Məhkəmə qərarları › İş №2(102)-1028/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1028/2021

15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1028/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən çıxarma, istifadə hüququ 15.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3049/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 20 21-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri, Sabunçu rayonu, Əsədullayev küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi (bundan sonra - mübahisəli ev) İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir. Cavabdeh (bundan sonra – cavabdeh) 2006-cı ildə iddiaçının oğlu X3 ilə rəsmi nikaha daxil olmuş və iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü Röyan Qarayeva, xx.xx.2009-cu il təvəllüdlü Zəhra Qarayeva anadan olmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cava bdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X3 cavabdehlə ailə həyatı qurandan sonra cavabdeh ilk gündən ayrı yaşamaq istəmiş, özlərinə münasib yaşayış sahəsi alanadək onların özünə məxsus mübahisəli evdə yaşamaqlarına etiraz etməmişdir. Həmin vaxtdan cavabdeh cehiz əşyalarını mübahisəli evdə yerləşdirmiş və oğlu ilə birlikdə orada yaşamağa başlamışdır. Hazırda cavabdehin oğlu ilə nikahları pozulmuşdur, hesab edir ki, cavabdeh mübahisəli evdən çıxarılmalıdır. Cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçının hazırki iddia tələbini qaldırmaqla bağlı subyektiv hüququ yoxdur. Belə ki, o, iddiaçının xüsusi mülkiyyətində olan evdə yox, həmin həyətdə olan özbaşına tikilidə yaşayır, ev iddiaçının oğlu ilə birgə nikahda olan müddətdə birgə vəsait hesabına inşa edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(008)-6326/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim – A.Paşayeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli evdən istifadə etməsi ilə əlaqədar hüquq münasibətləri 2006-cı ildən sonra yarandığına görə, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbləri tətbiq olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli evə dair notariat qaydasında təsdiqlənən yazılı raşılaşma olmadığı üçün cavabdehin iddiaçının mülkiyyətində olan müb ahisəli evə hər hansı hüququ yaranmamışdır. Beləliklə, iddiaçının mübahisəli evə dair hüquqlarının həyata keçirilməsinə cavabdehin həmin evdə yaşaması və cehiz əşyalarının orada olması maneçilik törədir. Odur ki, iddia tələbi əsaslı hesab olunmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin cavabdehin iddiaçının xüsusi mülkiyyətində deyil, özbaşına tikilidə yaşaması ilə bağlı etirazına qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş “Azərsu” və “xxxx” ASC tərəfindən verilmiş məktublarda qeyd edilmiş ünvanlar bir-birindən fərqi ünvanlardır (Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi, ev 15A, mənzil 10), həmin ünvanın mübahisəyə aidiyyəti yoxdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya baxışı zamanı mübahisəli ünvana yerində müayinə keçirilmiş və iş materiallarında olan texniki pasportla müqayisə olunaraq müəyyən olunmuşdur ki, mübahisəli evdə rekonstruksiya işləri aparılmışdır. Belə ki, texniki pasportda yaşayış evinə (“A” tikilisinə) giriş kimi 4 nömrəli sahə, yaşayış otaqları 1 və 2 nömrəli sahələr, mətbəx 3 nömrəli sahə göstərilmişdir. Eyni zamanda sanitar q ovşağının evdən ayrı “B” və “V” tikililərində yerləşməsi qeyd olunmuşdur. Həmçinin yaşayış otaqlarının mətbəxə paralel, girişə isə perpendikulyar şəkildə yerləşməsi göstərilmişdir. Lakin faktiki vəziyyətdə evə girişin yeri dəyişdirilərək 3 nömrəli sahəyə keçirilmiş, mətbəx 4 nömrəli sahəyə keçirilmiş və orada dəhliz və sanitar qovşağı quraşdırılmış, yaşayış otaqları isə texniki pasportda göstərilən mətbəxə perpendikulyar, girişə isə paralel şəkildə yerləşir, həmin otaqlardan biri qonaq və digəri yataq otağı kimi istifadə olunur. Həmçinin rekonstruksiya olunmuş yeni mətbəx və sanitar qovşağından sol tərəfdə kiçik dəhliz və iki ədəd uşaq otağı quraşdırılmışdır. İddiaçı bildirmişdir ki, onun tərəfindən hər hansı rekonstruksiya işləri aparılmamış, yalnız cavabdeh evə köçməmişdən əvvəl sanitar qovşağı inşa olunmuş və mətbəx kiçildərək bir hissəsi uşaq otağı kimi düzəldilmişdir. Cavabdeh isə bildirmişdir ki, nikahdan sonra sanitar qovşağı, mətbəx, uşaq otaqları və onun qarşısında olan dəhliz inşa olunmuşdur. Eyni zamanda cavabdeh etiraf etmişdir ki, o, mübahisəli evə köçərkən hazırda istifadəsində olan yataq və qonaq otaqları mövcud olmuşdur. Beləliklə, müəyyən olunmuşdur ki, fərdi yaşayış evi sonradan rekonstruksiya olunub və evin hazırda mövcud olan vəziyyəti ilə texniki pasportda göstərilən plan arasında kifayət qədər dəyişikliklər vardır. Lakin həmin dəyişikliklərin böyük əksəriyyəti texniki pasportda göstərilən sahə çərçivəsində həyata keçirilib və cavabdehin istifadəsində olan yataq və qonaq otaqları məhz iddiaçının mülkiyyətində olan sahələrə aiddir. Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3049/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Qurbanov (sədrlik edən və məruzəçi), C.Yusifov və V.Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli evdən istifadəsi üçün hüquqi əsaslar mövcud deyildir və həmin istifadə qanunaziddir. Məhkəmə vurğulamışdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. Cavabdeh isə mübahisəli evin mülkiyyətçisi olan iddiaçının qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onun istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin müb ahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Belə olan halda isə iddiaçı mülkiyyətində olan evdən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157.2, 228.1, 228.2, 228.5, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair xx xxx 2008-ci il tarixli Qərarlarına, MPM-nin 77.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şika yətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırımışdır ki, apellyasiya instansiyası məhkəməsi rekonstruksiya işlərinin aparılmasını müəyyən etsə də, həqiqətə nail olmaq üçün həmin işlərin hansı illərdə və mübahisəli evin hansı hissələrində aparıldığını aydınlaşdırmamışdır. Cavabdeh və onun azyaşlı uşaqlarının istifadə etdikləri iki uşaq otağı, sanitar qovşağı, mətbəx və koridor iddiaçının mülkiyyətində olan sahə daxilində deyildir, cavabdeh tərəfindən tikilmiş, iddiaçının yaşadığı tikilidən daş hasarla ayrılmışdır, tikililərin ayrı girişçıxış qapıları vardır. Məhkəmə mübahisənin düzgün həlli üçün eksper tiza təyin etməmişdir. Kassator şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəllənin 180.1, 180.2, MPM-nin 9.1, 14.1, 88-ci maddələrinin tələblərinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. İddiaçı və onun vəkili ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə b ilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə Yaşayış binasının tərk ib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (maddə 228.1). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir (maddə 228.2). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin ( ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır (maddə 228.5). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2001-ci il tarixli qərarı 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədə r yaranmış hüquq münasibətləri isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nəd ən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3049/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar