Məhkəmə qərarları › İş №2(102)-1023/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1023/2023

03.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1023/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X9 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “Yevlax rayonu Mühafizə Şöbəsinə qrup rəhbəri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)6442/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəf indən verilmiş kassasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Yevlax rayon Mühafizə Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xidməti xasiyyətnaməyə əsasən, İddiaçı xx.xx.2016-cı il tarixdən Yevlax rayon Mühafizə Şöbəsində mülki mühafizəçi, 2019-cu ilin mart ayından qrup rəhbəri vəzifəsində xidmət aparmışdır.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, 247-038-22 əmrindən görünür ki, daxili işlər orqanlarının əməkdaşı adını uca tutmalı, etik qaydalara ciddi əməl etməli, hər kəsi hüquqa zidd əməllərdən müdafiə etməli və digər əməkdaşlara nümunə olmalı olduğu halda, İddiaçı ilə birlikdə xidmət vaxtı xanımlarla eyş-işrət məclisi təşkil etdiyinə, qrup rəhbəri İddiaçı həmin qadınlardan biri ilə qeyri-etik formada fotoşəkilini və sonuncunun evli bir qadınla əxlaq normalarına zidd münasibət qurması barədə söhbət edərkən, həmin danışıqların videogörüntüsünü xəlvəti şəkildə mobil telefonla qeydə aldığına, qeyd olunan foto və videogörüntülərin silinməsi müqabilində qrup rəhbəri İddiaçı ilə şəxsi maraqlarından irəli gələn mövzuda danışıq apardığına, subardinasiya qaydalarını pozaraq rayon prokurorluğuna sonuncunun barəsində müraciət etdiyinə, həmin hərəkətləri ilə «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 1-3, 12, 17, 19 və 22-ci maddələrinin, «Polisin post patrul xidməti Nizamnaməsi»nin 7.1.5-ci, «Azərbaycan Respublikası Daxili X7 Nizamnaməsi»nin 3.1, 3.2 və 3.9-cu bəndlərinin tələblərini k obud surətdə pozduğuna və xidmətdə mənfi xarakterizə olunduğuna, bununla da daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Yevlax Rayon Mühafizə Şöbəsinin manqa komandiri, polis baş serjantı X3 BMİ-nin xx.xx.2021-ci il tarixli, Ə302-038-21 nömrəli əmri ilə qüvvədə olan “töhmət” intizam tənbehi, Sıravi və kiçik rəis heyətinin yığıncağının qərarı da nəzərə alınmaqla «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, davranışları ilə tabeliyindəki mülki mühafizəçilərə nümunə olmalı olduğu halda, kirayə tutduqları evdə polis baş serjantı X4 ilə birlikdə xanımlarla eyş-işrət məclisi təşkil etdiyinə, polis baş serjantı X2 qey də aldığı foto və videogörüntülərin silinməsi müqabilində sonuncunun onunla şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar aparması barədə hissə rəhbərliyinə dərhal məlumat vermədiyinə və xidmətdə mənfi xarakterizə olunduğuna, həmin hərəkətləri ilə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə Yevlax Rayon Mühafizə Şöbəsinin qrup rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsi BMİ-nin xx.xx.2021-ci il tarixli Ə302-038-21 nömrəli əmri ilə qüvvədə olan “töhmət" intizam tənbehi və X8 yığıncağının qərarı da nəzərə alınmaqla DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan. Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilmiş, tabelikdəkilərin xidmət zamanı və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizam-intizam və etik davranış qaydalarına riayət etmələrinə nəzarəti zəiflətdiyinə, hüquqazidd əməllərə qurşanmış əməkdaşlann vaxtında aşkar edilərək barələrində müvafiq tədbirlərin görülməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirmədiyinə görə Yevlax Rayon Mühafizə Şöbəsinin rəisi, polis polkovnik leytenantı X6 «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 114-cü maddəsinin 3-cü bəndinə əsasən “şiddətli töhmət” elan edilmişdir.

3. BMİ-nin xx.xx.2021-ci il tarixli, Ə302-038-21 nömrəli əmri ilə elan edilmiş “töhmət” intizam tənbehi qüvvədədir.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə213Ş/h-038/22 saylı əmri ilə İddiaçı 14 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 -ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) Yevlax Rayon Mühafizə Şöbəsinin qrup rəhbəri (qulluqçu) vəzifəsindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh 14 fevral 2022-ci il tarixli Ə213ş/h-038-22 nömrəli əmrinin ləğv edilməsi, Yevlax rayonu Mühafizə Şöbəsinə qrup rəhbəri vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2017-ci ilin iyun ayından etibarən 14 fevral 2022-ci il tarixədək Yevlax rayon Mühafizə şöbəsind ə çalışmışdır. İddiaçı 2019-cu ilin aprel ayından qrup rəhbəri vəzifəsini icra etmişdir. Cavabdeh Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 14 fevral 2022-ci il tarixli, Ə213ş/h-038-22 nömrəli əmri ilə işdən azad edilmişdir. İşin mahiyyəti üzrə gedişatından göründüyü kimi, İddiaçı işçi olaraq günahsız olması Yevlax Rayon Məhkəməsinin 4(039)- 87/2022 saylı qərarı ilə sübuta yetirilmişdir. Belə ki, həmin qərarla X4 təqsirləndirilən şəxs hesab olunaraq onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu da onu göstərir ki, İddiaçı işdən azad edilməyinə görə əsas hesab edilmiş qanunsuz əməllər əslində onun deyil, X2 cinayətkar əməlləridir. İddiaçı 01 fevral 2022-ci il tarixindən əmək məzuniyyətinə çıxmışdır. 05 fevral 2022-ci il tarixdə isə işə geri çağırılmışdır. 14 fevral 2022-ci il ta rixdə qanunsuz və əsassız işdən azad olunmuşdur.

7. Cavabdeh nümayəndəsi X12 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini, eyni zamanda, iddia müddətinin tətbiqi ilə bağlı ərizəni təqdim edərək, müddətin ötürülməsi səbəbindən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 2(006)-3169/2022 saylı, 2 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin edilməmişdir.

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuş, öz qeyri-etik davranışı ilə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkə tlərə yol vermişdir. Həm də üzrlü səbəblər olmadan məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.

10. Mehkəmə hesab etmişdir ki, işəgötürən İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etməkdə (əmək müqaviləsinə xitam verməklə) haqlı olmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-73 və 296.2-ci, Mülki Məcəllənin 372.1, 372.2, 375.1 və 375.2-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 217.3 və 217.4-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icr aat

12. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 2017-ci ilin iyun ayından etibarən 14 fevral 2022-ci il tarixədək Yevlax rayon Mühafizə idarəsində çalışmışdır. 2019-cu ilin aprel ayından qrup rəhbəri kimi təyin olunmuşdur. Təbii ki, qrup rəhbəri kimi təyin olunma səbəbi peşə fəaliyyəti qənaətbəxş olduğu üçün rəhbərliyin gəldiyi müsbət nəticənin göstəricisidir. Lakin uzun müddət keçdikdən sonra sarsıdıcı xəbər olaraq xx.xx.2022-ci il tarixli Ə213ş/h-038-22 saylı əmrlə işdən səbəbsiz olaraq azad edilmişdir. Belə ki, Cavabdeh tərəfindən ona qarşı qərəzli mövqe nümayiş olunur. Onu Azərb aycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edir. Lakin bütün qeyd olunanlara əks olaraq onun təqsirsiz olduğu isbata yetirilmişdir. Belə ki, onun işdən azad edilməsinə görə əsas hesab edilmiş qanunsuz əməllər əslində onun deyil, X2 cinayətkar əməllərinin olmasıdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən bu əsas məqamı nəzərə almamışdır. Təqdim olunmuş sənədlərdən də açıqaşkar məlum olur ki, o, 01 fevral 2022-ci il tarixdən əmək məzuniyyətinə buraxılmış, daha sonra 05 fevral 2022-ci il tarixdə yenidən işə çağırılmışdır. Nəticədə xx.xx.2022-ci ildən səbəbsiz şəkildə işdən azad olunmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6442/22 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışınski (sə drlik edən və məruzəçi), Azad İmanov, Qürbət Əsgərov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3169/2022 saylı işi üzrə 02 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması və Azərbaycan Respublikası Cavabdeh 14 fevral 2022-ci il tarixli Ə213ş/h-038-22 nömrəli əmri ləğv edilərək, İddiaçı Yevlax rayonu Mühafizə Şöbəsinə qrup rəhbəri vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi qət olunmuşdur.

15. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-127 saylı işi üzrə xx.xx.2022-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası CMnin 182.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 07 ay 14 gün müddətə (onun iki ili sınaq müddəti müəyyən edilməklə şərt i) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmə görə X1 rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsində işləyən zaman 2021-ci ilin iyun ayının istintaqa məlum olmayan günündə və saatında Yevlax rayon Mühafizə Şöbəsinə məxsus “Niva” markalı, **-PH-*** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobillə Yevlax şəhəri ərazisində xidmətdə olarkən həmin şöbədə mülki mühafizəçi vəzifəsində işləmiş İddiaçı Yevlax şəhərində fəaliyyət göstərən istintaqa məlum olmayan taksi sürücüsünün həyat yoldaşı ilə görüşməsi ilə bağlı danışdıraraq istifadəsində olmuş “Samsung J5 Prime” markalı telefon videogörüntüsünü qanunsuz çəkib İddiaçı şəxsi həyat sirri olan məlumatları qəsdən təkrarən toplayaraq X10 əməkdaşları arasında yaymışdır.

16. Məhkəmə qeyd etmişdir ki, i şəgötürənin əmrinin verilməsinə dair əsaslar cinayət təqibi üzrə araşdırmanın nəticəsi olmuş, İddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, əmrdə istinad edilən əməllərə görə isə başqa şəxsin təqsirli olması müəyyən edilmişdir.

17. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. Mübahisə edilən əmrə əsasən isə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən vəzifəsindən azad edilməsi göstərilsə də, işçini n hansı əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi, bunun nəticəsində işəgötürənin mənafeyinə zyan dəyməsi müəyyən edilməmişdir.

18. Məhkəmə həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilən iddia müddətinin ötürülməsi barədə gəldiyi qənaət işin hallarına uyğun olmamış, iddiaçının şikayət ərizəsi əsasında başlanmış və iddiaçı zərərçəkmiş şəxs kimi tanınmış cinayət işinə yekun vurulmamış işəgötürən əmək müqaviləsinin ləğvi bapədə əmr vermişdir. Halbuki həmin əmrin verilməsi üçün əsaslar olmuş hallar məhz cinayət işinin nəticəsi üzrə müəyyən edilmişdir. İddiaçının işəgötürənə müraciətləri, zərərçəkmiş şəxs kimi tanınan cinayət işi üzrə istintaq aparılması, iş üzrə h əqiqətin həmin cinayət işi üzrə aparılmış istintaq nəticəsində müəyyən olunması nəzərə alınmaqla iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi kimi qiymətləndirilməlidir. Həmçinin cavabdeh işəgötürən tərəfindən də iddia müddətinin ötürülməsi sübuta yetirilməmiş, son haqq-hesab sənədlərinin, əmək kitabçasının və sair verilməsi tarixləri barədə sənədlər məhkəməyə təqdim olunmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 63-cü, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, 7, 62, 68, 70, 71, 72, 182-184, 186-190 və 296-300-cü, Mülki Məcəllənin 560-cı, MPM-nin 76, 77, 80-82, 88, 106.2, 217.4, 220, 372 və 385-390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətini n dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək (vəkil: Nümayəndə) qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən yol verilən nöqsanların onun təmsil etdiyi orqanın nüfuzuna xələl gətirməklə bərabər, dövlət orqanın əməkdaşı kimi vətəndaşların gözündə, onun nəzdində digər hüquq-mühafizə orqanları əməkdaşları barəsində əsassız olaraq mənfi və doğru olmayan təəssüratın yaranmasına səbəb olur ki, qeyd olunan hallara yol vərməməsi şəxsin işlədiyi qurumun əməkdaşları üçün lazımı davranış qaydaları müəyyən edən aktlarda da onlar qarşısında əsas tələblərdən biri kimi qoyulmuşdur. Bu baxımdan iddiaçının hərəkətləri işəgötürən BMİ-nin qanuni mənafeyinə ciddi xələ l gətirmişdir.

22. Həmçinin, İddiaçı əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət etmək imkanı olmadığı və əmək mübahisələrinə baxan digər orqan olan məhkəməyə müraciət üçün qanunla nəzərdə tutulan müddət üzürlü səbəblər olmadan ötürüldüyü üçün iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd ediməsi zəruridir.

23. Belə ki, İddiaçı 14 fevral 2022-ci il tarixində işdən azad olunmuş, həmin tarixdə bu barədə əmrlə yerində tanış olmuş və bu andan müddətin axımı başlanmışdır. Cinayət təqibi orqanında araşdırmaların aparılması həmin orqanın qərarlarının məhkəmə üçün preyudisial qüvvəyə malik olmadığı və İddiaçı qanunla nəzərdə tutulan müraciət hüququnu məhdudlaşdırmadığı üçün, İddiaçı işəgötürənə müraciətləri isə, qeyd edildiyi kimi, müraciətin məhkəməyə qədər əmək mübahisələrinə baxan orqana edilməsi ilə şərtləndirildiyinə görə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə əsas vermir.

24. Cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “e” bəndi, 294 və 296-cü maddələri, MPMnin 9, 14, 77, 88 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi göndərərək, şikayətin əsassız hesab edilməsi, iş üzrə apellyasiya instansiya tərəfindən qəbul edilmiş qətnaməni dəyişdirilmədən saxlaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

26. Maddə 70. ç) bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

27. Maddə 72. e) bəndi. əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

28. Maddə 71. 2-ci və 3-cü hissələr. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

29. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafel ərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

30. Maddə 296. 2, 3 və 6-cı hissələr. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gü ndür. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Mülki Məcəllə

31. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 32. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsa sında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır 33.

382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məh kəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

47. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən vəzifəsindən azad edilməsi üçün əsaslar olmamış, onun hərəkətləri nəticəsində işəgötürənin mənafeyinə zyan dəyməsi müəyyən edilməmiş, İddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilən iddia müddətinin ötürülməsi üzrlü səbəblərdən olmuş, cavabdeh işəgötürən tərəfindən də iddia müddətinin ötürülməsi sübuta yetirilməmiş, iddia müddətinin axımının başlanması vaxtının müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edən son haqq-hesab sənədlərinin, əmək kitabçasının və sair verilməsi tarixləri barədə sənədlər məhkəməyə təqdim olunmamışdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilən iddia müddətinin ötürülməsi üzrlü səbəblərdən olması, cavabdeh işəgötürən tərəfindən də iddia müddətinin ötürülməsi sübuta yetirilməməsi, iddia müddətinin axımının başlanması vaxtının müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edən son haqq-hesab sənədlərinin, əmək kitabçasının və sair verilməsi tarixləri barədə sənədlər məhkəməyə təqdim olunmaması barədə apellyasiya instansi yası məhkəməsinin qənaəti işin hallarına uyğun olmamış, məhkəmə bu məsələnin həlli zamanı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

49. Belə ki, iddiaçı müddətin bərpası barədə ərizəsində əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli əmrin surətini 2022-ci ilin mart ayında poçt vasitəsilə aldığını göstərsə də, həmin poçt göndərişini təqdim etməmiş, həmin ərizəsi ilə də iddia müddətini ötürdüyünü də etiraf etmişdir.

50. İddia müddətinin axımının başlanması vaxtının müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edən son haqq-hesab sənədlərinin, əmək kitabçasının və sair sənədlərin verilməsi tarixləri barədə sənədlərin məhkəməyə təqdim olunmaması ilə əlaqədar apellyasiya məhkəməsinin qənaəti bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsinin bu barədə tərəflərə suallar verməklə araşdırma aparılması, həmin sənədlərin təqdim olunmasının təklif edilməsi iş materiallarından görünmür. Yevlax Rayon Mühafizə şöbəsinin 24 fevral 2022-ci il tarixli 280/82 nömrəli (i.v.15. Həmin sənəd iddiaçı tərəfindən təqdim edilmişdir) məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış iddiaçının ərizəsinə əsasən ona təqdim edilmişdir.

51. Məhkəmə kollegiyası daha sonra qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin ötürülməsinin üzrlü hesab olunması üçün səbəblər iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə məhkəmə tərəfindən üzrlü sayıla bilər. Hazrıkı tələb üzrə iddia müddətinin bir ay olması nəzərə alındıqda iddiaçının vaxtında iddia qaldırmasına mane ola biləcək üzrlü səbəblər həmin bir ay müddətində baş verməlidir. Lakin apellyasiya məhkəməsi iddiaçının zərərçəkmiş şəxs kimi tanındığı cinayət işinin istintaq olunması, həqiqətin həmin istintaqın nəticəsi ilə müəyyən edilməsi, iddiaçının işəgötürənə və bir sıra dövlət orqanlarına müraciət etməsini nəzərə alaraq həmin halları müddətin buraxılması üçün üzrlü səbəblər saymış, nəzərə almamışdır ki, iddiaçının müraciətləri və cinayət işinin istintaqı əmək müqaviləsinə xitam veriləndən sonrakı bir ay ərzində deyil, sonrakı aylarda da davam etmiş, həmin hallar iddiaçının şəxsiyyəti ilə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) bağlı olmamışdır.

52. İşin yux arıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

53. Yuxa rıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6442/2022 nömrəli mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar