Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1027/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2845/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhə ri, Qaradağ Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə təsdiqlənmiş 21 fevral 1988-ci il tarixli, 245150 saylı orderə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin 30 saylı mənzili 6 nəfər ailə tərkibi olmaqla (arvadı, 3 qızı və 2 oğlu) X2 icarəsinə verilmişdir.
2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırılma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 26 aprel 2005-ci il tarixli, ÖM seriyalı, 232524 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin 58,6 m2 sahədən ibarət 5 otaqlı 30 saylı mənzili xüsusi mülkiyyət kimi xx.xx.2005-ci il tarixdə X2 adına qeydə alınmışdır.
3. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənz il Kommunal Təsərrüfat Birliyinin 25 mart 2005-ci il tarixli arayışına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin 30 saylı mənzilində daimi əsasla 6 nəfər (mülkiyyətçi, onun arvadı, 3 qızı və 2 oğlu) qeydiyyatdadır.
4. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin 91,7 m2 sahədən ibarət 30 saylı mənzili mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2645 nömrəli reyestr kitabının 246417 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
5. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin 91,7 m2 sahədən ibarət 30 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
6. Az ərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 05 aprel 2022-ci il tarixli arayışına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin 30 saylı mənzilində daimi əsasla 8 nəfər (mülkiyyətçi, onun arvadı, oğlu, qızı, qardaşı, qardaşının keçmiş arvadı (cavabdeh) və qardaşının 2 qızı) qeydiyyatdadır.
7. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2954/2019 nömrəli, 26 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh iddiası qismən təmin edilmiş, X11 ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006-cə il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X4 Cavabdeh yanında saxlanılması, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çat anadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq X6 Cavabdeh xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin və 20 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2775/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh X1 qarşı uşaqları - xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin, 30 saylı mənzilə köçürülməsi və həmin mənzildə yaşamaq hüququnun təmin edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh Nərullayeva tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellya siya Məhkəməsinin 2(103)-1204/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)2233/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin, 30 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi və ona məxsus evdə yerləşdirilmiş əşyaların Cavabdeh hesabına mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin 30 saylı mənzili iş yerindən ailə tərkibinə əsasən növbəlilik qaydasında atası Rasim Talıbova verilmiş və onun mülkiyyətində olmuşdur. Həmin mənzil atasının ölümündən sonra vərəsəlik qaydasında əvvəlcə anası İnci Talıbovanın, sonra isə onun mülkiyyətinə keçmişdir. Hələ məhkəmə qətnaməsindən qabaq cavabdeh uşaqları ilə birlikdə mənzildən çıxaraq, başqa ünvana getmiş və bir daha geri qayıtmamışdır. Cavabdeh onun ailə üzvü deyil, onunla birgə təsərrüfat aparmır. Hazırda cavabdehin və uşaqlarının mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən cavabdehin mənzildən istifadə hüququna xitam verilməlidir. Bundan başqa, yuxarıda göstərilən mənzil ona məxsus olmaqla beş otaqdan ibarətdir. Cavabde h uzun müddət həmin mənzildə yaşamasa da, cavabdehə məxsus əmlak mənzilin bir otağına yerləşdirilmişdir və otağın qapısı bağlanmışdır. Cavabdehə məxsus əşyaların həmin otaqda olması səbəbindən onlar otaqdan istifadə edə bilmirlər.
11. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3345/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) iddianın qismən təmin edilməsi, Cavabdeh məxsus olan əşyaların (6 qapılı dolab, güzgülü trümo, sandıq, 2 çarpayı, sökülmüş vəziyyətdə olan “qorka”, xalça) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin, 30 saylı mənzilindən çıxarılması, iddianın Cavabdeh yetkinlik yaşına çatmamış uşaqları X8 və X10 ilə birlikdə mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində r ədd edilməsi, hazırki qətnamənin cavabdehin yetkinlik yaşına çatmamış ailə üzvləri ilə yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin, 30 saylı mənzilindən istifadə hüququ yaranmadığından və istifadə hüququ olmadığından həmin mənzilə köçürülməməsi qət edildiyindən, qətnamə qanuni qüvvəyə mindiyindən həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bu səbəbdən iddia mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair hissədə rədd edilməlidir. Cavabdehin həmin mənzildən istifadə hüqu qu olmasa da, ona məxsus əşyaların iddiaçıya məxsus mənzilin 1 otağına yığılması, bunun nəticəsində iddiaçının öz mülkiyyətində olan mənzildən azad şəkildə istifadə edə bilməməsi səbəbindən mülkiyyətçi kimi iddiaçının hüquqları pozulduğundan cavabdehə məxsus əşyaların mübahisəli mənzildən çıxarılması hissəsində məhkəmə iddia tələbini əsaslı sayaraq bu hissədə iddianı təmin etmişdir. Eyni zamanda, məhkəmə öz mövqeyini cavabdehin yetkinlik yaşına çatmamış ailə üzvləri ilə yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab etmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157-ci maddələrinə, habe lə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nikah pozulsa da xx.xx.2021ci il tarixə qədər həmin mənzildə digər şəxslərlə birlikdə yaşamış və təsərrüfatı birgə idarə etmişlər. Aralarında həmin vaxt mübahisə olduğundan evdən məcburi çıxarılmış, evə qayıtmaq istədikdə cavabdehlərin etirazları ilə qarşılaşmışdır. O, bu vaxta kimi müxtəlif yaxın qohumlarının mənzilində iki övladı ilə birlikdə yaşamağa məcbur olmuş, keçmiş həyat yoldaşı alimenti ödəmədiyinə və rəsmi iş yeri olmadığına görə kirayə mənzil tutmağa maddi imkanı çatmamışdır. İki nəfər azyaşlı qız uşağı ilə faktiki olaraq küçələrdə yaşamaq həddinə gəlib çatmışdır. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etmiş, həmin vaxt məlum olmuşdur ki, qaynı mənzili öz adına rəsmiləşdirmişdir. Mülki işi araşdıran məhkəmə diqqət yetirməmişdir ki, iddiaçı mübahisəli yaşayış evinə 2005-ci il tarixdə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququnu qeydə aldırmış cavabdehlərin mülkiyyətində olmuşdur. İddiaçı 16 il həmin evdə yaşamaqla cavabdehlərlə etibarlı ailə münasibətlərində olmuşdur. Hətta iddiaçının əri vərəsədir və anasının vəfatından sonra mirası faktiki qəbul etmiş, mübahisəyə görə hüquql arını rəsmiləşdirməsə belə qanunla məcburi pay hüququ saxlanılmışdır. İddia tələbi iddiaçının evə köçürülməsi barədədir. Mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçı evin əvvəlki mülkiyyətçiləri ilə etibarlı ailə münasibətlərində olmuş, 16 il onlarla bərabər həmin mənzildə yaşayıb, birgə təsərrüfat aparıb, bundan sonra isə ev qaynının mülkiyyətinə keçib. Tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun deyil. Belə ki, mübahisəli mənzil cavabdehin mülkiyyətinə keçməmişdən əvvəl iddiaçının 2005-ci il tarixdə qüvvədə olmuş qanunvericilik normalarına əsasən istifadə hüquqları tanınmışdır. Nəzərə alınsa ki, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi t ərəfindən pozulmaqdan müdafiə edilir, belə olan halda məhkəmə tərəfindən gəlinən nəticə qanuni və əsaslı deyil. Məhkəmə özü qətnaməsində qeyd etmişdir ki, tərəflər arasındakı mülki münasibətlər 2005-ci il tarixdə, yəni 2000-ci il tarixdən Azərbaycan Respublikasında qüvvəyə minmiş Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yaranmışdır. Belə olan halda məhkəmə Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmalı idi. Mübahisələndirilən evə dair 202 2-ci il tarixdə verilmiş çıxarışın olubolmaması hazırki araşdırmanın predmeti deyil. Tələb yalnız iddiaçının azyaşlı uşaqları ilə birlikdə qanunsuz məhrum edildiyi yaşayış sahəsinə köçməsindən və əsassız müdaxilələrin qarşısının alınmasından ibarətdir. Hətta məhkəmənin istinad etdiyi qanunvericilik baxımından yanaşsaq belə, bu hal yenə də iddianın təmin edilməməsinə əsas vermir. Ona görə ki, işin hallarından görünür ki, iddiaçının keçmiş ərinin də həmin əmlakda payı mövcuddur. Evin ilk mülkiyyətçisi öldüyündən onun vərəsəsi olan Aynur Talıbovun da həmin mirasda payı olmuş olur. Bundan əlavə olaraq o 2005-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamış, yuxarıda qeyd edilən kimi mənzili həmin dövrdə dəfələrlə təmir edilmişdir, o da işləyib, qazancını ailəsinə xərcləmişdir. Övladları orada doğulmuşdur. Bu qədər müddət ərzində o evdə, yoldaşının ata-anası ilə birlikdə yaşamış, onlara qulluq göstərmişdir. Həmin mənzildən istifadə etmək, öz övladları ilə birlikdə həmin mənzildə yaşamaq hüququna malikdir. İddiaçıya məxsus olan bütün əmlakları həmin mənzildə yerləşir. Mübahisəli mənzildə hazırda cavabdeh yaşayır və onun tərəfindən istifadə olunur. İddiaçının isə mülkiyyətində və ya hər hansı hüquqla malik olduğu yaşayış sahəsi yoxdur. Cavabdehin valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək vəzifəsi vardır. Cavabdehlərin istifadə hüququna xitam veriləcəyi halda ona kompensasiya ödənilməli idi. Birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə öz qətnaməsini kifayət qədə r əsaslandırmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2845/2023 nömrəli iş üzrə 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Abdıyev (məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh məxsus olan 1 ədəd 6 qapılı dolab, 1 ədəd güzgülü trümo, 1 ədəd sandıq, 2 ədəd çarpayı, 1 ədəd sökülmüş vəziyyətdə olan “qorka”, 1 ədəd xalça İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sadiyar Səfərov küçəsi, 6 saylı evin, 30 saylı mənzilindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun xitamından söhbət gedə bilməz.
18. Məhkəmə kollegiyası o halı da qeyd etmişdir ki, cavabdeh X3 ailə üzvü hesab edildiyi təqdirdə belə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından 2019cu ildə onun nikahı pozulduğundan və ailə münasibətlərinə xitam verildiyindən, habelə bu mülkiyyətçi ilə başqa razılaşma olmadığından, bu şəxsin keçmiş ailə üzvü olaraq da onun bu mənzildən istifadə hüququ saxlanılmamışdır.
19. Məhkəmə kollegiyası mənzildə olan və cavabdehə məxsus əşyaların çıxarılması tələbi üzrə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tələbin dəyişdirilməsi barədə ərizəyə sadə yazılı formada tərtib edilmiş və özündə əşyaların siyahısını əks etdirən ərizə əlavə edir. irəli sürdüyü tələbdə ümumi şəkildə cavabdehə məxsus olan əşyaların çıxarılmasını tələb edir və bu zaman ərizədə həmin əşyaları dəqiqləşdirmir. Həmin ərizəyə əlavə olunan əşyaların əks olunduğu siyahıda 6 ədəd əşya göstərilmişdir (6 qapılı dolab, güzgülü trümo, sandıq, 2 çarpayı, sökülmüş vəziyyətdə olan “qorka”, xalça). İddiaçı bu əşyalardan başqa mənzildə cavabdehə məxsus olan hər hansı digər əşyanın olduğunu bildirmir. Cavabdeh apellyasiya şikayətində ümumi şəkildə mənzildə əmlakının olduğunu bildirir, lakin həmin əmlakları dəqiqləşdirmir (adı, markası, növü, istehsal ölkəsi və sair). Eyni zamanda, məhkəmə iclasında birinci instansiya məhkəməsind ə işə onun iştirakı olmadan baxıldığını, nəticədə bu məsələ ilə bağlı qarşılıqlı iddia qaldırmaq, o cümlədən mübahisəli mənzildə olan ona məxsus əşyaları da mübahisələndirmək hüququndan məhrum olduğunu bildirir. Lakin iddiaçı tərəfindən göstərilən əşyalarla yanaşı, ona məxsus olan digər əşyaları nəinki konkret göstərmir, ümumiyyətlə belə əşyalar barədə hər hansı məlumat vermir.
20. Artıq qeyd edildiyi kimi, əşyaların çıxarılması iddia tələbinin dəyişdirilməsi qaydasında, yəni tələb olaraq sonradan irəli sürülmüş və bu barədə ərizə cavabdehə göndərilməmişdir. Belə olan halda, cavabdeh qeyd edilən məsələ ilə bağlı qarşılıqlı iddianı işə apellyasiya instansiya məhkəməsində baxılan zaman, yəni hazırki icraatda da verə bilərdi. Lakin verməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfind ən göstərilən əşyalarla kifayətlənir və mövcud vəziyyətdə bu əşyaların hüquqi nəticə etibarı ilə hər hansı əsas olmadan iddiaçının evində saxlanıldığını, bu baxımdan onun mülkiyyət, o cümlədən həmin əşyaların yerləşdiyi otaqdan istifadə etmək hüququnun məhdudlaşdırıldığını nəzərə alıb, belə qənaətə gəlmişdir ki, həmin əşyalar mənzildən çıxarılmalıdır.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 152.5, 228.1, 228.5-ci maddələrinə, habelə Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini və ya iş in yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun deyil. Çünki cavabdehin mülkiyyətinə keçməmişdən əvvəl iddiaçının 2005-ci il tarixdə qüvvədə olmuş qanunvericilik normalarına əsasən istifadə hüquqları tanınmışdır. Nəzərə alınsa ki, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir, belə olan halda məhkəmə tərəfindən gəlinən nəticə qanuni və əsaslı deyil. Cavabdeh hesab etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, iddiaçının uşaqları ilə birlikdə həmin e vdə yaşamaq hüququ yaranmışdır. İş üzrə iddiaçının və cavabdehin etirafedici ifadələrinə hüquqi qiymət verilməmişdir. Hansı ki, qiymətləndirilsə idi həmin halların müəyyən edilməsi iddia tələbi üzrə ədalətli və obyektiv qətnamə qəbul edilməsinə xüsusi təsir göstərəcəkdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına, ən əsası məhkəmə qətnamələrinə, eləcə də işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellya siya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
26. Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edi lən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə b ağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
30. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şə xslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
31. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
32. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında ba şqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı 33. 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq mü nasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı
34. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı
35. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mül ki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 4 16.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
48. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
49. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin 91,7 m2 sahədən ibarət 30 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
50. Hazırda iddiaçı, sözügedən mənzilin vərəsəli k qaydasında onun mülkiyyətinə keçdiyini, cavabdehin 2019-cu ildən mənzildə yaşamadığını, onun ailə üzvü olmadığını, ona məxsus əşyaların hazırda mənzilin bir otağında saxlanması səbəbindən həmin otaqdan istifadə edə bilmədiyini iddia edir və onun istifadə hüququna xitam verilməsini, habelə ona məxsus əşyaların mənzildən çıxarılmasını iddia edir.
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun xitamından söhbət gedə bilməz.
52. Apellyasiya instansiyası məhkəməsi, mübahisəli mənzill ə bağlı mübahisəli hüquq münasibətlərinin 2005-ci ildə yaranmasını və bu baxımdan hazırki mübahisənin Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə uyğun həll edilməli olmasını nəzərə alıb, qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu maddəsində və bu maddələrdən irəli gələn bəzi məsələlər üzrə Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", “digər ailə üzvlüyü” və “digər qohumlar” prizmasından yanaşılır. Eyni zamanda, bu hüquqi anlayışlarla yanaşı Mülki Məcəllənin 228.1-ci maddəsində "digər şəxslər" məfhumundan da istifadə edilir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən d igər şəxslər, bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
53. Bununla belə, cavabdeh 2022-ci ildə mənzilə mülkiyyət hüququ əldə etmiş iddiaçıya münasibətdə “ailə üzvü” deyil, onun qardaşının həyat yoldaşı ola raq (artıq nikahda pozulmuşdur və bu baxımdan qardaşının da keçmiş ailə üzvüdür) “digər şəxs” statusuna malik olan şəxsdir. Bu baxımdan cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın bağlanması və ya bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur.
54. Mənzilin 2017-2022-ci illərdə mülkiyyətçisi olmuş X5 (artıq keçmiş qaynanası) münasibətdə isə “digər qohum” statusuna malik olan şəxsdir. Bu baxımdan cavabdehin bu mülkiyyətçinin ailə üzvü hesab edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən onun mülkiyyətçidən özünün saxlanılmasını tələb etmək hüququnun olub-olmaması müəyyən edilməlidir.
55. Apell yasiya instansiyası məhkəməsi bu tələb üzrə qeyd etmişdir ki, hazırki mübahisədən əvvəl cavabdeh keçmiş həyat yoldaşına (iddiaçının qardaşına) qarşı bu mənzilə köçürülmə tələbinə dair iddia irəli sürərək, mənzilə olan hüquqlarını mübahisələndirmiş, iddiaçı da mənzilin mülkiyyətçisi olaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində həmin işə cəlb edilmişdir. Lakin həmin iddia Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə onun mənzildən istifadə hüququnun olmaması (yaranmaması) əsası ilə rədd edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməmiş və qeyd edilən qətnamə artıq qanuni qüvvəsini almışdır.
56. Bununla belə, apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, yuxarıda göstərilən mübahisə üzrə qeyd olunan məhkəmə aktları hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, artıq müəyyən edildiyi kimi, mülkiyyətçilər nəzərə alınmaqla cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olub-olmaması məsələsinə hüquqi qiymət verilmiş və nəticədə onun belə bir hüququnun olmaması qənaətinə gəlinmişdir. Məhkəmənin bu mövqeyi həm iddiaçının hazırki iş üzrə irəli sürdüyü istifadə hüququnun xitam verilməsi tələbinin, həm də bununla bağlı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və bu tələbin rədd edilməsini, eyni zamanda apellyasiya şikayətinin bu hissədə təmin edilməməsini şərtləndirir. Belə ki, mövcud olmayan hüquqa xitam verilə bilməz.
57. Apellyasiya instansiyası məhkəməsi o, halı da qeyd etmişdir ki, X3 ailə üzvü hesab edildiyi təqdirdə belə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından 2019-cu ildə onun nikahı pozulduğundan və ailə münasibətlərinə xitam verildiyindən, habelə bu mülkiyyətçi ilə başqa razılaşma olmadığından, bu şəxsin keçmiş ailə üzvü olaraq da onun bu mənzildən istifadə hüququ saxlanılmamışdır.
58. Apellyasiya instansiyası məhkəməsi mənzildə olan və cavabdehə məxsus əşyaların çıxarılması tələbi üzrə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tələbin dəyişdirilməsi barədə ərizəyə sadə yazılı formada tərtib edilmiş və özündə əşyaların siyahısını əks etdirən ərizə əlavə edir, irəli sürdüyü tələbdə ümumi şəkildə cavabdehə məxsus olan əşyaların çıxarılmasını tələb edir və bu zaman ərizədə həmin əşyaları dəqiqləşdirmir. Həmin ərizəyə əlavə olunan əşyaların əks olun duğu siyahıda 6 ədəd əşya göstərilmişdir (6 qapılı dolab, güzgülü trümo, sandıq, 2 çarpayı, sökülmüş vəziyyətdə olan “qorka”, xalça). İddiaçı bu əşyalardan başqa mənzildə cavabdehə məxsus olan hər hansı digər əşyanın olduğunu bildirmir. Cavabdeh apellyasiya şikayətində ümumi şəkildə mənzildə əmlakının olduğunu bildirir, lakin həmin əmlakları dəqiqləşdirmir (adı, markası, növü, istehsal ölkəsi və sair). Eyni zamanda, məhkəmə iclasında birinci instansiya məhkəməsində işə onun iştirakı olmadan baxıldığını, nəticədə bu məsələ ilə bağlı qarşılıqlı iddia qaldırmaq, o cümlədən mübahisəli mənzildə olan ona məxsus əşyaları da mübahisələndirmək hüququndan məhrum olduğunu bildirir. Lakin iddiaçı tərəfindən göstərilən əşyalarla yanaşı, ona məxsus olan digər əşyaları nəinki konkret göstərmir, ümumiyyət lə belə əşyalar barədə hər hansı məlumat vermir.
59. Artıq qeyd edildiyi kimi, əşyaların çıxarılması iddia tələbinin dəyişdirilməsi qaydasında, yəni tələb olaraq sonradan irəli sürülmüş və bu barədə ərizə cavabdehə göndərilməmişdir. Belə olan halda, cavabdeh qeyd edilən məsələ ilə bağlı qarşılıqlı iddianı işə apellyasiya instansiya məhkəməsində baxılan zaman, yəni hazırki icraatda da verə bilərdi. Lakin verməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfindən göstərilən əşyalarla kifayətlənir və mövcud vəziyyətdə bu əşyaların hüquqi nəticə etibarı ilə hər hansı əsas olmadan iddiaçının evində saxlanıldığını, bu baxımdan onun mülkiyyət, o cümlədən həmin əşyaların yerləşdiyi otaqdan istifadə etmək hüququnun məhdudlaşdırıldığını nəzərə alıb, belə qənaətə gəlir ki, həmin əşyalar mənzildə n çıxarılmalıdır.
60. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2(103)-2845/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.