Məhkəmə qərarları › İş №2(102)-1027/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1027/2025

18.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1027/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, işləmə faktının müəyyən edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(103)5963/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Ərizəçi xx xxxxxxx 1957-ci il tarixdə Laçın rayonunda anadan olmuşdur.

2. İT-1 № ******* saylı əmək kitabçasına əsasən, Ərizəçi ilk dəfə əmək fəaliyyətinə 12 mart 1976-cı il tarixdə “Elektrobıtpribor” Bakı Zavoduna çilingər vəzifəsi üzrə işə qəbul edilmiş, daha sonra müəyyən fasilələrlə 14 iyul 2022-ci il tarixədək müxtəlif yerlərdə işləmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış 25 yanvar 2024-cü il tarixli məktuba əsasən, X1 Sisteminin Pensiya altsisteminə əsasən Ərizəçi 01 sentyabr 1975-ci il tarixindən 20 iyul 1976-cı il tarixinədək təhsil aldığı illər, o cümlədən 14 noyabr 1976-cı il tarixdən 01 dekabr 1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 24 il 2 ay 6 gün təşkil edir. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01 iyun 2006cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01 yanvar 2006-cı il tarixinədək 23 il 8 ay 11 gün sığorta stajına uyğun olaraq 21947,10 manat, 19 yanvar 2022-ci il tarixindən 14 iyul 2022-ci il tarixinədək 472,97 manat olmaqla, ümumilikdə 22420,07 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının ta mam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. 01 fevral 2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320,00 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Bu səbəbdən də Ərizəçi ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödəni şlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin 01 yanvar 1974-cü il tarixdən 01 sentyabr 1975-ci il tarixədək Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda çilingər işləməsi hüquqi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxxx 1957-ci il tarixdə Laçın rayonunda anadan olmuş və ona yaşa görə müavinət təyin edilmişdir. O, 1974-cü il tam daxil olmaqla 1975-ci ilin sentyabr ayınadək Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda işləmiş və ona əmək haqqı hesablanmışdır. 19 noyabr 1976-cı il tarixdən 01 dekabr 1978-ci il tarixədək hərbi xidmətdə olmuş, 18 may 1981-ci il tarixdən 06 yanvar 1982-ci il tarixədək texniki peşə məktəbində və 18 iyul 1983-cü il tarixdən 20 noyabr 1983-cü il tarixədək kursda olmuşdur. 15 mart 1976-cı il tarixdən əmək fəaliyyətinə davam etmiş və müəyyən fasilələrlə 14 iyul 2022-ci il tarixədək işləmişdir. Laçın rayonu erməni işğalçıları tərəfindən işğal edildiyindən kolxozda işləməyi barədə arxiv arayışı əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin verilmiş cavabda əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajının qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna ye nidən baxıla bilməsi göstərilmişdir. Həmin tarixlərdə iş stajının bərpa edilməsi onun gələcəkdə sosial hüquqlarının həyata keçirilməsi, əmək pensiyası təyin edilməsi üçün vacibdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi ilə həmkəndli olmuşlar, o 1968-ci ildən 1969-cu ilədək “Qızıl Ordu” kolxozunda işləmiş, 1970-ci ildən 1975-ci ilədək universitetdə təhsil almış, 1975-ci ilin noyabr ayında “Qızıl Ordu” kolxozunda mexanik vəzifəsinə işə qəbul olunmuş və 1977-ci ilin fevral ayınadək orada işləmişdir. Həmçinin, o, ərizəçi ilə həmin dövrlərdə işləməməsinə baxmayaraq, həmin dövrlərdə kəndə gəldiyini və ərizəçinin orada işlədiyini görmüşdür.

7. Birinci instansiya məhkəməsində şahid qismində d indirilmiş X7 ifadəsində bildirmişdir ki, 02 mart 1955-ci il tarixdə Laçın rayonunun Alxaslı kəndində anadan olmuş, ərizəçi ilə həmkəndli olmuş, ərizəçi ilə qeyd olunan tarixlərdə bir yerdə işləmiş, lakin bunu təsdiq edən sənədi (əmək kitabçası) olmadığından məhkəməyə təqdim edə bilməmişdir.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 01 aprel 1952-ci il tarixdə Laçın rayonunun Alxaslı kəndində anadan olmuş, ərizəçi ilə həmkəndli olmuş, 1975-ci ilin sentyabr ayının 15-dən “Qızıl Ordu” kolxozunda işə qəbul olmuş və orada çalışmış, əmək kitabçası Laçın rayonunda qaldığından məhkəməyə təqdim edə bilməmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(001)3717/2024 nömrəli qətnaməsi ilə (hakim L.Məmmədova) ərizə r ədd edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə dindirilmiş şahidlərdən yalnız X2 “Qızıl Ordu” kolxozunda işləməsinə dair əmək kitabçası mövcud olmuşdur ki, o da, ərizəçinin işlədiyini iddia etdiyi dövrdə həmin müəssisədə işləməmişdir. Dindirilmiş digər şahidlər X8 və X7 ərizəçi ilə qeyd olunan tarixlərdə bir yerdə işləmələrini bildirsələr belə, onların özlərinin həmin dövrdə və həmin müəssisədə işləmələrini təsdiq edən hər hansı bir sübut, o cümlədən əmək kitabçası mövcud deyildir. Şahid qismində dindirilmiş şəxslər ərizəçi ilə qeyd olunan tarixlərdə bir yerdə işləmələri barədə fakt öz təsdiqini tapmamışdır. Bundan başqa, Ərizəçi ərizəsində Laçın rayonu uzun müddət işğal altında olduğu üçün “Qızıl Ordu” kolxozunda işləməsinə dair sənədləri təq dim etməsinin mümkün olmadığını qeyd etmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, ərizəçi məcburi köçkün deyildir. Onun təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, o, 01 sentyabr 1975-ci ildən 20 iyul 1976-cı il tarixədək Bakı şəhərində 12 saylı Texniki Peşə məktəbində təhsil almış, 15 mart 1976-cı il tarixdən 14 iyul 2022-ci il tarixədək Bakı şəhərində müxtəlif idarələrdə işləmişdir. Yəni ərizəçinin qeyd etdiyi vaxtda və müəssisədə həqiqətən işlədiyi təqdirdə lazımi sənədləri vaxtında əldə etmək imkanı olmuşdur.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.2, 217.4, 308 və 309.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üz rə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1 və 13.4-cü bəndinə; AR ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na; Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli, 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının rəyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarına; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tari xli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 əmək kitabçasını təqdim edərək ifadəsində bildirmişdir ki, 1970-ci ildə Laçın rayonu “Qızıl Ordu” adına sovxoz olmuş, daha sonra adı dəyişərək Alxaslı oldu. Ərizəçini tanıyır, eyni kənddə yaşayırdı, həmin müəssisədə işləmişdir. Ərizəçi 1974-1975-ci illərdən orada işləməyə başlamış, həmin vaxt bir yerdə işləyirdilər.

15. Apellyasiya kollegiyasının iclasında şahid qismində dindirilmiş X6 ə mək kitabçasını təqdim edərək ifadəsində bildirmişdir ki, ərizəçini tanıyır, eyni kənddə yaşayırdı, ərizəçi çilingər işləyirdi, o, isə çoban işləyirdi. O, ərizəçidən bir sinif aşağıda oxuyurdu, 1976-cı ildən işləməyə başlamışdır. Ərizəçi isə 1974-cü ildən işləməyə başlamışdır. Onlar 9-10-cu sinifləri oxuyan zaman istehsalatdan sənəd lazım idi, ona görə də məcburi şəkildə kolxozda işləməli idilər, əgər həmin sənəd olmasa idi, o zaman universitetə sənəd verə bilmirdilər. Ərizəçi çilingər işləyirdi, onun oraya marağı var idi. Daha sonra o, Bakıya gəldi. İşləyən zaman onlara həm əmək haqqı yazılırdı, həm də universitetə sənəd vermək üçün oradan arayış almalı idilər. Kolxoz böyük idi, atası ferma müdiri işləyirdi, kolxozun 14 min qoyunu var idi. Kolxozun direktoru Vasif Nağıyev, mexanik Telman Məmişov, mühasib isə Əli Nağıyev idi. Onlar orada daş, palıd yığırdılar. Ərizəçi 1974-cü ildən 1975-ci ilə qədər orada işləmişdir.

16. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X3 əmək kitabçasını təqdim edərək ifadəsində bildirmişdir ki, kolxozda 1972-ci ildən əmək haqqı üzrə mühasib işləyirdi. O dövrdə 5-ci sinifdən olan şagirdləri işə cəlb edirdilər, mart ayından başlayaraq sahənin kol-kosunu təmizləyirdilər, daha sonra kartof yığımında, bundan başqa ot yığımında, məhsul yığımında iştirak edirdilər. Mart ayından sentyabr ayına kimi tələbələri işlədirdilər. Bunun əvəzində onlara az da olsa əmək haqqı yazırdılar. Ərizəçinin əmək haqqısını uzun müddət o yazmış, ərizəçi onlarda 1974-cü ildən rəsmi işçi kimi işləməyə başladır. 1975-ci ildə universitetə sənəd verdi, qəbul ol du və işdən çıxdı, Bakıda yaşamağa başladı. O, əmək haqqı üzrə mühasib işləmişdir. Kolxozun sədri Vasif Nağıyev idi. Baş mühasib isə Əli Nağıyev idi.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(103)-5963/2024 nömrəli qətnaməsi ilə (hakim C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.Babayev və F.Abdıyev) ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla ərizənin təmin olunması, Ərizəçi 01 yanvar 1974-cü il tarixdən 01 sentyabr 1975-ci il tarixədək Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda çilingər işləməsi faktının müəyyən edilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi onun 1974-cü ilin yanvar ayından 1975-ci ilin sentyabr ayına qədər Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda çilingər vəzifəsində işləməyi faktının müəyyən edilməsini xahiş edir. Ərizəçinin bu tələbi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə aiddir. Bu cür faktlar, mahiyyəti konkretləşdirilərək MPM-in 307.2.1307.2.10-1-ci maddələrində müəyyən edilmişdir. Eyni zamanda MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da müəyyən edilməsinin mümkünlüyü nəzərdə tutulmuş və hazırkı tələb məhz MPM-nin 307.2.11-ci maddəsi ilə əhatə olunur.

19. MPM-in 307.1 və 308-ci maddələrinin mənasına görə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında o faktlar müəyyən edilə bilər ki, belə faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın.

20. Hazırkı halda da müəyyən olunması tələb edilən fakt, ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Yəni bu fakt təsdiq olunduğu halda, onun sosial sığorta stajı kimi pensiya təyin edilməsi zamanı nəzərə alına bilər.

21. Apellyasiya kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 may 2017-ci il tarixli 17 saylı qəra rı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndlərində qeyd olunurdu ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

22. Göründüyü kimi qanunvericiliyə görə iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsin də sənədlər təqdim edilə bilmədikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə əmək stajı müəyyən edilə bilər. Lakin bu halda, əmək fəaliyyətinə dair məlumatların təqdim edilə bilməməsi üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) baş verməli və həmin sənədləri (yəni mövcud olmuş sənədləri) başqa qaydada bərpa etmək qeyri-mümkün olmalıdır.

23. Baxılan işdə ərizəçi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş azərbaycanlıların məcburi şəkildə köçürüldüyü ərazidə yaşamış şəxsdir, bununla da ona aid iş stajı sənədlərinin tərəfindən əldə edilə bilmədiyi izah olunur.

24. Ərizəçinin istinad etdiyi halların mövcudluğu da şahid ifadələrinə əsasən öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması zamanı ifadə ve rən şahidlərin ərizəçi ilə eyni Kolxozda işləmələri müəyyən edilir. İş üzrə dindirilmiş şahidlərdən biri məhz ərizəçinin işləmiş olduğu kolxozda mühasib vəzifəsində işləmiş və o, ərizəçinin müəyyən olunmasını xahiş etdiyi müddət ərzində çilingər vəzifəsi üzrə əmək haqqının hesablanmasını təmin edirdi. Digər iki şahidində məhz həmin kolxozda müvafiq vəzifələrdə işləmələrini istisna edilən heç bir sübut yoxdur. Onların məhkəməyə təqdim etdikləri əmək kitabçalarından müəyyən edilir ki, şahid qismində dindirilmiş şəxslər ərizəçinin işlədiyi kolxozda müxtəlif vəzifələr üzrə işləyirdilər. Şahidlərin sənədləri arasında uyğunsuzluq müəyyən olunmur, kolxozun üzvlüyündə olmaları onların əmək kitabçaları ilə təsdiq edilir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizəçi mümkün sübutlarını təqdim et miş, buna baxmayaraq məhkəmə əsassız olaraq həmin sübutları faktın təsdiq edilməsi əsasları kimi qəbul etməmişdir. Qeyd edilməlidir ki, ərizəçinin məcburi köçkün statusuna malik olmaması faktı yuxarıda qeyd edilənləri təkzib etmir.

26. Məhkəmə hesab etmişdir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin 01 yanvar 1974-cü il tarixdən 01 sentyabr 1975-ci il tarixədək Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda çilingər işləməsinə dair faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilməli, onun 01 yanvar 1974-cü il tarixdən 01 sentyabr 1975-ci il tarixədək Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda çilingər işləməsi faktı müəyyən edilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosess ual Məcəllənin 4.1, 14.2, 77.1, 77.3, 88, 305.1.1, 307.2.11, 308, 311-ci, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 31.2-1, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (01yanvar 2006-cı ilədək qüvvədə olmuş) 67, 69-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16, 17-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

28. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(103)-5963/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 53, 88, 106, 307.1, 308-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-ci bəndi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 may 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, ye nidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndləri, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı, Mülki Prosessual Məcəllənin 9, 14.1, 82.4, 88, 89, 175, 217, 220.4-cü maddələri pozulmuşdur.

30. Belə ki, Ərizəçi 01 yanvar 1974-cü il tarixdən 01 sentyabr 1975-ci il tarixədək Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda çilingər işlədiyini iddia etmişdir. Məhkəmə icraatı zamanı ərizəçinin əmək kitabçası ilə bağlı dəlilləri öz təsdiqini tapmamışdır. Ərizəçi məhkəmə iclaslarında ifadə verərkən Laçın rayonunun erməni işğalçıları tərəfindən işğalı nəticəsində əmək ki tabçasını itirdiyini bildirmişdir. Halbuki, iş materiallarında olan onun əmək kitabçası bu iddiaları birbaşa təkzib edən sənəddir. İş materiallarında olan Ərizəçi məxsus İT-1 № ******* saylı əmək kitabçasından aydındır ki, o, ilk dəfə əmək fəaliyyətinə 12 mart 1976-cı il tarixdə “Elektrobıtpribor” Bakı Zavoduna çilingər vəzifəsi üzrə işə qəbul edilmiş, 01 oktyabr 1976-cı il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, o, daha sonra müəyyən fasilələrlə 14 iyul 2022-ci il tarixədək işləmişdir. Onun əmək kitabçasında 1976-cı ildən sonrakı əmək fəaliyyəti qeyd edildiyindən bu ifadəsi həqiqəti əks etdirə bilməz. Bilindiyi kimi, Laçın şəhəri və ətraf əraziləri 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Həmçinin ərizəçi məcburi köçkün deyildir. Laçın r ayonu işğal olunan zaman onun əmək kitabçası Laçın rayonunda olmadığından işğal nəticəsində kitabçanın itməsi mümkünsüz olmuşdur. Digər bir əsas isə ondan ibarətdir ki, məhkəmədə ifadə verən digər üç şahidin əmək kitabçaları olmasına baxmayaraq ərizəçinin əmək kitabçasının işğal altında qalması faktı da öz təsdiqini tapmır. Ərizəçinin 1974-1976-cı il tarixlərdə işləməsinə dair qeydlərin əks olunduğu əmək kitabçası heç vaxt mövcud olmamışdır. Məhkəmənin düzgün qiymətləndirmədiyi digər hal isə şahidlərin ifadələrindəki uyğunsuzluqlar olmuşdur. Belə ki, şahidlərdən heç biri ərizəçi ilə eyni dövrlərdə kolxozda işləməmişdir.

31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

32. Kassasiya şikayətinə etiraz ve rilməmişdir. Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci maddəsinə əsasən tərəflərin t ələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyəned ici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəl i sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

37. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasə n əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəçinin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara müfəssəl hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı məhkəmə mübahisəsinin həlli sübutetmə ilə əlaqədardır.

41. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində ərizəçi tərəfindən təqdim olunmuş sübutlara, o cümlədən şahid ifadələrinə hüquqi qiymət vermiş və onları ərizənin təmini üçün mötəbər və kifayətedici hesab etmişdir. Məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.

43. Məhkəmə kollegiyası həmçinin kassasiya şi kayətinin dəlilləri üzrə qeyd edir ki, ərizəçi mübahisələndirilən dövrdə işləməsini təsdiq edən əmək kitabçasının itməsini iddia etməmişdir. Onun tələbinin faktiki əsası ondan ibarətdir ki, Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda işləməsi barədə qeyd əmək kitabçasında edilməmiş, Laçın rayonunun işğalı ilə əlaqədar isə kolxozda işləməyi barədə arxiv arayışı əldə edilməsi mümkün olmamışdır. Yəni, ərizəçinin əmək kitabçasının mövcud olması və oradakı qeydiyyata əsasən onun əmək fəaliyyətinə 12 mart 1976-cı il tarixdən başlanmasına dair kassasiya şikayətinin dəlili əsassızdır.

44. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəf li və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(103)-5963/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar