olması hazırki iş üzrə iddianın predmeti olmasa da, bu iddianın əsaslılığına təsir edən amillər hesab edilməlidir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın bu hissəsinin yuxarıda göstərilən səbəblərdən təmin edilməsi üçün əsaslar olmadığından təmin edilə bilməz. Bundan əlavə, iddia tələbinin digər hissəsi də əsaslı hesab edilə və təmin edilə bilməz. Belə ki, iddiaçı mübahisə predmeti olan mənzilə qalan hissədə vərəsəlik qaydasında mülkiyyət hüququ, üstünlük hüququ təmin edilərək, digər vərəsələrə kompensasiya verilməklə tanınmasını tələb e tsə də Mülki Məcəllənin 1302-ci maddəsinin imperativ tələbinə əsasən miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüquqları vardır. Lakin iddiaçı miras qoyanla birlikdə mənzilə ümumi mülkiyyət hüququ olan vərəsə olmadığından, eləcə də yuxarıda iddia tələbinin birinci hissəsinə hüquqi qiymət verilərkən mübahisə predmeti olan mənzilin ikidə bir hissəsinə onun ümumi mülkiyyət hüququnun tanınmasının təmin edilməsinin mümkünsüzlüyü təsdiq edildiyindən iddianın bu hissəsi də təmin edilə bilməz. Miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış vərəsənin əmlak bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı predmetlərini almaqda üstünlük hüququ vardır(MM. Mad.1303). Lakin iddiaçı miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşasa da hazırki iş üzrə miras əmlak kimi yalnız bir mənzildən bəhs edilir. Bununla yanaşı, üstünlük hüququnun həyata keçirilməsi zamanı miras bölgüsündə iştirak edən digər vərəsələrin əmlak hüququları nəzərdə tutulmalıdır. Əgər əmlak onlara çatası payı almağa kifayət etməzsə, üstünlük hüququnu həyata keçirən vərəsələr onlara müvafiq pul və ya əmlak kompensasiyası verməlidirlər.(MM. Mad. 1304.). Lakin hazırki iş üzrə iddia tələbinin bu hissəsi əsaslı hesab edilsə belə iddiaçı cavabdehlərə buna görə hansı məbləğdə pul yaxud əmlak kompensasiya ödəmək niyyətini konkret formada təklif etməmişdir. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, qeyd olunanlarla yanaşı, yəni iddia tələbinin ilk iki hissəsi təmin edilməd yindən, onlardan doğan üçüncü törəmə tələb də təmin edilə bilməz. Kassasiya kollegiyası apellyasiya kollegiyasının hüquqi mövqeyi ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlillləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Kassasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, apellyasiya kollegiyası mübahisənin hər bir hissəsi üzrə araşdırma aparmış və hər bir hissə üzrə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermədən hüquqi mövqe nümayiş etdirmişdir. Hazırda kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etdiyindən, apellyasiya kollegiyası həmin dəlillər üzrə düzgün hüquqi mövqeydə olduğundan, əsaslandırılmış halların təkrarlanmasına zərurət yoxdur. Odur ki, ka ssasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2 (103)-****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1021/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1021/2020
17.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver