Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1029/2022 16.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8163/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı ev əvvəllər İddiaçı1 atasına məxsus olmuşdur. Digər iddiaçı X1 Nazim Şəmsi oğlu ilə nikaha daxil olaraq 1987-ci ildə həmin evə gəlin köçmüş və həmin evdə iki uşağı anadan olmuşdur. Sonradan onlar başqa ünvanda yaşamışlar.
2. Cavabdeh, Şəmsi Adıgözəlovun digər övladı (İddiaçı1 qardaşı) Elşən Adıgözəlovla nikaha daxil olmuş və həmin evə köçərək ailəsi ilə birlikdə orada yaşamışdır və hazırda yaşayır.
3. Mübahisəli ev 30.04.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 07.10.2020-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına köçürülməsi ba rədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
5. İddiaçılar tələbini belə əsaslandırmışlar ki, İddiaçı1 ünvan 2-də anadan olmuş, böyüyüb boyabaşa çatmışdır. Həmin ev İddiaçı1 atasına məxsus evdir. X1 Nazim Şəmsi oğlu ilə rəsmi nikaha daxil olaraq 1987-ci ildə həmin evə gəlin gəlmiş, həmin evdə iki uşağı anadan olmuşdur. Uzun müddət iddiaçılar həmin evdə yaşamış və birgə təsərrüfat aparmışdır. Cavabdeh daha sonra İddiaçı1 qardaşı Elşən ilə rəsmi nikaha daxil olmuş və həmin evə gəlin gəlmişdir. Bundan sonra onlar arasında bir müddət mehriban münasibət olsa da, Cavabdeh əri vəfat edəndən sonra iddiaçıları həmin evə buraxmamış, maneçilik yaratmışdır. Evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Qeyd edilməlidir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrind ə qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur.
6. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, mübahisəli evə gəlin köçdüyü zaman iddiaçılar həmin ünvanda yaşamırdılar. 22 ildir ki, orada ailəsi ilə yaşayır. İddiaçılar qayınatası 1991-ci ildə onlar üçün Buzovna qəsəbəsində torpaq alıb ev tikdikdən sonra çıxartmışdır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Z.Tağıyev) 27 aprel 2021-ci il tarixli, 2(003)414/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırkı mülki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 2 ünvanında qeydiyyatda olsalar da, 1991-ci ildən həmin ünvanda yaşamırlar. Bunu məhkəmə iclası nda vermiş olduğu izahatlarında iddiaçılar da etiraf etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 18 avqust 2021-ci il tarixli, 2(103)-8163/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-414/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 3 ünvanına köçürülməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçıların ümumilikdə ödədiyi 15 (on beş) manat dövlət rüsumunun məbləği Cavabdeh tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir.
10. Apelly asiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli mənzilin mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir, o isə ailə üzvləri ilə birlikdə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməni tələb etməkdə haqlıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar məhkəməyə müraciət edərkən öz iddia ərizəsində iddia ərizəsinin mahiyyətini «özbaşına tikiliyə köçürülmə» tələbi kimi qeyd etmişdirlər. Bununla da iddiaçılar fakt iki olaraq mübahisəli evin özbaşına tikili kimi olmasını etiraf edirlər. Eyni zamanda birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, iddiaçılar 1991-ci ildən etibarən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər, həmin evdə yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evə əlaqələrini kəsmişdirər. Bundan başqa apellyasıya məhkəməsi mübahisəli evə dair hansı əsaslarla İddiaçı1 mülkiyyətinə keçməsi ilə bağlı heç bir araşdırma aparmamış, iddia ərizədə və apellyasiya şikayətində qeyd olunan ziddiyyətlərə aydınlıq gətirməmişdir. Bu vəziyyətdə bir neçə sual yaranır: «İddiaçı1 adına mübahisəli evə dair çıxarış olmuşdursa, nəyə görə həmin çıxarışı birinci instansiya məhkəməsində sübut kimi təqdim etməmiş, eyni zamanda iddia tələbinin mahiyyətini «özbaşına tikiliyə köç ürülməsi» kimi qeyd etmiş və bununla bağlı birinci instansiya məhkəməsində ümumiyyətlə heç bir məlumat verməmişdir?» İş üzrə iddiaçıların izahatlarından və iş materiallarından konkret olaraq açıq-aşkar müəyyən olunur ki, iddiaçılar mübahisəli evə (özbaşına tikiliyə) köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Belə halda, sual yaranır ki, «iddiaçılar kimin qanunsuz sahibliyindən və hansı əmlakını geri tələb edilməsini tələb edirlər?» Bununla da apellyasiya məhkəməsi öz qətnaməsini Mülki Məcəlləsinin 157.2-ci maddəsi ilə əsaslandırsa da, bu maddi hüquq normasını hazırki mübahisəyə münasibətdə düzgün tətbiq etməmişdir. İddiaçı1 iddia ərizəsində konkret olaraq göstərmişdir ki, mübahisəli evin daşınmaz əmlak dövlət reyestri xidmətində heç bir qeydiyyatı yoxdur, mübahisəli ev qeydə alın masa da, həmin ev faktiki olaraq mövcuddur. İş materiallarından da müəyyən olunmuşdur ki, həmin mülki iş birinci instansiya məhkəməsində baxıldığı zaman mübahisəli ev İddiaçı1 və cavabdehin əri Adıgözəlov Elşənin babaları X5 məxsus olmuşdur və bununla bağlı həmin evin X2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. Bundan başqa iş materiallarında olan 02 oktyabr 2020-ci il tarixli 132 nömrəli Xəzər Rayon İcra Hakimiyyətinin Şağan qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından məlum olur ki, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42-də İddiaçı2 qeydiyyatdadır, lakin yaşamır, Adıgözəlov İsmayıl Nazim oğlu qeydiyyatdadır, lakin yaş amır, X7 qeydiyyatdadır, lakin yaşamır, Cavabdeh qeydiyyatdadır və yaşayır, X9 qeydiyyatdadır, lakin yaşayıb-yaşamaması məlum deyil, X10 qeydiyyatdadır, lakin yaşayıb-yaşamaması məlum deyil. Daha sonra iş materiallarında olan 26 aprel 2021-ci il tarixli 102 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı1 1991-ci il tarixdən etibarən Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42 ünvanında yaşamamışdır. Eyni zamanda da iddiaçılar birinci instansiya məhkəməsində izahat verərkən etiraf etmişdilər ki, onlar mübahisəli evdə qeydiyyatda olsalar da, lakin 1991-ci ildən həmin evdə yaşamırlar. Lakin İddiaçı1 apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə vaxtı qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi yox olmuş, atası X3 vəfatından sonra onun davamçısı olmuş, mübahisəli evin ona məxsus olması haqqında sənədləri məhkəmədə təqdim etməyə hazırdır. Faktiki olaraq iddiaçının iddia ərizədə və apellyasiya şikayətində qeyd olunan əsaslar tam fərqlidir və ziddiyyət yaradır Bakı Apellyasiya Məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaratmamışdır. Belə ki, mübahisəli evin texniki pasportu X2 adına olduğu halda, onun bu günə kimi öz övladları (Balasəf və Səməd oğlanları, Sevil, İntizar və Səfurə qızları) sağdır və ataları Teyyub və anaları Səkmənin vəfatından sonra birinci növbədə vərəsədirlər. Belə olan halda sual yaranır ki, «İddiaçı1 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi zaman əgər mübahisəli evə dair adına çıxarış olmuşdursa nəyə görə həmin çıxarışı birinci instansiya məhkəməsində təqdim etməmişdir və eyni zamanda mərhum babası Teyy ubun övladları ola-ola necə olur ki, İddiaçı1 yalnız öz adına qanun üzrə vərəsəlik şəhadətnaməsini əldə etmişdir?» Bütün bu halları apellyasiya məhkəməsi araşdırmamış və bu hal təsdiq edir ki, apellyasiya məhkəməsi qeyd edilən halları obyektiv tədqiqinə lazımı şərait yaratmamışdır. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən təqdim olunmuş sübutlara heç bir hüquqi qiymət verməmiş, qeyd olunan ziddiyyətləri aradan qaldırmamış, yalnız mübahisəli evə dair İddiaçı1 adına çıxarışın olması ilə kifayətlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
14. Maddə
13. Hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Maddə
29. Hissə İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
16. Maddə
43. Hissə İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üç üncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. K assasiya baxışının hədləri
21. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
25. Xəzər rayon Şağan bələdiyyəsi tərəfindən verilmiş 26.04.2021-ci il tarixli 102 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı1 1991-ci il tarixindən etibarən Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ev 42 ünvanında yaşamamışdır.
26. Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.07.2012-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 13.07.2012-ci il tarixdə ölmüşdür.
27. Apellyasiya məhkəməsinə təqdim olunmuş çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 nömrəli ev 30.04.2021-ci ildən İddiaçı1 xüsusi mülkiyyətindədir.
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir, o isə ailə üzvləri ilə birlikdə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməni tələb etməkdə haqlıdır. Ona görə də kollegiya hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir.
29. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara m ülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
30. Nə qədər ki, mübahisə predmeti olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir, onun və ilə üzvlərinin həmin yaşayış sahəsinə köçürülməsi tələbinin təmin olunması qanunvericiliyə uyğundur. Əks yanaşma müdafiəsinə qanunla təminat verilən mülkiyyət hüququnun əsassız məhdudlaşdırıması olardı.
31. Kollegiya nəzərə alır ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əl də edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. Odur ki, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına aparılmış mülkiyyət qeydi ləğv edilmədikcə cavabdehin bildirdiyi hallar hazırkı iddianın rəddi üçün əsas ola bilməz.
33. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
34. Qe yd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8163/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov