Məhkəmə qərarları › İş №2(102)-1026/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1026/2022

16.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1026/2022 16.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 Abusalayevnanın, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, X1 və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki işin icraatına xitam verilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5511/2018 nömrəli iş üzrə 01 iyun 2018-ci il tarixli qərardadından İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Yuxarıda adl arı çəkilən tərəflər arasında yaşayış sahəsi ilə bağlı mübahisə üzrə mülki işin icraatına aşağıdakı məhkəmə aktları ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 Abusalayevna, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, X1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 4-cü Rezervuar küçəsi 13 saylı evin Cavabdeh2 adına ilkin hüquqi qeydiyyatı haqqında Xətai Rayon İcra Hakimiyyətinin 5/4, 4 saylı 24.03.1991-ci il tarixli sərəncamının ləğv edilməsi, həmin evin Cavabdeh2 adına texniki inventarlaşdırma bürosunda qeydə alınması, həmin mülkün Cavabdeh1 Əliağa qızına bağışlanması haqda 03.09.1991-ci il tarixli 5/D-2-326 saylı bağışlama müqaviləsi və evin Cavabdeh1 adına 02.10.1991-ci i l tarixdə qeydə alınması haqda qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə çıxarmağı xahiş etmişlər.

3. Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin (hakim Ə.Sadıqov) 17 iyun 1993-cü il tarixli, 2-4491993 saylı qətnaməsi ilə Bakı şəhəri 4-cü Rezervuar küçəsi 13 saylı evin Cavabdeh2 adına ilkin hüquqi qeydiyyatı haqqında Xətai Rayon İcra Hakimiyyətinin 5/4, 4 saylı 24.03.1991-ci il tarixli sərəncamı, həmin evin Cavabdeh2 adına texniki inventarlaşdırma bürosunda qeydə alınması, həmin mülkün Cavabdeh1 Əliağa qızına bağışlanması haqda 03.09.1991-ci il tarixli 5/D-2-326 saylı bağışlama müqaviləsi və evin Cavabdeh1 adına 02.10.1991-ci il tarixdə qeydə alınması haqda qeydiyyatın ləğv edilməsi qət edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

4. Cavabdeh1 birinci instansiya m əhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

5. İddiaçılar İddiaçı1 Abusalayevna, İddiaçı2, İddiaçı3 və İddiaçı4 29 may 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək iddia tələbindən imtina edərək hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 01 iyun 2018-ci il tarixli, 2(103)-5511/2018 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 Abusalayevnanın, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiadan imtinası qəbul edilərək, iddiaçılar İddiaçı1 Abusalayevnanın, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, X1 və X3ma qarşı "yaşayış evinin qeydiyyatının ləğv edilməsi" tələbinə dair mülki iş ü zrə icraata xitam verilməsi, Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin 17 iyun 1993-cü il tarixli, 2-449/1993 saylı qətnaməsinin ləğv edilməsi, Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin 17 iyun 1993-cü il tarixli, 2-449/1993 saylı qətnaməsinin icrasına dönüş edilməsi, Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi 4-cü Rezervuar küçəsindəki 13 saylı fərdi yaşayış evinin hüquqi vəziyyəti Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin 17 iyun 1993-cü il tarixli, 2449/1993 saylı qətnaməsindən əvvəlki vəziyyətə qaytarılması qərara alınmışdır.

7. Qərardad iddiaçıların tələbdən yazılı şəkildə imtina etmələri ilə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı4 həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv, işin yenidən baxılması ü çün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onların etibarından sui-istifadə edərək və işin əsil mahiyyətini onlardan gizlədərək guya tamamilə başqa bir işmiş kimi adı çəkilən qətnamə üzrə iddiaçılar olan onları aldatma yolu ilə notariat kontoruna gətirərək 1993-cü il tarixli iş üzrə iddiadan imtina etməkləri barədə ərizəyə imza etdirmiş və həmin ərizələri Bakı Apellyasiya Məhkəməsinə təqdim etməklə iş üzrə icraata xitam verilməsinə nail olmuşdur. Məhkəmə iclası iddiaçıların xəbərləri və iştirakları olmadan keçirilmişdir. Hiyləyə əl atmış Cavabdeh1 1991-ci ildə adı çəkilən evin ona bağışlanmasına nail olması da aldatma və etibardan sui-istifadə etmək yolu ilə baş verdiyindən həmin bağışlama müqavilə si Xətai Rayon Məhkəməsinin adı çəkilən qətnaməsi ilə ləğv edilmiş, ikinci dəfə də hiyləyə əl ataraq yenə iddiaçıları aldatmış və yenidən adı çəkilən evi öz adına qeydiyyata alınmasına nail olmuş və Xətai Rayon Məhkəməsində iddiaçılara qarşı maneələrin aradan qaldırılmasına dair iddia ilə çıxış edən zaman onlar Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2018-ci il tarixli, 2(103)-5511/2018 nömrəli qərardadından xəbər tutmuş, qərardadın surətinin verilməsi üçün dərhal məhkəmə yazılı surətdə müraciət etmiş və adı çəkilən qərardadın surəti 2021-ci ilin 11 oktyabrın 20-də İddiaçı4 rəsmi qaydada verilmişdir. Xətai Rayon Məhkəməsinin 17 iyun 1993-cü il çıxarılması üçün iddiaçılar iddiadan əsla imtina edə bilməzlər. Cavabdeh1 bu qanunsuz hərəkətindən xəbər tutan kimi notariat kont oruna müraciət edərək iddiadan imtinaya dair 22-24 may 2018-ci il tarixli ərizələrin ləğv edilməsi üçün müraciət etmiş və 2021-ci il sentyabrın 28-də həmin ərizələr ləğv edilmişdir. Cavabdeh1 hərəkətləri tamamilə qanunsuz, aldatma və etibardan sui-istifadə halları ilə baş verdiyindən, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 iyun 2018-ci il tarixli, 2(103)-5511 /2018 nömrəli qərardadı ləğv olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 191.1. İddiadan imtina etmə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

12. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cav abdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

13. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

14. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

15. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməm əsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

16. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

17. Məhkəmə kollegiyası, qərardadı tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Belə ki, iddiadan imtina, iddiaçının prosessual qanunvericiliklə nəzərdə tutulmuş hüququdur. Hazırkı işdə İddiaçı4 irəli sürdüyü iddiadan notarial qaydada təsdiqlənmi ş ərizə əsasında imtina etmiş, bu ərizəni apellyasiya məhkəməsinə təqdim etmişdir. Məhkəmə ərizəni araşdıraraq iddiadan imtinanı qəbul etmiş və işin icraatına xitam vermişdir.

21. Kollegiya nəzərə alır ki, iddiadan imtina ərizəsində müraciətin məzmunu aydın şəkildə göstərilmişdir. Bundan başqa İddiaçı4, ərizədəki iradəsini aldatma nəticəsində ifadə etdiyini, aldatmanı bildiyi andan birtərəfli əqd olan həmin ərizəni qanunla müəyyən olunmuş bir il müddətində mübahisələndirməklə etibarsız hala gətirdiyini təsdiqləyən sübutları təqdim etməmişdir. Belə olan halda, kassasiya şikayətinin dəlillləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti rədd edilməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

22. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrin i rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5511/2018 nömrəli iş üzrə 01 iyun 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar