Məhkəmə qərarları › İş №2(102)-1025/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1025/2021

22.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1025/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, işçinin ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəkili Vəkil, Cavabd eh2n nümayəndəsi X2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il i tarixli, 2(103)2655/2020 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı xx xxxx 2011-ci il tarixli əmək müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin xxx rayon Tibb Mərkəzinin Baş həkimi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olan bir sıra xəstəxanalar, o cümlədən xxx rayo n Tibb Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansına verilmişdir. İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Səhiyyə nazirinə ərizə ilə müraciət edərək, onun tutduğu baş həkim vəzifəsindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx xxxxxxx 2019-cu il tarixli, N94-K saylı əmri ilə X6 Mərkəzinin baş həkimi İddiaçı xx xxxxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq, öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 113 №-li Qərarı ilə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.7.1-ci yarımbəndi, 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsi rəhbər tutularaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 aprel tarixli 16/1785,16/6044-10/08 nömrəli razılığı nəzərə alınaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X6 Mərkəzi” əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “X6 Mərkəzi” publik hüquqi şəxsin yaradılmasını və X5 Mərkəzin direktoru təyin edilməsini qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azər baycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxx 2019-cu il tarixli “İddiaçı X6 Mərkəzinin baş həkimi vəzifəsindən azad edilməsi barədə” əmrinin ləğv edilməsi, iddiaçının X6 Mərkəzinin baş həkimi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx xxxxxxx 2019-cu il tarixli 94-K saylı əmri qanunsuzdur. Belə ki, iddiaçı ərizəni məcburi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Yardım İdarəsinin rəisi xxx tərəfindən zor işlədilməsi, hədə-qorxu gəlməsi nəticəsində yazmış, xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Sə hiyyə Naziri cənab xxxə teleqramla müraciət edərək verdiyi ərizənin etibarsız sayılmasını xahiş etmişdir. Lakin xx xxxxxxx 2019-cu il tarixdə tutduğu vəzifəyə yeni şəxsin təyin edilməsini eşitmişdir. Cavabdehdən həmin əmrin etibarsız sayılmasını tələb etməsinə baxmayaraq, müraciətlərinin bir nəticəsi olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)7108/2019 nömrəli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) iddia təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş müqavilənin ləğv edilməsi əsaslarını pozmamış, əksinə iddiaçı işdən azad edilməsi barədə ərizənin özü tərəfindən yazıldığını inkar etməmiş və həmin ərizənin ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Yardım İdarəsinin rəisi xxx tərəfindən hədə-qorxu təsiri altında yazdırılmasına istinad etsə də, bu xüsusatı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X6 Mərkəzi” əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “X6 Mərkəzi” publik hüquqi şəxsi yaradılmış və X1 direktoru təyin edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-7108/2019 nömrəli qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən iddiaçının nümayəndəsi, vəkil xxx oğlunun şifahi vəsatəti əsasında “Cavabdeh2” publik hüquqi şəxs iş üzrə cavabdeh qismində cəlb olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2655/2020 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və A.N.İmanovdan ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)7108/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddianın təmin olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxx 2019-cu il tarixli “İddiaçı X6 Mərkəzinin baş həkimi vəzifəsindən azad edilməsi barədə” əmrinin ləğv edilməsi, İddiaçı X6 Mərkəzinin (hazırki X6 Mərkəzi publik hüquqi şəxsin) baş həkimi (haz ırki direktor) vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının Cavabdeh2 publik hüquqi şəxsdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, iddiaçı xx xxxxxxx 2019-cu il tarixdə vəzifəsindən azad edilməsi barədə ərizə ilə müraciət etmiş, lakin həmin ərizədə əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmişdir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda işəgötürən tərəfindən xəbərdarlıq müddəti gözlənilməli idi. İşçinin xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürmək və ya onun etibarsız hesab edilməsi barədə yeni ərizə vermək hüququ olmuşdur, hansı ki, iddiaçı xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirinə teleqramla müraciət edərək, verdiyi ərizənin etibarsız sayılmasını xahiş etmiş, həmin teleqram xx xxxxxxx 2019-cu il tarixdə Həmidova soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin işəgötürən tərəfindən qeyd olunan normanın tələbləri gözlənilmədən xx xxxxxxx 2019-cu il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanaraq X6 Mərkəzinin baş həkimi İddiaçı xx xxxxxxx 2019-cu il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmiş, həmçinin işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xə bərdarlıq etmədən xx xxxxxxx 2019-cu il tarixli əmrlə X8 xx xxxxxxx 2019-cu il tarixdən X6 Mərkəzinə baş həkim vəzifəsinə təyin etmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 113 nömrəli Qərarı ilə həmin vaxt Səhiyyə Nazirliyinin tabeçiliyində olan “X6 Mərkəzi”nin bazasında “X6 Mərkəzi” publik hüquqi şəxsi yaradılmış və səhiyyə nazirinin xx xxxxxxx 2019-cu il tarixli 95-K saylı əmri ilə Mərkəzin baş həkimi təyin olunmuş X1 direktoru təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdən isə Mərkəz TƏBİB-in tabeçiliyinə keçmişdir. Ona görə də qətnamə icra olunarkən göstərilən xüsusatlar nəzərə alınmaqla, qətnamənin icrası TƏBİBə aid edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəli lləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il i tarixli, 2(103)2655/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının xx xxxxxxx 2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə heç bir müraciət Səhiyyə Nazirliyinə daxil olmamışdır. İddiaçının xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirinə ünvanladığı teleqram onun ərizəsinin etibarsız hesab olunması ilə bağlı dey il, nazir tərəfindən qəbul edilməsi ilə bağlı olmuş və həmin teleqram Nazirliyə xx xxxxxxx 2019-cu il tarixdə daxil olmuşdur. X13 artıq xx xxxxxxx 2019-cu il tarixdə “X6 Mərkəzi” publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilmiş, kollektivə təqdim olunmuş və təqdim etmə mərasimində İddiaçı iştirak etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi iddiaçını “X6 Mərkəzi” publik hüquqi şəxsin direktoru vəzifəsinə bərpa olunmasına dair qətnamə qəbul etmiş, halbuki İddiaçının azad olunduğu baş həkim və direktor eyni vəzifələr deyil. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kasasiya şikayətinə yazılı etiraz verərək, apelyasiya instansiyası məhkəməsinin maddi hüquq normalarını düzgün tətbiq etdiyini göstərmiş və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilm ədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili xxx oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. “Cavabdeh2” publik hüquqi şəxsin nümayəndəsi X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə, Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə gö rə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız cavabdeh Azərba ycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilsə də, qətnamənin tam ləğv olunmasını xahiş etdiyindən və irəli sürülmüş tələb bölünməz olduğundan, hazırki kasasiya baxışının predmetini qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarına riayət olunmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin tə şəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçin in götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxsl ər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tə ləblərindən kənara çıxa bilər. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanun la qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtər əfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İlk olaraq qeyd olunmalıdır ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 50.3 və 149.2-ci maddələrinə uyğun olaraq yalnız cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı yönəldilmiş və birinci instansiya məhkəməsi iddianın həmin cavabdehə qarşı əsaslılığını yoxlayaraq iddianı rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsində “Cavabdeh2” Publik hüquqi şəxs əvvəlcə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində tanınmış, sonra isə iddiaçının nümayəndəsinin vəsatəti əsasında cavabdeh qismində tanınaraq, qətnamənin icrası sonuncuya həvalə edilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini xahiş etsə də, Azərbaycan Respublikası MPM-in tələblərinə uyğun olaraq ona qarşı tələb irəli sürməmişdir. Bununla da, apelyasiya məhkəməsi qətnamənin icrasını TƏBİB-ə həvalə etməklə, Azərbaycan Respublikası MPMin 218.3-cü maddəsinin tələblərini pozaraq, iddia tələbindən kənara çıxmışdır. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad olunma barədə ərizəni geri götürmək hüququ olduğu və o, bununla bağlı ərizəni işəgötürənə göndərdiyi halda, cavabdeh Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş müddəti gözləmədən əmək müqaviləsinin ləğvinə dair əmr qəbul etmiş və bununla da, əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gəlinməsi üçün mövcud olan sübutların araşdırılması ilə bağlı MPM-in 76, 77 və 88-ci maddələrində nəzərdə tutulmuş prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçı göstərmişdir ki, o, xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirinə teleqramla müraciət edərək, verdiyi əvvəlki ərizəsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Həmin halın sübutu qismində iddiaçı tərəfindən teleqram göndərilməsi ilə bağlı “xxxx” MMC-nin xx xxxxxxx 2019-cu il tarixli iki ödəniş qəbzi təqdim olunmuşdur. Eyni zamanda “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış teleqramda göstərilmişdir ki, ********** saylı teleqram xx xxxxxxx 2019-cu il tarixdə saat 09.20-də Həmidova almışdır. Kasator iddiaçı tərəfindən ərizənin geri götürülməsi ilə bağlı Nazirliyə müraciətin olunmamasını, iddiaçının teleqramında nazir tərəfindən qəbul edilməsinin xahiş olunduğunu bildirərək, iddiaçının qeyd olunan dəlilinə etiraz etmişdir. Lakin iş materiallarında iddiaçının Azərbaycan Respublikası Səhiyyə nazirinə ünvanladığı teleqramların məzmunu ilə bağlı hər hansı sübut mövcud deyildir. Belə olan halda, iddiaçının qeyd olunan dəlili “əsaslı şübhədən kənar” sübut standartlarına uyğun araşdırılmamışdır. Bundan əlavə müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx xxxxxxx 2019-cu il tarixli əmri ilə X3 Müalicə Diaqnostika Mərkəzinin baş həkimi vəzifəsinə təyin edilmişdir. Cavabdeh bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə yeni təyin olunmuş baş həkim Mərkəzin əməkdaşlarına, o cümlədən iddiaçıya təqdim olunmuşdur. Lakin apel yasiya instansiyası məhkəməsi tərəfindən işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinin üçüncü və dördüncü cümlələrində nəzərdə tutulmuş şərtinə riayət olunub-olunmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Nəhayət müəyyən olunmuşdur ki, iddiaçı barəsində mübahisələndirilən əmr qəbul edildikdən sonra, iddiaçının işlədiyi Mərkəzin təşkilatı-hüquqi forması dəyişdirilmiş, publik hüquqi şəxs kimi təşkil olunmuş və sonradan “Cavabdeh2” Publik hüquqi şəxsin tabeliyinə verilmişdir. Apelyasiya instansiyası məhkəməsi də, həmin halı nəzərə alaraq, İddiaçı X6 Mərkəzinin (hazırki X6 Mərkəzi publik hüquqi şəxsin) baş həkimi (direktor) vəzifəsinə bərpa edilməsini qət etmiş və qətnamənin icrasını TƏBİB-ə aid etmişdir. Lakin məhkəmə hazırda həmin Mərkəz də baş həkim və direktor vəzifələrinin (və ya hər ikisinin) mövcudluğunu, iddiaçının əvvəlki vəzifəsinin hazırda mövcud olan vəzifələrə uyğunluğunu araşdırmamış, qətnamənin icra olunması mümkünlüyünə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıd ır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X10rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya ins tansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respubl ikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il i tarixli, 2(103)-2655/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar