Məhkəmə qərarları › İş №2(102)-1024/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1024/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1024/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5nə və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: öhdəliyin yaranma əsasları) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2023-cü il tarixli, 2(103)-5963/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı əsas iş yeri üzrə "xxxx" MMC-də xx.xx.2021-ci il tarixinədək təftişçi, hüquq və təftiş şöbəsinin müdiri, ümumi işlər üzrə direktor müavini vəzifələrində, əlavə iş yeri üzrə xx.xx.2021-ci il tarixinədək "xxxx" MMC-də təftişçi və hüquq məsələləri üzrə direktor müavini vəzifələrində işləmişdir.

2. İddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixdə Cavabdeh2 MMC-nin təftişçisi İddiaçı ilə Cavabdeh2 MMC-nin, "xxxx" MMC-nin, T.O.M (X3 Kiçik Müəssisə) və Cavabdeh3 MMC-nin direktoru və təsisçisi olan Cavabdeh4 arasında bağlanmış “Tapşırıq müqaviləsi”nə görə, “Vəkalət alan” müqavilədə göstərilən qaydada və şərtlərlə "xxxx"in adından aşağıdakıları yerinə yetirməyi öz öhdəsinə götürür: 1.1. “Vəkalət alan” Cavabdeh2 MMC, "xxxx" MMC, T.O.M (X3 Kiçik Müəssisə) və Cavabdeh3 MMC-yə "xxxx"in tapşırığı əsasında nəzarət etmək, təsisçinin şəxsi tapşırıqlarını icra etmək, hər hansı bir qanun pozuntusu aşkarlanarsa "xxxx"ə məlumat vermək: 1.2. Mütəmadi olaraq müəssisə və MMC-ləri ziyarət etmək, zərurət yaranarsa dövlət və məhkəmə orqanlarında nümayəndəlik etmək.

3. Həmin müqavilənəni şərtlərinə görə müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minmiş, müqavilənin qüvvəsi Sabirabad rayonunda sənaye parkı açılanadək müəyyən edilmişdir. Müqavilənin «Vəkalət alana ödənilən muzd və onun çəkdiyi xərclərin ödənilməsi qaydası» adlanan İİİ hissəsinə görə Cavabdeh2 MMC-dən aldığı əmək haqqından əlavə “Vəkalət alan”a ödəniləcək məbləğ hər ay 5000 AZN təşkil edir (müqavilənin 3.1-ci bəndi). Müqaviləyə xitam verildiyi gün “vəkalət alan”a əlavə olaraq 100.000 AZN ödəniləcək (müqavilənin 3.2-ci bəndi). "xxxx"in ta pşırıqlarını icra edərkən çəkiləcək əlavə xərclər “Vəkalət alan” tərəfindən qarşılanacaqdır. 4. 20.08.2020-ci il tarixdə 1 il müddətinə verilmiş etibarnaməyə əsasən, Cavabdeh4 İddiaçı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair “Standart İnsurance” sığorta şirkətində onu təmsil etməyi, sığorta ödənişi barədə aktı imzalamağı, ona çatası pul məbləğini almağı, bu avtomobilə dair dəymiş zərəri tələb etməyi, bu işlə bağlı banklarda hesab açmağı, adından ərizə yazmağı, imza etməyi, “standart insurance” ilə bağlı digər əməliyyatlarının görülməsi, konvertasiya əməliyyatlarının aparılması və bu işlə əlaqədar digər əməliyyatların aparılması səlahiyyətlərini etibar etmişdir. 5. "xxxx" MMC-nin direktoru Cavabdeh4 imzaladığı xx.xx.2020-ci il tarixli 036 saylı etibarnaməyə əsasən, İddiaçı Azərbay can Respublikasının bütün məhkəmə instansiyalarında, polis, prokurorluq, Əqli Mülkiyyət Agentliyi, Vergi və İcra orqanlarında "xxxx" MMC-nin ticarət nümayəndələri və müştərilərlə (satış nöqtələrində) yaranmış mübahisələrlə bağlı müəssisəni təmsil etməyi, müvafiq dövlət orqanlarına və başqa qurumlara sorğuların verilməsini, işin müvəffəqiyyətli həlli üçün zəruri olan prosessual hərəkətlərin edilməsini, yəni mülki, inzibati və cinayət işlərində onun hüquqlarını və qanuni maraqlarını qorumaq, iddia ərizələri imzalamaq və ərizələr vermək, məhkəmə iclasında tətbiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək, məhkəmə aktlarından şikayətlər, etirazlar və vəsatətlər vermək, məhkəmə iclasının protokolları ilə tanış olmaq, məhkəmədə çıxış etmək, qanunsuz hərəkətlər nəticəsində müəssisəy ə vurulmuş zərərin ödənilməsini tələb etmək, istənilən qurumdan müəssisə hesabına ödənilən pul vəsaitlərini qəbul etmək, məhkəmə qərarlarının surətini əldə etmək, məhkəmə aktın və qərarının məcburi icrasını tələb etmək, eyni zamanda məhkəmə qərarlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək üzrə bütün hərəkətləri etmək etibar edilmişdir.

6. İddiaçı "Koroğlu” MMC-nin direktoru Cavid Hümbətəliyevə xx.xx.2021-ci il tarixli ərizə ünvanlayaraq, son aylarda işlərin daha da çox olması, verilən şifahi tapşırıqlar iş həcmində çoxluq təşkil etdiyindən aldığı maaşla bu öhdəliyi yerinə yetirə bilməyəcəyini hesab etmiş və bu səbəbdən onu xx.xx.2021-ci il tarixədək işdən azad etməyini xahiş etmişdir. 7. xx.xx.2021-ci il tarixdə iddiaçı xx.xx.2019-cu il tarixli tapşırıq müqaviləsi üzrə nə zərdə tutulmuş haqqın tam ödənilməsi tələbi ilə bağlı cavabdeh hüquqi şəxslərin təsisçisi və direktoru Cavabdeh4 pretenziya məktubu ilə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 237.115 manat məbləğində əsas və hesablanmış 19.759 manat faiz borcu olmaqla, ümumilikdə 256.874 manat pulun və 546,87 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli “Tapşırıq müqaviləsi” bağlandığı gündən Cavabdeh4 cavabdeh şirkətlərlə bağlı, o cümlədən, onun öz şəxsi tapşırıqlarını vicdanla yerinə yetirsə də, cavabdehlər tərəfindən ona Cavabdeh2 MMC-dən aldığı əmək haqqından başqa, müqavilə ilə nəzərdə tutulmuş haqq ödənilməmişdir. Cavabdeh4 tezliklə haqqın ödəniləcəyinə vəd verərək, onun müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını davam etməyinə nail olurdu. Müqavilə üzrə öhdəliklərini icra etdiyi müddətdə Cavabdeh4 tərəfindən ona bir neçə dəfə şirkətlərin fəaliyyəti ilə sənədləşmə işlərində saxtakarlıq edilməsi təklif edilsə də, o, bunun qanunsuz olduğunu bildirib, həmin hərəkətləri etməkdən imtina etdiyindən, getdikcə Cavabdeh4 ilə aralarında olan münasibətlər soyumağa başlamışdır. Sonuncu dəfə xx.xx.2021-ci ildə tarixdə Cavabdeh4 “Whatsapp” vasitəsi ilə ona səs göndərib, bir işçinin bağladığı müqavilənin dəyişdirilməsi və on u yalançı borc yaratmaq kimi tapşırıq vermişdir. O, bu kimi tapşırıqları icra etməyəcəyini bildirmiş və onunla bağlanmış tapşırıq müqaviləsində bu kimi öhdəliyinin olmadığını xatırlatmışdır. Bundan sonra, cavabdeh 2021 aprelin 21-nə kimi onu razı salmağa çalışsa da, o, hər hansı sənədləri saxtalaşdırmayacağını tam qətiyyətlə bildirdiyindən, cavabdehlə münasibətləri pisləşmişdir. Bunu təsdiq edəcək aralarındakı “Whatsapp” yazışmalarını zərurət olarsa məhkəməyə təqdim edə bilər. Cavabehlərlə münasibətlərini bitirdiyinə dair bir neçə dəfə ona müraciət edərək, müqavilə üzrə nəzərdə tutulmuş haqqın tam ödənilməsini tələb etsə də, bununla bağlı sonuncu dəfə cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya ilə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehin müqavilə üzrə tapşırıqlarını xx.xx.2021-ci il tarixədək, yəni Cavabdeh2 MMCdən xx.xx.2021-ci il tarixdən,”Nur Retail” MMC-dən isə xx.xx.2021-ci il tarixdən tutduğu vəzifələrdən azad olunduğunu nəzərə alınarsa, müqavilə üzrə öhdəliklərini 27 ay 12 gün ərzində tam icra etmişdir. Həmin müddət üçün aralarında bağlanmış müqavilənin şərtlərinə görə cavabdehlər tərəfindən 137.115 manat haqq ödənilməli idi. Eyni zamanda, müqavilənin 3.2-ci bəndinə əsasən, həmin haqqa müqaviləyə xitam verilərkən ödənilməsi nəzərdə tutulan 100.000 manat da əlavə edilsə, cavabdehlərin ona olan ümumi borcu 237.115 manat təşkil edir. Yuxarıda göstərdiyi kimi, aralarında bağlanmış tapşırıq müqaviləsinə xitam verilməsinə səbəb Cavabdeh4 müqavilə öhdəliklərini icra etdiyi müddətdə ona müqavilə ilə nəzərdə tutulmuş haqqı ödəməməyi və ondan qanunsuz h ərəkətlər etməyə təhrik etməsi olmuşdur. Bundan başqa, cavabdehlər müqavilə münasibətlərinə xitam verildiyi xx.xx.2021-ci il tarixdən hazırkı iddianı məhkəməyə təqdim etdiyi 20 ay müddətində ona müqavilə ilə nəzərdə tutulmuş haqqın vaxtında ödənilməməsinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün ümumilikdə 19.759 manat faiz ödəməlidirlər.

10. Cavabdehlərin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və bilirmişdir ki, onlar inkar etmirlər ki, iddiaçı əmək müqaviləsi üzrə işçi olub, hüquq və təftiş şöbəsinin müdiri və müavin vəzifəsində işləyib, ***-**** manat maaş alıb. İddiaçı və cavabdeh arasında qohumluq münasibətləri olub. Etibarnamə bütün orqanlarda təmsil etmək üçün verilib, onun da etiba rnaməsi eynidir, lakin o xidmət müqaviləsi ilə işləyir. İddiaçı hüquq şöbəsinin müdiri olub və ona etibarnamə verilməsi normal haldır. Müqavilədəki 1-ci möhür onlara aiddir, yəni yumru möhür, lakin imza Cavabdeh4 aid deyil. Direktor müavini olduğuna və qohumluq münasibəti olduğuna görə möhür onda olub. Müqavilənin əsli yoxdur, şirkətin künc formasında möhürü yoxdur, imza əl ilə deyil, faksmil vasitəsi ilə icra edilib.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/739-5/620 saylı rəyinin məhkəmə-xətşünaslıq ekspertizası üzrə nəticə hissəsinə əsasən, ekspertizaya təqdim olunmuş xx.xx.2019-cu il tarixli Cavabdeh2 MMC-nin direktoru Cavabdeh4 və Cavabdeh2 MMC-nin təftişçisi İddiaçı adlarından olan “Tapşırıq müqaviləsi”nin reproqrafi k surətinin 1-3-cü vərəqələrində «Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayonu “X1 Cəmiyyəti» məzmunlu möhür əksləri üzərində əks olunmuş imzalar – Cavabdeh4 tərəfindən icra olunması qeyd edilən imzaların əksi montaj (köçürmə) olunması istisna olunmur.

12. Ekspert rəyinin sənədlərin texniki ekspertizası üzrə hissəsinə əsasən, təqdim edilmiş xx.xx.2019-cu il tarixli Cavabdeh2 MMC-nin direktoru Cavabdeh4 ilə Cavabdeh2 MMC-nin təftişçisi İddiaçı arasında bağlanmış “Tapşırıq müqavilə”sinin reproqrafik surətinin çap mətni, üzərində olan imzaların və “Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayonu “X1 Cəmiyyəti” məzmunlu möhür əksinin təsvirləri reproqrafik (çoxaldıcı) qurğu vasitəsilə çap olunmuşdur. Həmin müqavilənin reproqrafik surətində olan “Azərbaycan Respublikası Naxçıvan MR Şərur r ayonu “X1 Cəmiyyəti” məzmunlu möhür əksinin və onun üzərində yerləşən imzanın təsvirləri yerləşdiyi hissəyə montaj (köçürmə) olunması istisna olunmur. “Tapşırıq müqavilə”sinin reproqrafik surətinin üzərində «Azərbaycan Respublikası Naxçıvan MR Cavabdeh2 MMC Sənədlər üçün Əsli ilə düzdür» məzmunlu ştamp əksləri və onların içərisində olan imzanın əksləri üçün relyef klişe vasitəsilə birbaşa vurulmuşdur. “Tapşırıq müqaviləsi”nin reproqrafik surətində olan Cavabdeh2 MMC-yə məxsus «Azərbaycan Respublikası Naxçıvan Cavabdeh2 MMC Sənədlər üçün Əsli ilə düzdür» məzmunlu ştamp əksinin və Cavabdeh4 imzasının əksinin eksperimental və ya sərbəst əks nümunələri təqdim edilmədiyi üçün ekspert qarşısında qoyulmuş “xx.xx.2019-cu il tarixli tapşırıq müqaviləsindəki kvadrat şəklində ştamp əksi Cavabdeh2 MMC -yə məxsus «Azərbaycan Respublikası Naxçıvan Cavabdeh2 MMC Sənədlər üçün Əsli ilə düzdür» məzmunlu ştampla vurulub və həmin ştamp əksinin içərisindəki imza Cavabdeh4 imzasının klişe vasitəsilə vurulmuş əksidirmi?” sualı üzrə tədqiqat aparılmadı. Təqdim edilmiş “Tapşırıq müqavilə”sinin reproqrafik surətində olan ştamp əksinin saxta olub-olmaması məsələsi hüquqi araşdırma tələb etdiyindən ekspertin həll etdiyi məsələlərə aid deyildir. Həmin məsələlərin araşdırılması və hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətinə aiddir.

13. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)1654/2023 nömrəli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilməmişdir.

14. Məhkəmə hesab etmişdir ki, faktiki olaraq ekspert rəyindən müqavilədə olan imza və möhürlərin sərbəst qaydada düzgün olaraq icra olunmaması faktı təsdiq olunduğundan bu hallar sözügedən müqavilənin də qanuni əsaslarla, sərbəst və könüllü olaraq bağlanıb imzalanması və möhürlənməsi anlamına gəlməyə kifayət qədər hüquqi əsas yaratmır.

15. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarının tələblərini rəhbət tutaraq hesab etmişdir ki, hazırki iddianın əsasını təşkil edən tapşırıq müqaviləsi etibarlı əqd kimi qiymətləndirilə bilməz.

16. Məhkəmə qeyd etmişdir ki, sözügedən müqavilənin məzmunu tapşırıq müqaviləsinin mahiyyətini özündə əks etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777 və 778-ci maddələrində göstərilən hallara uyğun olmadığından tərəflər arasında yaranmış münasibətlər, Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan tapşırıq müqaviləsinə aid normaların tələblərinə müvafiq qiymətləndirilə bilməz.

17. Həmçinin məhkəmə iddiaçının tapşırığın qəbul edilməsi faktlarına dair dəlillərinə qiymət verərək hesab etmişdir ki, iddiaçı cavabdehin ona hansı konkret tapşırıqları verməsi, vəkalətnamədə nəzərdə tutulan hansı tapşırığı icra etməsi, tapşırığın icrası nəticəsində əldə olunan hansı məlumatları "xxxx"ə təqdim etməsi və ya "xxxx"in tələbi ilə ona tapşırığın icrasının gedişi haqqında hansı informasiya, habelə tapşırığın icrasından sonra hansı məlumat verməsinə dair mötəbər və tutarlı sübutlar da təqdim etməmişdir. Digər tərəfdən müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiy i və müqavilənin Sabirabad rayonunda sənaye parkı açılanadək qüvvədə olmasına dair bəndin də müqaviləyə daxil edilməsinin səbəblərini iddiaçı tərəf aydınlığı ilə açıqlaya bilməmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçının dəlilləri bir daha ona dəlalət edir ki, tərəflər arasında mübahisələndirilən müqavilə üzrə hər hansı münasibət olmamış, qurulmamış, bu müqaviləyə uyğun fəaliyyət belə göstərməmişlər. İddiaçının gördüyü işlər əmək müqaviləsi üzrə üzərinə düşdüyü vəzifələr olmuşdur ki, bunun üçün də əlavə tapşırıq müqaviləsi bağlanmasına da heç bir hüquqi əsas və zərurət olmamışdır. Təsisçi ilə iddiaçı arasında qohumluq münasibəti olduğu üçün aralarında olmuş şəxsi tapşırıqlarla bağlı hər hansı işlərin görülməsi onlar arasında qarşılıqlı münasibətlər fonunda baş vermişdir ki, bunun üçün də göstərilən müqaviləni bağlamağa və oraya da həmçinin şəxsi tapşırıqların icrası ilə yanaşı, bunun üçün də qeyd edilən həddindən artıq yüksək əmək haqqlarını əlavə etməyə heç bir zərurət olmamışdır.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, məntiqlə iddiaçının bildirdiyi kimi müqavilə qüvvədə olduğu müddətdə o, müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirdikcə hər ay əmək haqqından əlavə 5.000 manat da almalı idi. Lakin iddiaçı məhz həmin dönəmdə nəyə görə hər ay bu məbləğin ona ödənilmədiyi halda buna dair cavabdehə hər hansı irad, şikayət və pretenziya verməməklə, özünün bildirdiyi kimi, tapşırıq müqaviləsi üzrə işləri davam etdirməsinin səbəblərinə dair irəli sürdüyü dəlilləri (cavabdehin vədlər verməklə onun müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını davam etməyinə nail olması) qətiyyən inandırıcı saymır və bu kimi izahatlarına tənqidi yanaşır.

20. Məhkəmə iddiaçının təqdim etdiyi Cavabdeh4 “Whatsapp” vasitəsi ilə səs yazılarını iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirməmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 389.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına, «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, “Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 13.7, 14.2, 80, 88, 101.7, 103.1, 103.2, 106.1, 206.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə əsаssızdır. Tərəflər аrаsındа əmək hüquq münаsibətləri, yəni işəgötürən və işçi münаsibətləri mövcud оlmаqlа yаnаşı, оnlаrın аrаlаrındа mülki hüquq münаsibəti də yаrаnmışdır. Yəni оnlаrın аrаlаrındа tаpşırıq müqаviləsi də bаğlаnmışdır. Müqаvilədə оlаn dаirəvi möhürün cаvаbdehə məхsus оlmаsı оnlаr tərəfindən etirаf edilmiş, künc ştаmpı i sə bаşqа mülki və cinаyət işlərində cаvаbdehin özü tərəfindən təqdim оlunmuş mаliyyəmühаsibаtlıq sənədlərinə birbаşа vurulmuş sənədlərlə tаm sübutа yetirilmişdir. Belə ki, həmin ştаmplа təsdiq edilən sənədlər əsаsındа cаvаbdehin lehinə mülki işlər üzrə qətnаmələr qəbul edilmiş, cinаyət işləri üzrə hökmlər çıхаrılmışdır. İddiaçı məhkəmələrdə vəkаlət əsаsındа iştirаk etmişdir. Göstərilən хüsusаtlаr məhkəmədə sübut оlunmuş, lаkin birinci instаnsiyа məhkəməsi əsаssız оlаrаq həmin işlərin yerinə yetirilməsini iddiаçının əmək müqаviləsi üzrə vəzifələrinə аid etmişdir. İddiаçı tаpşırıq müqаviləsi üzrə öhdəliklərini оnunlа əmək müqаviləsinin bаğlаndığı "xxxx" MMC-nin yerləşdiyi yerdə deyil, bir sırа rаyоn və şəhərlərdə, о cümlədən respublikа tаbeli rаyоnlаrdа yerinə yetirmişdir. Bu işlərin yerin ə yetirilməsi isə iddiаçının əmək vəzifələrinə аid deyil, tаpşırıq müqаviləsinə аiddir. Məhkəmə əsаssız оlаrаq həmin hаllаrı əmək vəzifələrinin yerinə yetirilməsi kimi qiymətləndirmişdir. Tərəflər аrаsındа bаğlаnmış tаpşırıq müqаviləsinin mövcud оlmаsı və həmin müqаvilə üzrə işlərin yerinə yetirilməsi “Whatsapp” yаzışmаsı ilə sübut оlunduğu hаldа, məhkəmə “Whatsapp” vasitəsi ilə səs yazılarını iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirmədiyini bildirmiş, lakin bu sübutun qаnunsuzluğunun nədə ifаdə оlunmаsını və nəyə görə mötəbər sübut kimi qiymətləndirilməli оlmаmаsını ümumiyyətlə əsаslаndırmаmışdır. Birinci instаnsiyа məhkəməsi tərəfindən tərəflər аrаsındа bаğlаnmış tаpşırıq müqаviləsinin mövcudluğu sübut оlunsа dа, məhkəmə həmin müqаviləni əmək müqаviləsi kim i qiymətləndirməklə işin həqiqi hаllаrınа uyğun olmayan nəticəyə gəlmişdir. Tərəflər аrаsındа əmək müqаviləsinin mövcud оlduğu hаldа, yeni bir əmək müqаviləsinin bаğlаnmаsınа zərurət оlmur. Tərəflər аrаsındа bаğlаnmış tаpşırıq müqаviləsi heç bir hаldа əmək müqаviləsi və həmin müqаvilə ilə müəyyən edilmiş hüquq və vəzifələr isə əmək müqаviləsi üzrə müəyyən edilmiş hüquq və vəzifələr hesаb edilə bilməz. Tərəflər аrаsındа bаğlаnmış tаpşırıq müqаviləsi isə elektron informasiya sistemində qeydiyyata alınmаmışdır. Оnа görə ki, xx.xx.2019-cu il tarixdə bаğlаnmış müqаvilə əmək müqаviləsi deyil, tаpşırıq müqаviləsidir və həmin müqаvilə ilə yerinə yetirilmiş işlər tаpşırıq müqаviləsinə аiddir. Lаkin birinci instаnsiyа məhkəməsi tərəfindən göstərilən müqаvilə üzrə vəkаlət (etibаrnаmə) əsаsındа yerinə yetirilmiş işlər əsаssız оlаrаq əmək müqаviləsi üzrə vəzifələrə аid edilmiş və bununlа dа birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, həmçinin qeyd etmişlər ki, onda tapşırıq müqaviləsinin əsli olmuş, lakin 2020- ci ilin sonlarında Cavabdeh3 MMC-də vergi orqanı tərəfindən yoxlamalar həyata keçirildiyindən Cavabdeh4 işçilərə otaqlarda olan bütün sənədlərin götürülməsini bildirmişdir. Onun otağına heç kimin giriş-çıxış etməsinə icazə yox idi. Saat 12-də otağına gəlmiş, otaqda heç nəyin olmadığını görmüşdür. Formal olaraq şəffaflığı göstərmək üçün stolunun üzərində kompyuter var idi. Ona sən ədlərin maşınlara yüklənildiyi bildirilmişdir. Cavabdeh4 onun qayınatasının qardaşıdır. O, düşünməzdi ki, Cavabdeh4 məqsədi müqaviləni götürmək olar. xx.xx.2019cu il tarixdə tapşırıq müqaviləsi bağlanılmışdır. Həmin ilin dekabr ayında növbədənkənar parlament seçkilərində namizəd olmuşdur. Cavabdeh4 ona getməməyi bildirmişdir. Onların münasibətləri qohum olmamışdan əvvəl də var idi. Qohum olduqdan sonra 2012-ci ildə ərizəsi ilə işdən çıxmışdır. Nümayəndəliklə bağlı qanunvericilikdə dəyişiklik olduqdan sonra dövlət orqanlarında və məhkəmələrdə digər şirkətləri təmsil etmək üçün onu mütəmadi qeydiyyata salırdılar, lakin bununla bağlı ona hər hansı ödənişlər olunmurdu. Cavabdeh3 MMC ilə ümumiyyətlə müqaviləsi olmamışdır. Həmin dövrlərdə Cavabdeh4 bütün müəssisələrdə direktor idi. Cavabdeh3 MMC -də vergi orqanı tərəfindən yoxlamalar aparılan zaman götürülmüş sənədləri və müqaviləni Cavabdeh4 tələb etdikdə, o, problem olmadığını, yenidən müqavilə bağlaya biləcəyini bildirmişdir. Namizədliyi qeydə alındığı dövrdə təbliğat işləri ilə bağlı Cavabdeh4 pul tələb edəndə aralarında kişi sözünün olduğu, illər üzrə ödəniş edəcəyini bildirmişdir. X2 qənnadı sahəsi olacaq və həmin hissə onlara veriləcəkdi. Onun oğlu ilə Cavabdeh4 oğlu orada təsisçi olacaqdı və ora fəaliyyətə başlayanda oradan gəlir əldə edəcəkdi.

25. İddiaçının nümayəndəsi və vəkili həmçinin bildirib ki, cavabdeh iddiaya etiraz olaraq yalnız dördkünc ştampın ona məxsus olmadığını qeyd edir. Həmin ştamp əsasında bir çox sənədlər rəsmiləşdirilmişdir. Tərəflər arasında tapşırıq müqaviləsi bağlanılmasına qanunla hər hansı məhdud iyyət yoxdur. Məhkəmə müqaviləyə əmək müqaviləsi kimi qiymət versə də, bu müqavilə tapşırıq müqaviləsidir. Taprşırıq müqaviləsi şifahi də ola bilər. Onlar tərəflər arasında olan müqaviləni sübut olaraq təqdim etmişlər. İddiaçı bir çox məhkəmələrdə cavabdehləri təmsil etmişdir, işlər görmüşdür. Bunu təsdiq edən məhkəmə qərarları var.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5963/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - M.Ə.Rüstəmli (sədrlik edən, məruzəçi), A.Ə.İsgəndərov və V.Vəkil2) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfində n xx.xx.2019-cu il tarixli “Tapşırıq müqaviləsi”nin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmişdir.

28. İddiaçı tərəf «Azərbaycan Respublikası Naxçıvan Cavabdeh2 MMC Sənədlər üçün Əsli ilə düzdür» məzmunlu dördkünc ştampın Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş digər sənədlərdə istifadə olunması ilə bağlı məhkəməyə sənədlər təqdim etsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin ştampın iddiaçı tərəfindən təqdim edilmiş müqavilənin üzərində əks olunması həmin müqavilənin lazımi qaydada təsdiq olunmuş surəti hesab edilə bilməz. Yuxarıda da qeyd olunduğu kimi, müqavilənin surətinin özündə əks olunan imza və möhürlərin təsvirlərinin montaj vasitəsilə müqaviləyə köçürülməsi istisna olunmur. Belə olan halda, iddiaçı tərəfindən təqdim edilmiş müqavilənin surətini n hər hansı müqavilənin əslindən əldə olunduğu şübhə doğurur.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, həmin müqavilənin mövcudluğu sübuta yetirildiyi təqdirdə belə, müqavilədən görünür ki, onun üzərində yalnız Cavabdeh2 MMC-yə məxsus möhür və ştamp əks olunmuşdur, cavabdeh kimi qeyd olunan digər hüquqi şəxslərin möhürləri əks olunmamışdır, yəni onlar müqaviləni təsdiq etməmişlər.

30. İddiaçının həmin hüquqi şəxslərdə tutduğu vəzifələrin adlarından da bəlli olur ki, həmin hüqiqi şəxsləri hüquqşünas olaraq məhkəmə və digər orqanlarda təmsil etmək, habelə hüquqi şəxslərdə təftiş işlərini aparmaq onun əmək vəzifələrinə aid olmuşdur. Bunun üçün əmək müqaviləsindən əlavə olaraq həmin vəzifələrin yerinə yetirilməsi üçün həmçinin tapşırıq müqaviləsinin bağlanması, işçiyə əmək haqqından əlav ə olaraq başqa məbləğin də ödənilməsini məhkəmə kollegiyası inandırıcı və ağlabatan hesab etmir. O da qeyd edilməlidir ki, əmək qanunvericiliyi də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyini təsbit etmişdir.

31. İddiaçı tərəfin də bildirdiyi kimi, mülki qanunvericiliyə əsasən tapşırıq müqaviləsi şifahi formada da bağlanıla bilər. İddiaçı Cavabdeh4 tərəfindən tapşırıqların “Whatsapp” sosial şəbəkəsi vasitəsilə verildiyini və bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etdiyini bildirsə də, həmin tapşırıqların yerinə yetirilməsi müqabilində ona muzdun ödəniləcəyi və muzdun razılaşdırılmış məbləği ilə bağlı sübutları təqdim etməmişdir. Eynilə, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin mənafeləri üçün verilmiş tapşırıqların müqabilində ona muzdun ödə niləcəyi və muzdun razılaşdırılmış məbləği ilə bağlı sübutlar təqdim etməmişdir.

32. İddiaçı tərəfindən iddia ərizəsində göstərildiyi kimi 27 ay müqavilə üzrə ona ödəniş edilmədiyi halda, işlərini davam etdirməsi və həmin müddət ərzində yüksək məbləğdə razılaşdırılmış muzdu cavabdehlərdən tələb etməməsi də ağlabatan deyil.

33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1, 52.1, 52.2, 324.1, 324.2, 324.5, 331.1, 331.3, 337.1, 337.3, 337.4, 389.1, 777.1, 777.2 və 783.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayət i iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, hazırkı iş üzrə məhkəmələr tərəfindən telefon danışıqlarını və yazışmaları əks etdirən diskin qanuni əsaslarla əldə edilməmiş sübut sayılmasına, habelə həmin məlumatların əsassız olmasına dair hər hansı hüquqi qiymətləndirmə aparılmamış və bununla bağlı gəlinən qənaət əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adında n əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

38. Maddə 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.

39. Maddə 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

40. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

41. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

42. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

43. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan ver ən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

44. Maddə 331.3. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir.

45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

46. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

47. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə b ağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

48. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

49. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

50. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

51. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Madd ə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallar ı müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını v ə cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

62. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

63. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb müqavilə öhdəliyinə əsaslanır.

64. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir.

65. Müqavilənin anla yışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

66. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

67. Müqavilənin əsas qurucu ünsürü iradə ifadəsidir. Bu iradə, müqavilə tərəfləri arasında münasibətlərin məzmununu müəyyən edir. İradənin sadəcə mövcud olması, özlüyündə müqavilənin yaranması üçün kifayət etmir. Bu baxımdan iradə, şəxsin müəyyən nəticənin əldə edilməsinə yönələn fikirlər kimi təşəkkül tapır, daha sonra həmin düşüncə niyyətə çevrilir və əks tərəfə çatdırılır. Bəyan olunan niyyət əsasında qarşılıql ı razılıq əldə olunduqda, müqavilədən bəhs oluna bilər.

68. Müqavilələr yazılı və şifahi bağlana bilər. İddiaçı tələbini əsaslandırmaq üçün cavabdehlə bağlanmış tapşırıq müqaviləsini təqdim etmişdir. Lakin cavabdeh həmin müqaviləni imzalamadığını, onun iradəsini ifadə etmədiyini bildirmiş və məhkəmələr cavabdehin dəlillərini araşdıraraq, tapşırıq müqaviləsinin Cavabdeh4 tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Həmin “Tapşırıq müqaviləsi”nin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəf «Azərbaycan Respublikası Naxçıvan Cavabdeh2 MMC Sənədlər üçün Əsli ilə düzdür» məzmunlu dördkünc ştampın Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş digər sənədlərdə istifadə olunması ilə bağlı məhkəməyə sənədlər təqdim etsə də, məhkəmə kollegiyası hesab edib ki, həmin ştampın iddiaçı tərəfindən təqdim edilmiş müqavilənin üzərində əks olunması həmin müqavilənin lazımi qaydada təsdiq olunmuş surəti hesab edilə bilməz. Müqavilənin surətinin özündə əks olunan imza və möhürlərin təsvirlərinin montaj vasitəsilə müqaviləyə köçürülməsi istisna olunmur. Belə olan halda, iddiaçı tərəfindən təqdim edilmiş müqavilənin surətinin hər hansı müqavilənin əslindən əldə olunduğu şübhə doğurur. Eyni zamanda müqavilədən üzərində yalnız Cavabdeh2 MMC-yə məxsus möhür və ştamp əks olunmuşdur, cavabdeh digər hüquqi şəxslərin möhürləri əks olunmamışdır, yəni onlar müqaviləni təsdiq etməmişlər.

69. Göründüyü kimi tərəflər arasında öhdəliyin yaranması üçün müqavilənin (razılaşmanın) olması müəyyən edilməmişdir.

70. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndi rmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

71. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsa sən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2023-cü il tarixli, 2(103)-5963/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar