Məhkəmə qərarları › İş №2(102)-1024/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1024/2022

28.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1024/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi 8 saylı Bakı Peşə Liseyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, həmkarlar təşkilatının razılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi 8 saylı Bakı Peşə Liseyinə qarşı ( üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi) əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7078/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi 8 saylı Bakı Peşə Liseyi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə 8 saylı Bakı Peşə Liseyi (bundan sonra – cavabdeh və ya Lisey) arasında 08.10.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı Liseyə biologiya müəlliməsi vəzifəsinə işə qəb ul olunmuş, əmrdə onun 15.09.2008-ci il tarixdən işə başladığı qeyd olunmuşdur. Cavabdehin 17 iyul 2019-cu il tarixli, 142 nömrəli əmri ilə biologiya müəlliməsi vəzifəsində çalışan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən (üzrsüz səbəbdən işə gəlmədiyinə görə) həmin tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan sənədləri cavabdehdən götürməklə araşdırma aparıb, işdən azad olunması barədə 17.07.2019-cu il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə ə mək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək qabiliyyətinin olmadığı dövrdə işə getməməsi əsas gətirilməklə qanunsuz olaraq Liseyin biologiya müəllimi vəzifəsindən azad edilmişdir. Bu barədə Lisey tərəfindən göndərilmiş 02.08.2019-cu il tarixli teleqram vasitəsilə məlumat almışdır. Bundan sonra Liseyə dəfələrlə getsə də, bütün heyətin məzuniyyətdə olması səbəbindən nə əmri, nə də digər zəruri sənədləri götürmək mümkün olmamışdır. 17.07.2019-cu il tarixli əmr ədalətsiz və əsassızdır. Bu günə kimi onun barəsində heç bir xəbərdarlıq və digər intizam tənbeh tədbirləri görülməmişdir. Liseyin fəaliyyətində öz üzərinə düşən əmək funksiyalarını lazımınca yerinə yetirmişdir. İşəgötürən onun əmək qabiliyyəti o lmadığı dövrlərdə işə gəlməməsini əsas gətirməklə onu tutduğu vəzifədən azad etmişdir. Halbuki işə gəlmədiyi dövrlər üçün tibb müəssisəsindən əmək qabiliyyətinin olmaması vərəqələrini iş yerinə təqdim etmişdir. İş yerindən həmin vərəqələrin hamısını birlikdə təqdim edilməsi tələb olunduğundan sonuncu əmək qabiliyyətinin olmaması vərəqini də alıb yenidən iş yerinə müraciət etmiş, lakin həmin vaxt yay tətili olduğu üçün vərəqələri dərslər başlayanda təqdim etməsini bildirmişlər. 17.07.2019-cu il tarix yay tətilinə düşdüyü üçün o, eləcə də digər işçilər iş başında olmamışlar. İşəgötürən onunla bağlanmış müddətsiz əmək müqaviləsinə onun xəbəri və müdaxiləsi olmadan, izahatını almadan, öz təşəbbüsü ilə birtərəfli qaydada xitam vermiş və göndərdiyi teleqramda bunun əsaslarını şərh etməmişdir. Te leqramda heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, əlavə olaraq qeyd etmişdir ki, ondan ümumiyyətlə heç bir izahat alınmamışdır, həmkarlar ittifaqı komitəsinin iclası keçirilməmişdir. O, qızılca xəstəliyi keçirmiş və bu barədə məktəbin rəhbərliyinə məlumat vermişdir. Onun həkimdən sənədləri olmuş, müdiriyyət isə həmin sənədlərə heç bir əhəmiyyət verməmiş, onu əmək vəzifələrinin kobud pozuntusu əsası ilə işdən çıxarmışdır. Qızılca xəstəliyinin karantin müddəti vardır, özü ev şəraitində sağalmasını gözlədiyindən həkimə müraciət etməmiş, yalnız halı pisləşdikdən sonra evə təcili tibbi yardım çağırmış, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmış və 4 gün xəstəxanada qalmışdır. Həkimə gec müraciət etdiyindən yalnız həmin tarixdən xəstəlik vərəqəsi vermişlər. Müəllimə kimi həmişə intizamlı olmuş, heç vaxt üzrsüz səbəbdən iş buraxmamış, hansı tarixlərdə işə gəlmədiyinə görə işdən çıxarılması barədə ona heç bir məlumat verilməmişdir. Cavabdehin vəkili və nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının təqdim etdiyi bülletenlər saxtadır, bununla bağlı prokurorluqda iş aparılır, məsələ araşdırılır. İddiaçının təqdim etdiyi bülletenlərdə 24 aprel tarixli bülleten yoxdur, hazırda isə belə bir bülleten ortaya çıxmışdır. İddiaçı 23, 24, 25, 30 aprel, 01, 02, 03, 07, 08, 10, 14, 15, 16, 17, 21, 26, 29, 30, 31 may tarixlərində işə gəlməmiş, həmin tarixlərlə bağlı isə heç bir bülleten təqdim etməmişdir. Yalnız məhkəm ə baxışı zamanı bülletenlər ortaya çıxmışdır. İddiaçının təqdim etdiyi bülletenlər şübhə doğurur. İddiaçı Bakı şəhərində olduğu halda, İmişli rayonu, Muradxanlı kəndində stasionar müalicə aldığı qeyd olunmuşdur. İddiaçı qızılca xəstəliyinə tutulması ilə bağlı müəssisəyə heç bir məlumat verməmişdir. Sonuncuya həmkarlar ittifaqı komitəsinin iclası barədə məlumat verilmişdir. Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə tədqiq olunmuş, 269691 SN seriyalı 00006 nömrəli, 155709 SN seriyalı 00006 nömrəli və 443931 SN seriyalı 00006 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrində qeyd olunmuşdur ki, iddiaçı müvafiq olaraq 24.04.2019-cu il tarixdən 21.05.2019-cu il tarixədək, 0 4.06.2019-cu il tarixdən 24.06.2019-cu il tarixədək, 01.07.2019-cu il tarixdən 16.07.2019-cu il tarixədək işdən azad edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 11.07.2019-cu il tarixli AZ1071\********** nömrəli teleqramda qeyd olunmuşdur ki, iddiaçı işə gəlmədiyi üçün ona müdiriyyət tərəfindən xəbərdarlıq olunmuşdur, işə gəlməyi xahiş edilmişdir. Məhkəmədə tədqiq olunmuş 12 iyul 2019-cu il tarixli X3 Şura üzvlərinin yığıncağının protokolunda qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin müvafiq maddələrini kobud şəkildə pozduğuna görə iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə yenidən baxılması qərara alınmışdır. Cavabdehin iddiaçıya ünvanladığı 31.07.2019-cu il tarixli AZ1071\********** nömrəli teleqramda qeyd edilmişdir ki, iddiaçı 17.07.2019-cu il tarixdən işdən azad olunmuşd ur, şəxsi sənədlərini gəlib götürməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 28.08.2019-cu il tarixli AZ1063\********** nömrəli teleqramda qeyd olunmuşdur ki, iddiaçı 02.08.2019-cu il tarixdə işdən azad olunmağı barədə bildiriş almış, lakin həmin gündən bü gunə qədər şəxsi sənədlərini götürmək istəsə də, mümkün olmamış, işə gəlməməyinin səbəbi xəstə olmasıdır, bülletenləri təqdim etmək istəsə də, işçilər onu qəbul etmir. Qərarın məhkəmə qaydasında mübahisələndirəcəyini bildirərək, sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29.08.2019-cu il tarixli AZ1071\********** nömrəli teleqramda iddiaçının işdən çıxması ilə əlaqədar əmək kitabçasının 17.07.2019-cu il tarixdən sonra gəlib götürülməsi xahiş edilmişdir. 12 iyul 2019-cu i l tarixli məktubda qeyd edilmişdir ki, X4 Komitəsi biologiya müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etmir. Məhkəmədə tədqiq olunmuş 027 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışda qeyd edilmişdir ki, iddiaçı barəsində göndərişin verilmə tarixi 04.06.2019-cu il, daxil olma tarixi 04.06.2019-cu il, xəstəliyi qızılca ağır gedişli, diaqnozun müəyyən edilmə tarixi 07.06.2019-cu il, çıxma tarixi 08.06.2019-cu il, xəstəliyin başlanma tarixi 7 gün, aparılmış müalicə yataq rejimi, pəhriz, xəstəliyin gedişi ağır, xəstənin müayinə və müalicənin davamından imtina etdiyi qeyd olunmuşdur. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-2379/2019 nömrəli iş üzrə 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Əhmədova) iddia tələbi təmin edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının 24 aprel 2019-cu il tarixdən 21 may 2019-cu il tarixədək olan müddətdə işdən azad olunması barədə əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqəsi mövcuddur. Bundan əlavə, iddiaçının məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, o, 23 aprel tarixdə xəstə olduğunu, bu barədə məktəbin rəhbərliyinə məlumat verdiyini, həkimə 24 aprel tarixində müraciət etdiyindən xəstəlik vərəqəsinin yalnız həmin tarixdən yazıldığını bildirmişdir. Cavabdehin nümayəndəsi iddiaçının bu barədə müdiriyyətə heç bir məlumat vermədiyini bildirsə də, iş materiallarında olan məktəbin dərs hissə müdirinin 01.07.2019cu il tarixli məlumatının məzmunundan aydın olur ki, iddiaçı 23 aprel tarixi ndə işə gələ bilməməsi və bu barədə xəstəlik vərəqəsi açılacağı barədə məktəbin rəhbərliyinə məlumat vermiş, 24 aprel-21 may 2019-cu il tarixlərdə isə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair xəstəlik vərəqəsi mövcud olmuşdur. Həmçinin, dərs saatlarının əvəz edilməsinə dair müvafiq əmrdə də iddiaçının xəstə olması səbəbindən 24 aprel-30 aprel 2019-cu il tarixlərdə işə çıxmadığına görə onun dərs saatlarının əvəzetmə yolu ilə tədris edilməsi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının xəstəliyi ilə əlaqədar üzrlü səbəbdən işdə olmaması barədə cavabdeh tərəf məlumatlı olmuşdur. Deməli, iddiaçının 23 aprel-21 may tarixlərində işdə olmamasına əsas onun xəstə olması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi olmuş, yəni, iddiaçı üzrlü səbəbdən işdə olmamışdır. Məhkəmə 26, 29, 30, 31 may 20 19-cu il tarixlərində iddiaçının üzrsüz səbəbdən işdə olmaması ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının 04 iyun-24 iyun 2019-cu il tarixlərdə işdən azad olunmasına dair xəstəlik vərəqəsi mövcud olmuş və həmin xəstəlik vərəqəsində xəstəliyin diaqnozu kimi ağır gedişli qızılca qeyd olunmuşdur. Bundan əlavə, 19 saylı BŞX tərəfindən verilmiş məlumata əsasən, 04.06.2019-cu il tarixində iddiaçının adına evə çağırış olunmuş, o, ağır gedişli qızılca xəstəliyi diaqnozu ilə yüksək hərarətli halda xəstəxanaya daxil olmuş, 08.06.2019-cu il tarixdə xəstəxanadan çıxmışdır. Həmçinin, xəstənin ambulator kitabçasından çıxarışda qeyd edilmişdir ki, xəstəliyin başlanma tarixi 7 gün, xəstənin yüksək hərarət, ümumi zəiflik şikayəti ilə müraciət etdiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı 04.06.2019-cu il tarixdə ağır gedişli qızılca xəstəliyi ilə əlaqədar təcili tibbi yardım çağırışı əsasında xəstəxanaya yerləşdirilmiş, onun xəstəliyinin başlanma tarixi isə 7 gün əvvələ aid olduğu qeyd olunmuşdur. Deməli, iddiaçının 29, 30, 31 may 2019-cu il tarixlərində qızılca xəstəliyinə tutulması halı aşkardır. İddiaçı qızılca xəstəliyinə tutulması barədə məktəb müdiriyyətinə məlumat vermiş, sadəcə ev şəraitində sağalmasını ehtimal etdiyindən bu barədə həkimə halı pisləşdikdən sonra müraciət etmiş, ona görə də ona yalnız müraciət etdiyi tarixə aid xəstəlik vərəqəsinin verilməsinin mümkün olduğu bildirilmişdir. İddiaçının 26 may 2019-cu il tarixdə işə getməməsinin səbəbi həmin tarixin qeyri-iş gününə təsadüf etdiyi, 29, 30, 31 may 2019-cu il tarixlərdə işə getməməyinin səbəbi isə onun ağır gedişli qızıl ca xəstəliyinə tutulması olmuşdur. Deməli, iddiaçının qeyd olunan tarixlərdə işə getməməsi onun ağır gedişli qızılca xəstəliyinə tutulması ilə əlaqədar üzrlü səbəbdən baş vermişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun işə üzrsüz səbəbdən gəlmədiyinə görə əmək vəzifələrinin kobud pozuntusu əsası ilə xitam verilsə də, işəgötürən tərəfindən bununla bağlı heç bir araşdırma aparılmamış, işçinin işə gəlməməsinin səbəbləri aydınlaşdırılmamış, işçidən izahat alınmamış, hətta işçinin əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə onun iştirakı olmadan işdən azad olunması məsələsinə dair həmkarlar ittifaqı komitəsinin iclası keçirilmişdir. Bundan başqa, əmrdə onun məhz hansı tarixlərdə işə gəlmədiyinə görə əmək müqaviləsinə xitam verilməsinə dair heç bir müddəa qeyd olunmamış, əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə sadəcə əmək müqaviləsinin xitamı əsasını nəzərdə tutan əmək qanunvericiliyinin norması qeyd edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin 12 iyul 2019-cu il tarixli iclas protokolunun məzmunundan göründüyü kimi, müvafiq iclas məhz dərs hissə müdirinin yazılı məlumatı əsasında keçirilmiş və nəticədə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə yenidən baxılması təklif olunmuş, habelə Həmkarlar İttifaqı Komitəsi tərəfindən məktəb müdiriyyətinə iddiaçının işdən azad olunmasına etiraz olunmadığına dair 12 iyul 2019-cu il tarixli 03 nömrəli məktub ünvanlanmışdır. Lakin iş materiallarında nə cavabdeh tərəfindən Həmkarlar İttifaqı Komitəsinə təqdim olunmuş əsaslandırılmış təqdimat, nə də Komitənin buna dair əsaslandırılmış yazılı qərarı mövcud deyil. Bundan əlavə, Komitənin iclası işçinin əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə onun iştirakı olmadan keçirilmişdir ki, bu da əmək qanunvericiliyinin tələblərinə ziddir. Həmçinin, cavabdeh əmək vəzifələrinin kobud pozuntusunun qəsdən və ya səhlənkarlıqla etinasızlıq nəticəsində törədilməsinə, habelə bu pozuntunun işin normal ahənginin pozulmasına və ya onun hüquq və mənafelərinə ziyan vurmasına gətirib çıxarmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, həmin hallar məhkəmədə öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70, 71, 72, 79, 80-ci maddələrinin tələbləri pozulmuşdur. Ona görə də iddia tələbi t əmin edilməlidir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında 17 iyul 2019-cu il tarixli əmrin surəti iddiaçıya teleqram vasitəsilə 02.08.2019-cu il tarixdə çatdırılmışdır. İddiaçı tərəfindən iddia ərizəsi 30.08.2019-cu il tarixdə poçt vasitəsilə təqdim edilmişdir. Beləliklə, iddiaçı əmək qanunvericiliyi ilə müəyyən edilmiş bir aylıq iddia müddətini ötürməmişdir. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 3, 68.1, 68.2, 70, 71.2, 71.3, 72, 74, 79, 80.1, 80.2, 287, 288, 290, 292, 296, 300, 301-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh şikayətində qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməlidir. Mübahisəyə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçının məhkəməyə təqdim etdiyi 269691 nömrəli xəstəlik vərəqəsinin qanuni əsaslarla əldə edilməsinə əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar olaraq İmişli rayon Muradxanlı kənd xəstəxanasına vəkil sorğusu ilə müraciət edərək 269691 №-li əmək qabiliyyətinin olmaması vərəqəsinin Muradxanlı kənd xəstəxanası tərəfindən verilibverilməməsi barədə rəsmi məlumatın, sənəd Muradxanlı kənd xəstəxanası tərəfindən verilmişdirsə, sənədlərin qeydiyya tı kitabından çıxarışın və Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın təsdiqlənmiş surətlərinin təqdim edilməsini xahiş etsələr də, sorğuya cavab verilməmişdir. Bununla əlaqədar məhkəməyə vəsatət verərək işin obyektiv və hərtərəfli araşdırılması, qanuni və ədalətli məhkəmə qərarı qəbul edilməsi üçün qeyd edilən sənədlərin Muradxanlı kənd xəstəxanasından götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişlər. Lakin məhkəmə vəsatəti əsassız olaraq təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən İmişli rayon Muradxanlı kənd xəstəxanasına sorğu ilə müraciət olunmuş və iddiaçıya aid Muradxanlı kənd xəstəxanasının “Sənədlərin qeydiyyatı kitabından” çıxarışın və xəstəlik tarixindən çıxarışın (Ambulator kitabça) müvafiq qaydada təsdiqlənmiş surətləri məhkəməyə göndər ilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1997/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, hazırkı mübahisə üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı 23.04.2019-cu il tarixdən 16.07.2019-cu il tarixədək olan müddət ərzində işə ç ıxmamış, həmin müddət ərzində ayrıayrı vaxtlarda – 24.04.2019-cu il tarixdən 21.05.2019-cu il tarixədək, 04.06.2019-cu il tarixdən 25.06.2019-cu il tarixədək və 01.07.2019-cu il tarixdən 16.07.2019-cu il tarixədək olan müddətlər ərzində xəstə olması ilə əlaqədar müvafiq həkim arayışlarını və xəstəlik tarixindən çıxarışları iş yerinə təqdim etmişdir. Lakin iddiaçı 23.04.2019-cu il tarixdə, həmçinin 29-31 may 2019-cu il tarixlərində işə çıxmaması ilə bağlı hər hansı üzrlü səbəb göstərməmişdir. İddiaçı 23.04.2019-cu il tarixdə işə çıxmamasını bu barədə Liseyin dərs hissə müdirinə zəng edib icazə alması ilə izah etsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı 23.04.2019-cu il tarixdə, həmçinin 29, 30 və 31.05.2019-cu il tarixlərdə üzrlü olmayan səbəblərdən işə çıxmamış, nəticədə Liseydə tədris prosesi pozulmuş və iddiaçının tədris etməli olduğu dərs saatları Liseyin başqa müəllimləri tərəfindən digər fənlərlə əvəz edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının işdən azad edilməsi barədə 17.07.2019-cu il tarixli əmr qanuni və əsaslı olmuşdur, ona görə də iddianın təmin olunması üçün heç bir əsas yoxdur. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 68, 70, 71, 72, 80-ci, MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kas sasiya instansiyası məhkəməsi) 2(102)-2570/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), G.Quliyev və İ.Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının 2019-cu ilin 23 aprel və 26, 29-31 may tarixlərinə əmək qabiliyyətinin olmaması haqqında tibbi vərəqəsi mövcud deyil. Lakin bu hal özü-özlüyündə onun həmin günlərdə məhz üzrsüz səbəbdən işə çıxmaması nəticəsinə gəlmək üçün yetərli əsas sayıla bilməz. Belə ki, qanunverici işə gəlməməsinin üzrlü səbəbi kimi əmək qabiliyyətinin olmaması haqqında tibbi vərəqəni deyil, işçinin özünün xəstəliyini, yaxın qohumunun xəstələnməsini və ya vəfat etməsi kimi halları nəzərdə tutmuşdur. Bu baxımdan işə gəlməmənin səbəbləri araşdırılarkən, hazırkı iş üzrə iddiaçının işə çıxmadığı günlərdə xəstəliyinin olub-olmaması tam və hərtərəfli yoxlanılmalıdır. Başqa sözlə, üzrsüzlük meyarı işdəki məlumatlar və dəlillər nəzərə alınmaqla işçinin real vəziyyətə görə işə gəlmək imkanında olub-olmaması baxımından qiymətləndirilməlidir. Kassasiya məhkəməsi qeyd etmişdir ki, əmək vəzifələrinin kobud şəkildə pozulması əsası ilə ən ağır tənbeh tədbiri olan əmək müqaviləsi ləğv edilərkən işçinin məsələyə münasibəti öyrənilməli, bu barədə izahatı alınmalı, o cümlədən həmkarlar təşkilatında müvafiq təqdimata baxılarkən araşdırma formal aparılmamalı, işin həqiqi vəziyyəti yoxlanılmalı, işçinin ş əxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalı, mümkün olduqda istinad olunan pozuntularla bağlı işçinin dinlənilmək hüququ təmin edilməlidir. Buna baxmayaraq X3 Şura üzvlərinin yığıncağı iddiaçının əmək qabiliyyətinin olmamasına görə işə çıxa bilmədiyi 12 iyul 2019-cu il tarixdə keçirilmiş, ona istinad olunan əmək pozuntuları ilə bağlı dinlənilmək və öz dəlillərini bildirmək imkanı təmin edilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-7078/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilm ədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin 17.07.2019-cu il tarixli, 142 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə görə, bu əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün X1baqcadan razılığı alınmalıdır. Lakin işəgötürən X2 razılığını almamışdır. Belə ki, Liseyin X2 12.07.2019-cu il tarixli qərarı iki bənddən ibarətdir. 1-ci bənddə qeyd olunmuşdur ki, iddiaçının davranışı əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə şərait yaradır. 2-ci bənddə isə təklif olunmuşdur ki, əmək müqaviləsinə yenidən baxılsın. Məhkəmə qeyd etmişdir ki, qərar birmənalı olmalıdır, çünki Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci h issəsindən görünür ki, X2 vəzifəsi əsaslandırılmış yazılı qərar qəbul etməkdir. Qərarda ümumiyyətlə “razılıq” sözü olmadığına görə o, əsaslandırılmış razılıq kimi qiymətləndirilə bilməz. Müvafiq olaraq belə qərara əsasən əmək müqaviləsi ləğv edilə bilməz. Bundan başqa, X2 protokolundan görünür ki, qeyd olunan məsələyə Təşkilatın 10 nəfərdən ibarət Şura üzvlərinin yığıncağında baxılmışdır. İşçi Təşkilata ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Ona görə də bu məsələyə Şura üzvlərinin yığıncağında deyil, Təşkilatın bütün üzvlərinin yığıncağında baxılmalı idi. Beləliklə, əmək müqaviləsi X1baqcadan razılığı alınmadan ləğv edildiyinə görə bu barədə olan əmr qanunsuzdur. Ona görə də, Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsasən, bi rinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə işdən çıxarılma məsələsinə Şura üzvlərinin iclasında baxılmalı olmamasına istinad etmiş, lakin bunun hüquqi əsasını göstərməmişdir. Şura üzvləri həmkarlar təşkilatının bütün üzvləri tərəfindən seçilir və onları təmsil edir. Bu səbəbdən də, iddiaçının işdən çıxarılması məsələsinə Şura üzvləri tərəfindən baxılmasında qanun poz untusu yoxdur. Məhkəmə “yenidən baxılması” ifadəsində “razılıq” sözünün olmamasına istinad edərək qeyd etmişdir, həmin ifadə işdən çıxarılmağa razılıq kimi qiymətləndirilə bilməz. Məhkəmə istinad etdiyi bu halı əsaslı hesab edirdisə, əmək müqaviləsinə yenidən baxılmasına razılıq verilməsi ifadəsini aydınlaşdırmalı, bununla bağlı həmkarlar təşkilatının sədrinin şahid qismində dindirilməsi barədə cavabdehin vəsatətini təmin etməli idi. Məhkəmə sübutların araşdırılmasına lazımi şərait yaratmamış, Ali Məhkəmənin göstərişlərinə əməl etməmişdir. İddiaçının üzrsüz səbəbdən işə çıxmaması işin mübahisəsiz halıdır. Məhkəmə 04.06.2019-cu il tarixində iddiaçıda ağır gedişatlı qızılca xəstəliyinin başlanmasının hansı vaxta təsadüf etməsinin və qızılca xəstəliyinin simptomlarının nədən ibarət olmasının ekspertiza keçirilməsi yolu ilə araşdırılması barədə cavabdehin vəsatətini də təmin etməmişdir. Vəsatətlərin verilməsi Ali Məhkəmənin göstərişləri ilə əlaqəli idi. Göstərilən halları tədqiq etmədən apellyasiya şikayətinin təmin olunmaması ciddi prosessual pozuntudur və pozuntu işin düzgün həll edilməməsi ilə nəticələnmişdir. Bundan başqa, məhkəmə tərəflərə barışıq təklif etmədən, işin hallarını araşdırmadan tələsik nəticəyə gəlmiş, həqiqətə nail olmaq üçün işin obyektiv araşdırılmasını təmin etməmiş, MPM-in 217, 218, 372 və 420-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 3 (hissə 12). İşçilərin nümayəndəli orqanı - əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları (birlikləri). Maddə 70 (bənd ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 72 (bənd a). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 80 (hissə 1 və 2). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1baqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186 (hissə 3). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi q aydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Maddə 187 (hissə 1). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 300 (hissə 1). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifə sinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14. 2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (maddə 418.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması üçün birmənalı əsas verdiyindən Məhkəmə kollegiyası əvvəlki kassasiya tərkibinin verdiyi digər göstərişlər üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Republikasının Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi 8 saylı Bakı Peşə Liseyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7078/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar