Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1027/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı vəkili Səmədoğlu Eldəniz Səməd oğlunun, cavabdeh “xxxx” MMC-nin vəkili Ələmov Elvin Dadaş oğlunun iştirakları ilə, “xxxx” MMC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın 10 sentyabr 2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddianın cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus rabitə qurğusunun (rabitə dolabının) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində 0,1022 ha torpaq sahəsinin hasarına bitişik ərazidən çıxarılmasının həmin cəmiyyətə həvalə edilsin hissəsində təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xxxx İstehsalat Birliyinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb e dilməklə) mülkiyyətində olan torpaq sahəsindən rabitə qurğularının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Abdıyev, iş 2(005)-702/2018) iddia qismən təmin edilmiş, xxxx MMC-yə məxsus rabitə qurğusunun (telefon kabelinin və telefon dirəyinin) iddiaçının mülkiyyətində olan sahədən çıxarılması, ödənilmiş 10 manat dövlət rüsumunun və ekspertiza xərcinin həmin cavabdehdən tutulması qət etmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-1380/2019) iddiaçının apellyasiya şikayəti təmin edilmə miş, cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, rabitə qurğusu (telefon kabeli və telefon dirəyi) iddiaçının mülkiyyətində olan torpaq sahəsindən iddiaçının hesabına çıxarılması qət edilmiş, qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 may 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov, iş № 2(102)-3038/2019) İddiaçıkassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 20 19-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli, iş № 2(103)-9377/2019) İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-702/2018 saylı iş üzrə 10 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmamış hissəsində ləğv edilmiş, həmin hissədə iddianın təmin olunması, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus rabitə qurğusunun (rabitə dolabının) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində 0,1022 ha torpaq sahəsinin hasarına bitişik ərazidən çıxarılmasının həmin Cəmiyyətə həvalə edilməsi qət edilmiş, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə iddianın təmin olu nmuş hissəsində dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərcinin 50 manatının cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyətindən, 50 manatının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: “xxxx” MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddianın cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsu s rabitə qurğusunun (rabitə dolabının) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində 0,1022 ha torpaq sahəsinin hasarına bitişik ərazidən çıxarılmasının həmin cəmiyyətə həvalə edilsin hissəsində təmin edilməməsi barədə yeni qərar çıxarılmasınıi xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “xxxx” MMC-nin vəkili Ələmov Elvin Dadaş oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddianın cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus rabitə qurğusunun (rabitə dolabının) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində 0,1022 ha torpaq sahəsinin hasarına bitişik ərazidən çıxarılmasının həmin cəmiyyətə həvalə edilsin hissəsində təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş edir. İddiaçı vəkili Səmədoğlu Eldəniz Səməd oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüquq unun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında cavabdeh “xxxx” MMC-nin rabitə dolabını mübahisəli ərazidə lazmi icazələr almaqla yerləşdirdiyi barədə prosessual qanunvericiliyin tələblərinə cavab verən mötəbər sübutlar mövcud deyil və cavabdehə təklif olunmasına baxmayaraq həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Mövcud vəziyyətdə hazırkı mülki işin halları baxımından dolabın ərazidə qanunsuz quraşdırıldığı müəyyən edilir. Həmçinin dolab iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hasarına çox yaxın məsafədə (2-7sm) yerləşdiyi üçün iddiaçının onun götürülməsini tələb etməklə bağlı subyektiv hüququ vardır. Belə ki, “xxxx” MMC-yə məxsus rabitə qurğusu (rabitə dolabı) iddiaçın ın mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşməsə də, həmin torpaq sahəsinin hasarına demək olar ki, bitişikdir və iddiaçının öz mülkiyyətinə maneəsiz sahib olmaq və ondan istifadə etməklə bağlı hüquqlarını pozur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinin tətbiqi ilə razılaşmışdır. “xxxx” MMC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət veril məsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran s übutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli Bakıldə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan m addi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1027/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1027/2020
18.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver