Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1028/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11692/2019 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim O.Q.Məmmədli, iş № 2(004)-2926/2019) İddiaçı Cavabdeh3 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməs i tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova, E.M.Həsənov və Ş.Ə.Məhərrəmova) iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilib Cavabdeh3 iddiaçıya məxsus olan N küçəsində yerləşən 76 saylı yaşayış evinin 3/12 hissəsindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. İşin halları: N-da yerləşən yaşayış evi yaşayış sahəsi 265,3 kv.metr, ümumi sahəsi 493,0 kv.metr olan 20 otaqdan ibarət olmaqla onun 3/12 hissəsi İddiaçı mülkiyyətindədir və onun mülkiyyət hüququ xx xxxxxx 2006-cı il tarixli qeydiyyat vəsiqəsi il ə dövlət qeydiyyatına alınmışdır. 2007-ci ildə İddiaçı oğlu N iddiaçı Cavabdeh3 ilə ailə qurduqdan sonra sonuncu İddiaçı məxsus evə köçmüş və orada yaşamışlar. N və Cavabdeh1 Abdullayevlərin nikahı məhkəmə qaydasında pozulmuş və xx xxxxxx 2019-cu il tarixdə onlara nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. 2019-cu ilin mart ayında İddiaçı oğlu ilə Cavabdeh3 arasında olan nikahın pozulmaqla onun ailəsinin üzvü olmamasına baxmayaraq orada yaşamaqda davam edərək onun mülkiyyət hüququnu pozmasını əsas göstərməklə Cavabdeh3 evin ona məxsus 3/12 hissəsindən çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh3 kassasiya şikay əti verərək iddiaçıya məxsus mübahisəli evə Nlə nikaha girdikdən sonra köçüb həmin vaxtdan fasiləsiz olaraq orada azyaşlı uşaqları ilə birlikdə yaşamasını, həmin evin paylı mülkiyyətdə olmaqla onun hansı hissəsinin iddiaçıya məxsus olmasının müəyyən edilmədən onun evdən çıxarılması barədə qətnamə qəbul edilməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıq dan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edib cavabdehin əşyaları ilə birlikdə evin 3/12 hissəsindən çıxarılması barədə qərar qəbul edərkən onun mülkiyyətçinin ailəsinin üzvü olmamasını, Mülki Məcəllənin 228-ci maddəsinə əsasən mübahisəli mənzilə istifadə hüququnun yaranmamasını, cavabdehin mənzildə yaşamasının və əşyalarının orada qalmasının iddiaçının mülkiyyət hüququnu pozmasını əsas göstərmişdir. Kollegiya hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə iş üçün əhəmiyyəti olan halları nəzərə almadan və onlara müvafiq hüquqi qiymət vermədən gəldiyindən qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, Bakı şəhəri, N küçəsində yerləşən 76 saylı ev paylı mülkiyyətdə olmaqla onun yalnız 3/12 hissəsi İddiaçı məxsusdur. Evin digər hissələri mülkiyyət hüququ əsasında X8, X6, X3, X14, X7 qızı, X4, X5 və Nya məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Ümumi mülkiyyətdə olan 76 saylı evin payçılar arasında hansı qaydada bölünməsi və onlardan hansının evin hansı hissəsindən istifadə etməsi, iddiaçının payına ayrılmış hissəsinin nədən, o cümlədən neçə yaşayış otağından ibarət olması, həmin sahənin iddiaçının ümumi mülkiyyətdəki payına (3/12) uyğun olub-olmaması iş materiallarından görünmür. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya məxsus 3/12 hissəyə köçməsi barədə nəticəyə gəlib onun həmin sahədən çıxarılması barədə qərar qəbul edərkən işin yuxarıda göstərilən mühüm hallarını araşdırmamış, cavabdehin məhz iddiaçının qanuni istifadəsində olan sahədə yaşamasını evin digər paylı mülkiyyətçilərini işə cəlb etməklə yoxlamamışdır. İşdən görünür ki, mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən paylı mülkiyyətçilərdən X7 Nəbi qızı, X14 və evin 2/12 hissəsini X2 əldə etmiş N qızı məhkəməyə ünvanladıqları ərizələrində cavabdehin evdən çıxarı lmasına etiraz etdiklərini bildirmişlər. Göstərilən qeyri-müəyyən vəziyyətdə iddiaçının mülkiyyət hüququnun pozulması barədə qəti nəticəyə gəlmək mümkün olmadığından kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı, işin yuxarıda göstərilən hallarının araşdırılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1028/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1028/2020
12.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver