Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-103/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi və pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X4 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı əmrin ləğv edilməsi və hüquqi yardıma görə ödənilmiş pulun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4225/2023 nömrəl i iş üzrə 15 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin tabeçiliyində mühasibat üçotu və hesabat şöbəsinə aparıcı mühasib vəzifəsinə təyin edilmişdir.
2. HİK sədri Kamal Ağayev, insan resursları şöbəsinin rəisi Həqiqət Nağıyeva və Hüquq Şöbəsinin böyük məsləhətçisi Nümayəndə1 imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən Geofizika və geologiya idarəsinin iqtisadiyyat və Uçot Departamentinin Mühasibat uçotu və nesabatı şöbəsinin rəisi Arzu Əhmədova xx.xx.2022ci il tarixli xidməti yazı ilə idarə rəisinə müraciət edərək xx.xx.2022-ci il tarixində 2023-cü il üçün əmək məzuniyyətinin növbəlilik cədvəli tərtib edilən zaman, məzuniyyətə çıxaçağı ayları müəyyən etməsi üçün məzuniyyət cədvəlini həmin şöbənin aparıcı mühasibi İddiaçı iş masası üzərinə qoyduğunu, İddiaçı isə məzuniyyət cədvəlində ayları qeyd etməyərək etik normalardan kənar davranışı ilə onun ünvanına kobud və nalayiq ifadələr işlədərək təhqir- etdiyini.İddiaçı bu cür hərəkətlərinin birinci dəfə olmadığını bildirilmiş və barəsində müvafiq tədbirin görülməsini xahiş etmişdir.Bununla bağlı idarə rəhbərliyi hadisənin araşdırılmasını Hüquq şöbəsinə tapşırmışdır. Qeyd olunan hadisə ilə əlaqədar Geofizika və geologiya idarəsinin Həmkarlar ittifaqı Komitəsinin sədri K.Ağayevin və insan resursları şöbəsinin rəisi H.Nağı yevanı iştirakı ilə aparlan araşdırma zamanı İddiaçı tərəfindən Daxili intizam qaydalarının və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10 -cu maddəsi ə müəyyən edilmiş Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri üzrə tələblərini pozduğu müəyyən olunmuşdur.
3. Mühasibat uçotu və hesabatı şöbəsinin rəisi Arzu Əhmədova tərəfindən Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinova ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatda qeyd olunur ki: “Yazıb, Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Mühasibat uçotu və hesabatı şöbəsinin 2023-cü ilin əmək məzuniyyətinin növbəlilik cədvəli tərtib edilən zaman, məzuniyyətə çıxacağı ayları müəyyən etməsi üçün məzuniyyət cədvəlini 24 oktyabr tarixində aparıcı mühasib İddiaçı masasının üzərinə qoydum. Qeyd etmək istəyirəm ki, Orxan: "Yenə məzuniyyət a yları bizim yazmağımızdan asılı olmayaraq dəyişdiriləcək?" deyə sual verdi. Mən cavab olaraq bildirdim: Elə yazmaq lazımdır ki, dəyişdirilməsin." Bu sözdən xoşlanmayan İddiaçı dəhlizə çıxıb, geri qayıtdıqdan sonra özünün etik normalarından kənar davranışı ilə mənə kobud və nalayiq sözlər deyərək təhqir etdi və bildirdi ki, o bu cədvəli gördüyü zaman əsəbləşir. Nəzərinizə çatdırmaq istəyirəm ki, Orxanın mənimlə kobud davranışları birinci hal deyildir, belə hallar dəfələrlə baş vermişdir. Mən valideyinləri ilə dəfələrlə əlaqə yaradaraq məsələyə aydınlıq gətirməyə çalışmışam və hörmət xatirinə məsələni böyütməməyə cəhd göstərmişəm Lakin bu vəziyyətdən İddiaçı bir nəticə çıxarmadığının şahidi olduğum üçün məcbur qalıb Sizə müraciət etməli oldum”.
4. İddiaçı tərəfindən Geofizika və Geologiya İ darəsinin rəisi Elçin Şirinova ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatda qeyd olunur ki: Mən Quliyev X3 uçotu və hesabatı şöbəsində 15-ci dərəcəli aparıcı mühasib vəzifəsində işləyirəm. Yazıb Sizə bildirmək istəyirəm ki, Arzu Əhmədovanın 2023-cü il üçün əmək məzuniyyətinin növbəlilik cədvəlini məzuniyyətə cıxacağım ayları müəyyən etmək üçün masamın üzərinə qoydu. Mən isə, Arzu xanıma “Məzuniyyət aylarını biz qeyd etsək belə yenədə dəyişdirilir” dedim. Arzu Əhmədova isə cox kobud şəkildə cavab olaraq “Elə yaz ki, dəyişməsinlər” deyə cavab verdi. Bundan sonra aramızda mübahisə oldu. Mən otaqdan çıxarkən arxamca nalayiq söz deyərək məni təhqir etdi və sonra aramızda mübahisə dahada böyüdü. Qeyd etmək istəyirəm ki, keçən il üçün məzuniyyət qrafikləri tərtib edilən zaman Arzu Əhmədova qan unvericiliyin tələblərini ciddi şəkildə pozaraq mənə yenilənmiş qrafiki təqdim etməmiş Kadrlar şöbəsinə təqdim edilmişdir. Mən də öz növbəmdə məcbur olub xəbərsiz olduğum və mənə tam uyğun olmayan zaman məzuniyyətə çıxmalı oldum. Arzu Əhmədovanın qeyd etdiyi kimi, belə mübahisələr dəfələrlə baş vermiş, lakin, onun xanım olduğu üçün hər dəfə hörmətlə yanaşıb şikayət etməmişəm. Qeyd edilənləri nəzərə alıb qanuna müvafiq tədbir görməyinizi sizdən xahiş edirəm”.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR” idarəsinin rəisi X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SOCAR**********00040020A00477 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci 'hissəsinin “a” bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-c i hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş və qeyd edilmişdir ki, nəzərinə çatdırılsın ki, əmək və icra intizamını bir daha pozarsa, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi kimi intizam məsuliyyəti də daxil olmaqla daha ciddi məsuliyyətə cəlb olunacaqdır.
6. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR”-a ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətindən aydın olur ki, İddiaçı onun barəsində verilən intizam tənbehvermə haqqında əmrin idarənin hüquq şöbəsinin rəisi tərəfindən razılaşdırılmaması və onun vizasının olmamasına baxmayaraq verilməsini qanunsuz hesab etdiyini bildirmiş və işə düzgün qiymət verilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR” tərəfindən İdd iaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubunda İddiaçı onun barəsində verilən intizam tənbehvermə haqqında əmrin idarənin hüquq şöbəsinin rəisi tərəfindən razılaşdırılmaması və onun vizasının olmamasına baxmayaraq verilməsi ilə bağlı qeyd olunur ki, əmrin elektron sistemə hüquq məsləhətçisi tərəfindən yüklənməsi halı razılıq kimi nəzərə alına bilər. İntizam tənbehinin tətbiq edilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət qarşı əmrin ləğv edilməsi və hüquqi yardıma görə ödənilmiş pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin İddiaçı barəsində olan “intizam tənbehinin verilməsi haqqında” SOCAR**********00040020A00477 saylı, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və həmin əmrin mübahisələndirilməsinə görə vəkillə bağlanmış müqavilə üzrə onun tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş 700 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin tabeçiliyində olan Mədəngeofizika idarəsində mühasib vəzifəsində işə qəbul olunmuş və 2009-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geolog iya İdarəsi İqtisadiyyat va X1 uçotu va hesabatı şöbəsinin aparıcı mühasibi vəzifəsində işləyir. İş fəaliyyəti dövrü, yəni 15 il ərzində barəsində hər hansı bir intizam tənbeh tədbiri görülməmiş, həmişə nümunəvi davranışı və işə olan məsuliyyəti ilə fərqlənmiş, iş fəaliyyəti, həmçinin şəxsi keyfiyyəti ilə bağlı rəhbərlik tərəfindən hər hansı bir irad və narazılıqla qarşılaşmamışdır. Habelə öz əmək funksiyalarını hər zaman vicdan və dəqiqliklə yerinə yetirmişdir. xx.xx.2022-ci il tarixdə idarənin İqtisadiyyat va X1 uçotu va hesabatı şöbəsinin rəisi Arzu Əhmədova ilə aralarında məzuniyyətin növbəliliyi məsələlərində tez-tez mübahisələri olmuş, Arzu Əhmədova tərəfindən haqsız hərəkətlərə yol verilsə də onun barəsində rəhbərliyə şikayət etməmişdir. X6 olan mübahisədən sonra rəhbərliyə ondan şi kayət etdi və barəsində təqdimat yazdı. Bundan sonra rəhbərlik tərəfindən ondan olanlarla bağlı izahat yazmaq tələb olunmuş, bundan sonra isə xx.xx.2022-ci il tarixdə onun barəsində töhmət intizam tənbehi tədbirinin tətbiq edildiyi bildirildiyindən, o, idarə rəisinin otağına yaxınlaşdı və ona katibə tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi haqqında” SOCAR**********00040020A00477 saylı, xx.xx.2022-ci il tarixli əmri təqdim edildi. Hesab edir ki, həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
10. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi Nümayəndə1 iddiaya yazılı etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Geof izika və geologiya İdarəsinin İqtisadiyyat və X2 uçotu və hesabatı şöbəsinin rəisi xx.xx.2022-ci il tarixli xidməti yazı ilə idarə rəisinə müraciət edərək xx.xx.2022-ci il tarixində 2023-cü il üçün əmək məzuniyyətinin növbəlilik cədvəli tərtib edilib həmin şöbənin aparıcı mühasibi İddiaçı masasını üzərinə imzalanması üçün qoyduğunu, İddiaçı isə məzuniyyət cədvəlində ayları qeyd etməmiş və imzalamayaraq etik normalardan kənar davranışı ilə onun ünvanına kobud və nalayiq ifadələr işlədərək təhqir etdiyi barədə idarə rəisinə təqdimat yazaraq İddiaçı barəsində tədbir görülməsini xahiş etmişdir. İdarə rəisi hadisənin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün xx.xx.2022-ci tarixdə dərkanarla müvafiq tapşırıq vermişdir. Hüquq şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı Hüquq şöbə sinə dəvət edilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən baş vermiş hadisə barədə idarə rəisinin adına izahat verilməsi istənilmişdir. İddiaçı hadisənin baş verməsini təsdiq etsə də öz izahatında günahkar olduğunu inkar etmişdir, izahatında göstərilən faktlar öz təsdiqini tapmamışdır. Baş vermiş hadisə ilə geniş araşdırma aparılmış, Həmkarlar İttifaqi Komitəsinin sədri K.Ağayev, İnsan resursları şöbəsinin rəisi H.Nağıyeva və böyük hüquq məsləhətçisi Nümayəndə1 iştirakı ilə hadisə barədə akt tərtib edilmişdir. İddiaçı bu hərəkətləri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin b bəndi “ əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək”, e bəndinin “iş yoldaşlarının əmək hüquqlarını və qanunu mənafelərini po zmaq”, Geofizika və geologiya idarəsinin 14 iyul 2021 ci il tarixli SOCAR**********00040020A00090 nömrəli əmri ilə təsdiq edilmiş Daxili intizam qaydalarının 5 bəndinin “İş vaxtı davranış qaydaları. Tabeçilik” tələblərini pozmuşdur. İddiaçı 01 noyabr 2022-ci il tarixli SOCAR**********00040020A00477 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş və xx.xx.2022-ci il tarixdə əmrlə tanış edilmişdir. İddiaçı bu maddənin tələbinə əməl etməyərək ərizə ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə müraciət etmiş və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən araşdırma aparılmış, intizam tənbehinin tətbiq edilməsi qanunvericiliyin tələbinə uyğun şəkildə aparılması barədə İddiaçı yazılı cavab verilmişd ir. Eyni zamanda cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi Nümayəndə1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə kəsici müddətin ötürülmüş olmasının da iddianın rədd olunması üçün əsas olduğunu bildirmişdir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-975/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddia ərizəsi təmin edilməmişdir.
12. Məhkəmə iddiaçının qeyd edilən davranışına hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, əmək müqaviləsi ilə təsbit olunmuş əmək funksiyalarının icrasında iddiaçı tərəfindən pozuntuya yol verilməsinə görə cavabdeh tərəfindən müvafiq intizam tənbehinin verilməsi zamanı əmək qanunverciliyinin tələbləri pozulmamışdır. İddiaçı cavabdeh tərə fin ona qarşı qərəzli olmasını iddia etsə də, buna dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. İddia tələbinin "hüquqi yardıma çəkilmiş xərclərin tutulması" hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, əmrin ləğvi tələbi əsassız hesab edilərək təmin edilmədiyindən, iddia tələbinin ikinci hissəsi də təmin edilə bilməz. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
13. Məhkəmə hesab etmişdir ki, İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təs diqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
14. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 127-maddəsinə, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad edərək iddianı rədd etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Nərimanov Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(005)-975/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsində maddi və prosessual hüquq normal arının tələbləri pozulmaqla, eyni zamanda işin faktiki halları nəzərə alınmadan qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə hazırki işə baxarkən mübahisləndirilmiş əmr verilən zaman, həmçinin onun cavadeh orqanda 15 illik iş fəaliyyəti dövrü ərzində onun daima əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməyinə, müəssisədaxili intizam qaydalarını pozmağı halının isə mövcud olmamasına əhəmiyyət verməmiş, iddiası əsassız olaraq rədd etmişdir. Belə ki, məhkəmə iddianı rədd edərkən HİK sədri Kamal Ağayev, insan resursları şöbəsinin rəisi Həqiqət Nağıyeva və Hüquq Şöbəsinin böyük məsləhətçisi Nümayəndə1 imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akta istinad edilmişdir. Həmin aktda qeyd olunur ki, qeyd olunan hadisə ilə əlaqədar Geofizika və geologiya idarəsini n Həmkarlar ittifaqı Komitəsinin sədri K.Ağayevin və insan resursları şöbəsinin rəisi H.Nağıyevanı iştirakı ilə aparlan araşdırma zamanı İddiaçı tərəfindən Daxili intizam qaydalarının və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri üzrə tələblərini pozduğu müəyyən olunmuşdur”. Bununla bağlı qeyd edir ki, Arzu Əhmədova ilə onun arasında xx.xx.2022-ci il tarixində baş vermiş insidentlə bağlı məsələnin araşdırılması Hüquq Şöbəsinə həvalə edilmişdisə, o zaman idarə rəisinin əmri ilə komissiya yaradılmalı və orada həm hadisənin şahidi olmuş şəxslərin izahatları alınmaqla araşdırma aparılmalı idi. Lakin belə bir komissiya yaradılmadan bunun əvəzinə Hüquq Şöbəsinin böyük məsləhətçisi Nümayəndə1 tərəfindən akt tərtib edilm iş, həmin akt HİK sədri Kamal Ağayev və insan resursları şöbəsinin rəisi Həqiqət Nağıyevaya imzalatdırılmışdır. Halbuki, qeyd etdiyi şəxslərin akt imzalamaq səlahiyyəti olmamışdır. Bundan başqa aktı tərtib etmiş və imzalamış şəxslər mübahisənin ümumiyyətlə şahidi olmamış, yalnız Arzu Əhmədovanın xidməti yazısının mətnini köçürərək aktı tərtib etmiş və imzalamışlar. Aktı tərtib edən şəxslər səlahiyyətli şəxslər olmuş və aktı tərtib etməkdə məqsəd yalnız mübahisələndiridiyi əmrə guya qanuni forma vermək məqsədi daşımışdır. Məhkəmə isə bütün bu halları nəzərə almadan işəgötürənin onu intizam məsuliyyətinə cəlb etməsində haqqlı olması qənaətinə gəlmişdir.
17. Cavabdeh qeyd etmişdir ki, məhkəmə işə baxarkən onun barəsində cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrinə yalnız Arzu Əhmədovanın izahatının mətninin köçürülməsinə, onun hansı etik normalardan kənar davranışa yol verdiyini, hansı kobud və nəlayiq ifadələr işlətdiyini, hansı ifadələrdən istifadə edərək təhqir etdiyini və həmçinin qanunvericiliyin tələblərinə tam əməl olunmadan tərtib olunmasını və nəticədə barəsində qərəzli olaraq töhmət intizam tədbirinin verilməsini araşdırmadan iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə həmçinin həmin əmrdə istinad edilən “İş vaxtı Davranış Qaydaları.Tabeçilik” bəndində davranış qaydaları və tabeçiliklə bağlı heç bir ifadə mövcud olmamasına əhəmiyyət verməmiş və əsassız olaraq iddianın hər iki hissəsinin rədd olunması barədə məhkəmə qərarı çıxarmışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4225/2023 nömrəli iş üzrə 15 av qust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Kamran Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq 15 illik iş fəaliyyəti dövrü ərzində daima əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməsi, müəssisədaxili intizam qaydalarını pozmağı halının isə mövcud olmaması barədə iddiaçının dəlili üzrə qeyd etmişdir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının kollektivdə aqressivliyi ilə seçildiyini qeyd etmiş, həmçinin onun iş vaxtı müəssisənin başqa əməkdaşı D.Mahmudovun otağına gedərək əlbəyaxa dava etməsi səbəbindən ona yenidən şiddətli töhmət verildiyini bildirmiş, iddiaçı da bu faktı təsdiq etmişdir.
20. Baş vermiş insidentlə bağlı məsələnin araşdırılması üçün komissiya yaradılması və orada həmin hadisənin şahidi olmuş şəxslərin izahatları alınmaqla araşdırma aparılmalı olması dəlili üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliklə işəgötürənin üzərinə işçi tərəfindən yol verilmiş pozuntu ilə bağlı daxili araşdırma aparılması üçün komissiya yaradılması öhdəliyi qoyulmadığından, onun bu dəlili əsassızdır.
21. Apellyasiya şikayətinin digər dəlili baş vermiş hadisə ilə bağlı aktı tərtib etmiş və imzalamış şəxslərin mübahisənin, ümumiyyətlə, şahidi olmaması, yalnız A.Əhmədovanın xidməti yazısının mətnini köçürərək akt tərtib etməsi və imzalaması ilə bağlıdır. İddiaçıya töhmət verilməsi barədə xx.x x.2022-ci il tarixli SOCAR**********00040020A00477 saylı əmrdən görünür ki, həmin əmrin verilməsinə əsas kimi şöbə rəisi A.Əhmədovanın xidməti yazısı və işçinin izahatı qeyd edilmişdir (i/v 55). Göründüyü kimi, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi aktın ona intizam tənbehi verilməsinə hər hansı bir təsiri olmadığından, onun həmin dəlili də əsassızdır.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki iş materiallarında olan “Geofizika və geologiya idarəsinin Daxili İntizam qaydaları”nın “İş vaxtı davranış qaydaları.Tabeçilik” adlanan 5-ci bəndinin 1-ci hissəsində qeyd edilmişdir ki, işçi vəzifə borclarını yerinə yetirərkən iş yoldaşları, rəhbərləri və tabeçilikdəki şəxslərlə mədəni, mehriban və nəzakətlə davranmalı, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə icra etməlidir (i/v 14). İddiaçı göstərilən normanı pozmaqla intizam xətasına yol vermişdir.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin Məcəllənin 186.1, 186.2-ci maddələrinə, MPM-nin 9.1, 14.2, 77.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6 və 372.7-ci maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri c)Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi hazırki işə baxarkən iddiaçının 15 illik iş fəaliyyəti dövrü ərzində daima əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməsi, müəssisədaxili i ntizam qaydalarını pozmağı halının isə mövcud olmaması barədə dəlili üzrə qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında cavabehin nümayəndəsi iddiaçının kollektivdə aqressivliyi ilə seçildiyini qeyd etmiş, həmçinin onun iş vaxtı müəssisənin başqa əməkdaşı D.Mahmudovun otağına gedərək əlbəyaxa dava etməsi səbəbindən ona yenidən töhmət verildiyini bildirmiş, iddiaçı da bu faktı təsdiq etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Bununla bağlı qeyd edirəm ki, iddiaçı həqiqətən də 15 illik iş fəaliyyəti dövrü ərzində daima əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirmiş, müəssisədaxili intizam qaydalarını pozmamış, işçilərlə səmimi münasibəti ilə seçilmişdir. Lakin, iddiaçı hazırki mübahisəni qaldırdığı üçün GG-nin İdarə rəisi E.Şirinovu n iddiaçıya qarşı münasibəti daha da pisləşmiş və bunu bilən Dadaş Mahmudov və onun kimi rəhbərliyə xoş gəlmək istəyən digər işçilərin də iddiaçıya qarşı münasibəti dəyişmiş və onu hər addımda ləkələməyə çalışmışlar. Nəticədə də Dadaş Mahmudovun yaratdığı mübahisə nəticəsində iddiaçının barəsində cavabdeh təşkilat tərəfindən ikinci dəfə 14-2-4/3-1İ-299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmr verilərək sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi verilmiş, Dadaş Mahmudova yalnız xəbərdarlıq edilmişdir. Halbuki, əmək qanunvericiliyinin tələblərinə görə xəbərdarlıq intizam tənbehi sayılmır.
26. Apellyasiya instansiya məhkəməsi isə iddiaçının hazırki mübahisə qaldırılan əmrə qədər olan müddətdə işəgötürənlə işçi arasında olan əmək münasibətinə qiymət verməli olduğu halda, iddiaçını n barəsində mübahisələndirdiyimiz əmr veriləndən sonra işəgötürənlə işçi arasındakı hazırki əmək münasibətinə qiymət verərək, apellyasiya şikayətinin əsassız olması qənaətinə gəlmişdir. Cavabdeh orqanın əməkdaşı Arzu Əhmədova iddiaçıya qarşı öz tutduğu vəzifəsinə yaraşmayan və yerinə yetirdiyi əmək funkiyasının xarakterinə uyğun gəlməyən davranış sərgiləmiş və iddiaçı ona cavab qaytaranda isə o, iddiaçıya qarşı nalayiq ifadə işlətdiyindən, iddiaçı ona cavab vermiş və bütün bu deyilənləri də rəhbərliyə ünvanladığı xx.xx.2022-ci il tarixli izahatında da qeyd etmişdir. Buradan da aydın olur ki, iddiaçı Arzu Əhmədovanın ona qarşı etdiyi hörmətsizliyə laqeyd qalmamış, özünü müdafiə etmişdir. Lakin hər iki instansiya məhkəməsi əsassız olaraq baş verən hadisəni əmək və icra intizamının pozulması halı kimi qiymətləndirən cavabdeh orqanın müvafiq əmrini əsaslı hesab etməklə səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
28. Maddə 186, 1-ci hissə. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
29. Maddə 186, 2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək mü qaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
43. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə b ağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4225/2023 nömrəli iş üzrə 15 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.