Məhkəmə qərarları › İş №2(102)-1028/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1028/2025

08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1028/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1028/2025 (Açar sözlər: işəgötürənin işçiyə vurduğu maddi və mənəvi ziyanın ödənilməsi, maddi ziyan, əldə çıxmış fayda, əmək qabiliyyəti bərpa olunanadək vaxtaşırı ödəmələr və mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), X1, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “maddi ziyan, əldə çıxmış fayda, əmək qabiliyyəti bərpa olunanadək vaxtaşırı ödəmələr və mənəvi zərər” tələbinə da ir iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3422/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) və Cavabdeh1 MMC (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətlərinə 8 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 12 dekabr 2022-ci il tarixdə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən restoranda reklam lövhəsi quraşdıran zaman hündürlükdən yıxılaraq xəsarət almışdır. Araşdırma nəticəsində hüquqi şəxs Cavabdeh1 MMC tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması faktı aşkar edilmiş və AR İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdı r. İddiaçı 2009-cu ildən üçüncü qrup əlildir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Cavabdeh1 MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs İddiaçı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, məhkəmənin 3(005)-842/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-903/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar v erilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-841/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh1 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü (əməyin mühafizəsi qaydalarının pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 1.500 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 3(103)-902/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 01 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh1 MMC-nin təsisçisi, qanuni təmsilçisi, direktoru və rəhbəri olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan Cavabdeh2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 (bundan sonra cavabdehəlr, yaxud MMC, ad, soyadı) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər MMC-nin və direktoru X6 hüquqazidd hərəkətləri nəticəsində baş vermiş hadisə ilə əl aqədar aldığı xəsarətlərə görə ona vurmuş olduqları 11.250 manat məbləğində maddi zərərin, bu günə kimi əldən çıxmış fayda olan 7.000 manat əmək haqqının, əmək qabiliyyəti bərpa olunan müddətədək aylıq 1.000 manat əmək haqqı və 50.000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi yuxarıda qeyd olunan işin halları ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-841/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1.500 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən qərardan narazı qalan MMC tərə findən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-902/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-842/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə Cavabdeh1 MMC İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir ki, bu iş üzrə də MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 3(103)-903/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda, MMC-nin direktoru X8 barəsində Nərimanov Rayon Məhkəməsində qəbul edilmiş Qərarla 1.500 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Prokurorluqda iş üzrə aparılmış araşdırma nəticəsində, onunla bağlı baş vermiş hadisə (əmək müqaviləsi bağlamadan onu işə cəlb etməsi, əməyin mühafizəsi qaydalarını pozması və nəticədə, onun uzun müddətli əmək qabiliyyətini itirməyi ilə nəticələri xəsarət almağı) tam şəkildə sübuta yetirilmişdir. Hal-hazırda 3-cü qrup əlildir, epilepsiya xəstəsidir, hadisə nəticəsində aldığı sol tərəfli qabırğaların sınığı, sol aşıq sümüyünün sınığı və baldır-aşıq oynağının qırığı zədələrinə görə əmək qabiliyyətini itirmə faizi artmışdır ki, birneçə aydan sonra 2-ci qrup əlillik alacağı gözlənilir. Həmçinin hadisə nəticəsində epilepsiya xə stəliyi ilə əlaqədar səhhətində olan narahatlıqlarda artım hiss etmişdir. Nərimanov Rayon Məhkəməsinin yuxarıda qeyd etdiyi qərarları baş vermiş hadisə nəticəsində dəymiş maddi və mənəvi ziyanın həcmini müəyyən edib, ona ödənilməsini təmin etməməklə, İXM-in müvafiq maddələrinin tələblərini pozmuşdur. Baş vermiş hadisə nəticəsində aldığı xəsarətlərin müalicəsi üçün tələb olunan xərcləri bu günə kimi özü (ailə üzvləri, aldığı cüzi əlillik pensiyası) ödəmişdir. Baş vermiş hadisə nəticəsində ona dəymiş maddi və mənəvi ziyan aşağıdakılardan ibarətdir: maddi ziyan cəmi - 11.100 manat, açıqlaması aşağıdakı kimidir: 1.1. “Xiaomi Not 5 Pro” mobil telefonu (prosesdə təqdim olunacaq) hadisə zamanı yararsız hala düşmüşdür - 500 manat (aldığı qiymət); 1.2. "xxxx" adlı özəl klinikada cərrahi əməliyyat – 1.400 manat (qəbzin surəti əlavə olunur); 1.3. Bu günə qədər olan müalicə və digər xərcləri (nəqliyyat, tibb bacısı, dərmanlar, xəstəxanaya, həkimə, texniki işçilərə ödənilən qeyri-rəsmi ödənişlər, iş üzrə icraat zamanı çəkdiyi xərclər və sair) - təqribi hesablamaları əsasən ağılabatan məbləğ – 2.000 manat; 1.4. Hüquqi xidmət - 200 manat (qəbzin surəti əlavə olunur); 1.5. Bu günə qədər MMC-dən alacağı 7 aylıq ortalama əmək haqqı 1.000 manat hesabı ilə (əmək haqqı razılaşmasına görə birinci ay 700 manat olacaqdır, sonrakı aylarda isə 1.500 manata kimi artacaqdır, xx.xx.2022 - 2 6.12.2022-ci il birinci ayın əmək haqqını ödədiyini nəzərə aldıqda, xx.xx.2022-ci il tarixdən bugünki günə kimi əhatə edən dövr üçün) – 7.000 manat əldən çıxmış fayda (prosesin davam etdiyi müddət ərzində yekun məhk əmə aktı qəbul edilənədək müddətlər nəzərə alınmaqla məbləğ artırılmaqla);

2. Vaxtaşırı ödənilməli olan məbləğ - əmək qabiliyyətini bərpa olunan müddətədək əmək haqqı kimi aylıq 1.000 manat;

3. Mənəvi ziyan – 50.000 manat.

7. Məhkəmə iclasında cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddiaçının normal addımlarla məhkəmənin inzibati binasına qədər gəldiyini müşahidə etmiş, lakin məhkəmə dəhlizinə daxil olduqda o, nədənsə axsamağa başlayır. Qeyd edir ki, 11.000 manat məbləğində zərərin əvəzinin nədən ibarət olduğu görünmür. Həmçinin, 500 manat dəyərində mobil telefonun zədələnməsinin əsasına dair dəlillər də iş materiallarında göstərilməmişdir. Bundan başqa, iddiaçı 1.000 manat əmək haqqı almağına dair da iş materiallarına sübut əlavə etməmişdir. Bununla bağlı hər hansı razılaşma da mövcud deyil. Əldən çıxmış fayda hissəsində də iddia əsassızdır. İddiaçı hazırda da işləyir və normal əmək qabiliyyətinə malikdir. Mənəvi zərər çəkməsi barəsində də iddiaçı heç bir sübut təqdim etməmişdir və həmin hissədə tələb əsaslandırılmır. İddia tələbi şişirdilmişdir və böyük bir hissəsi sübut olunmur. Cərrahi əməliyyata görə 1.400 manat məbləğində xərcin çəkilməsindən başqa, qalan hissələrdə iddia tələbi əsassızdır. Bu səbəbdən də iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışa əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə travma almış, xx.xx.2023-cü il tarixdə sol baldır aşıq oynağından əməliyyat olunmuşdur.

9. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliy i “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X5 xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı “sol pəncənin aşıqaltı köhnəlmiş çıxığı” diaqnozu qoyulmuş, xəstəyə cərrahi əməliyyat məsləhət görülmüşdür.

10. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli Dövlət tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinə əsasən İddiaçı müayinə və müalicəsi üçün Respublika Klinik Xəstəxanasına göndəriş verilmişdir. 11. "xxxx" MMC tərəfindən ünvan ünvanlanan 23 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, İddiaçı 2023-cü il tarixdə klinikaya müraciət etmiş, pasient “sol baldır-aşıq oynağının daxili fiksasiya ilə artrodezi” diaqnozu ilə cərrahi əməliyyat olunmuş, ümumilikdə klinikaya 1.400 AZN ödəniş olu nmuşdur. 12. “Mayomed” Klinikasının xx.xx.2023-cü il tarixli çıxarışına əsasən İddiaçı fizioterapiya reabilitasiya xidmətlərinin göstərilməsinə görə onun tərəfindən 150 manat ödənilmişdir.

13. Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX tərəfindən ünvan ünvanlanan 29 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC-də “usta” vəzifəsində fəaliyyət göstərir. 14. "xxxx" MMC-nin ƏEM/N 90-1031/23 saylı, 23 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nin xx.xx.2023-cü il tarixli arayışında qoyulmuş diaqnoz üzrə İddiaçı əməliyyatdan sonrakı müddətdə müalicəsi üçün çəkdiyi xərclər aşağıdakı cədvələ uyğun olaraq 1.550 manat təşkil edir; - xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il 200 AZN, xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il - xx.xx.2023-cü il 150 AZN.

15. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanan 21 fevral 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xəstə İddiaçı xx.xx.2022-ci il tarixdə Respublika Klinik Xəstəxanasına daxil olmuş, onun müayinəsi zamanı ona sol tərəfli qabırğaların sınığı, sol aşıq sümüyünün sınığı, baldır-aşıq oynağının çıxığını yerinə salıb və gips longet tətbiq edilib. Bildirilir ki, “sol baldır-aşıq oynağının daxili fiksasiyası ilə artodezi” cərrahi əməliyyatı icbari tibbi sığortanın əhatə dairəsinə düşmür.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-203/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia qismən təmin edilmiş, cavabdeh MMC-dən 1.550 manat maddi ziyan və mənəvi zərərə görə 1.000 manat olmaqla, ümumilikdə 2.550 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh MMC-dən 45,5 manat dövlət rüsumunun tutulması və Dövlət büdcəsinin xeyrinə ödənilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh MMC arasında mülki hüquqi müqavilələrin rəsmiləşdirilməməsi, o cümlədən əmək qanunvericiliyinin tələblər inə uyğun olaraq rəsmiləşdirilməsə də, iddiaçı ilə cavabdeh MMC arasında nəticə etibarı ilə cavabdeh cəmiyyətin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı münasibətlər yaranmışdır. Bu səbəbdən həmin münasibətlər əmək münasibətləri hesab edilməlidir. Qeyd olunanlar MMC-nin direktoru X7 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə məhkəmənin qərarı ilə öz təsdiqini tapır. Eyni zamanda qeyd olunmalıdır ki, məsələyə bu cür yanaşma Konstitusiya Məhkəməsinin mövqeyinə də uyğundur. İddiaçıin cavabdeh MMC-dəki vəzifəsi üzrə işinin icrası zamanı baş vermiş hadisə nəticəsində onun sağlamlığına az ağır zərər dəyməsi işin mübahisəsiz halıdır.

18. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı tərəfindən "xxxx" MMC- yə göstərilən tibbi xidmətlərin əvəzi olaraq 1.400 manat, daha sonra isə Mayomed Klinikasında fizioterapiya reabilitasiya xidmətlərinin göstərilməsinə görə 150 manat ödəniş edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi baş vermiş hadisə ilə əlaqədar aldığı xəsarətlərə görə iddiaçının sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün müalicə və müayinələrin xərci olan 1.550 manat məbləğində maddi zərərin tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh X8 MMC-nin qanuni təmsilçisi (direktoru) həm də təsisçisidir. Belə olan təqdirdə cavabdeh X8 iddia tələblərinə cavab verməli olmayan şəxsdir.

20. Məhkəmə iddianın məhkəməyə müraciət olunduğu günə qədər iddiaçının cavabdehdən alacağı 7 aylıq ortalama əmək haqqı tələbinə münasibətdə q eyd etmişdir ki sonuncu tərəfindən məhkəməyə tərəflər arasında qeyd olunan halları təsdiq edən hər hansı razılaşma, o cümlədən mötəbər sübutlar təqdim olunmadığından, məhkəmə bu dəlillərin formal mülahizələrdən ibarət olduğu qənaətinə gəlmişdir.

21. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçı hüquqi xidmətə görə 200 manat pul məbləği tələb etsə də, o, məhkəməyə müraciət edərkən hüquqi xidmətlərlə bağlı yardım aldığını göstərən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəmə prosesləri zamanı da özünün iştirak etməsini və vəkil xidmətindən istifadə etmədiyini də nəzərə alaraq məhkəmə bu hissədə də iddia tələbini əsassız hesab etmişdir.

22. Məhkəmə əmək qabiliyyətini bərpa olunan müddətədək əmək haqqı kimi aylıq 1.000 (bir min) manat pul məbləğinin iddiaçının xeyrinə ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, işin faktiki hallarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC-də “usta” vəzifəsində fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Göründüyü kimi, hazırda iddiaçının əmək qabiliyyətini itirməsi müəyyən edilmir. Məlum olduğu kimi mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, müəyyən sübutetmə vasitələri ilə sübut edilməli hallar başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, iddiaçı tərəfindən əmək qabiliyyətini itirməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının əmək qabiliyyətli olması öz təsdiqini tapmışdır.

23. Məhkəmə iddiaçının sağlamlığına az ağır zərər dəyməsi, sol baldıraşıq oynağında cərrahi əməliyyata məruz qalması, həmin əməliyyatın bir müddə t onun gündəlik həyatına təsir etməsini nəzərə alaraq mənəvi zərərin məbləğinin 1.000 manat məbləğində müəyyən olunması qənaətinə gəlmişdir. Belə ki, iddiaçının hadisə nəticəsində fiziki ağrılar keçirməsi, o cümlədən ayağındakı əməliyyata görə müəyyən müddət sərbəst gəzməsinin qeyri-mümkün olması onun mənəvi sarsıntı keçirməsinə, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsinə səbəb olması, bu halın onun şüurunda mənfi psixi reaksiya ilə nəticələnməsi mübahisəsizdir. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin müqabilində tələb edilən 50.000 manat vəsaitin iddiaçı xeyrinə tutulması, onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir.

24. Birinci instansiya məhkəm əsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 192.2, 194.1, 195, 239.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1, 49.2, 52.1, 52.2, 1118.1, 1119.1, 1119.3-ci maddələrinə, “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 80, 81, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

25. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnam əsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin şirkətində işə başlamışsa, deməli əməyinin ödənilməsi ilə bağlı hansısa razılaşma olmuşdur. Əmək haqqı olmadan fəaliyyət göstərilməsi mümkün deyildir. Həmin işi “tap.az” elan saytında tapmış (elanın şəkli mövcuddur), elanda əmək haqqı 700 manat göstərilmişdir. Görüş zamanı isə, şifahi olaraq ona əmək haqqının ilkin olaraq 700 manat olduğunu, bir-iki aydan sonra 1.500 manata kimi artırılacağı bildirilmişdir. Onun başqa bir işdə işləməyinin bu işin mahiyyətinə heç bir aidiyyəti yoxdur. O, reklam dizayneridir, evdən işləyir (onlayn), kompüterdə reklam yığaraq təqdim edib, əvəzində cəmi minimum əmək haqqı məbləğində maaş alır. M inimum əmək haqqı ailəni dolandırmağa yetmədiyi üçün, həmçinin əmək şəraiti imkan verdiyi üçün, eyni zamanda cavabdeh şirkətdə əlavə iş yeri kimi işləməklə, aylıq 1.000 manat əmək haqqı alacaqdır və bu fayda cavabdehin qanunsuz hərəkətləri nəticəsində əlindən çıxmışdır. Tibbi xidmətərə görə qeyri-rəsmi ödənişlərə görə qəbz verilməsi də ağlabatan deyil. Həmçinin müalicə üçün lazım olan dava-dərmanları alan zaman qəbzlərin hər zaman təqdim olunmadığı da yad olan hal deyil. Məsələnin məhkəməyə gəlib çıxacağını güman etmədiyi üçün, bu cür sübutların toplanmasına diqqət yetirməmişdir. Tələbinin mənəvi ziyanla bağlı hisssində də məhkəmə ədalətsizliyə yol vermiş, qeyri-humanist yanaşmışdır. Belə ki, tələbi tam şəkildə, tam olmasa belə ən azından əsaslı bir məbləğdə təmin olunmalı idi. Telefonla b ağlı ziyanı təmin etməsə də, məhkəmə hüquqi xidmətlərə görə ödədiyi məbləği təmin etməli idi. Belə ki, hüquqi xidmətlərə görə ödədiyi məbləğin qəbzini iddia ərizəsinə əlavə etmişdir. Hər iki məsələdə məhkəmənin mövqeyini mübahisələndirmir və şikayətini həmin hissəyə münasibətdə aid etmir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3422/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (iddia tələbinin rədd edilmiş - bu günə qədər olan müalicə və digər xərclər (nəqliyyat, tibb bacısı, dərmanlar, xəstəxanaya, həkimə, texniki işçilərə ödənil ən qeyri-rəsmi ödənişlər, iş üzrə icraat zamanı çəkdiyi xərclər və sair) - təqribi hesablamaları əsasən ağlabatan məbləğ – 2.000 manat; bu günə qədər MMC-dən alacağı 7 aylıq ortalama əmək haqqı 1.000 manat hesabı ilə (əmək haqqı razılaşmasına görə birinci ay 700 manat olacaqdır, sonrakı aylarda isə 1.500 manata kimi artacaqdır, xx.xx.2022 xx.xx.2022-ci il birinci ayın əmək haqqının ödənildiyi nəzərə alındıqda, xx.xx.2022-ci il tarixdən bugünki günə kimi əhatə edən dövr üçün) – 7.000 manat əldən çıxmış fayda (prosesin davam etdiyi müddət ərzində yekun məhkəmə aktı qəbul edilənədək müddətlər nəzərə alınmaqla məbləğ artırılmaqla) hissələrində ləğv edilməklə, həmin hissələrdə iddia tələbi qismən təmin edilmiş, müalicə və digər xərclər kimi ağlabatan məbləğ olaraq 300 manat məbləğində pul vəsai tinin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, əldən çıxmış fayda (itirilmiş qazanc (gəlir)) kimi 26 dekabr 2022-ci il tarixdən hazırki qətnamənin qəbul edildiyi (11 iyun 2024-ci il) tarixə qədər hər ay 350 manat hesablanmaqla cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi nəqliyyat, tibb bacısı, dərmanlar, xəstəxanaya, həkimə, texniki işçilərə və s. kimi xidmətlərə görə 2.000 manat tələbinə münasibətdə qeyd etmişdir ki, baxılan iş üzrə bu kimi xərclərin çəkildiyi ağlabatan göründüyündən, ağlabatanlıq prinsipi baxımından bu hissədə iddia tələbi qismən təmin edilməli və bu xərclərə görə ağlabatan məbləğ olaraq 300 manat cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.

29. Məhkəmə kollegiyası 7.000 manat əldən çıxmış fayda məbləğinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında müqavilə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsə də, nəticə etibarı ilə cavabdeh cəmiyyətin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı münasibətlər yaranmışdır. Tərəflər arasında qanunvericiliyin tələbinə uyğun olaraq bağlanmış əmək müqaviləsi olmadığından, nə qədər ki iddiaçı göstərdiyi məbləğdə əmək haqqı almasını və məbləğ barədə razılaşmalarını sübut edə bilməmişdir, belə olan halda əmək haqqı məbləği cavabdeh tərəfin bildirdiyi həddə, yəni 350 manat qəbul edilməlidir. İddiaçı birinci ay əmək haqqı aldığını bildirdiyindən, xx.xx.2022-ci il tarixdən hazırkı qətnamənin qəbul edildiyi xx.xx.2024-cü il tarixə qədər hər ay 350 manat hesablanmaqla iddiaçıya ödənilməlidir.

30. Vaxtaşırı ödənilməli olan məbləğ - əmək qabiliyyətini bərpa olunan müddətədək əmək haqqı kimi aylıq 1.000 manat ödənilməsi hissəsində məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə iddianın rədd edilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Çünki “vaxtaşırı ödənilməli məbləğ” dedikdə, iddiaçı almalı olduğu, lakin ala bilmədiyi aylıq əmək haqını nəzərdə tutmuşdur ki, həmin vəsait də “itirilmiş qazanc (gəlir)” hesab olunur və artıq yuxarıda həmin tələbin qismən əsaslı olması qənaətinə gəlinmişdir. Yəni, iddiaçı eyni tələbi iki müxtəlif ad altında irəli sürmüşdür: əldən çıxmış fayda (prosesin davam etdiyi müddət ərzində yekun məhkəmə aktı qəbul edilənədək müddətlər nəzərə alınmaqla məbləğ artırılmaqla) və vaxtaşırı ödənilməli olan məbləğ.

31. Məhkəmə kollegiyası iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hadisə nəticəsində fiziki ağrılar keçirməsi, o cümlədən ayağındakı əməliyyata görə müəyyən müddət sərbəst gəzməsinin qeyri-mümkün olması onun mənəvi sarsıntı keçirməsinə, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsinə səbəb olması, bu halın onun şüurunda mənfi psixi reaksiya ilə nəticələnməsini nəzərə alaraq mənəvi zərərin əvəzi kimi müəyyən edilən 1.000 manat məbləğin yetərli olması qənaətinə gəlmişdir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yö nələ bilməz.

32. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hazırkı iddia tələbinin yalnız cavabdeh MMC-yə münasibətdə əsaslı olması barədə məhkəmənin qənaəti qanuni olmuşdur.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1118.1, 1119.1, 1119.3-cü, Əmək Məcəlləsinin 191, 192.2, 194.1, 195, 239.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

34. Qətnamədən iddiaçı (vəkil İddiaçı) və Cavabdeh1 MMC (Vəkil3) kassasiya şikayətləri vermişlər.

35. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın” hissəsində ləğv edilməsini və iddia tələbinin eksp ert rəyi nəzərə alınmaqla tam şəkildə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Lakin ekspertin rəyi bütün suallar üzrə ətraflı izah edilsə də, məhkəmə, ekspert rəyinə səthi yanaşmaqla qiymətləndirməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamış, yanlız cavabdehdən müalicə və digər xərclər kimi ağlabatan məbləğ olaraq 300 manat məbləğində pul vəsaiti və əldən çıxmış fayda kimi 26 dekabr 2022-ci il tarixdən hazırki qətnamənin qəbul edildiyi (11 iyun 2024-ci il) tarixə qədər hər ay 350 manat pulun tutulması qənaətinə gəlmişdir. İşə baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi iclas zamanı tədqiq edilən sübutları (ekspertiza rəyini) qəbul etməyərək, cavabdehin heç-bir arqument ilə təsdiq edilməyən izahatlarını əsas götürmüşdür. Halbuki həmin iş tap.az elan saytında yerləşdirilmiş, elanda əmək haqqı 700 manat göstərilmiş, görüş zamanı isə şifahi olaraq ona əmək haqqının ilkin olaraq 700 manat olduğu, bir-iki aydan sonra 1.500 manata kimi artırılacağı bildirildiyi üçün iddiaçı həmin işdə işləməyə razı olmuşdur. Bu hissədə də iddia tələbi təmin olunmalı idi. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının sağlamlığına az ağır zərər dəyməsi və əmək qabiliyyətini itirməyinə görə çəkdiyi xərc tələb etdiyi məbləğdən xeyli artıqdır, ona görə də, hesab edir k i, 2.000 manat məbləğində tələb ağlabatandır və təmin olunmalı idi. Lakin işə baxan apellyasiya məhkəməsi həmin halları nəzərə almamışdır. Tələbin mənəvi ziyanla bağlı hissəsinə məhkəmə ədalətsizliyə yol vermiş, qeyri-humanist yanaşmışdır, tələbi tam şəkildə təmin olmasa belə ən azından əsaslı bir məbləğdə təmin olunmalı idi.

37. Cavabdeh MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında əmək müqaviləsi bağlanmadığından işəgötürən və işçi münasibətləri yaranmamışdır. Bu səbəbdən də məhkəmə tərəfindən Əmək Məcəlləsinin 195-ci maddəsinə istinad edilməsi əsassızdır. Qətnamə iş üzrə müəyyən edilmiş həq iqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Lakin məhkəmə kollegiyası qətnamə qəbul edərkən qətnaməni formal əsaslandırmaqla kifayətlənmişdir. İşə baxan məhkəmə qətnamə qəbul edərkən, düzgün araşdırma aparmamış, sübutlara hüquqi qiymət düzgün verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

39. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 40..Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkd iyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac old uğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

42. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.

43. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc ( gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

44. Maddə

191. Tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yalnız 3 şərtin (ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) eyni zamanda hər üçü olduqda yaranır.

45. Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə d igər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

46. Maddə 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

47. Maddə 195, “c” bəndi. İşəgötürən əmək münasibətləri prosesində, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

48. Maddə 239.1. İstehsalatda baş vermiş bəd bəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara is tinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmadığı hissədə qismən, cavabdeh tərəfindən isə iddianın apellyasiya məhkəməsi tərəfindən təmin edildiyi hissədə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Belə ki, iddiaçının kassasiya şikayətinin dəlilləri birinci instansiya məhkəmələri tərəfindən işə baxılan zaman iddia ərizəsində, həm də apellyasiya şikayətində irəli sürülmüşdür. Həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır və əlavə qiymətləndirməyə zərurət görmür.

64. Məhkəmə kollegiyası cavabdeh MMC-nin kassasiya şikayətinin - tərəflər arasında əmək müqaviləsi bağlanmadığından, işəgötürən və işçi m ünasibətləri yaranmadığına görə məhkəmə tərəfindən Əmək Məcəlləsinin 195-ci maddəsinə istinad edilməsinin əsassız olması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini əldən çıxmış fayda tələbi hissəsində qismən təmin edərkən Mülki Məcəllənin deliktdən irəli gələn 1118 və 1119-cu maddələrinə istinad etməklə əsaslandırdığına görə, qətnamədə Əmək Məcəlləsinin 195-ci maddəsinə istinad edilməsi hər hansı əhəmiyyət kəsb etmir. Odur ki, cavabderh MMC-nin kassasiya şikayətinin yuxarıda göstərilən dəlili əsassızdır.

65. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

66. Kassasiya şikayətlərinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin digər dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun ol maqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

67. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 6

8. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 3.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.

69. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76- cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

70. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

72. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılma lıdır.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3422/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar